Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-625/2022 26.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (Abşeron rayonu Masazır kəndində yaşayan), Cavabdehin nümayəndəsi X1 (Şimal Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və X3 bölməsinin təhqiqatçısı, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Şimal Ərazi Baş Gömrük İdarəsinə qarşı malların geri qaytarılması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək malların geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Şimal Ərazi Baş Gömrük İdarəsi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-7344/2021 saylı qərardadı ilə inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı sürücü işləyir, beynəlxalq yük daşıma ilə məşğul olur. 20 noyabr 2020-ci il tarixdə Rusiya Federasiyasından qayıdarkən həyat yoldaşı üçün “Osstem İmplant” tibbi ləvazimatı (1 ədəd), şəxsi istifadəsi üçün mobil telefon aksesuarları (qulaqcıq, USB kabel, ekran qoruyucu, telefon qabı (11 ədəd) və qarışıq parfümeriya və kosmetik vasitələr (16 ədəd) alıb gətirmişdir. O, həmin malları gizlətməmiş, özü bəyan etmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X6nda Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair **********00076 nömrəli akta əsasən sadalanan mallar ondan alınaraq müvəqqəti saxlanca götürülmüşdür. Dəfələrlə ərizə ilə müraciət etməsinə baxmayaraq adları qeyd olunan malları ona geri qaytarılmamışdır. Bundan sonra elə həmin postda ərizə yazdırmış və malların qaytarılması üçün ərizə ilə müraciət etmişdir. Müraciətdən 10 gün sonra malların qaytarılacağı, 8 gündən sonra bir daha yaxınlaşdıqda malların verilməyəcəyi bildirilmişdir. İddiaçı yazılı qaydada Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyevə teleqramla müraciət etmişdir. Lakin ona 4 aylıq müddətin ötürülməsi əsas göstərilərək imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavadehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı tərəfindən ölkə ərazisinə gətirilmiş mallar müvafiq qanunvericiliyin tələblərinə əsasən saxlanca götürülmüş və bu barədə akt tərtib edilərək vətəndaşa gömrük qanunvericiliyi ilə bağlı ətraflı məlumat verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 saylı Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”n 1.5-ci yarımbəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən realların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyini yəqinləşdirməklə, onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir.Vətəndaş İddiaçı iddia ərizəsi ilə bağlı bildiririk ki, 21.11,2020-ci il tarixdə Rusiya Federasiyasından "Samur” gömrük postu vacitəsi ilə Azərbaycan Respublikasına daxil olan "99ZH648/99GY648” qeydiyyat nömrə nişanlı yüklü nəqliyyat vasitəsinə gömrük baxışı keçirilərkən, sürücü İddiaçı özü ilə gətirdiyi "Osstem implant" markalı tibbi ləvazimat-1 ədəd, mobil telefon üçün aksesuarlar {qulaqcıq, usb kabel, ekran qoruyucu, telefon qabı)-11 ədəd, qarışıq parfümeriya və kosmetik vasitələr (ətir, əl və üz kremləri)-16 ədəd yuxarıda göstərilən Qərarın tələblərinə uyğun olmadığından 21.11 2020-ci il tarixli "**********00076” nömrəli akt tərtib edilərək 30 gün müddətinə “Samur” gömrük postunun müvəqqəti saxlanc anbarına yerləşdirilmişdir.Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində.sərəncam verilməsi Qaydalarf’nın 6-cı bəndinə əsasən mallar müəyyən edilmiş gömrük anbarında saxlanc müddəti başa çatanadək mal sahibi və yə onun səlahiyyətli nümayəndəsi tərəfindən başqa gömrük proseduru altında yerləşdirmək üçün bəyan edilmədikdə, həmin mallar barəsində bu Qaydalara uyğun olaraq sərəncam verilir. Beləliklə, vətəndaş İddiaçı barəsində tərtib edilmiş “**********00076” nömrəli aktda göstərilən 30 gün saxlanc müddətinin bitməsi və həmin müddət ərzində başqa gömrük proseduru altında yerləşdirilməsi üçün rəsmi müraciətin olmadığından xx.xx.2021 -ci il tarixli 1000/158 nömrəli Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən mallar Dövlət Gömrük Komitəsi "Azərterminalkompleks” Birliyinin Kommersiya şöbəsinə təhvil verilmişdir. İş materiallarında mövcud olan aktdan da göründüyü kimi vətəndaş İddiaçı qanunvericiliklə müəyyən edilmiş saxlanc müddəti ərzində malları götürmədiyi, gömrük ərazisindən çıxarmadığı halda həmin mallardan dövlət xeyrinə imtina etdiyini imzası ilə təsdiq etmişdir. Cavabdehin nümayəndəsi həmçinin izah etdi ki, iddiaçının malların qaytarılmasına dair iş materiallarına əlavə edilmiş ərizəsi İdarədə qeydiyyatdan keçməmişdir. İş materiallarında olan : -X6 tərəfinfən tərtib edilmiş **********00076 nömrəli aktdan görünür ki, İddiaçı müvafiq sənədləri olmadığı üçün “Osstem İmplant” tibbi ləvazimatı (1 ədəd), şəxsi istifadəsi üçün mobil telefon aksessuarları (qulaqcıq, USB kabel, ekran qoruyucu, telefon qabı (11 ədəd) və qarışıq parfümeriya və kosmetik vasitələr (16 ədəd) 30 gün müddətinə müvəqqəti saxlanca yerləşdirmişdir. - xx.xx.2020-ci il tarixli fiziki şəxslər tərəfindən verilən sadələşdirilmiş bəyannamədən görünür ki, İddiaçı ümumi dəyəri 670 ABŞ dolları olan malları gömrükdə bəyan etmişdir. -İddiaçı Şimal Ərazi Baş Gömrük İdarəsinə ünvanlanmış ərizəsindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə saxlanca götürülən malları Rusya ederasiyasına qaytarılması üçün ona təhvil verilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsi: Maddə 178.1. Başqa gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilmə halları istisna olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar onun tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək bəyan edilir: Maddə 178.1.1. sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallar; 178.1.2. sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar; 178.1.3. barəsində beynəlxalq tranzit xüsusi gömrük proseduru başa çatmış mallar. 178.2. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya onu əvəz edən tranzit sənədi qəbul edilir. 178.3. Gömrük orqanları prosedur sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb etmək hüququna malikdirlər. 178.4. Malları müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirmək və ya həmin prosedur altında saxlamaq mümkün olmadıqda, gömrük orqanları mallarla bağlı vəziyyəti tənzimləmək üçün təxirə salınmadan bütün zəruri tədbirləri həyata keçirirlər. Maddə 179.1. Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. 179.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. 179.3. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 8 npmrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində.sərəncam verilməsi Qaydaları’ : 6.1. Mallar Gömrük Məcəlləsinin 183.1-ci maddəsi ilə müəyyən edilmiş gömrük anbarında saxlanc müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd edilən tələb yerinə yetirilmədikdə, həmin mallar barəsində bu Qaydaların 6.3-cü-6.6-cı bəndlərinə uyğun olaraq sərəncam verilir. 6.2. Malların gömrük anbarında saxlanc müddətinin başa çatmasına ən geci 15 (on beş) gün qalmış saxlanc yerinin sahibi mal barəsində səlahiyyətli şəxsə və ya onun nümayəndəsinə bu barədə bildiriş təqdim edir. Həmin bildiriş mal barəsində səlahiyyətli şəxsə və ya onun nümayəndəsinə sənədin qəbulu barədə imzasını almaqla verilir. Bildirişdə malların gömrük anbarında saxlanc müddətinin başa çatmasının dəqiq tarixi göstərilməli və bu müddət başa çatdıqdan sonra malların başqa gömrük proseduru altında yerləşdirilməməsinin hüquqi nəticələri barədə Gömrük Məcəlləsinin 183.2-ci maddəsinə və bu Qaydaların 6.3-cü-6.6-cı bəndlərinə istinad edilməklə müvafiq izah verilir. 6.3. Malların gömrük anbarında saxlanc müddəti başa çatanadək, bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq məlumatlandırılmış mal barəsində səlahiyyətli şəxs və ya onun nümayəndəsi malları başqa gömrük proseduru altında yerləşdirmək üçün bəyan etmədikdə, saxlanc müddəti keçmiş mallar barəsində saxlanc yerinin sahibi həmin malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsini rəsmiləşdirmiş gömrük orqanına kağız üzərində yazılı formada məlumat verir. 6.4. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdiril-məsini rəsmiləşdirmiş gömrük orqanı tərəfindən müvafiq məlumat daxil olduqdan dərhal sonra saxlanc müddətinin bitməsi faktını təsdiq edən 3 (üç) nüsxədən ibarət akt tərtib edilir. Aktın bir nüsxəsi gömrük orqanında qalır, digər iki nüsxəsi isə mal barəsində səlahiyyətli şəxsə və ya onun nümayəndəsinə və saxlanc yerinin sahibinə təqdim edilir. Məhkəmə araşdırması zamanl müəyyən edildi ki, sözügedən mallar iddiaçı tərəfindən gömrük postuna gətirilərkən bəyan edilmişdir , gömrük orqanı əməkdaşları tərəfindən mallar saxlanıldıqdan sonra iddiamı ərizə ilə müraciət edərək malların Risya Federasiyasına qaytarılması üçün ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin ərizənin idarəyə daxil olması rəsmi qeydə alınmasa da, ərizənin artıq hazır blankda doldurulması onun elə gömrük postunda doldurulmasına dəlalət edir. Bundan başqa sadalanan normalardan göründüyü kimi saxlanan malların saxlanc anbarında saxlanılmasın müddətinin başa çatmasına ən azı 15 gün qalmış saxlanc sahibi mal sahibinə bildiriş verməli olmuşdur. Bildirişdə malların gömrük anbarında saxlanc müddətinin başa çatmasının dəqiq tarixi göstərilməli və bu müddət başa çatdıqdan sonra malların başqa gömrük proseduru altında yerləşdirilməməsinin hüquqi nəticələri barədə Gömrük Məcəlləsinin 183.2-ci maddəsinə və bu Qaydaların 6.3-cü-6.6-cı bəndlərinə istinad edilməklə müvafiq izah verilir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən iddiaçıya müvafiq bildirişin verilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir və sonrakı yazışmalarda artıq malların Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Kommersiya şöbəsinə təhvil verildiyi bildirilmişdir. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, **********00076 saylı, xx.xx.2020-ci il tarixli akta əsasən müvəqqəti saxlanca götürülmüş “Osstem İmplant” tibbi ləvazimatı (1 ədəd), şəxsi istifadəsi üçün mobil telefon aksesuarları (qulaqcıq, USB kabel, ekran qoruyucu, telefon qabı (11 ədəd) və qarışıq parfümeriya və kosmetik vasitələrin (16 ədəd) İddiaçı oğuna qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. **********00076 saylı, xx.xx.2020-ci il tarixli akta əsasən müvəqqəti saxlanca götürülmüş “Osstem İmplant” tibbi ləvazimatı (1 ədəd), şəxsi istifadəsi üçün mobil telefon aksesuarları (qulaqcıq, USB kabel, ekran qoruyucu, telefon qabı (11 ədəd) və qarışıq parfümeriya və kosmetik vasitələrin (16 ədəd) İddiaçı oğuna qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-625/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-625/2022
26.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver