Məhkəmə qərarları › İş №2-1(118)-625/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-625/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-625/2023 16.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi”nə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 15 mart 2023-cü il tarixli, 2-1(118)-625/2023 saylı qərardadı ilə İddiaçı təhsil aldığı, hərbi xidmətdə olduğu dövrlər və X1 pensiya təyinatı zamanı aparılmış icraat nəzərə alınaraq İddiaçı “yaşa görə əmək pensiyası təyinatı” ilə bağlı müraciətinə 1 (bir) ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. 02 may 2023-cü il tarixdə daxil olmuş ərizəyə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iş üzrə məhkəmə qərardadının tərəflərindən icra edilərək iddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edildiyini bildirmişdir. 08 may 2023-cü il tarixdə daxil olmuş ərizyə əsasən cavabdeh iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən İddiaçı xx.xx.2022ci il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçının xx.xx.2022- ci il tarixli **********8 nömrəli müraciətinə cavab olaraq bildirilmişdir ki, İddiaçı sosial sığorta stajı qanunvericiliklə nəzərdə tutulan 25 ildən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi dövrlərin yoxlanılması zərurəti yaranmışdır. İddiaçının işlədiyini iddia etdiyi müəssisənin hüquqi ünvanının məlum olmaması səbəbindən tərəfimizdən yoxlama aparmaq mümkün olmamışdır. Bu səbəbdən də qeyd olunan dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir. Cavabdehin mövqeyindən narazı qalan iddiaçı “əmək kitabçasında qeyd olunan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iş aidiyyət qaydalarına uyğun olaraq Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. 07 fevral 2023-cü il tarixli məhkəmə iclasında iddiaçı Z.lsayev iştirak etmiş, izahatında bildirmişdir ki, 1973-1975-ci illərdə təhsil almışdır. 2 il hərbi xidmətdə olmuşdur. Məhkəmə iclasında iddiaçı ilə bir yerdə işləmiş X1 pensiya işi tələb edilmiş və o, şahid qismində dindirilmişdir. İfadəsində bildirmişdir ki, 1978- ci ildə “sürücü” olaraq işə qəbul edilmişdir, iddiaçını tanıyır, bir yerdə işləmişlər. Həmçinin şahid qismində dindirilmiş A.Ağayev 64.6 yaşda pensiyaya çıxdığını qeyd etmişdir. İddiaçı hesab etmişdir ki, cavabdeh onunla birgə işləmiş digər şəxslərə pensiya təyinatı aparsa da, ona əsassız olaraq imtina cavabı vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və şahidin ifadələrini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması ilə bağlı cavabdeh qanunda nəzərdə tutulmuş tədbir görməyə haqlıdır və bu məqsədlə iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən yenidən baxılmalıdır. Buna görə də Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-625/2023 nömrəli qərardadı ilə iddiaçı Z.lsayevin “yaşa görə əmək pensiyası təyinatı” ilə bağlı müraciətinə yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulmuşdur. İddiaçı Z.lsayevin işi üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 21 (118)-625/2023 nömrəli qərardadı cavabdeh Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən icra edilərək vətəndaşın yaşa görə əmək pensiyası hüququna yenidən baxılmış və xx.xx.2023-cü il tarixli 3-17-1/1-83955/2023 nömrəli qərarla ona hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən 280 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, 2-1(118)-625/2023 nömrəli İş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən İddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Nəticə etibarilə hesab edirlər ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbərinə əsasən işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. 16 iyun 2023-cü il tarixdə daxil olmuş ərizəsinə əsasən iddiaçı iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin ərizələrini nəzərə alaraq hesab edir ki, işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Cavabdeh inzibati orqan məhkəməyə təqdim edilən sənədlərdən görsənir ki, iddiaçıya pensiya təyinatı aparılmış və artıq tərəflər arasında mübahisə qalmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi”nə dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar