Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-626/2022 04.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində Həbsxana rəisinin müavini vəzifəsindən çıxarılmağı barədə 21 avqust 2020-ci il tarixli əmrin ləğv edilməsi və öz təşəbbüsü ilə işdən çıxarılması barədə əmrin verilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində Həbsxana rəisinin müavini(tərbiyə işləri üzrə) vəzifəsindən çıxarılmağı barədə 01.07.2020-ci il tarixli 10i nömrəli əmrin ləğv edilməsi və öz təşəbbüsü ilə işdən çıxarılmağı barədə əmrin verilməsi”-nə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 22.09.2021-ci il tarixli, 2-1(112)-9376/2021 saylı qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İş Sumqayıt İnzibati Məhkəməsinin icraatında olarkən iddiaçı iddiasını dəqiqləşdirərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətində Həbsxana rəisinin müavini(tərbiyə işləri üzrə) vəzifəsindən çıxarılması barədə 21 avqust 2020-ci il tarixli əmrin ləğv edilməsi və öz təşəbbüsü ilə işdən çıxarılması barədə əmrin verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 09 noyabr 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə qulluğa qəbul edilmişdir. 2017-ci ildən Həbsxananın rəis müavini vəzifəsində işləmişdir. 29.06.2021-ci il tarixdə cavabdeh quruma ərizə ilə müraciət edərək işdən azad olunmağını xahiş etmişdir. İşdən çıxdıqdan sonra səhhəti ilə bağlı müalicə olunmaq üçün Rusiya Federasiayasına getmişdir. Rusiya Federasiyasından qayıtdıqdan sonra, yəni son zamanlar ona məlum olmuşdur ki, onu öz ərizəsi ilə deyil, işəgötürənin təşəbbüsü ilə işdən çıxarmışlar. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə müraciət edərək əmrin surətini ona təqdim etmələrini xahiş etmişdir. Ona bildirilmişdir ki, əmrin surətini verə bilməzlər, yalnız vəkil sorğusu əsasında əmrin surətin verə bilərlər. Abşeron rayon Vəkil Bürosu ilə bağladığı müqavilə əsasında verilmiş sorğuya cavabda göstərilir ki, “penitensiar xidmətin sabiq əməkdaşı Umudov X3 rəis müavini (tərbiyə işləri üzrə) vəzifəsində işləyərkən raportla müraciət edərək 29.06-2020-ci il tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad olunaraq ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsini xahiş etmiş və həmin tarixdən xidmətə çıxmamışdır. Müraciətinə baxılan ərəfədə davranışı ilə ədliyyə işçisinə yaraşmayan və ədliyyə orqanlarının nüfuzuna xələl gətirən hərəkətlərə yol verməklə “Ədliyyə orqanında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun, “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın habelə Ədliyyə Nazirliyinin “Koronavirus (CİVİD-19) infeksiyasına qarşı ədliyyə və məhkəmə orqanlarında mübarizənin gücləndirilməsi barədə” 17.03-2020ci il tarixli 9-T nömrəli əmrinin tələblərini kobudcasına pozduğuna görə ona Həbsxana üzrə 01.07-2020-ci il tarixli 10 i nömrəli əmrlə “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” elan olunmuş, həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən daxil olmuş məktubda onun barəsində vətəndaş müraciətinin olduğu bildirilmişdir. Göstərilən səbəbdən R. Umudov öz arzusu ilə ədliyyə orqanlarında qulluq keçməsinə xidmət keçməsinə dair müraciəti nəzərə alınmayaraq o “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydalarının tıləblərini kobud və mütəmadi pozduğuna görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10cu , 31.1.8-ci və 40.1.11-ci maddələrinə əsasən 21.08-2020-ci il tarixdən ədliyyə orqanlarında xaric edilmişdir. Həmçinin qulluq müddətində ona vəzifəsinə səhlənkar yanaşaraq kobud nöqsanlara yol verdiyinə görə 22.04-2008-ci il tarixdə “töhmət”, xidməti fəaliyyətində ciddi nöqsanlara yol verdiyinə görə 06.09-2011-ci il tarixdə “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” olunmuşdur. İddiaçı göstərilən əmri qanunsuz və əsassız hesab edir. Bildirir ki, o, səhhəti ilə bağlı işdən çıxma barədə 29.06-2020 -ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək işdən öz xahişi ilə çıxarılmağını xahiş etmişdir. İşdən çıxma barədə ərizə ilə yanaşı xidməti vəsiqəsini də təqdim etmişdir. O, işə bərpa olunmaq fikrində deyil. Lakin, gələcək karyerası üçün öz təşbbüsü ilə işdən çıxarılmağının əmrdə göstərilməsi vacibdir. Habelə, onun işəgötürənin təşəbbüsü ilə işdən çıxarılmağı tam əsassızdır. Cavabda göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, əvvəla cavabdehin sorğuya verdiyi arayışdan da görünür ki, həqqiqətən də iddiaçı işdən çıxmaq istədiyi üçün ərizə ilə cavabdehə müraciət etmişdir. Bu işin mübahisə edilməyən halıdır. Lakin, ərizənin nəticələri barədə cavabdeh ona heç bir məlumat verməmişdir. Habelə, onu işdən çıxarmaları barədə də məlumat verilməmişdir. Halbuki, cavabdeh ərizəni qəbul etmədiyini və iddiaçını işəgötürənin təşəbbüsü ilə işdən çıxarmalarını dərhal bildirməli idi. Həmin vaxt ona məlumat verilsəydi hüquqlarının bərpa edilməsi istiqamətində müvafiq addımlar atardı. Digər tərəfdən o, ərizə ilə cavabdehə müraciət etdikdən sonra xidməti vəsiqəsini təqdim edərək işə çıxmamışdır. Həmin tarixdən sonra -yəni 01. 07-2020-ci il tarixdə “tutduğu vəzifəyə tam uyğun olmama barədə xəbərdarlıq” elan olunmuşdur. İşdə olmayan şəxsə necə “xəbərdarlıq” etmələri də başa düşülmür. Halbuki işçiyə xəbərdarlıq edilərsə onun özünə “xəbərdarlıq” elan edilərək təqdim edilməlidir. Əks təqdirdə o məhkəmə müdafiəsindən məhrum olunur. Bundan başqa o, 2020- ci ilin may ayının təxminən 23-dən iyun ayının 24-dək olan müddətə ərzində Koronovirusla bağlı mülicə olunduğu üçün işdə olmamışdır. Arayışdan da görünür ki, 21 avqust 2020-ci il tarixdə işdən çıxarılmışdır. İşdən çıxarıldığı tarixdən bir az öncə -yəni 01.07-2020-ci il tarixdə 10İ nömrəli əmrlə “tutduğu vəzifəyə tam uyğun olmama barədə xəbərdarlıq” edilmişdir. İşdən çıxma barədə ərizə verdikdən əvvəl büllitendə olmuşdur. Bülletendə olan və işdən çıxma barədə ərizə ilə müraciət edən şəxsə xəbərdarlıq edilməsi hüquqi cəhətdən yolverilməzdir. Arayışda göstərilən vəzifəsinə səhlənkar yanaşaraq kobud nöqsanlara yol verdiyinə 22.04-2008-ci il tarixdə töhmət, 06.09-2011-ci il tarixdə isə “tutduğu vəzifəyə uyğun olmaması barədə xəbərdarlıq” elan edilməsi barədə isə bildirir ki, həmin tarixdən artıq 6 aydan çox vaxt keçdiyi üçün həmin töhmət və xəbərdarlıq hüquqi qüvvəsini itirmişdir. Ona görə də həmin hallar işdən çıxarılmağı üçün əsas ola bilməz. Göstərilənlərə əsasən onun intizam məsuliyyətinə cəlb edilməsi işdən çıxarılmağı üçün əsas ola bilməz. Bundan başqa cavabdeh arayışda ona verilmiş təltiflər barədə heç bir məlumat verilmir. Halbuki, işəgötürən tərəfindən dəfələrlə təltif olunmuşdur. Beləliklə, onu qanunsuz olaraq işəgötürənin təşəbbüsü ilə işdən çıxarıldığı üçün işdən çıxarılma barədə əmr ləğv olunmalı və iddiaçının öz təşəbbüsümlə işdən çıxarılma vəzifəsi cavabdehin üzərinə vəzifə qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edirlər. Habelə iddiaçı ərizə təqdim edərək buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, “Əmrin ləğv edilməsi və öz təşəbbüsü ilə işdən çıxarılma vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsindən və iş materiallarından da görünür ki, tərəfindən verilmiş iddia ərizəsi qanunla müəyyən edilmiş müddətdə verilməmişdir. Lakin, iddia müddəti üzürlü səbəbdən buraxılmışdır.
1. Belə ki, müddətlə bağlı məsələ həll edilərkən müddətin axımının başlandığı və müddətin axımının dayandığı vaxt müəyyənləşdirilməlidir. Bəri başdan deyir ki, məhkəməyə müraciət edilən andan müddətinin axımı dayandırılır. İddiaçı 05 avqust 2021ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçını əmrin surətini əldə etdikdən dərhal sonra məhkəməyə müraciət etmişdir. Həmin tarixdə müddətin axımı dayandırılmışdır. Bu işin şəksiz sübut edilmiş halıdır. Mülki Məcəllənin 380.1-ci maddəsinin tələblərinə əsasən iddia irəli sürüldükdə müddətin axımı dayandırılır.
2. Müddətin axımının başlanması ilə bağlı bildirir ki, iddiaçı 09 noyabr 2007- ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə qulluğa qəbul edilmişdir. 2017-ci ildən həbsxananın rəis müavini vəzifəsində işləmişdir. 29 iyun 2020-ci il tarixdə cavabdeh quruma ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar işdən azad olunmağını xahiş etmiş və 21 avqust 2020-ci il tarixdə işdən çıxarılmışdır. İşdən çıxma barədə ərizə yazdıqdan sonra səhhəti ilə bağlı müalicə olunmaq üçün Rusiya Federasiyasına getmişdir. Belə ki, 01 avqust 2020-ci il tarixdən 25 may 2021-ci il tarixədək olan müddət ərzində Rusiyada xroniki hepatoxolesistit, xroniki pankreatit dioqnuzu ilə müalicə olunmuşdur. Ona verilmiş xarici pasportdan da görünür ki, iddiaçı 26 iyul 2020-ci il tarixdə Rusiya Federasiyasına, 01 iyun 2021-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycana qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra cavabdeh quruma müraciət edərək hansı əsaslarla işdən çıxardıqları ilə maraqlanmışdır. İddiaçıya məlum olmuşdur ki, öz ərizəsi ilə deyil, işəgötürənin təşəbbüsü ilə işdən çıxarılmışdır. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətə müraciət edərək əmrin surətinin ona təqdim etmələrini xahiş etmişdir. İddiaçıya bildirilmişdir ki, əmrin surətini yalnız vəkil sorğusu əsasında verə bilərlər. Bundan sonra Abşeron rayon Vəkil Bürosu vasitəsilə cavabdeh quruma sorğu ilə müraciət edilmişdir. Cavabdeh qurumdan 14 iyul 2021-ci il tarixdə Abşeron rayon Vəkil Bürosuna 12465 saylı cavab məktubu verilmişdir. Cavab məktubu alındıqdan sonra iddiaçıya məlum olmuşdur ki, işəgötürənin təşəbbüsü ilə işdən çıxarılmışdır. Ona görə də pozulmuş hüquqlarının bərpa edilməsi barədə iddia müddəti məhz həmin tarixdən hesablanmalıdır. Cavab aldıqdan sonra qanunun tələblərinə əsasən 1 ay ərzində məhkəməyə müraciət etmişdir. Göründüyü kimi müddət onun təqsiri olmadan buraxılmışdır. Ona görə də buraxılmış müddət bərpa edilməlidir. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək buraxılmış prosessual müddətin bərpası barədə ərizənin və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X6 eyniməzmunlu izahat verərək, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə dair münasibətindı qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qarşı “əmrin ləğv edilməsi və öz təşəbbüsü ilə işdən çıxma barədə əmrin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi ilə bağlı aşağıdakılar bildirilir. İddiaçı 09.11.2007-ci il tarixdə Penitensiar xidmətdə qulluğa qəbul edilmişdir. İddiaçı həbsxananın rəis müavini vəzifəsində işləyərkən raportla müraciət edərək 29.06.2020-ci il tarixdən öz arzusu ilə tutduğu vəzifədən azad olunaraq ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsini xahiş etmiş və həmin tarixdən xidmətə çıxmamışdır. Lakin, R. Umudovun öz arzusu ilə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilməsinə dair müraciəti “Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları”nın tələblərini kobud və mütəmadi pozduğuna görə nəzərə alınmamış və o, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu, 31.1.8-ci, 32.1-ci və 40.1.11-ci maddələrinə əsasən 21.08.2020-ci il tarixli əmrlə ədliyyə orqanlarından xaric edilmişdir. İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Hazırkı iddia mübahisələndirmə iddia növünə aiddir. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən “Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.”. Hazırkı iddia mübahisələndirmə iddia növünə aiddir. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən “Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.”. Bununla bağlı, T.İdrisov birinci instansiya məhkəməsinə ərizəsində və kassasiya şikayətində iddiaçı N.Quliyev tərəfindən iddia qaldırmaq üçün tələb edilən müddət şərtinə əməl olunmamasını qeyd etmişdir. Lakin işə baxan apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən bu hala lazımi hüquqi qiymət verilməmişdir. Həmin məhkəmələrin bu cür yanaşması da Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6- cı maddəsinin 1-ci bəndinin tələblərinə cavab verən hesab edilə bilməz.” Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən “fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.” Mübahisələndirilən əmr 21.08.2020-ci il tarixli olduğu halda, İddiaçı hazırki iddiası ilə 2021-ci ilin avqust ayında məhkəməyə müraciət etmişdir, bununla da qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməli, və iddia mümkün sayılmamalıdır. Belə ki, Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dir qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. Lakin hazırki iş üzrə iddiaçı 21.08.2020-ci il tarixli əmrin ləğv olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, 21 avqust 2020-ci il tarixdə işdən çıxarılmışdır. O, 01 iyun 2021-ci il tarixdə Rusiya Federasiyasından Azərbaycana qayıtmışdır. Mübahisələndirilən əmr iddiaçının Rusiya Federasiyasında olduğu müddətdə verilmiş olsa belə o, 01 iyun 2021-ci il tarixdən Azərbaycana qayıtmış, Azərbaycana qayıtdıqdan sonra cavabdeh quruma müraciət edərək hansı əsaslarla işdən çıxardıqları ilə maraqlanmışdır. İddiaçıya məlum olmuşdur ki, öz ərizəsi ilə deyil, işəgötürənin təşəbbüsü ilə işdən çıxarılmışdır. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətə müraciət edərək əmrin surətinin ona təqdim etmələrini xahiş etmişdir. İddiaçıya bildirilmişdir ki, əmrin surətini yalnız vəkil sorğusu əsasında verə bilərlər. Bundan sonra Abşeron rayon Vəkil Bürosu vasitəsilə cavabdeh quruma sorğu ilə müraciət edilmişdir. Cavabdeh qurumdan 14 iyul 2021-ci il tarixdə Abşeron rayon Vəkil Bürosuna 12465 saylı cavab məktubu verilmişdir. İddiaçının iddia ərizəsi 13.08.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, mübahisələndirilən əmr 21.08.2020-ci il tarixli olduğu halda, iddiaçı hazırki iddiası ilə 2021-ci ilin avqust ayında məhkəməyə müraciət etmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır. İddiaçının Rusiya Federasiyasında olduğu müddətdə mübahisələndirilən qərardan məlumatının olmaması qəbul edilsə belə, iş materiallarından görsənir ki, iddiaçı 11.06.2021-ci ildə müvafiq qəbzə imza etməklə əmək kitabçasını təhvil almışdır. Bu isə həmin vaxtdan iddiaçının mübahisələndirilən qərardan məlumatlı olmasını göstərir. Bu halda belə iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüş hesab olunur və həmin ötürülmüş müddətin bərpası üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev