Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-621/2021 12.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı xx xxxxxx 2020-ci il tarixli **********8 nömrəli əmrinin ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası əmək və Əhakinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, dəymiş madi və mənəvi zərərin pödənilməsi, müvafiq işlə təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinin tələblərinə uyğun olaraq hüquqi yardım göstərildikdən sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xx xxxxxx 2020-ci il tarixli **********8 nömrəli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədə xahiş etdi. Məhkəmə icalsında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi. Cavabdehin nümayəndəsi X2 iddianı aidiyyət pozuntusu ilə Sumqayıt İnzibati Məhkəməsinə verildiyini bildirərək mübahisənin ümumi məhkəməyə aid olduğunu izah etdi. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın mümkün hesab edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından aydın olur ki, Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2020-ci il tarixli əmri və iddiaçının öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. Fondun xx.xx.2020-ci il tarixli əmrinə əsasən İddiaçı müddətli əmək müqaviləsi ilə müvafiq vəzifəyə təyin edilmişdir. Həmin müqavilənin müddəti bitdiyi üçün Fondun xx xxxxxx 2020-ci il tarixli əmri və tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə regional nümayəndəliklər yaradılmış və Əmək və Əhalinin Sosial Müdafiə Nazirinin xx xxxx 2020-ci il tarixli **********6 saylı əmri ilə DSMF-nin yerli bölmələrinin yerli işçiləri xx xxxx 2020-ci ildən etibarən tutduqları vəzifədən azad edilmişdirlər. DSMF publik hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli əmrinə əsasən İddiaçı xx xxxxxx 2020-ci ildən etibarən 3 ay müddətinə ştatdan kənar işçi kimi işə qəbul edilmişdir. Həmin müddət bitdikdən sonra DSMF publik hüquqi şəxsin xx xxxxxx 2020-ci il tarixli əmri ilə İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Hazırki iddia tələbinin predmeti DSMF-nin publik hüquqi şəxsin verdiyi xx.xx.2020-ci il tarixli əmrinin ləğvidir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinə mülki mühakimə qaydasında baxılmalıdır. Belə ki, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs - dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Göründüyü kimi İddiaçı mübasiləndirdiyi qərar inzibati orqan tərəfindən verilməmişdir. Belə olduğu tədqirdə hazırki, iddia tələbinə inzibati qaydada baxıla bilməz. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati deyil, mülki-hüquqi xarakterlidir. Bu səbəbdən də iddia tələbinə inzibati mübahisə kimi inzibat məhkəmədə baxıla bilməz. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı xx xxxxxx 2020-ci il tarixli **********8 nömrəli əmrinin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-621/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-621/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver