Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-627/2023 07.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə Ağahüseyn qızının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, xx.xx.1961ci ildə Lerik rayonu Tikəband kəndində anadan olmuş İddiaçı istehsalatda baş verən bədbəxt hadisə nəticəsində aldığı bədən xəsarətinə görə 1998-ci ildən bəri verilməyən müavinətin hesablanıb verilməsi və aylıq müavinətin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona istehsalatda baş verən bədbəxt hadisə nəticəsində aldığı bədən xəsarətinə görə 1998-ci ildən bəri verilməyən müavinətin hesablanıb verilməsi və aylıq müavinətin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 28 iyun 2022-ci il tarixli, **********9 saylı saylı məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 1990-cı ildən 1996-cı ilə qədər Xırdalan ərazisində yerləşən Bakı şəhərsüdçülük zavodunda çilingər işləmişdir. 1990-cı ilin avqust ayının 21-də istehsalatda baş verən bədbəxt hadisə zamanı xəsarət almışdır. Nəticədə sağ əlinin iki barmağını kəsmişdirlər. Bu barədə, yəni istehsalatda baş verən bədbəxt hadisənin baş vermsi barədə elə həmin günü 1 №-li AKT tərtib edilmişdir. Nəticədə ona 3cü dərəcəli əlillik təyin edilərək, hər ay müavinət verilmişdir. 1998-ci ildən bu müavinət kəsilmiş və indiyə qədər aylıq müavinət ala bilmir. İddiaçı dəfələrlə müvafiq orqanlara müraciət etsə də, indiyə qədər bu məsələ öz həllini tapmamışdır. Sonuncu dəfə etdiyi müraciətə Dövlət Sosial Müdafiə Fondunun 28 iyun 2022-ci il tarixli **********9 №-li məktubu ilə imtina cavabı verilmişdir. İstehsalatda aldığı xəsarətlə bağlı müvafiq məlumatlar onun müraciətinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminə daxil edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217.3.-cü maddəsinə əsasən, bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Həmin məcəllənin 235.1-ci maddəsinə əsasən əməyin mühafizəsi normalarının, qaydalarının, habelə əməyin mühafizəsinə dair normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan nəzarət edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsin məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində qeyd etmişdir ki, iddia tələbi aşağıdakı faktiki və hüquqi əsaslara görə mümkün hesab edilməməlidir. 1. Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilib-edilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cabdehin imtinasının olub-olmaması və s. (Ali Məhkəmənin Plenumunun “İnzibati ıhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il 5 saylı Qərarı). İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 6 saylı “DOST” Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim dilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 18.1-ci yarımbəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin tehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və yaxud bu əbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq və ya irdəfəlik müavinətin təyin edilməsi üçün istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və ya peşə xəstəliyinə iair Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin V.Y.Axundov adına X1 İnstitutunun arayışı və işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarının surəti təqdim olunmalıdır. Sözügedən sənədlər cavabdeh inzibati orqana təqdim edilməmiş və iddiaçının aktiv əlillik dərəcəsi müəyyən edilmədiyindən İddiaçıə özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq Ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş istehsalatda baş vermiş bədbəxt hadisə haqqında xx.xx.1990-ci il tarixli akt cavabdeh inzibati orqana təqdim edilməmiş və cavabdeh inzibati orqan tərəfindən sözügedən akta münasibət bildirilməmişdir. Eyni zamanda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin elektron məlumat bazasına əsasən aktiv əlillik dərəcəsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq Ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1550 nömrəli Fərmanının 3.1.1-ci və 3.1,2-ci yarımbəndlərinə əsasən 1 yanvar 2022-ci il tarixindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə Ödəncin əvəzinə verilən aylıq müavinətin məbləği minimum aylıq əməkhaqqının peşə əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə verilən aylıq müavinətin məbləği isə minimum aylıq əməkhaqqı məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında cavabdeh nümayəndəsi Nümayəndə Ağahüseyn qızı iştirak etmiş, izahatında bildirmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 20 dekabr **********33 nömrəli məktubuna əsasən vətəndaşın işlədiyi müəssisə əvvəl dövlət mülkiyyətində olsa da, sonradan “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına” uyğun olaraq, keçmiş dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 830 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş “Bakı Süd Kombinatı”nın bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin özəlləşdirilməsi xx.xx.2009-cu il tarixdə başa çatdırılmışdır. Göründüyü kimi “Bakı Süd Kombinatı” hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və müstəqil fəaliyyət göstərmişdir. İddiaçı xəsarət aldığı müəssisənin hüquqi varisi "xxxx" Açıq Səhmdar Cəmiyyəti hal-hazırda fəaliyyət göstərdiyindən həmin müəssisəyə müraciət etməlidir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona istehsalatda baş verən bədbəxt hadisə nəticəsində aldığı bədən xəsarətinə görə 1998-ci ildən bəri verilməyən müavinətin hesablanıb verilməsi və aylıq müavinətin təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və müstəqil fəaliyyət göstərmişdir. İddiaçı xəsarət aldığı müəssisənin hüquqi varisi "xxxx" Açıq Səhmdar Cəmiyyəti hal-hazırda fəaliyyət göstərdiyindən müəssisəyə müraciət etməlidir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 14 oktyabr tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydasına əsasən:
1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu siyahıları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına (bundan sonra – Qurum) və ya “DOST” mərkəzlərinə (bundan sonra – Mərkəz) göndərir. Qurumlar və ya Mərkəzlər yalnız həmin siyahıda qeyd olunan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinət təyin edirlər. .......
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Həmin bildirişlə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minməsi barədə təqdim olunan məlumatda belə müəssisələrin adlı siyahısı göstərilməlidir. Qurumlar bu bildirişi əsas götürməklə, həmin bildirişdə göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsini dayandırırlar. Həmin müəssisələr üzrə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş və bu səbəbdən həlak olmuş işçilərin sayı Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2003-cü il 27 sentyabr tarixinədək ödənilən ödənclərin verilməsi barədə siyahıya və müvafiq Qurum, Maliyyə İdarəsi (şöbəsi) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyinə əsasən nəzərə alınır.
8. Aylıq müavinət müraciət edilmə vaxtından asılı olmayaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın 5.1-ci bəndi ilə müəyyən olunan tarixdən müəssisənin özəlləşdirilməsi başa çatanadək, yaxud idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minən tarixədək təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydalarının 2-ci bəndinə əsasən Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 26 sentyabr tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydalarına əsasən 1.1. Bu Qaydalar "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirməyə açıq elan edilmiş, habelə idarəetməyə verilmiş dövlət müəssisələrinin (bundan sonra - dövlət müəssisələri) sosial ödənişləri üzrə ödənilməmiş borclarının (bundan sonra - borclar) ödənilməsi prosesini tənzimləyir. 2.1. Bu Qaydalar: 2.1.1. "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na əsasən özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin bu Qaydalar qüvvəyə minənədək yaranmış borclarına; 2.1.2. idarəetməyə verilən dövlət müəssisələrinin onları idarə etmək hüququna dair müqavilə qüvvəyə minənədək yaranmış borclarına şamil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləğinə əsasən: 1.2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. 3.10. Zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəliəşdiriiməsinin Dövlət Proqramına uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 830 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Süd Kombinatının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2009-cu il tarixində tam başa çatdırılmışdır. Göründüyü kimi iddiaçının işlədiyi və xəsarət aldığı müəssisə özəlləşdirilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti hüquqi şəxs kimi qeydiyyatdan keçmişdir. İddiaçı xəsarət aldığı müəssisənin hüquqi varisi "xxxx" Açıq Səhmdar Cəmiyyəti olduğuna görə cavabdeh inzibati orqanın iddiaçıya müavinət təyini ilə bağlı tələbindən imtinası əsaslı olmuşdur. İddiaçı qeyd edir ki, 1990-cı ildən 1996-cı ilə qədər Xırdalan ərazisində yerləşən Bakı şəhərsüdçülük zavodunda çilingər işləmişdir. 1990-cı ilin avqust ayının 21-də istehsalatda baş verən bədbəxt hadisə zamanı xəsarət almışdır. Nəticədə sağ əlinin iki barmağını kəsmişdirlər. Bu barədə, yəni istehsalatda baş verən bədbəxt hadisənin baş vermsi barədə elə həmin günü 1 №-li AKT tərtib edilmişdir. Nəticədə ona 3-cü dərəcəli əlillik təyin edilərək, hər ay müavinət verilmişdir. 1998-ci ildən bu müavinət kəsilmiş və indiyə qədər aylıq müavinət ala bilmir. Göründüyü kimi iddiaçı 1998-ci ildən etibarən öz hüquqlarını bərpası üçün düzgün hüquq müdafiə vasitəsi seçməmişdir. İddiaçıya izah edilsin ki, xəsarət aldığı müəssisənin hüquqi varisinə qarşı müvafiq tələblər irəli sürməsi istisna edilmir. Beləliklə imtina ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusu müəyyən olunmadığına görə, məhkəmə hesab edir ki iddia rədd edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev