Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6238/2025 29.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: Azərbaycan Respubli̇ kasinin vətəndaşliğina qəbul edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh X2nə qarşı “Azərbaycan Respublı̇ kasının vətəndaşlığına qəbul edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəm əsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin hallari
1. İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vətəndaşlığına mənsubiyyətin təsdiq edilməli və bu əsasda ona şəxsiyyət vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublı̇ kasının vətəndaşlığına qəbul edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək istəyir. Surəti bu ərizəyə daxil edilən P RUS 76 ******* nömrəli pasportdan görünür ki, X3 xx.xx.1977-ci il təvəllüdlü olmaqla hazırda Rusiya Federasiyası vətəndaşıdır. Surəti bu ərizəyə daxil edilən MYİ № ******* nömrəli xx.xx.2025-ci tarixinədək qüvvədə olan Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1977-ci il təvəllüdlü X3, Rusiya Federasiyası vətəndaşıdır, millivyətcə rusdur, lakin uzun müddətdir ki, Azərbaycan Respublikasının Şamaxı rayonunun Göylər kəndində yaşayır. İ-OM JY 518095 nömrəli, 25 yanvar 2002-ci il tarixdə verilmiş nikah şəhadətnaməsindən görünür ki, iddiaçı X5 xx.xx.2002-ci il tarixdə milliyətcə azərbaycanlı olan X2 ilə rəsmi nikaha daxil olmuşdur və nikahdan sonra ona “Daşdıyeva” soyadı verilmişdir. Bu sənədin notarial təsdiqli surətini məhkəməyə təqdim etmişdir. AA1998606 seriya və nömrəli, FİN: 4P1.06E3 olan şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının həyat yoldaşı X2 xx.xx.1970-ci il təvəllüdlü olmaqla milliyyətcə azərbaycanlıdır və Azərbaycan Respublikasının vətəndaşıdır. AA4080583 nömrəli və FİN: 6FMB7L6 olmaqla övladım xx.xx.1997-ci il təvəllüdlü X4 məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının əcnəbinin qeydiyyata alınması haqqında Seriya AZ N 00593437 nömrəli vəsiqədən görünür ki, xx.xx.2008-ci ildən Azərbaycan Respublikasının Şamaxı rayonunda qeydiyyata alınmışdır və həmin sənəd xx.xx.2009-cu il tarixinədək qüvvədə olmuşdur. İddaçı müvəqqəti icazə vərəqələri ilə və onların hər dəfə müddətlərini uzatdırmaqla artıq 2025-ci ilədək çox uzun müddətdir ki, Azərbaycan Respublikasının Şamaxı rayonunun Göylər kəndində ailə üzvlərində birgə yaşayır. Bundan sonra öz ailə-uşağının yanında daimi olaraq Azərbaycan Respublikasında yaşamaq və Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək və daha sonra isə Azərbaycanda şəxsiyyət vəsiqəsini almaq istəyir. Əgər buna görə Rusiya Federasiyası vətəndaşlığından çıxarılmağı vacibdirsə, ona da razıdır. Rusiya Federasiyasında heç bir cinayət və digər qeyri-qanuni hərəkətlər törətməmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən göndərilmiş xx.xx.2025-ci il tarixli qərarda yazılmışdır ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügedən Qanunun 14-cü maddəsinin ikinci hissəsinə əsasən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır. Bundan sonra iddiaçı cavabdehin qeyd etdiyi vəsatəti yazıb, sənədlərini də ona qoşma etməklə yenidən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə göndərmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən iddiaçıya göndərilmiş xx.xx.2025ci il tarixli qərarda təkrarən əvvəlki şablon cümlələr yazılmışdır. Aşkar görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti təkrarçılığa yol verərək iddiaçının müraciətini təmin etməyib süründürməçiliyə yol vermişdir. Odur ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən iddiaçıya sonuncu dəfə göndərilmiş 3-37/2-D-3480-26-1-08-3883/2025 saylı, xx.xx.2025-ci il tarixli aktdan narazı olduğundan Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı hesab edilir ki, əvvəl cavabdehə, indi isə Sumqayıt İnzibati Məhkəməsinə hazırkı müraciəti haqlıdır. Çünki, o uzun illərdir ki. indiyənədək Azərbaycanda yaşamış və yaşayır və deməli qanunamüvafıq qaydada Azərbaycan Respublikasının vətəndaşı hesab edilməlidir. Amma cavabdeh iddiaçıya nə “hə", nə də “yox” deməməklə qeyri-müəyyən aktlar göndərməklə süründürməçiliyə yol vermişdir. Əgər ərizəsi təmin olunmamışdırsa, bu elə cavabdehin dolayı surətdə ərizəsindən imtina etməsi deməkdir. Hesab edilir ki, iddiaçıya Azərbaycan Respublikasının vətəndaşlığı verilməlidir və bu cavabdehin üzərinə öhdəlik kimi qoyulmalıdır. Bu ərizədə qeyd etdiklərindən əlavə, əgər zərurət varsa, iddiaçı məhkəmədən iş üzrə lazım bildiyi aidiyyəti orqanlara sorğu göndərilməsinin təmin edilməsini məhkəmədən xahiş edir.
4. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32.2.1, 33.1-ci maddələrinə istinad olunmuşdur.
5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçı 2025-ci ilin mart və aprel aylarında Xidmətə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməsinə və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Xidmət tərəfindən xx.xx.2025ci il tarixli 3-37/2-D-2691-26-1-08-3013/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 3-37/2-D-2925- 26-1-08-3235/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-37/2-D-3480-26-1-08-3883/2025 nömrəli məktublarla “Azərbaycan Respublikasını vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri izah edilməklə iddiaçıya cavab ünvanlanmışdır. Qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci və ikinci hissəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). İddiaçının müraciəti araşdırılarkən onun ölkə ərazisində 2013-2023-cü illərdə daimi yaşamaq üçün icazə əsasında, 2023-cü ildən hazıradək müvəqqəti yaşamaq üçün icazə əsasında yaşadığı müəyyən edilmişdir (müvafiq məlumatlar etiraza əlavə olunur). Göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşaması halı mövcud deyil. Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur. Əlavə olaraq bildiririk ki, iddiaçının Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı hər hansı müraciəti qeydə alınmamışdır. Həmçinin iddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsində qeyd olunan şəxslərin təsir dairəsinə düşmür və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar mövcud deyil.
b) Tərəflərin iştiraki və izahatlari
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
8. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir
c) Mübahisənin həlli ilə bağli məhkəmə araşdirmasinin əsasini təşkil edən sənədlər
9. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
10. Azərbaycan Respubliikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məslələri Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasını vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanunun 14-cü maddəsinin birinci hisəsinə əsasən Azərbaycan Respublikasının əraziisndə son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan qanuni gəlir mənbəyi olan, Azərbaycan Respubliasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəuindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən aslı olmayaraq bu qanuna müvafiq surətdə öz vasitəsi ilə Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır.
11. Azərbaycan Respubliikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məslələri Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasını vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanunun 14-cü maddəsinin birinci hisəsinə əsasən Azərbaycan Respublikasının əraziisndə son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan qanuni gəlir mənbəyi olan, Azərbaycan Respubliasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəuindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən aslı olmayaraq bu qanuna müvafiq surətdə öz vasitəsi ilə Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır.
12. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdə ölkə ərazisinə daxil olmuş, xx.xx.2017-ci il tarixdə çıxmış, xx.xx.2017-ci il tarixdə ölkə ərazisinə daxil olmuş, xx.xx.2018-ci il tarixdə çıxmış və sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ölkə ərazisinə daxil olmuşdur.
13. Cavabdeh tərəfindən təqdim edilmiş məlumatlardan görünür ki, iddiaçıya xx.xx.2009-cu il tarixdə 1 il müddətinə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək daimi yaşamaq üçün icazə vəsiqəsi, xx.xx.2023-cü il tarixdə 1 il müddətinə, xx.xx.2024-cü il tarixdə 1 il müddətinə, xx.xx.2025ci il tarixdə 3 ay müddətinə və xx.xx.2025-ci il tarixdə 3 ay müddətinə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri verilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
a) İddianin növü və mümkünlüyü
14. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
15. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
16. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
18. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyasının: 1-ci maddəsinin İİ hissəsinə əsasən Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir. 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
20. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər , o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. 14-cü maddəsinə əsasən: Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər: 1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda; 2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda. Bu hallarda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsinin məqsədəuyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən əsaslandırılmalıdır. Şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, bu maddənin birinci hissəsində göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa qəbul haqqında vəsatəti rədd edilir. Azərbaycan Respublikası vətəndaşlığına qəbul haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə qəbul olunur.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
22. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
23. Belə ki, iddiaçı Azərbaycan Respublı̇ kasının vətəndaşlığına qəbul edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2025-ci il tarixli məktubla müraciətin icrasından imtina edərək qeyd etmişdir ki, “Azərbaycan Respublikasını vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanunun 14-cü maddəsinin birinci hisəsinə əsasən Azərbaycan Respublikasının əraziisndə son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan qanuni gəlir mənbəyi olan, Azərbaycan Respubliasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəuindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən aslı olmayaraq bu qanuna müvafiq surətdə öz vasitəsi ilə Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır.
24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixdə ölkə ərazisinə daxil olmuş, xx.xx.2017-ci il tarixdə çıxmış, xx.xx.2017-ci il tarixdə ölkə ərazisinə daxil olmuş, xx.xx.2018-ci il tarixdə çıxmış və sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ölkə ərazisinə daxil olmuşdur. İddiaçıya xx.xx.2009-cu il tarixdə 1 il müddətinə, xx.xx.2011-ci il tarixdə 1 il müddətinə, xx.xx.2012-ci il tarixdə 1 il müddətinə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək daimi yaşamaq üçün icazə vəsiqəsi, xx.xx.2023-cü il tarixdə 1 il müddətinə, xx.xx.2024-cü il tarixdə 1 il müddətinə, xx.xx.2025-ci il tarixdə 3 ay müddətinə və xx.xx.2025-ci il tarixdə 3 ay müddətinə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri verilmişdir.
25. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla).
26. Göründüyü kimi, iddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 1-ci və 2-ci hissəsində nəzərdə tutulmuş qaydada son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşamamışdır.
27. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü və 5-ci hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər: 1) şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda; 2) şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.
28. Eyni zamanda sözügedən Qanunun 14-cü maddəsinin 3-cü və 4-cü hissəsindəki əsasların hazırkı iş üzrə mövcud olması da öz təsdiqini tapmamışdır.
29. Göründüyü kimi, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası qanunvericiliyin tələbləri çərçivəsində olmuşdur.
30. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh X2nə qarşı “Azərbaycan Respublı̇ kasının vətəndaşlığına qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
31. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh X2nə qarşı “Azərbaycan Respublı̇ kasının vətəndaşlığına qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli