Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6236/2025 17.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi adının verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə qarşı mənə “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi adı”nın verilməsi öhdəliyi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi üzərinə vəzifə olaraq qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı1984-cü il tarixdən “Məhsul” X6 Cəmiyyətinin (“Məhsul” KKİC) Quba rayon Şurasında Yunan-roma güləşi üzrə məşqçi müəllim fəaliyyətinə başlamışdır. Məşqçi müəllim fəaliyyəti göstərdiyi həmin tarixdən əsl məşçi olduğunu nümayiş etdirmiş, yetirmələri dəfələrlə Azərbaycan Respublikasının, Dünya və Avropa çempionları və mükafatçıları olublar. Həmin faktlar iddia ərizəsinə əlavə edilmiş, “Fəxri adın verilməsi üçün əsaslar” cədvəlində göstərilən hallarla da təsdiq olunur. Həmin cədvəldəki idmançıların hamısı iddiaçının yetirmələridir. Lakin cavabdeh nailiyyətlərini özündə əks etdirən həmin cədvəli təsdiq etməkdən yayınmışdır. Cədvəl üzrə siyahıda olan iddiaçının yetirmələrinə aid həmin məlumatlara dair protokollar cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində saxlanılır. Quba rayonunda və Azərbaycan Respublikasının digər rayonlarında keçirilən Dövlət və ictimai-siyasi tədbirlərdə daima fəal iştirak etmiş, dəfələrlə Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin fəxri fərmanlarına və mükafatlarına layiq görülmüşdür. Yeganə şəxsdir ki, 41 (qırx bir) il müddətində fasiləsiz olaraq Ouba rayonunda məşqçi fəaliyyətini həyata keçirən yeganə idman məşqçisidir. Digər tərəfdən, 1992-ci X5 adına Quba şəhər 1 saylı tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir. İddia ərizəsinə əlavə edilmiş, “Azərbaycan Həmkarlar İttifaqları X1”nın “MƏHSUL” kənd könüllü həmkarlar koperativ idman cəmiyyətinin Respublika Şurasının, “Azərbaycan Güləş Federasiyası”nın (AGF) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Quba rayon gənclər və idman idarəsinin birgə (möhür və vəzifəli şəxslərin imzaları ilə) təsdiq etdikləri “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi adının verilməsi üçün” 23.X.2024 - 04.Xİ.2024 dövr üzrə tərtib edilmiş təqdimatın əslində, “təqdim olunan ictimaiidman fəaliyyəti haqqında məlumatında göstərilir”: “Məhsul KKİC-də işlədiyi illər ərzində özünü nümunəvi işçi və məşqçi- müəllim kimi göstərmiş, yetirmələri dəfələrlə respublikas çempionu və mükafatçılar sırasında olmuşdur. Ona görə Əməkdar bədən tərbiyəsi və idman xadimi adının verilməsi üçün vəsatət qaldırılır.”. Həmin təqdimatda Azərbaycan Güləş Federasiyasının rəyində göstərilir: “AGF-sı İddiaçı “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi üçün vəsatət qaldırır”. Həmin təqdimatda Gənclər və İdman (Baş) İdarəsinin rəyində göstərilir: “Fəaliyyət göstərdiyi illər ərzində özünü nümunəvi məşqçi-müəllim kimi göstərmiş, rayonun ictimaisiyasi həyatında və təşkil edilən ümumrayon tədbirlərində fəallığı ilə seçilmişdir. Fəaliyyəti dövründə ona tərəfimizdən heç bir irad tutulmamışdır. Dəfələrlə rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin fəxri fərmanlarına və mükafatlarına layiq görülmüşdür. Ona Əməkdar bədən tərbiyəsi və idman xadimi adının verilməsi üçüm vəsatət qaldırır”. İddiaçıya “Əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adı”nın verilməsi barədə rəsmi qaydada, cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə müraciət edərək, “Azərbaycan Həmkarlar İttifaqları X1”nın “MƏHSUL” kənd könüllü həmkarlar koperativ idman cəmiyyətinin Respublika Şurasının, “Azərbaycan Güləş Federasiyası”-nın (AGF) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Quba rayon gənclər və idman idarəsinin birgə göndərdikləri “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi adının verilməsi üçün” Təqdimatı və digər sənədləri cavabdehə təqdim etmişdir. Müraciətinə imtina etmişdir. Həmin imtinanı özündə əks etdirən cavabdehin 29 sentyabr 2020-ci il tarixli, № 955/M/187 - 01/22/M saylı məktubunda göstərilrir: - “Məlumat üçün bildiririk ki, “Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ölkəmizdə bədən tərbiyyəsi və idman işinin təşkili və inkişafında böyük nailiyyətlər qazanmış, xüsusi xidmətlər göstərmiş, dövlət mükafatları ilə (“Şöhrət” ordeni, “Tərəqqi” medalı) təltif olunmuş şəxslərə, Olimpiya oyunlarının, olimpiya oyunları proqramına daxil olan idman növləri iizrə diinya çempionatlarının qalib və mükafatçılarının hazırlığına uzun illər ərzində böyük əmək sərf etmiş, sabit nəticələr verən məşqçiyə verilir.”. Lakin cavabdehin həmin cavabı, ona təqdim edilmiş sənədlərlə təkzib edildiyindən hüququnun müdafiəsi üçün cavabdehə qarşı “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi adı”nın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Həmin iddia ərizəsi ilə əlaqəli olan, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-7550/2020 saylı inzibati iş üzrə hazırlıq iclası zamanı cavabdeh təşkilat iddiaçıya müraciət edərək iddianın məhkəmədən kənar təmin ediləcəyinə vəd verərək iddia ərizəsinin və ona əlavə eduilmiş sənədləri məhkəmədən götürməyi xahiş etmişdir. İddiaçı həmin vədə inanaraq xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2-1(112)-7550/2020 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin vaxtdan sonrakı dövrdə cavabdeh müxtəlif bəhanələrlə vaxtı ötürərək iddiaçıya “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi adının verilməsindən yayınmışdır. Cavabdeh rəsmi cavab göndərməkdən yayındığından iddiaçı özü 30 aprel 2025-ci il tarixdə cavabdeh təşkilata gedərək vəziyyıəti soruşduqda cavabdeh 19 mart 2025-ci il tarixli, 3-19/2-M-453-38-292/2025 saylı məktubu təqdim etmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş cavabdehin 19 mart 2025-ci il tarixli məktubunun əslinə əsasən, “Azərbaycan Respııblkasımn Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi məsələsinə yalnız ildə 1 dəfə olmaqla ilin sonunda baxılır və sənədləriniz nazirlikdə fəaliyyət göstərən “Fəxri adların, təqaüdlərin verilməsi, sosial vəziyyətin yaxşılaşdırılması komissiyası”na təqdim edilmişdir.”. Mübahisə ilə əlaqəli hallardan göründüyü kimi, müraciətinə ilin sonunda baxılacağına dair cavabdeh tərəfindən verilən vədlərin sonu beş dəfə təkrarlanmışdır. Cavabdehin günahı səbəbindən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməli olmuşdur.
3. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə (bundan sonra - Nazirlik) qarşı “əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adının verilməsi” tələbinə dair 2-1(118)- 6236/2025 saylı inzibati iş vardır. İddiaçı M.Xubyar tələbini onunla əsaslandırmışdır ki, o, 1984-cü ildən Məhsul X6 cəmiyyətinin Quba rayon şurasında yunan-roma güləşi üzrə məşqçi müəllim kimi fəaliyyətə başlamışdır. Qeyd edir ki, fəaliyyəti müddətində tələbələri dəfələrlə Dünya və Avropa çempionatlarının mükafatçıları olmuşdur, idmanın inkişafında göstərdiyi xidmətlərə görə dəfələrlə Quba rayon İcra hakimiyyəti və X2 İdman idarəsi tərəfindən fəxri fərmanlara və mükafatlara layiq görülmüşdür. Həmçinin Azərbaycan Güləş Federasiyası və Quba-Xaçmaz Gənclər idman idarəsi tərəfindən əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adının verilməsi üçün Nazirlik qarşısında vəsatət qaldırmışdır. Nazirlik tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi məsələsinə yalnız ildə 1 dəfə olmaqla ilin sonunda baxılır. Sənədləriniz nazirlikdə fəaliyyət göstərən “Fəxri adların, təqaüdlərin verilməsi, sosial vəziyyətin yaxşılaşdırılması komissiyası”na təqdim edilmişdir. Hesab edir ki, iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir.
4. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-19/2-M- 453-38-292/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, “Sizin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ünvanladığınız ərizəyə cavab olaraq bildiririk ki, “Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi məsələsinə yalnız ildə 1 dəfə olmaqla ilin sonunda baxılır və sənədləriniz nazirlikdə fəaliyyət göstərən “Fəxri adların, təqaüdlərin verilməsi, sosial vəziyyətin yaxşılaşdırılması komissiyası”na təqdim edilmişdir.”.
5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
II. İddianın mümkünlüyü
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3); İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5); İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).
9. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
10. Azərbaycan Respublikasının “Vətəndaşların müraciəti haqqında” qanunun 3.0.12-ci maddəsinə əsasən, elektron müraciət - müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciətdir. Həmin qanunun 6.7-ci maddəsinə əsasən, elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir.
11. Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir. Həmin qanunun 28.1-ci maddəsinə əsasən, elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir. Qanunun 28.2-ci maddəsinə əsasən, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir.
12. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” qanunun 62.2-ci maddəsinə əsasən, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.
13. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
14. Hazırki iddia məcburetməyə dair iddiadır. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.
16. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə, təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
17. “E.Həkimovun şikayəti ilə əlaqədar” 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.”.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
20. Göründüyü kimi, iddiaçı 2 ay 25 gün müddət keçəndən sonra məhkəməyə müraciət (iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir) etmişdir. Bununla da, qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür.
21. İPM-in 13 və 48-ci maddələrinə əsasən, məhkəmə öz yardım etmək vəzifəsinə uyğun olaraq, məhkəmə prosesində iddiaçıya hüquqi yardım edərək buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət edilməsi təklif olunsa da, sözügedən hüquqi yardım iddiaçı tərəfindən nəzərə alınmamışdır və iddiaçı ərizə təqdim etməkdən imtina etmişdir.
22. Məhkəmə qeyd edilən müddətdə iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu məhdudlaşdıran hər hansı hal müəyyən etmir.
23. Məhkəməyə müraciət hüququ mütləq hüquq olmadığından iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, iddiaçı Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi adının verilməsi ilə bağlı cavabdeh orqana müraciət edə bilər.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
X4-Abbaszadə