Məhkəmə qərarları › İş №2-1(118)-628/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-628/2023

02.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-628/2023 02.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Liman oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 Saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayon X2 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə ayrılmış 0.09 ha həyətyanı torpaq sahəsi (JN-1675F kod 30319018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) və Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsilları istehsalı üçün ayrılmış 0.21 ha torpaq sahəsi (JN1366 kod 30319018 nömrəli dövlət aktı) üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X6 məxsus olmas barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli **********73 nömrəli və xx.xx.2022-ci il tarixli **********37 nömrəli imtinalarının qanunsuz hesab edilməsi və JN 1366 kod 30319018 nömrəli Dövlət Aktında və JN-1675F kod 30319018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” göstərilən koordinatlada yerləşən plan-cizgiyə uyğun 0,09 ha həyətyanı və 0,21 ha kənd təsərrüfatı mallarının istehsalı üçün ayrılmış torpaq sahələrinin dövlət qeydiyyatına alınmaqla çıxarışın hazırlanması vəziəfsinin həmin orqanın vəzifəli şəxslərinin öhdəsinə qoyulmasıbarədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayənəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh kimi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin qəbul edilməsini, Quba rayon X2 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə ayrılmış 0.09 ha həyətyanı torpaq sahəsi (JN-1675F kod 30319018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) və Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsilları istehsalı üçün ayrılmış 0.21 ha torpaq sahəsi (JN1366 kod 30319018 nömrəli dövlət aktı) üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X6 məxsus olması barədə arayışın verilməsi cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X9 ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan 08 oktyabr 1996-ci il təvəllüdlü X7 anadan olmuşdur. Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli 07 saylı qərarı ilə verilmiş cizgi-planda göstərilən sərhəd daxilində 0,21 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpağa mülkiyyət hüququna dair JN 1366 kod 30319018 nömrəli Dövlət Aktı ilə X3 mülkiyyətinə ayrılmışdır. Bundan başqa Quba rayon Birinci Nügədi kəndində X3 adına ev tikmək üçün JN-1675F kod 30319018 nömrəli "torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə 0.09 ha həyatyam torpaq sahəsi ayrılmışdır. xx.xx.2005-ci il tarixdə iddiaçının həyat yoldaşı X9, xx.xx.2008-ci il tarixdə isə X7 vəfat etmişdir. İddiaçı birgə mülkiyyətləri olan həyatyanı və pay torpaq sahələrinin DƏDRX-də adına qeydiyyata alınması üçün zəruri sənədləri cavabdeh orqana təqdim etmişdir. 5 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müraciətinə baxılması haqqında cavabda bildirilir ki, 0,09 ha və 0.21 ha torpaq sahəsinin sərhədləri təyin edilmədiyindən torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və digər iddiaçılar məhkəmə iclasının vaxtı veri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət edilən JN-1386 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 0,21 ha torpaq sahəsinin və 0,09 ha torpaq sahəsinin sərhədləri ərizəçi tərəfindən təyin edilmədiyindən torpaq sahələrinin yerini dəqiq müəyyən etmək mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, torpaq sahələrinin texniki göstəricilərini əks etdirən planı və ölçüsünün və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. İş materiallarında olan : - JN 1386 kod 30319018 nömrəli Dövlət Aktından görünür ki, X6 Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə 0.21 hektar torpaq sahəsi verilmişdir. - JN-1675F kod 30319018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" dən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə 0.09 ha həyətyanı torpaq sahəsi X6 ayrılmışdır. - Vİİ № 250676 seriyalı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki,X1 İqamət Sədul oğlu ilə nikaha daxil olmuşdur. - AZ-İ № 173092 seriyalı ölüm haqqında şəhadətnamdən görünür ki, X9 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. -Məhkəmənin sorğuusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, N-1386 KOD 30319018 nömrəli 'Torpağa mülkiiyyət hüququna dair dövlət aktı' nın və JN-1675F KOD 30319013 nömrəli 'Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusuna əsasən X12 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki,Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı iclas protokoluna İ Nügədi kəndinə aid adlı siyahı əlavə edilməmişdir. Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci İl tarixli 06 saylı iclas protokolunda X3 adı aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi “MMC tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli cavab məktubundan görünür ki, JN-1675F (kod ********) nömrəli Şəhadətnamənin işlənilməsinə əsas olmuş Quba rayonu, İ Nügədi kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarında (əlyazma və elektron) X3 adı aşkar edilmişdir, qarşısında 0.10 ha torpaq sahəsi göstərilmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi “MMC tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli cavab məktubundan görünür ki, Quba rayonu, 1-ci Nügədi kəndi üzrə pay torpaq sahəsinə dair mövcud subyektlərin siyahılarından X3 adı qeyd edilmiş hissədən çıxarış məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaşının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 06 saylı və xx.xx.1999-cu il tarixli 07 saylı qərarlarə ilə mərhum X6 müvafiq olaraq 0.09 ha həyətyanı və 0.21 ha kənd təsərrüfatı təyinatlı pay torpaqları ayrılmışdır. Hazırda iddiaçı həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun mərhum ərinə məxsus olmasını qeydə alınması üçün müraciət etdikdə ona torpaq sahələrinin yerinin müəyyən edilməməsi əsası ilə imtina cavabı verilmişdir. Məhkəmə qeyd edir ki, istinad olunan dövlət aktı və Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətləri cavabdeh idarədə saxlanılır. Həmin sənədlərdə torpaq sahələrinin dəqiq koordinatları və ölçüləri qeyd edilmişdir. İddiaçının müraciətinə əsasən torpaq sahəsinin müayinə edilməsi, yerinin müəyyən edilməsi və s.əməliyyatların aparılması birbaşa cavabdeh idarənin vəzifə səlahiyyətlərinə aid olmasına baxmayaraq cavabdeh torpaq sahəsinin yerinin müəyyən edilməməsi səbəbi ilə imitna cavabı verməsi əsassız hesab edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Quba rayon X2 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə ayrılmış 0.09 ha həyətyanı torpaq sahəsi (JN- 1675F kod 30319018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) və Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsilları istehsalı üçün ayrılmış 0.21 ha torpaq sahəsi (JN1366 kod 30319018 nömrəli dövlət aktı) üzərində mülkiyyət hüququnun mərhum X6 məxsus olmas barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Quba rayon X2 xx.xx.1997-ci il tarixli 06 saylı qərarı ilə ayrılmış 0.09 ha həyətyanı torpaq sahəsi (JN-1675F kod 30319018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) və Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə kənd təsərrüfatı məhsilları istehsalı üçün ayrılmış 0.21 ha torpaq sahəsi (JN1366 kod 30319018 nömrəli dövlət aktı) üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar