Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-622/2023 01.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçıya və onun ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın ayrılmasına dair cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul etdiyi imtina barədə bütün qərarları ləğv edilməsi, cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın təyin olunması, hesablanması, verilməsi öhdəliyinin qoyulması və ünvanlı dövlət sosial yardımın verilməsinin (hesablanmasının) xx.xx.2019-cu il tarixindən, hazırkı məhkəmənin qəbul edəcəyi qərarın qanuni qüvvəyə minəcəyi tarix olmaqla hesablanması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, İddiaçı 1979 ci ildə anadan olmuşdur. Ailəlidir. Üç övladı var. Hal-hazırda Xızı rayonunun Giləzİ qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Uşaqlarının hər üçü məktəblidirlər. Ailə vəziyyəti çox ağırdır. Maddi cəhətdən sarsıntı içərisində yaşayır. Ünvanlı Dövlət Sosial Yardımı almaq məqsədi ilə dəfələrlə "VEMTAS" vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Lakin 2017 ci ildən sonra Ünvanlı Dövlət Sosial Yardım (ÜSY) üçün bütün müraciətləri bir qayda olaraq həmişə nəticəsiz qalmışdır. Hər dəfə qarşı tərəf müxtəlif bəhanələrlə ÜSY ayrılmasına mane olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 38 ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Lakin bu maddənin mövcud olmasına baxmayaraq, qarşı tərəf daim hər vəchlə çalışır ki, ÜSY ayrılmasının qarşısını alsın, ya da ayrılmış ÜSY azaldılsın. Buna sübut kimi Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin (X9) N_2-l(85)-891/2013 saylı və Bakı İnzibati Məhkəməsinin (X7) № 2-1(112)-2671/2020 saylı qərarlarına nəzər yetirmək kifayətdir. Həmin qərarlardan da görünür ki, qarşı tərəf indi olduğu kimi, bütün vaxtlarda birmənalı olaraq qərəzli davranmışdır. İddiaçı və həyat yoldaşı X5 yaşadığı Xızı rayonu Giləzi qəsəbəsində yerləşən "xxxx" MMC də fəhlə işləyir. Hər ikisi ümumilikdə 550-600 (beş yüz əlli - altı yüz) AZN aylıq maaş alır. Əgər hesablansa, adambaşına düşən minumum ehtiyac meyarı 2022 ci il üçün 200 azn olduğu halda, beş nəfərlik ailənin minumum ehtiyac meyarı ümumilikdə 200*5= 1000 azn edir. Həmin bu məbləğdən gələn gəlirləri çıxdıqda orta hesabla 400 azn fərq yaranır. Əgər bu qaydada hesablansa, ( 200*5= 1000; 1000-600=400) qanunla nəzərdə tutulmuş formada ailəyə gələn gəlirlərin ümumi məbləği minumum ehtiyac meyarından 400 azn aşağı olduğu üçün yaranmış fərqi qanuna əsasın cavabdeh tərəf ÜSY ödəməlidir. Bütün bunlara baxmayaraq cavabdeh üzərinə düşən vəzifəni yerinə yetirməyərək, aşağıdakı cavablarla, ayrılmalı olan ünvanlı sosial yardımdan imtina etmişdir: 1) “Hörmətli İddiaçı QİZİ (ailə təmsilçisinin SAA) Sizin xx.xx.2022 tarixli, **********27001 nömrəli müraciətinizə görə sosial yardımın təyin olunmasından aşağıdakı səbəb(lər)ə görə imtina edilir: “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən ailənin əmək qabiliyyətli üzvünün orta aylıq gəliri ondan asılı olan səbəblərdən sıfra bərabər olduğu üçün, bu ailə ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyildir”.” X5 Cavab: X5 iddiaçının həyat yoldaşımdır. Uzun müddətdir ki, "xxxx" MMC də onunla birlikdə fəhlə işləyir. 2) “Sizin xx.xx.2022 tarixli, **********27002 nömrəli müraciətinizə görə sosial yardımın təyin olunmasından aşağıdakı səbəb(lər)ə görə imtina edilir: ABONENT KODU BARƏDƏ MƏLUMATİN GİZLƏDİLMƏSİ ÜMUMİ İSTİFADƏLİ SAYĞACİN AŞKAR EDİLMƏSİ” Cavab; özlərinə aid olan abonent kodları haqqında bütün məlumatları sistemə normal şəkildə daxil etdikləri halda, cavabdeh belə bir qanuni əsası olmayan imtina qərarı verir. 3) “Sizin xx.xx.2022 tarixli, **********27003 nömrəli müraciətinizə görə sosial yardımın təyin olunmasından aşağıdakı səbəb(lər)ə görə imtina edilir: MADDİ- MƏİŞƏT ŞƏRAİTİNİN MÜAYİNƏSİ ÜÇÜN BAXİŞ KEÇİRİLMƏSİNƏ ŞƏRAİT YARADİLMADİ.” Cavab; a) Cavabdeh tərəf bu imtinada da əsassızdır. Çünki yoxlanış barədə ona və ya ailə üzvlərindən heçkimə məlumat verilməmişdir. Telefonuna heçbir zəng olunmamışdır. Ümumiyyətlə cavabdeh tərəf yoxlanışa gəlməmişdir. Yəni bütün bunların fonunda qanuna əsaslanmayan belə bir imtina əsassız hesab olunmalıdır. b)İmtinalarda göstərilən tarixlərə nəzər salınsa cavabdeh tərəf bu imtinaya qədər dəfələrlə gəlib məişət şəraitini yoxlamışdır. Belə bir yoxlanışa əslində heçbir ehtiyac da yoxdur. Yəni yuxarıda qeyd etdiyi bütün imtina qərarları əsassız və heçbir qanunda öz əksini tapmayan imtina qərarlarıdır. Bütünlüklə ləğv edilməlidir. Bununla belə ÜSY təyin edilməsi üçün 2017 ci İl tarixində aidiyyatı üzrə cavabdehə müraciət edib, imtina cavabları almışdır. Və həmin imtinalardan aidiyyatı üzrə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə öz hüququndan sui-istifadə edərək Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi № 2-1(112)-2671/2020 saylı qərardan, əvvəlcə Bakı Apellyasiya Məhkəməsinə daha sonra isə, Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi 2- 1(103)-682/2021 saylı qərardan aidiyyatı üzrə Ali Məhkəmənin inzibati kollegiyasına müraciət etmişdir. Ali Məhkəmənin inzibati kollegiyasının qəbul etdiyi 2-1(102 )-2315/2021 saylı qərar isə 2022 ci ilin may ayında (yalnız iki il üçün 2017-2019) icra edilib. Hüquqi baxımından nəzər salsaq, görərik ki, cavabdeh tərəf açıq aşkar vaxt qazanmaq məqsədi ilə bütün vasitələrdən sui-istifadə etmişdir. Və bununla da 2017 ci ildən 2022 ci ilin may ayı da daxil olmaqla mümkün beş il olduğu halda cavbdeh tərəf yalnız iki ilin (2017-2019) ÜSY iddiaçının ailəsinə (özünə) təqdim etmişdir. (Cavabdehin cavab məktubunu təqdim edir) Diqqətlə nəzər yetirsək burada kobud hüquq pozuntusunun olduğunu görərik. Əgər məhkəmə qərar qəbul edərək, inzibati orqan olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə ÜSY nin təyin edilməsi, hesablanması, və verilməsi kimi bir öhdəlik qoyursa, dolayısı ilə Məhkəmə vətəndaşın bu məsələdə hüquqlarının pozulduğunu tanıyırsa, məgər bu bütöv beş ilin (2017-2022) içində yalnız iki ili (2017-2019) əhatə edirmi? Yuxarıda göstərilənlərlə bərabər, əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi İlə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər, həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-cİ maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilmişdir. "Azərbaycan Respublikasında 2018-cİ il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilmişdir. "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilmişdir. "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. "Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi" Qaydalarının 2.1-cibəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə "Elektron hökumət" və ya Nazirliyin "e- sosial" internet portallarında yerləşdirilmiş "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" elektron xidmətdən istifadə etməklə "Ərizə- bəyannamə"ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən "Ərizə~bəyannamə"də qeyd edilmiş məlumatların "Elektron hökumət" portalı üzərindən bu Qaydaların 1.3- cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh ərizəsində qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarına əsasən, məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması: İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması; İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; prosessual həmiştirakçılığın yol verilənliyi; tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci hissəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM- də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM- in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxianılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində xx.xx.2019- cu il tarixdən məhkəmənin yekun qərarının qəbul olunduğu tarixədək olan dövr üzrə ünvanlı dövlət sosial yardım ödənişinin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı 2020-ci il tarixdə ona ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün Bakı inzibati Məhkəməsinə müraciət etmişdir. Bakı inzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2-1(112)-2671 /2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdehin 2017-2018-ci il tarixlərdə verdiyi imtina cavablarının qanunsuz hesab edilərək iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2-1 (103)-682/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2-1(112)-2671/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021ci il tarixli 2-1 (102)-2315/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2021-cı il tarixli 2-1(103)-682/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı inzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2-1(112)-2671/2020 nömrəli qərarının icrası ilə əlaqədar İddiaçı 01.09 2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə cavabdeh tərəfindən 4885,20 manat ünvanlı dövlət sosial yardım ödənişi həyata keçirilmişdir. Hazırki iddia tələbi üzrə cavabdeh qismində qeyd edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı hər hansı hüququ və qanuni maraqları pozulmamışdır. İddiaçı xx.xx.2019-cu il tarixədək olan dövr üzrə ünvanlı dövlət sosial yardım ödənişi həyata keçirildiyindən, iddia ərizəsində cavabdehin hansı imtina cavabının mübahisələndirdiyi qeyd edilmədiyindən və iddiaçının 2019-2021-ci il tarixlərdə cavabdehə ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi ilə əlaqədar hər hansı bir müraciəti olmadığından onun "ünvanlı dövlət sosial yardımın xx.xx.2019-cu il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün hesab edilməməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə etmiş, eyni zamanda bildirmişdir ki, iddiaçı müraciətləri 2022-ci ildə olmuşdur. İddia tələbi dəqiqləşdirilərsə, iddiaya əlavə münasibət bildirə bilərlər. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının Sumqayıt İnziabti Məhkəməsinin və Bakı İnzibati Məhkəməsinin icraatında 2-1(85)-891/2013 saylı və 2- 1(112)-2671/2020 saylı işləri olmuş , Bakı inzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2-1(112)-2671 /2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdehin 2017- 2018-ci il tarixlərdə verdiyi imtina cavablarının qanunsuz hesab edilərək iddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2-1 (103)- 682/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2- 1(112)-2671/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2021- ci il tarixli 2-1 (102)-2315/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2021-cı il tarixli 2-1(103)-682/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı inzibati Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli 2-1(112)-2671/2020 nömrəli qərarının icrası ilə əlaqədar İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə cavabdeh tərəfindən 4885,20 manat ünvanlı dövlət sosial yardım ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında iddiaçıya tərəfə hüquqi yardım edilmiş, onların tələbi aydınlaşdırılmış, müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən məhkəmə qərarı icra olunmuş, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə cavabdeh tərəfindən 4885,20 manat ünvanlı dövlət sosial yardım ödənişi həyata keçirilmiş, lakin iddiaçı sonrakı dövrlərə görə ona ünvanlı sosial yardımın təyin edilməsi üçün müraciət etməmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilərək izah edilmişdir ki, cavabdeh orqana müraciət dövrünə uyğun olaraq tələbini dəqiqləşdirə bilər. Eyni zamanda iddianın uğurluluq ehtimalı müzakirə edilmiş, izah edilmişdir ki, məhkəmə qərarı qərarı 2017-2019-cu illərlə bağlı olmuş, bundan sonra inzibati orqana müraciət 2022-ci ildə olmuşdur. Ünvanlı sosial yardımın təyin edilməsi üçün isə inzibati orqana müraciət etmək şərti tələb edilir. İddiaçıya izah edilmişdir ki, iddia tələbini dəqiqləşdiricəyi halda, qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğuna nəzərə alınaraq, onun ailəsinin məişət şəraitində dəyişiklik olmadığı halda cavabdeh inzibati orqana iddiaçının müraciətinə yenidən baxılması üçün vaxt verilə bilər və mübahisənin məhkəmədənkənar həlli imkanı yaranmış ola bilər. Lakin iddiaçının nümayəndəsi bildirmişdir ki, onun ailə vəziyyətinində dəyişən bir hal yoxdur, məhkəmə qərarı ilə onun ailəsinin hüququ tanındığına görə məhkəmə qərarı ilə müəyyən olunan 2019-cu ildən hazırkı məhkəmə qərarı qqnunu qüvvəyə minən günə qədər onun ailəsinə sosial yardım hesablanıb verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Hazırda iddiaçının tələbi 3 hissədən:
1. iddiaçıya və onun ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın ayrılmasına dair cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul etdiyi imtina barədə bütün qərarları ləğv edilməsi
2. cavabdehin üzərinə iddiaçıya və ailə üzvlərinə ünvanlı dövlət sosial yardımın təyin olunması, hesablanması, verilməsi öhdəliyinin qoyulması
3. ünvanlı dövlət sosial yardımın verilməsinin (hesablanmasının) xx.xx.2019-cu il tarixindən, hazırkı məhkəmənin qəbul edəcəyi qərarın qanuni qüvvəyə minəcəyi tarix olmaqla hesablanmasından ibarətdir.
İddiaçının tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, Ünvanlı Dövlət Sosial Yardımı haqqında Qanunun 6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 6.3-cü maddəsinə əsasən Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Qanunun 8.1-ci maddəsinə əsasən Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Lakin qanunvericiliyin tələbinə zidd olaraq iddiaçının 2019-cu ildə ona növbəti ünvanlı sosial yardımın təyin edilməsi üçün müraciəti mövcud deyildir. İddiaçı cavabdeh orqana müraciətləri üzrə 2022-ci il tarixli imtina məktublarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh orqanın imtinasının qanunsuz hesab edilməsini və müraciətinin təmin edilməsini məhkəmədən tələb edə bilərdi. Belə ki, iddia mübahisələndirmə haqqında iddia yox, inzibati aktın qəbulu ilə bağlı olan məcburetmə haqqında iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçıya izah edisinki, inzibati orqana 2022-ci ildə etdiyi müraciətlərin təmin edilməməsinin qanunsuz hesab edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş müddətdə sosial yardımın təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etməsi istisna edilmir və eyni zamanda bu iddianın uğurluluq ehtimalı və prosrssual qənaət baxımından məqsədəmüvafiq hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, o, cavabdeh orqanın 2022-ci il üzrə imtina məktublarının qanunsuz hesab edilməsini və ona qanunvericliklə nəzərdə tutulmuş müddətlərdə ünvanlı sosial yardımın təyin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İsmayıl Quliyev