Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-624/2021 18.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh hərəkətlərini qanunsuz hesab etməklə ona Qusar rayonu Avaran kənd ərazisindən 0,28 ha torpaq sahəsi ayırması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Cavabdeh hərəkətlərini qanunsuz hesab etməklə ona Qusar rayonu Avaran kənd ərazisindən 0,28 ha torpaq sahəsi ayırması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, cavabdeh Qusar rayon Avaran kənd Bələdiyyəsinin mülkiyyətində olan boş torpaq sahəsini almaq üçün Qusar rayon Avaran kənd Bələdiyyəsinə müraciət etmiş, bələdiyyə tərəfindən tərtib edilmiş sxem əsasında qeyd edilən yerə baxış keçirilmiş və müvafiq orqanların rəyi alındıqdan sonra iddiaçı ilə bələdiyyə arasında torpağın alqı-satqısına dair müqavilə bağlanmış, iddiaçı torpağın dəyərini ödəmiş və bələdiyyənin 05.11.2007-ci il tarixli qərarı ilə 0,28 ha torpaq sahəsi ona satılmışdır. Lakin iddiaçı bu torpaq sahəsini aldıqdan və orada tikili inşa etdikdən sonra Sumqayıt inzibati-İqtisadi Məhkəməsinin 30.04.2018-ci il tarixli 2- l(85)-82/2018 saylı Qərarı ilə X2 Qusar rayon Avaran kənd Bələdiyyəsinə qarşı iddiası qismən təmin edilməklə bələdiyyənin 05.11.2007-ci il tarixli 32 saylı qərarı 0,25 ha torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. AR Sumqayıt Apellyasiya Məhkəməsi X1 01.10.2018-ci il tarixli 2-l(105)-480/2018 saylı Qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş,qərar dəyişdirilmədən saxlanılmışdır. Qərarla razı olmadığı üçün bələdiyyə ondan kassasiya şikayəti vermiş və AR Ali Məhkəməsi İİK-nın 23.01.2019-cu il tarixli 2-1 (102)-169/2019 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsi İİK-nin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı bundan sonra cavabdehə müraciət edərək dəyərin ödəməklə aldığı həmin torpaq sahəsinin əvəzində ona başqa yerdən torpaq sahəsinin verilməsini xahiş etmiş, cavabdeh iddiaçıya ünvanladığı 21.05.2020-ci il tarixli 42 saylı məktubunda bildirmişdir ki, Cavabdeh 05 noyabr 2007-ci il tarixli 32 saylı qərarı ləğv edildiyi üçün 2 ay ərzində Cavabdeh tərəfindən 0,28 ha torpaq sahəsi ilə təmin olunacaqdır. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh 0,28 ha torpaq sahəsini təqdim etməmişdir, halbuki bu müddət ərzində o iddiaçıya həmin kənd ərazisində bir neçə yerdən torpaq sahələri göstərmişdir. İddiaçı cavabdehlə əlaqə saxlayaraq torpaq sahəsini nə vaxt ayıracağı barədə soruşduqda o hər dəfə bir bəhanə gətirməklə bu məsələni həll etməmişdir. Sonuncu dəfə cavabdehə 17.11.2020-ci il tarixdə teleqram göndərməklə iddiaçı ona 1 ay ərzində torpaq sahəsini ayırmasını və adına sənədləşdirməsini xahiş etmiş, lakin iddiaçının müraciətinə cavab verilməmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu hərəkəti qanunsuz hesab edilməli və iddiaçıya Qusar rayonu Avaran kənd ərazisindən 0,28 ha torpaq sahəsini ayırması vəzifəsi onun üzərinə qoyulmalıdır. AR Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. AR Konstitusiyasının 71-ci maddəsində göstərilir ki, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Torpaqların alqı-satqısına dair Akta əsasən Cavabdeh 05 noyabr 2007-ci il tarixli qərarı əsasında Avaran Bələdiyyəsi ərazisindən 0.28 ha torpaq sahəsi İddiaçı satılmışdır. (qəbz № 267726) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-82/2018 saylı 30 aprel 2018-ci il tarixli qərarı ilə iddiaçı X2 Cavabdehnə qarşı (İddiaçı üçüncü şəxs olmaqla) Cavabdeh tərəfindən verilmiş 05 noyabr 2017-ci il tarixli 32 saylı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə iddia qismən təmin edilməklə Cavabdeh 05 noyabr 2007-ci il tarixli 32 saylı qərarının, İddiaçı X3 məxsus Qusar rayon Avaran kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsi üzərində nə cavabdehin, nə də ki, üçüncü şəxsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından Cavabdehin 05 noyabr 2007-ci il tarixli 32 saylı qərarı iddiaçıya məxsus 0.25 ha torpaq sahəsi hissəsində ləğv olunmalıdır. Məhkəmənin həmin qərarından cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 480/2018 saylı iş üzrə 01 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-82/2018 saylı iş üzrə 30 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-169/2019 saylı Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 480/2018 saylı iş üzrə 01 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 21.05.2020-ci il tarixli 42 saylı məktubuna əsasən Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2-1(85)-82/2018 saylı qərarı ilə Cavabdeh 05 noyabr 2007-ci il tarixli 32 saylı qərarı ləğv edildiyi üçün İddiaçı 0.28 ha torpaq sahəsi ilə təmin olunacağı bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia qismən təmin edilməlidir. Beləki, iddiaçı Cavabdeh hərəkətlərini qanunsuz hesab etməklə ona Qusar rayonu Avaran kənd ərazisindən 0,28 ha torpaq sahəsi ayrılmasını istəyir. İş materialları ilə müəyyən olunur ki, Torpaqların alqı-satqısına dair Akta əsasən Cavabdeh 05 noyabr 2007-ci il tarixli qərarı əsasında Avaran Bələdiyyəsi ərazisindən 0.28 ha torpaq sahəsi İddiaçı satılmışdır. (qəbz № 267726) Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-82/2018 saylı 30 aprel 2018-ci il tarixli qərarı ilə (hakim Zaur Pirverdiyev) iddiaçı X2 Cavabdehnə qarşı (İddiaçı üçüncü şəxs olmaqla) Cavabdeh tərəfindən verilmiş 05 noyabr 2017-ci il tarixli 32 saylı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə iddia qismən təmin edilməklə Cavabdeh 05 noyabr 2007-ci il tarixli 32 saylı qərarının, İddiaçı X3 məxsus Qusar rayon Avaran kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.25 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, torpaq sahəsi üzərində nə cavabdehin, nə də ki, üçüncü şəxsin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından Cavabdehin 05 noyabr 2007-ci il tarixli 32 saylı qərarı iddiaçıya məxsus 0.25 ha torpaq sahəsi hissəsində ləğv olunmalıdır. Məhkəmənin həmin qərarından cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 480/2018 saylı iş üzrə 01 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: N.M.Nəsibov və A.Ə.Abbasov) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-82/2018 saylı iş üzrə 30 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-169/2019 saylı Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 480/2018 saylı iş üzrə 01 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçının 0.28 ha torpaq sahəsinin əvəz edilməsinə dair müraciətinə Cavabdeh 21.05.2020-ci il tarixli 42 saylı məktubunda bildirmişdir ki, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2-1(85)-82/2018 saylı qərarı ilə Cavabdeh 05 noyabr 2007-ci il tarixli 32 saylı qərarı ləğv edildiyi üçün İddiaçı 0.28 ha torpaq sahəsi ilə təmin olunacaqdır. Göründüyü kimi cavabdeh bələdiyyənin qanunsuz hərəkətləri və qərarları nəticəsində iddiaçıya zıyan dəymiş və iddiaçı cavabdeh inzaibti orqana qarşı tələblər irəli sürməkdə haqlı olmuşdur. Cavabdeh inzibati orqanda iddianı qəbul etmiş, lakin texniki məsələlərin yubanmasından mübahisənin məhkəmədənkənar həll edilməsi mümkün olmamışdır. Məhkəmə iclaslarında Cavabdeh sədri X4 iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçıya 0.28 ha torpaq sahəsi ayrılması üçün tədbirlər görürlər, 0.24 ha torpaq sahəsi ilə bağlı məsələ öz həllini tapmaq üzrədir. Lakin sənədləşmə işləri üçün müəyyən vaxt lazımdır. İddiaçı hər bir halda 0.28 ha torpaq sahəsi ilə təmin olunacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən,hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, iddiaçının inzibati orqanda qarşı tələblər irəli sürməsi əsaslı olduğuna, cavabdeh inzibati orqanın iddianı qəbul etdiyinə və hazırda texniki məsələlərin yubanmasına görə mübahisə həllini tapmadığına görə, cavabdeh inzibati orqan bu mövqeyi nəzərə alaraq, iddiaçının xeyrinə müvafiq hərəkətlər etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Qusar rayonu Avaran kənd ərazisindən 0,28 ha torpaq sahəsi ayrılması ilə bağlı İddiaçı müraciətinə yenidən baxılması öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla Qusar rayonu Avaran kənd ərazisindən 0,28 ha torpaq sahəsi ayrılması ilə bağlı İddiaçı müraciətinə yenidən baxılması öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-624/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-624/2021
18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver