Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6204/2025 23.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: uşağın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “uşağın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, X3 xx.xx.2024-cü il tarixdən uşağın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 iddiaçının oğludur. О, xx.xx.2010cu ildə anadan olmuşdur. Oğlu anadangəlmə xəstədir. Bunu Akad. M.C.Cavad-Zadə adına Respublika Klinik Uroloji Xəstəxanasının xx.xx.2024-cü ildə təsdiq etdiyi "Sağtərəfli Pieloureteral seqment darlığı (N13). Sağtərəfli sidiklik-sidik axarı refluksu (N13.7). Sağtərəlli pieloplastika stentin qoyulması və sağtərəlli ureteroneosistosıomiya stentin qoyulması əməliyyatlarından sonrakı vəziyyət. Sağ böyrəyin büzüşməsi (N26). Soltərəfli hidronefroz. 2-ci dərəcə. Xroniki pielonefrit (N11) diaqnozda qeyd edilən xəstəliyin daşıyıcısıdır. Qeyd edilən xəstəliyə görə oğlu xx.xx.2021-ci ildən 3 il müddətinə yəni xx.xx.2024-cü ilə kimi “Sağlamlıq imkanları məhdud uşaq” hesab edilmişdir. Sağlamlıq durumunun yenidən qiymətlənməsi zamanı (xx.xx.2024-cü ildə) oğluna əlillik təyinindən imtina edilmişdir. Əlilliyin təyinindən imtina üçün əsas kimi N00230687KTT saylı 88 №-li forma-arayışın yanlış və ya natamam doldurulması göstərilmişdir. Həmçinin əlilliyin yenidən qiymətlənməsi üçün yerli TSK-ə müraciət edilməsi məsləhət bilinmişdir. Cavabdehin imtinası ilə razılaşmır. Belə ki, oğlunun sağlamlıq durumu ilə bağlı olaraq dəfələrlə əlaqədar tibb müəssisələrinə müraciət olunmuşdur. X11 Respublikasında, Respublika Pediatriya Mərkəzində (xx.xx.2025-xx.xx.2025-ci ildə), Sumqayıt şəhər Vərəm Xəstəxanasında (xx.xx.2025-ci ildə), Sumqayıt şəhər Uşaq Xəstəxanasında (xx.xx.2025). Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında ambulator və stasionar şəraitdə müalicə olmuşdur. Lakin müalicələr heç bir effekt verməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur və oğlu X4 xx.xx.2024-cü ildən sağlamlıq imkanları məhdud uşaqlar hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, vətəndaşın əlillik vəziyyəti sonuncu dəfə tibb müəsissəsinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında qiymətləndirilmiş və xx.xx.2024cü il tarixdə Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik təyininə əsas vermir. məzmunlu qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İranın Səhiyyə Nazirliyi “Kəsra adına xəstəxana”da tərtib edilmiş “Cərrahiyyənin izahı vərəqi”ndən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə xəstəxanaya qəbul edilmişdir. Cərrahiyyə: xx.xx.2020-cu il. Cərrahiyyədən öncə diaqnoz: “Sağtərəfli UPyo və kəskin hidronefroz ilə yanaşı 10%-dən az DRF, böyrək 73 x 22 və sağ böyrəyin Pelvisinin ölçüsü 57x30”. Cərrahiyyədən sonra diaqnoz: “Eyni, sağtərəfli UPyo və kəskin hidronefroz ilə yanaşı 10%-dən az DRF, böyrək 73x22 və sağ böyrəyin Pelvisinin ölçüsü 57x30”. Cərrahiyyənin növü: pelvis karlis reduksiyası + pieloplastiya, X10 götürülübmü: hən. Cərrahiyyənin izahı: Ümumi baydırma ilə xəstə sağ tərəli Lateral vəziyyətə salındı, yarılma (enzision) edildikdən sonra dəri açıldı, sonra Fasia açıldı, əzələlər - tərəf Deseksiya edildi, peritonun arxa boşluğuna girildi, sonra Geruna Fasiya açıldı, rezeksiya edildikdən sonra pelvis və ureter çıxarıldı (Exspose olundu), pelcis çox genəlib, ekspoz olundu, ureter cərrahiyyə yerin birləşdirildi (Junction edildi), ureterin qalın olduğu təyin edildi və pelvis akril — sap ilə reduksiya olundu, sonra ureterin pelvisə rezeksiya Function olundu, sonra 6/0 akril sap ilə tikildi. Sağtərəfli stent qoyuldu, peritonun arxasına da Sond Ful daxil edildi, Dubl J—qoyuldu, dəri bərpa edildi. Cərrahiyyədən qabaq və sonra bintlərin və ləvazimin sayı uzlaşırmı? Hən. Patologiyaya nümunə göndərildi. “Cərrahiyyə protokolu”ndan görünür ki, В.E.Əhmədli xx.xx.2010-cu il ildə xəstəxanaya daxil olmuş, xx.xx.2010-cu ildə xəstəxanadan çıxmışdır. İlkin diaqnoz: sağ böyrəkdə VPYO və 10% az DRF, kəskin hidronefroz ilə, ölçüləri 63x22, sağ böyrək 57x30 mm. Cərrahiyyənin növü: Reduksion Portoblast + Doulby sınağı. Cərrahiyyənin izahı: GA şəraitində xəstə sağ Lateral vəziyyətə salındı və Lateral Lomitomiya olundu. Sonra əzələlər Disksion lifləri istiqamətində pertona girildi və kafi disksiondan sonra ləyənçə və ureter Ekspoz olundu. Ləyənçə çox genişlənmiş—reduksion cərrahiyyə əməliyyatı olundu. Akademik M.C.Cavadzadə adına “Respublika Klinik Uroloji xəstəxanası”nda tərtib edilmiş “X8”ndan görünür ki, B.E.Əhmədli xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionarda müalicədə olmuşdur. Diaqnoz: “Sagtərəfli Pielo-ureteral seqment darlığı (N13), sagtərəfli sidiklik-sidik axarı refluksu (N13.7), sagtərəfli nieloplastika stentin qoyulması və sagtərəfli ureteroneosistostomiya stentin qoyulması əməliyyatlarından sonrakı vəziyyət, sağ böyrəyin büzüşməsi (N26), soltərəfli hidronefroz 2-ci dərəcə, xroniki pielonefrit (N11)”. “Sumqayıt Tibb Mərkəzi”ndən Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş xx.xx.2024-cü il tarixli, N00230682KTT nömrəli Forma 88 haqqında məlumatdan görünür ki, B.E.Əhmədli xx.xx.2021-ci il tarixdən göndəriş verən müəssisədə qeydiyyatdadır. Xəstəliyi xx.xx.2010-cu ildən başlamış, xəstəliyin gedişi xronikidir, dərəcəsi orta ağırdır. “N13-Obstruktiv uropatiya və reflüks- uropatiya, Q66.5-anadangəlmə yastıpəncə (pes planus)” xəstəliyinə görə ambulator müraciətləri olmuş və “N44-xayanın burulması, N13.7kisə-sidik axarı reflüksü ilə bağlı uropatiya, N26-dəqiqləşdirilməmiş büzüşmüş böyrək, Nllxroniki tubulointerstisial nefrit, M41.1-gənclik idiopatik skoliozu, M40.0-duruş kifozu, Q67.6-çökmüş döş qəfəsi, Q66.5-anadangəlmə yastıpəncə (pes planus), N13- Obstruktiv uropatiya və reflüks-uropatiya” diaqnozu ilə stasionar müalicələr almışdır. xx.xx.2024-cü il tarixli həkim müayinəsi: Q66.5-anadangəlmə yastıpəncə [pes planus], “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”nun xx.xx.2024-ci il tarixli, ********** AB-3577/2024 №-li Tibbi rəyinə əsasən xəstədə sağ pəncənin İ dərəcəli, sol pəncənin İİ dərəcəli anadangəlmə yastıpəncəliyi, skolioz İ dərəcə, kifoz İİ dərəcə, döş qəfəsinin qıfvari deformasiyası qeyd olunur. xx.xx.2024- Rentgenoqrafiya tək anatomik nahiyə: Sağ iki proyeksiyalı Pəncə rentgenoqrafıyası: Sağ ayağın T.S.A vəziyyətində lateral proyeksiya rentgenoqrammasında yastıpəncəliyin təyini: Sağ ayaq tağının bucağı-149 dər.hündürlüyü -26 mm. NƏTİCƏ- Sağ ayağın İ dərəcəli yastıpəncəliyi. Sol ayağın T.S.A vəziyyətində lateral proyeksiya R-qrammasında yastıpəncəliyin təyini: Sol ayaq tağının bucağı-155 dərəcə, hündürlüyü~21 mm. NƏTİCƏ-Sol ayağın İİ dərəcəli yastıpəncəliyi. Tam onurğa (skolioz filmi) Th3-Sl fəqərələr səviyyəsində onurğanın AP və döş fəqərələrinin lateral proyeksiyada R- qramması: Th5-Th8 fəqərələr səviyyəsində açıqlığı sola baxan Cobb bucağı 6 dərəcə olan İ dərəcə C-vari skolioz qeyd edilir. Cobb bucağı 48 dərəcə olan İİ dərəcə torokal hiperkifoz izlənir, null. xx.xx.2024-cü il tarixli müayinələr: həkim müayinəsi: N13-Obstruktiv uropatiya və reflyuks-uropatiya. Xəstə 2010-ci ildə İran İslam Respublikasında anadangəlmə hidronefroza görə sağ tərəfli pieloplastika stentin qoyulması, bir il sonra isə sağ tərəfli sidiklik-sidik axarı reflüksuna görə sağ tərəfli ureteroneosistostomiya stentin qoyulması əməliyyatı olunub. Xəstə dəfələrlə xroniki pielonefritə və xroniki böyrək xəstəliyinə görə konservativ müalicələr qəbul edibdir. Xəstənin ultrasəs müayinəsində sağ böyrək büzüşmüş vəziyyətdədir. Xəstənin hal-hazırda sol böyrəkdə də əməliyyatın aparılması istisna edilmir. Sol böyrəyin zədələnməsində müşahidə edilir. 2021-ci ildə Əmək və əhalinin sosial müdafiəsi Nazirliyində “Anadangəlmə hidronefroz, xroniki böyrək xəstəliyi 1-ci mərhələ, xroniki obstruktiv pielonefrit, sidik kisəsinin uretranın reduksiyası cərrahi əməliyyatlarından sonrakı vəziyyət” diaqnozu qoyulubdur. Şikayətləri sağ bel nahiyəsində olan ağrılardan, ürəkbulanmadan, qusmadan, təzyiqdən, daimi temperaturun yüksəlməsindən, ürəkbulanmadan, qusmadan, başağrılarndan, dizuriyadan, sidiyini saxlaya bilməməsindən, ümumi narahatlığın olmasındandır. Dəri və görünən selikli qişalar solğun, avazımışdır. Üzü, göz qapaqları pastozdur. Gözlərin altı kölgəlidir. Ürək tonları karlaşmışdır. A\T-210\ 100 mm civə süt. Bel nahiyəsində ağrı var. Sol böyrək horizontal və vertikal vəziyyətdə əllənir, sol tərəfdən döyəcləmə simptomu müsbətdir. Qaraciyər, dalaq əllənmir. Diurezi bir qədər azalıb. Dizuriya əlamətləri var. Xəstədə sağ pəncənin İ dərəcəli, sol pəncənin İİ dərəcəli anadangəlmə yastıpəncəliyi, skolioz İ dərəcə, kifoz İİ dərəcə, döş qəfəsinin qıfvari deformasiyası qeyd olunur. Kreatinin, qan: Kreatinin-57 mmol\l null. Qanın ümumi analizi, manual hüceyrə sayı (eritrosit, leykosit və ya trombosit) hər biri: HGB-13.8 g\dl; hematokrit-41.2; eritrosit-4.93\İ; leykositlər-7.75\l; trombositlər-248\l; bazofıllər-0.05\l; eozinofillər-0.15\l; monositlər-0.49\l; EÇS-5.86 mm\saat. Qanin biokimyəvi göstəriciləri: Kreatinin- 57 mmol/1; sidik cövhəri-2.3 mmol\l; qalıq azot-2,0 mmol\l; qlükoza-5,5 mmol\l; ümumi zülal-68 gM.null. Sidik analizi, bilirubin üçün strip və ya tablet reagent istifadə etməklə, Qlükoza, hemoqlobin, ketonlar, leykositlər, nitritlər, pH, protein, xüsusi çəkisi, urobilinogen, bunlardan hər-hansı biri; av: Sidiyin ümumi analizi: Ph-5,0. Xüsusi çəki-1014; eritrosit-10-12 g\s; leykosit-15-20 g\s; bakteriya +++; qan +++, zülal-130 mg\dl. null. Uroloji USM: Sağ böyrək hüdudları nahamardır, ölçüləri 97-37 mm. Parenximanın qalınlığı d=3-8 mm, exogenliyi güclənib, kortiko-medulyar qatların differensiasiyası təyin olunmur. KLS genişlənməyib. Sol böyrək-hüdudları nahamardır, ölçüləri 130-56 mm. Parenximanın qalınlığı d=4-16 mm, exogenliyi güclənib, kortiko-medulyar qatların differensiasiyası təyin olunmur. KLS genişlənib, Grade-2, PUS-sidik axarı aydın izlənilmir. Ləyənin həcmi 11.8 ml. Renal sinfıqrafıya-sol böyrək-83%, sağ böyrək-17%. Sidik kisəsi- selikli qişanın relyefi dəyişməyib, null. TSEK-ə göndərilən zaman diaqnoz: XBT10 kodu ilə: Əsas diaqnoz: N13- Obstruktiv uropatiya və reflüks-uropatiya, sağ tərəfli Pielo-uretral seqment darlığı. Ağırlaşmalar: N13.7-sidik kisəsi-sidik axarı reflüksü ilə bağlı uropatiya, sağ tərəfli sidik axarı reflüksü, N11-xronik tubulointerstisial nefrit, soltərəfli hidronefroz, ikinci dərəcə xroniki pielonefrit, N26-dəqiqləşdirilməmiş büzüşmüş böyrək, sağ tərəfli pieloplastika stentin qoyulması və sağ tərəfli ureteroneosistostomiya stentin qoyulması əməliyyatlarından sonrakı vəziyyət, sağ böyrəyin büzüşməsi. Yanaşı xəstəliklər: R66.5anadangəlmə yastıpəncə (pes planus), sağ pəncənin İ dərəcəli, sol pəncənin İİ dərəcəli anadangəlmə yastıpəncəliyi, M41.1-gənclik idiopatik skoliozu, C-vari skolioz İ dərəcəli, Cobb bucağı 6 dərəcə, Q67.6-çökmüş döş qəfəsi, döş qəfəsinin qıfvari deformasiyası, M40.0-duruş kifozu, kifoz İİ dərəcə, Cobb bucağı 48 dərəcə. B.E.Əhmədlinin adma Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsində qeyd edilmişdir: Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat:İmtina edilib:Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir. Forma 88 nömrəsi: N00230682KTT. Qiymətləndirmə tarixi: xx.xx.2024. Diaqnoz: Obstruktiv uropatiya və reflyuks-uropatiya, sağtərəfli Pielo-uretral seqment darlığı. B.E.Əhmədlinin adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli Əyani müayinə aktı-TSEK 10/Təkrar/Pediatriya görünür ki, onun əlillik vəziyyəti səhiyyə müəssisəsinin N0023682KTT göndərişi ilə xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş və “göndərişin natamam doldurulması” qərarı verilmişdir. Səhiyyə müəssisəsinin əsas göndərişində “Əsas diaqnoz: obstruktiv uropatiya və reflyuks uropatiya, sağ tərəfli Pielo-uretral seqment darlığı. Ağırlaşma: xronik tubulointerstisial nefrit, sol tərəfli hidronefroz 2-ci dərəcə, xroniki pielonefrit”. Obyektiv müayinə zamanı xəstədə aşağıdakı əlamətlər aşkar edildi: Şikayətləri bel nahiyəsində sağ tərəfdə ağrıdan, ağrılı sidik ifrazından, ürəkbulanmadan, qusmadan, başağrıdandır. Dəri və görünən selikli qişalar adi rəngdədir. Dərialtı piy qatı normal inkişaf edib. Periferik limfa düyünləri əllənmir. Döş qəfəsi deformasiyalıdır. Ağciyərlərdə vezikulyar tənəffüs eşidilir. Ürək tonları aydındır. A/T-l30/70 mm civə süt. Nəbzi 79. Qarnı yumşaq. Qaraciyər, dalaq əllənmir. Defekasiya sərbəstdir. Pasternatski simptomu sol tərəfdə zəif müsbətdir. Diurez sərbəstdir. Sinir sistemi: Huşu aydındır, bəbəklər dairəvi olub, normal ölçüdədir, işığa qarşı reaksiya canlıdır. Göz almalarının hərəkəti bütün istiqamətlərə tamdır. Burun-dodaq büküşləri simmetrikdir. Dil orta xətt üzrədir. Vətər və sümüküstü reflekslər canlıdır. Romberq vəziyyəti dayanıqlıdır. Status lokalis: huşu aydındır, ümumi halı kafidir. Verilən suallara adekvat cavab verir. Bel nahiyəsində sağ tərəfdə zəif nəzərə çarpan əməliyyatdan sonrakı çapıq toxuması qeyd olunur, aşağı ətraflarda ödem qeyd olunmur. B.E.Əhmədlinin adına tərtib edilmiş qiymətləndirmənin nəticələrində qeyd edilmişdir: Müayinə tarixi: xx.xx.2024-cü il. Akt №-6XCQ3BA0006. Müvəqqəti əmək qabiliyyəti itirilməmişdir. Əmək qabiliyyətinin itirilməsi (%-lə)-0. Qeyd: 3- 17-4/3-3- 8835/2024 №-li qərara əsasən. Diaqnozun mətni: obstruktiv uropatiya və reflyuks uropatiya, sağtərəfli pielo-ureteral seqment darlığı. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. “Sumqayıt şəhər vərəm xəstəxanası”nda B.E.Əhmədlinin adına icra edilmiş xx.xx.2025-ci il tarixli USM-də qeyd edilmişdir: Sağ böyrək: ölçülər: uzunluğu 102 mm(N- 90-120), eni 22 mm (N-40-60 mm). Parenximanın qalınlığı 13 mm. (bəzi nahiyələrdə 10 mm), kortikomedulyar diferensasiya izlənmir, sağ böyrəyin hipoplaziyası İ-İİ dərəcə, kasacıq-ləyən sistemi-genişlənməyib. Sol böyrək: ölçülər: uzunluğu 145 mm (N-90-120), eni 65 mm (N-40-60 mm), konturu-N. Parenximanın qalınlığı 22 mm. Forması adi. Yerləşməsi bilateral. Hüdudları dəqiq. Exogenliyi artıb. Exostrukturu-hemogen. Kasacıqləyən sistemi genişlənib-44mm. Aşağı kasa -17 mm, yuxarı kasa 16 -mm. İİ-İİİ dərəcəli hidronefroz. Sol axarın intramural hissəsində zəif reflu izlənilir. Sidik kisəsi (V.URİNA)tərkibi disperslidir. Forması adi, divarının qalınlığı - 4 mm. Boşluğunda daş və ya törəmə aşkar olunmur. Prostat: (köndələn) R=39 mm -(ön-arxa) AP=21 mm -(yuxarıaşağı)L=22mm. Volume=9 ml, forması girdə, kapsula mm (qalınlaşıb). Toxum kisələri genişlənməyib. Qalıq sidik - N ml (N-20 ml qədər). Tövsiyə: müayinə nəticəsi diaqnoz deyildir. Müayinə nəticələrinin qiymətləndirilməsi və təyinatın verilməsi Sizin müalicə həkiminizin tərəfindən aparılır. "Respublika Pediatriya Mərkəzi” phş-in B.E.Əhmədlinin adma tərtib etdiyi epikrizdən görünür ki, o, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi xəstəxanada stasionar müalicədə olmuşdur. Anadan olandan xəstədir. 2020-cu ildə tran İslam Respublikasında hidronefrozla əlaqədar sağ tərəfli pieloplastika stentin qoyulması. Bir il sonra sağtərəfli ureteroneosistomiya əməliyyatı icra olunub. Növbəti müayinə üçün qəbul olunub. Həyati anamnez: İİİ hamiləlik, İİİ doğuşdandır. Vaxtında "Sumqayıt şəhəri 1 saylı Doğum evi”ndə anadan olub. Çəkisi 4,500kq. Valideynlər qohum deyil. Profilaktik peyvəndləri almayıb. Ailədə vərəm və dəri-zöhrəvi xəstəliklər inkar olunur. Yoluxucu xəstəliklər keçirməyib. Daxil olarkən vəziyyəti orta ağırdır, bir qədər süstdür, halsızdır, periodik ürəkbulanma qeyd olunur. Dərisi təmiz, bir qədər solğundur. Ağciyərlərdə sərt tənəffüs eşidilir. Ürək tonları karlaşmış, ritmikdir, tezləşib, zirvədə və V n., sistolik küy eşidilir. Qarnı yumşaq, palpasiya zamanı həssasdır, qaraciyəri əllənmir. Pastematski simptomu hər iki tərəfdən +. Dizuriya əlamətləri qeyd olunur. Sidiyi bulanlıqdır. Qanın ümümi analizi: Hb-13,9; eritr-4,94; leyk- 8,67; tromb-228; EÇS - 4 mm/s. Qanın biokimyəvi analizi: kreatinin-0,62 mgdl; sidik cövhəri-17,2; qalıq azot 8 mq İ; CRP-l,5mg İ. q l.üm. zülal-64.8. Sidiyin ümumi analizi: zülal-neqativ, leyk-0,2 q-s; eritr.0,3 q-s. Nəcisin ümumi analizi: patologiyasız. Döş qəfəsi: R- qrafıyası: patologiyasız. Qarın boşluğunun R-qrafıyası: Neyrosonoqrafıya. Abdominal müayinə: sağ böyrək 98x22 mm, sərhədləri dalğavari, kasacıq, ləyən sistemi genişlənib, sol böyrək 118x45 mm, kasaciq-ləyən sistemi genişlənib, hidronefroz İİ böyrəyin aşağı qütbündə 6 mm ölçüdə konkrement izlənilir. Aparılan müalicə: Tutukon 20 ml x 3 dəfə; Biseptol 480 x 2 dəfə. "Sumqayıt şəhər uşaq xəstəxanasf’nda B.E.Əhmədlinin adına icra edilmiş xx.xx.2025-ci il tarixli Ultrasəs müayinəsində qeyd edilmişdir: Qaraciyər böyüməyib, konturu hamar, strukturu həmcinsdir, exogenliyi normaldır. Qaraciyərin qapısında böyümüş limfa düyünləri izlənilmir. Öd kisəsinin divarı qalınlaşmayıb. Konkrement yoxdur. Öd axarları genişlənməyib. Mədəaltı vəz böyüməyib, strukturu dəyişilməyib. Dalaq 10,6x2,7 sm, böyüməyib. Qarın boşluğunda patoloji törəmələr aşkar olunmadı. Böyrəklər: sağ- 10,2x2,1x3,1 sm, nefroskleroz əlamətləri ilə, ikiləşmiş LKS, parenxima-0,85 sm, kontur bəzi sahələrdə dalğavari. Ləyən ön - arxa ölçüsü 0,8 sm, divarlar qalınlaşmayıb, aşağı kasada xırda tipli daş 0,3 sm. Sol-13,4x4,9x5,0 sm. Hipertrofiya əlamətləri ilə. Parenxima- 1,4 sm, kontur-hamar. Ləyən: ölçüsü 3,9x1,7 sm, divarlar qalınlaşmayıb, orta və aşağı kasalarda çoxlu saylı xırda daşlar 0,3-0,4 sm qədər. Axarlar: genişlənməyib. Baxış zamanı sidik kisəsində sidiyin miqdarı 30 ml, mümkün olduğu qədər baxılan sahələrdə patologiya təyin olunmadı. "Sumqayıt Tibb Mərkəzi” phş 1 №-li xəstəxananın radiologiya şöbəsində B.Əhmədlinin adına icra edilmiş xx.xx.2025-ci il tarixli sidik sisteminin KT müayinə protokolunda qeyd edilmişdir: Böyrəküstü vəzlərdə ocaqlı və düyünlü patologiya izlənmir. Sağ böyrəkdə nefroskleroz əlamətləri izlənir. Yerləşməsi adidir, ölçüləri kiçikdir: 3,4x2,7x11,0 sm, konturları aydın, hamar, yer-yer dalğavaridir. Parenximasının qalınlığı qeyri-bərabərdir. KLS xəfif genişlənib. Ekstrarenal ləyən izlənir. Sağ sidik axarı mənfəz boyu sərbəstdir, genişlənməyib. Sol böyrəyin yerləşməsi adidir, kompensator hipertrofiya əlamətləri izlənir, ölçüləri böyükdür: 4,7x6,7x13,1 sm, konturları aydın, hamardır. Parenximanın qalınlığı adidir, KLS genişlənib, Grade İİİ hidronefroz, ekstrarenal ləyən və ureteropelvik daralma qeyd olunur. Sol sidik axarı genişlənməyib, mənfəzi sərbəstdir. Sidik kisəsi orta dərəcədə doludur, mənfəzi sərbəstdir, divar qalınlığı adidir. Prostat vəzinin ölçüləri N, strukturu homogendir. Nazik və yoğun bağırsaqların pnevmotizasiyası əhəmiyyətli artıb, aerokoliya koprostaz izlənir. Kəsiklər daxilindəki sümüklərdə litikdestruktiv dəyişikliklər izlənmir, bel lordozu düzlənib. “Sumqayıt Tibb Mərkəzi” phş-də B.Əhmədlinin adına tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 36 saylı “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı”ndan görünür ki, o, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi xəstəxananın urologiya şöbəsində stasionar müalicədə olmuşdur. Diaqnoz: N13.0- soltərəfli ləyən axar seqmentinin daralması, soltərəfli grade 3 hidronefroz”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi PHŞ-nin 13 noyabr 2025-ci il tarixli T938/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş B.E.Əhmədlinin mövcud sağlamlıq vəziyyətini əks etdirən diaqnoz əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Sumqayıt Tibb Mərkəzi”ndə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, N00230682KTT nömrəli Forma 88 göndərişində XBT10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: N13-obstruktiv uropatiya və reflüks-uropatiya, sağ tərəfli Pielo- uretral seqment darlığı. Ağırlaşmalar: N13.7-sidik kisəsi-sidik axarı reflüksu ilə bağlı uropatiya, sağ tərəfli sidik axarı reflüksu, N11-xronik tubulointerstisial nefrit, soltərəfli hidronefroz, ikinci dərəcə xroniki pielonefrit, N26dəqiqləşdirilməmiş büzüşmüş böyrək, sağtərəfli pielo-plastika stentin qoyulması və sağ tərəfli ureteroneosistostomiya stentin qoyulması əməliyyatlarından sonrakı vəziyyət, sağ böyrəyin büzüşməsi. Yanaşı xəstəliklər: R66.5-anadangəlmə yastıpəncə (pes planus), sağ pəncənin İ dərəcəli, sol pəncənin İİ dərəcəli anadangəlmə yastıpəncəliyi, M41.1-gənclik idiopatik skoliozu, C-vari skolioz İ dərəcəli, Cobb bucağı 6 dərəcə, Q67.6-çökmüş döş qəfəsi, döş qəfəsinin qıfvari deformasiyası, M40.0-duruş kifozu, kifoz İİ dərəcə, Cobb bucağı 48 dərəcə” diaqnoz ilə eynilik təşkil edir və ona stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik laborator-instrumental müayinələrin əsasında müəyyən edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı X3 xx.xx.2024-cü il tarixdən uşağın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasını istəyir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. İşin hallarından müəyyən olunur ki, X3 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Əsas diaqnoz Q62.0 Anadangəlmə hidronefroz. Anadangəlmə hidronefroz Ağırlaşma N18.1 Xroniki böyrək xəstəliyi İ mərhələ, Xroniki böyrək xəstəliyi 1 mərhələ Ağırlaşma Z98 Digər cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sidik kisəsinin sağ uretranın reduksiyası, cərrahi əməliyyatdan sonrakı vəziyyət Ağırlaşma N37.0* Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı uretrit. Uretranın dəqiqləşdirilməmiş xəstəliyi Ağırlaşma N11.1 Xroniki obstruktiv pielonefrit, Xroniki pielonefrit. Yanaşı xəstəliklər D63* Başqa rubrikalarda təsnif edilən xroniki xəstəliklər zamanı rast gəlinən anemiya. Renal anemiya. Yanaşı xəstəliklər l12 Əsasən böyrəklərin zədələnməsi ilə müşayiət olunan hipertenziv [hipertoniya] xəstəlik (-yi), Nefragen hipertoniya.” diaqnozu ilə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. 06 noyabr 2024-cü il tarixdə obstruktiv uropatiya və reflyuks-uropatiya, sağ tərəfli pielo-ureteral seqment darlığı diaqnozunun əlillik əlaməti təyin etməməsi səbəbilə sağlamlıq imkanlarınn məhdudluğunun müəyyən edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyi PHŞ-nin 13 noyabr 2025-ci il tarixli T938/2025 saylı ekspert rəyində qeyd edilmişdir ki, vətəndaş B.E.Əhmədlinin mövcud sağlamlıq vəziyyətini əks etdirən diaqnoz əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Sumqayıt Tibb Mərkəzi”ndə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, N00230682KTT nömrəli Forma 88 göndərişində XBT10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: N13-obstruktiv uropatiya və reflüks-uropatiya, sağ tərəfli Pielo- uretral seqment darlığı. Ağırlaşmalar: N13.7-sidik kisəsi-sidik axarı reflüksu ilə bağlı uropatiya, sağ tərəfli sidik axarı reflüksu, N11-xronik tubulointerstisial nefrit, soltərəfli hidronefroz, ikinci dərəcə xroniki pielonefrit, N26dəqiqləşdirilməmiş büzüşmüş böyrək, sağtərəfli pielo-plastika stentin qoyulması və sağ tərəfli ureteroneosistostomiya stentin qoyulması əməliyyatlarından sonrakı vəziyyət, sağ böyrəyin büzüşməsi. Yanaşı xəstəliklər: R66.5-anadangəlmə yastıpəncə (pes planus), sağ pəncənin İ dərəcəli, sol pəncənin İİ dərəcəli anadangəlmə yastıpəncəliyi, M41.1-gənclik idiopatik skoliozu, C-vari skolioz İ dərəcəli, Cobb bucağı 6 dərəcə, Q67.6-çökmüş döş qəfəsi, döş qəfəsinin qıfvari deformasiyası, M40.0-duruş kifozu, kifoz İİ dərəcə, Cobb bucağı 48 dərəcə” diaqnoz ilə eynilik təşkil edir və ona stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik laborator-instrumental müayinələrin əsasında müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən XBT 10 kodu N10-N16 böyrəklərin tubulointerstisial xəstəlikləri, M40 kifoz və lordoz, Q67.6 çökmüş döş qəfəsi diaqnozları əlilliyin müəyyən edilməsi üçün əsas olaraq qeyd edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş materiallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsinin göndərişi əsasında imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-3050/2024 nömrəli qərarları). İş materialları ilə müəyyən edilir ki, X6 xx.xx.2010-cu il təvəllüdlüdür və 18 yaşı xx.xx.2028-ci il tarixində tamam olacaqdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədək uşağın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-6204/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6204/2025
23.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver