Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6215/2024 16.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ X4 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Məkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Məkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia tələbinin müdafiə etdiyini və pensiyasının yenidən hesablanmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbi ilə bağlı müraciət edərək bildirmişdir ki, iddiaçı eyni predmet və eyni əsaslar üzrə Sumqayıt İnzibati Məhkəməsinə iddia qaldırmış və müvafiq iş üzrə yekun məhkəmə qərarı verilmişdir. Bu səbəbdən də eyni predmet və eyni əsasla yenidən Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırılması yolverilməzdir. Ona görə də iddia tələbinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materillarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, müvafiq tələbə başqa məhkəmədə baxıldığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 3082/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qərarının surətindən görünür ki, iddiaçı eyni predmet ilə bağlı məhkəmdə iddia qaldırmış və iş üzrə yekun məhkəmə aktı xx.xx.2024-cü ildə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən qəbul edilmişdir. Belə olan halda iddiaçının hazırkı iddia tələbinə baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, mahiyyəti üzrə çıxarılmış məhkəmə qərarının hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən eyni tələblə çıxış etmək imkanını vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Beləliklə yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Məkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №2-1(118)-6215/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6215/2024
16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver