Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 2-1(118)-6275/2025 28.01.2026 SUMQAYIT İNZIBATI MƏHKƏMƏSI GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçının əmək pensiyasının yenidən hesablanması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçının əmək pensiyasının yenidən hesablanması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.1959-cu il təvəllüdlüdür. ##.##.1976cı ildən, yəni 40 ildən artıq sığortalı iş stajı vardır. Sonuncu iş yeri Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində “xxxx” Elmi-İstehsalat Müəssisəsi, sonradan onun bazasında yaradılmış “xxxx” MMC olmuşdur. Fevral 2024-cü ildə əmək pensiyasına çıxmışdır. ##.##.2024-cü ildə pensiyaya çıxarkən iddiaçıya 349,06 manat pensiya hesablanmışdır. Müraciəti əsasında pensiyası yenidən hesablanaraq ##.##.2025-ci il tarixindən 377,33 manata çatdırılmışdır. Hesab edir ki, iddiaçının yığılan pensiya kapitalı düzgün indeksləşdirilərək hesablanmamışdır. Çünki iddiaçı pensiyaya çıxarkən işlədiyi müəssisənin DSMF-yə 2.200000 borcu olmuşdur. Müəssisə həmin borcu dekabr 2024-cü ildə ödəmişdir. Həmin vaxt pensiyaya çıxan iş yoldaşları yeni qaydadan bəhərlənmişlər. Hazırda iddiaçının hesabında 37.500 manat pensiya kapitalı vardır. Bu səbəbdən pensiyası yenidən hesablanması üçün cavabdehə müraciət etmişdir. ##.##.2025-ci il tarixdə cavabdeh pensiyasının yenidən hesablanmasından imtina etmiş və imtinanı belə əsaslandırmışdır ki, “müraciətinizlə əlaqədar olaraq bildiririk ki, hazırda “xxxx"MMC ilə qüvvədə olan əmək müqaviləniz olduğundan və nazirliyin elektron informasiya sisteminin “Pensiya“altsistemində olan məlumatlara əsasən 2020-2024-cü illərin hesablanmış məcburi dövlət sosial sığorta ödənişləri fərdi şəxsi hesabınızın sığorta hissəsində 2025-ci ilin sonunadək qeyə alındığından, ##.##.2024-cü il tarixindən sonrakı dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişləri əsasında əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır”. İddiaçı cavabdehin mövqeyi ilə razılaşmayaraq məhkəməyə müraciət etməyə məcbur olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, idda tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, icraatınızda iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra-Mərkəzi Filial) qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair *-*(***)-****/**** nömrəli inzibati iş vardır. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilən zaman onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının düzgün nəzərə alınmadığını iddia edir. Bu səbəbdən iddiaçı məhkəmədən ona təyin edilmiş yaşa gorə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərmə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, icraatınızda olan *-*(***)-****/**** nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim edirlər. İş üzrə icraat materiallarına əsasən İddiaçı Mərkəzi Filiala ## ##### 2025-ci il tarixində ərizə ilə müraciət edərək ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filialın ##.##.2025-cı il tarixli *-**-*/*-N-******/**** nömrəli məktubu ilə yaşa gorə əmək pensiyasının yenidən hesablanmasından imtina edilmişdir Bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra-Qanun) 22-1.1-ci maddəsinin tələblərinə əsasən İddiaçı ##.##.2024- cü il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, İddiaçı məxsus pensiya işi qovluğuna daxil olan sənədlərin surətində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən onun pensiya məbləği ##.##.1976-cı il tarixindən ##.##.1977-cı il tarixinədək, ## ##.1981-ci il tarixindən ##.##.1986-cı il tarixinədək əyanı təhsil aldığı illər və ##.##.1978-ci il tarixindən ##.##.1980-ci il tarixinədək hərbi ximətdə olduğu müddət də nəzərə alınmaqla ##.##.2006cı il tarixinədək 27 il 8 ay 10 gün sığorta stajı, ##.##.2006-cı il tarixindən ##.##.2024-cü il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınan 22362.77 manat (2024cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında yenidən hesablanaraq ##.##.2024-cü il tarixindən 349.06 manat müəyyən edilmişdir. Eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən onun əmək pensiyasının məbləği indeksləşdirilərək ##.##.2025-ci il tarixindən 377,33 manata çatdırılmışdır Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya odənışı müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. İddiaçı müraciəti ilə əlaqədar olaraq bildirirlər ki, hazırda onun “xxxx” MMC ilə qüvvədə olan əmək müqaviləsi olduğundan və Nazirliyin elektron informasiya sisteminin Pensiya altsistemində olan məlumatlara əsasən 2020-2024-cu illərin hesablanmış məcburi dövlət sosial sığorta ödənişləri onun fərdi şəxsi hesabının sığorta hissəsində 2025-ci ilin sonunda qeydə alındığından, ##.##.2024-cü il tarixindən sonrakı dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişləri əsasında onun əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. Məlumat üçün bildirirlər ki, Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. ##.##.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan ış və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili ##.##.2006-cı ıl tarixdən başlayaraq aparılır. Müvafiq dövrdə qüvvədə olan "Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənin vəzifəsi olmuşdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: cavabdeh orqanın iddiaçıya ünvanladığı məktubları və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü: Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin III hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ##.##.1959-cu il təvəllüdlü İddiaçı ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmiş, pensiya təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün fərdi hesabın sığorta hissəsində yığılan kapitala əsasən pensiya məbləği bir neçə dəfə yenidən hesablanmışdır. Cavabdeh tərəfindən vətəndaşın pensiya məbləği yenidən hesablanaraq, ##.##.2025-ci il tarixdə 377,33 manat müəyyən edilmişdir. İddiaçı hal-hazırda müəssisə tərəfindən sonradan ödənilən məcburi dövlət sosial sığorta ödənişləri nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməsini tələb edir. Cavabdeh orqan etirazın əsas olaraq göstərmişdir ki, “xxxx” MMC ilə qüvvədə olan əmək müqaviləsi olduğundan və Nazirliyin elektron informasiya sisteminin Pensiya altsistemində olan məlumatlara əsasən 2020-2024-cu illərin hesablanmış məcburi dövlət sosial sığorta ödənişləri iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində 2025-ci ilin sonunda qeydə alındığından, ##.##.2024-cü il tarixindən sonrakı dövr üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişləri əsasında onun əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. Lakin məhkəmə hesab edir ki, cavabdeh orqanın yuxarıda qeyd edilən əsası ilə iddiaçının tələbindən imtinası əsassız və formal olmuşdur. Məhkəmə hazırki işin hallarına münasibətdə bildirir ki, göründüyü kimi mübahisə iddiaçının yığılmış sığorta kapitalına əsasən pensiyasının yenidən hesablanması zamanı qanunvericiliyin tətbiqi ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 1.0.1.bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi d ö v l ə t s o s i a l s ı ğ o r t a o l u n a n l a r ı n ( b u n d a n s o n r a – s ı ğ o r t a o l u n a n ) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud s ı ğ o r t a o l u n a n larin ölümü ilə ə l a q ə d a r o n l a r ı n a i l ə ü z v l ə r i n i n i t i r d i k l ə r i g ə l i r l ə r i n k o m p e n s a s i y a s ı m ə q s ə d i l ə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta h i s s ə s i n d ə qeydə alınan və fərdi ş ə x s i hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 1 . 0 . 1 2 . ə m ə k p e n s i y a s ı n ı n s ı ğ o r t a h i s s ə s i - fərdi ş ə x s i hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində h e s a b l a n a n m ə b l ə ğ d i r ; 1.0.13. əmək pensiyasının yığım hissəsi - fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti ş ə k l i n d ə h e sablanan məbləğdir. 1 . 0 . 1 4 . g ö z l ə n i l ə n p e n s i y a ö d ə n i ş i m ü d d ə t i - b u Q a n u n u n m ə q s ə d l ə r i üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. Həmin Qanunun 37-ci maddəsinə əsasən: 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə ç a t d ı r ı l m a s ı i l ə b a ğ l ı x i d m ə t h a q l a r ı v ə n a ğ d p u l v ə s a i t i n ə görə haqqın məbləği həmin o r q a n ı n b a n k v ə r a b i t ə o r q a n l a r ı i l ə b a ğ l a d ı q l a r ı m ü q a v i l ə l ə r l ə m ü ə y y ə n l ə ş d i r i l i r . Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İ ş l ə y ə n ə m ə k p e n s i y a ç ı l a r ı n a : 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya kapitalını fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsait təşkil edir, hansı ki, fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Sosial sığorta haqqında” Qanunun 1-ci maddəsinə əsasən sosial sığorta bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Qanunun 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: pensiya yaşına çatmaq;... Qanunun 6-cı maddəsinə əsasən sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il ## ######## tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən məcburi dövlət sosial sığorta ödəmələri sosial sığorta hadisəsi baş verdikdə verilən ödənclərdir. Bunlara aşağıdakılar aiddir: Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilən əmək pensiyaları... Əsasnamənin 3-cü hissəsinə əsasən məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ vardır. Qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Məhkəmə cavabdehin imtinasına münasibətdə qeyd edir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən 2020-2024-cu illərin hesablanmış məcburi dövlət sosial sığorta ödənişlərinin vaxtında deyil, 2025-ci il tarixində ödənilməsi iddiaçının təqsiri kimi qiymətləndirilməməlidir. Həmin hərəkətlərin edilməsi iddiaçının deyil, məhz işəgötürən müəssisənin səlahiyyətinə aid olan öhdəlik kimi çıxış etdiyindən, həmin öhdəliyin lazımi qaydada icra edilməməsinin nəticələrinə istinad edilməklə, iddiaçının hüququnun məhdudlaşdırılması halı ilk növbədə inzibati icraat haqqında qanunvericiliyin mütənasiblik prinsipinin tələblərinə zidd olmuş olur. İddiaçıya pensiya təyin edildiyindən hazırkı halda sığorta hadisəsi kimi “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması hüququnun yaranması təşkil edir ki, istinad olunan normalara əsasən sığorta hadisəsi baş verdikdə şəxsin sığorta ödəməsini, yəni onun fərdi hesabında toplanan pensiya kapitalını almaq hüququ vardır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı əmək pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDI: İddia təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva