Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-627/2022 12.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X2 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirlyinə qarşı iddiaçının adına olan B seriyalı 192236 N-li diplomun “Tələbə Məzun” X10 daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının adına olan B seriyalı 192236 N-li diplomun “Tələbə Məzun” X10 daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 Federasiyası S.Stalski adına Açıq Sosial Universitetinin Fizika-riyaziyyat fakültəsinin Riyaziyyat ixtisasının qiyabi şöbəsinə 2005-ci ildə qəbul olmuşdur. 2006-cı ildə ailə vəziyyəti ilə əlaqədar həmin institutdan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. Universitetin 26.10.2006-cı il tarixli 3/707-1 saylı əmri əsasında həerbi xidmətə getmə ilə əlaqədar xidmət müddəti başa çatana qədər alademik məzuniyyət müddəti almış və təhsilini 2009cu tədris ilinin 3-cü semestrindən həmin fakültənin qiyabi şöbəsi üzrə kursunu davam etdirmişdir. O, vaxtında təhsil haqqını ödəmişdir. 2010-cı il 16 iyun tarixdə ona qeydiyyat nömrəsi olan 06/517 olan B N 192236 seriyalı təhsil haqqında dövlət sənədi əlavə etmişdir. Hazırda Qobustan rayonİcra Hakimiyyəti Başçısının Nabur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib vəzifəsində işləyir. Bir müddət əvvəl Qobustan rayon İcra Başçısının Azərbaycan Respublikasının X14 ünvanladığı sorğu nəticəsində məlum olmuşdur ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı adına yazıklan Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş B seriyalı 192236 N-li diplom blankının hüquqi əsası yoxdur. Mərkəzin elektron arxiv məlumatlarına əsasən İddiaçı hər hansı ali təksil müəssisəsinə qəbul edilməmiş və onun barısində X15 tərəfindən qəbul əmri verilməmişdir. İddiaçı hesab edir ki, bu hal onun təqsiri ucbatından deyil, X11 öz vəzifəsinə layiqincə yanaşmaması və etinasızlığın nəticəsi kimi qəbul olunmalı və iddiaçının təhsil və əmək hüququ qorunmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı 2006-cı ildə Rusiya Federasiyası S.Stalski adına Açıq Sosial Universitetindən Təhsil Nazirliyinini razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 05.02.2001-ci il tarixli 96 saylı əmri ilə ali təhsil müəssisələri tələbələrinin köçürmələri dayandırılmışdır. Sonradan müraciətlərin çoxluğu nəticəsində köçürmələrə zərurət yarandığından qeyd olunan əmrdə dəyişiklik edilməsi barədə təhsil nazirinin 28.01.2002-ci il tarixli 80 nömrəli əmri olmuşdur. həmin əmrin 3-cü bəndinə görə qeyri-dövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması öz əksini tapmışdır. İddiaçının köçürülməsində Təhsil Nazirlyinin rəsmi razılığı olsaydı, onun adına diplom blankının yazılmasında və adının “Tələbə-Məzun” X3masına heç bir problem yaranmazdı. Azərbaycan Beynəlxaq Universitetinin 2010-cu ildə fəaliyyəti dayandırıldıqdan sonra nazirlitə müvafiq komissiya yaradılmış və qanunla müəyyən edilmiş qaydada universitetdə təhsil alan və məzun olan tələbələrə diplom blankları verilmişdir. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının köçürülməsi barədə sənədlər ABU-nun rəhbərliyi tərəfindən saxtalaşdırılaraq rəsmiləşdirilmişdir. Bundan başqa vətəndaşın “Tələbə-Məzun” X7 yerləşdirilməsi X12 səlahiyyətinə aiddir. Təhsil Nazirliyi tərəfindən hər hansı məlumatın həmin sistemə yerləşdirilmək səlahyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçının adına olan B seriyalı 192236 N-li diplomun “Tələbə Məzun” X10 daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədədir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə:
1. Bu Əsasnamə “Tələbə-məzun” dövlət elektron məlumat sisteminin (bundan sonra – Sistem) yaradılması, zənginləşdirilməsi və ondan istifadə qaydalarını müəyyən edir. Sistemə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və məzunları, həmçinin ali təhsil müəssisələrinin magistrantları haqqında məlumatlar daxil edilir.
2. Sistemin yaradılması, zənginləşdirilməsi və ondan səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə proqram təminatının yaradılması və mərkəzi serverin texniki təchizatı Azərbaycan Respublikasının X15 (bundan sonra – Sistem administratoru) tərəfindən aidiyyəti qurumlarla əlaqəli həyata keçirilir. Sistemdə yalnız lisenziyalı proqram-texniki və sertifikatlaşdırılmış mühafizə vasitələrindən istifadə edilir.
3. Sistemi tələbə-məzun elektron məlumat bazası və bu bazaya məlumatların daxil edilməsini, dəyişdirilməsini, mühafizə edilməsini, axtarışların aparılmasını və digər əməliyyatların həyata keçirilməsini təmin edən texniki-proqram kompleksi təşkil edir.
5. Sistemə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsili müəssisələrinin qoşulması məcburidir.
11. Məlumat bazasının informasiya təminatı Sistem administratoru, həmçinin ali və orta ixtisas təhsili müəssisələri tərəfindən həyata keçirilir. İstinad olunan Əsasnamənin müddəalarından göründüyü kimi hər hansı şəxsin “Tələbə-məzun” dövlət elektron məlumat sistemiə daxil edilməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin deyil, məhz X12 səlahiyyətinə aiddir. Bununla bağlı məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinni tələblərinə uyğun olaraq iddiaçının nümayəndəsinə hüquqi yarıdm göstərərək cavabdehin düzgün seçilməsini təklif etmişdir. Lakin iddiaçının nümayəndəsi artıq X14 müvafiq xshişlə imtina etdiyini və həmin qurumdan imtina cavabı aldığını bildirərək cavabdehin dəyişdirilməsindən imtina etdi. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi cavab verməli orqana qarşı verilmədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.3cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirlyinə qarşı iddiaçının adına olan B seriyalı 192236 N-li diplomun “Tələbə Məzun” X10 daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Vəfa Əzizova