Məhkəmə qərarları › İş №2-1(118)-627/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-627/2020

12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-627/2020 12.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər şöbəsinə qarşı “Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Səhiyyə şöbəsinin xx xxxxxx 2019 -cu il tarixli 1744/7 saylı imtinasının əsassız hesab edilməsi və xx.xx.2009-cu ildən 2018-ci ilin 29 avqustunadək əmək haqqından əsasız tutulmuş gəlir vergisinin qaytarılması”na dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.2009-cu ildən 2018-ci ilin 29 avqustunadək əmək haqqından əsassız tutulmuş gəlir vergisinin qaytarılması üçün cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Səhiyyə şöbəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən xx xxxxxx 2019-cu il tarixli, 1744/Ə saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı “Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Səhiyyə şöbəsinin xx xxxxxx 2019 -cu il tarixli 1744/7 saylı qərarı əsasız və qeyri qanunu olduğundan onun ləğv edilməsinə, bununla yanaşı xx.xx.2009-cu ildən 2018-ci ilin 29 avqustunadək əmək haqqından əsasız tutulmuş gəlir vergisinin qaytarılmasına, həmçinin bundan sonra əmək haqqından tutulan gəlir vergisinə nəzərdə tutulmuş güzəştin tətbiq edilməsinə” dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək “Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Səhiyyə şöbəsinin xx xxxxxx 2019 -cu il tarixli 1744/7 saylı imtinasının əsassız hesab edilməsi və xx.xx.2009-cu ildən 2018-ci ilin 29 avqustunadək əmək haqqından əsasız tutulmuş gəlir vergisinin qaytarılması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1994-cü ilin yanvar ayında Sumqayıt şəhər Hərbi komisarlığı tərəfindən həkim-terapevt kimi hərbi xidmətə çağrılmışdır və 2008ci ildən həkim kimi orduda xidmət etmişdir. 2008-ci ildə yaşına görə hərbi xidmətdən təxris olunmuşdur. xx.xx.2009-cu ildə Sumqayıt şəhər Təcili və X3 Stansiyasında çağırışçı həkim terapevt kimi işə qəbul edilmişdir. İşə başladığı 2009-cu ildən 2018-ci ilədək işlədiyi yerdə əmək haqqından hər ay gəlir vergisi tutulmuşdur, səbəbi də bu olmuşdur ki, Müdafiə Nazirliyinin günahı ucbatından müharibə veteranı vəsiqəsini gec verdiklərindən onu iş yerinə vaxtında təqdim edə bilmədiyindən əmək haqqından vergi tutulmuşdur. Sonradan iddiaçının iddia ərizəsinə əsasən Sumqayıt İnzibati-İqtisadi məhkəməsində iddia tələbinə baxılaraq xx.xx.2018-ci il tarixli 2-1(85) 252/2018 saylı qərar çıxarılmışdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində olan Veteran adlarını müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın xx.xx.2018-ci il tarixli qərarına əsasən ona xx.xx.2018-ci il tarixli №084656 saylı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir, yəni iddiaçıdan vergi tutulmamalıdır, ancaq tutulubdur. Azərbaycan Respublikasmm “Sosial Müavinətlər haqqında” Qanunun 10.15-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmış müavinətlərin məbləği müddətindən asılı olmayaraq ödənilməlidir. Veteranlar haqqında Qanunun 7-ci maddəsinə görə müharibə veteranı adı verilməsi və qaydaları və şərtləri müvafiq İcra Hakimiyyəti orqanları ( Nazirlər Kabineti) tərəfindən müəyyən edilir və veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdən sonra həyata keçirilir. Azərbaycan Respublikası vergi qanunvericiliyinin tələbinə əsasən “müharibə veteranı”nın əmək haqqından gəlir vergisi tutulmamalıdır. xx.xx.2009-cu ildən xx.xx.2018-ci ilədək iddiaçının əmək haqqından gəlir vergisi tutulduğu üçün xx.xx.2019-cu ildə ərizə ilə cavabdeh təşkilata “Müharibə veteranına dair vəsiqənin surətini də əlavə etməklə müraciət etmişdir ki, ondan əsassız tutulmuş gəlir vergisinin məbləği ona qaytarılsın. Cavabdeh təşkilat özünün xx.xx.2019-cu il tarixli 1744/7 saylı ərizəsinə cavab məktubunda göstərmişdir ki, iddiaçı tərəfindən “müharibə veteranı”vəsiqəsi təqdim edilmədiyindən qanunvericilikdə nəzərdə tutulan vergi güzəştləri ona tətbiq edilə bilməz. Artıq yuxarıda qeyd etdiyi kimi iddiaçı vəsiqəni 2018-ci ilin avqust ayında almışdır, ərizəni isə 2019-cu ilin noyabr ayının 7-də cavabdeh təşkilata təqdim etmişdir, vəsiqənin surətini də əlavə etmişdir. Cavab ərizəsinə Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdir əvəzi Səkinə xanım Sadıxova imza etmişdir. İddiaçı qəbul edilən qərarı qeyri-qanuni və əsassız hesab edir. Azərbaycan Respublikası Vergilər haqqında Məcəlləsinin 3.3-cü maddəsinə əsasən hər kəsin Konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. Həmin məcəllənin 87.3.2-ci maddəsinə əsasən başqa hallar nəzərdə tutulmayıbdırsa vergi ödəyicisinin yazılı ərizəsinə əsasən artıq ödənilmiş vergi məbləği 45 gün ərzində vergi ödəyicisinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən bütün Fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsində istifadə etmək hüququna malikdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçı 01.2009-cu il tarixdən X6 Stansiyasında çağırışçı həkim vəzifəsində işləyir. Ona xx.xx.2018-ci il tarixdə “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın qərarına əsasən müharibə veteranı adı verilmişdir. Vəsiqə Səhiyyə Şöbəsinə təqdim edildiyi vaxtdan onun əmək haqqından tutulan gəlir vergisinə qanunverciliklə nəzərdə tutulan güzəşt tətbiq edilmişdir. Lakin İddiaçı dəfələrlə Səhiyyə Şöbəsinə müraciət edərək, ona bu adın verilməsindən əvvəlki dövrün, yəni 01.20xx-xx.2018-ci il tarixədək əmək haqqından artıq tutulmuş gəlir vergisinin geri qaytarılmasını tələb edir. İddiaçıya dəfələrlə rəsmi məlumat verilməsinə baxmayaraq, o yenidən məhkəməyə müraciət etmişdir, halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.8-ci maddəsində göstərildiyi kimi əmək haqqından tutulan gəlir vergisi hesablanarkən bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və şəxsin əsas iş yerində həyata keçirilir. İddia ərizəsində R.Ələkbərovun mübahisələndirdiyi xx.xx.2019-cu il tarixli 1744/7 saylı qərar əslində qərar deyil, Səhiyyə Şöbəsi tərəfindən ona göndərilən cavab məktubunun tarixi və nömrəsidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya məhkəmə qərarı əsasında müharibə veteranı adı, xx xxxxxx 2018-ci il tarixində isə müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Səhiyyə şöbəsinin xx xxxxxx 2019 -cu il tarixli 1744/7 saylı imtinasının əsassız hesab edilməsi və xx.xx.2009-cu ildən 2018-ci ilin 29 avqustunadək əmək haqqından əsasız tutulmuş gəlir vergisinin qaytarılmasını istəyir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Məhkəmə qeyd edir ki, iddiaçı öz hüquqlarından vaxtında istifadə etməmiş, müharibə veteranı adını və vəsiqəsini geç əldə etmişdir. Cavabdeh inzibati orqan isə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra iddiaçının əmək haqqından tutulan gəlir vergisinə qanunverciliklə nəzərdə tutulan güzəşti tətbiq etmiş, qanunvericiliklə ona həvalə edilmiş vəzifələri düzgün icra etmişdir. İddiaçının tələb etdiyi əvvəlki dövrlərə aid əmək haqqından tutulmuş gəlir vergisinin qaytarılması cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid deyil.Cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusu müəyyən edilmədiyinə görə məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2009-cu ildən 2018-ci ilin 29 avqustunadək ondan tutulmuş əmək haqqından gəlir vergisinin qaytarılmasına dair iddia əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar