Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-63/2020 18.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibatiMəhkəməsi, Sumqayıt İnzibatiMəhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, X1 nümayəndəsi X2 iştirakı ilə, X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X8rşı “Torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X10 üzərinə qoyulması ”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: X5 torpaq sahəsinə dair çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx xxxxx 2019-cu il tarixli, **********20 saylı məktubu ilə iddiaçının müraciəti təmin olunmamışdır. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Əngəxaran kənd sakini X9 xx xxxxxx 2016-cı il tarixdə Şamaxı rayonunun Əngəxaran kəndindən keçən “Şamaxı-Pirqulu magistral avtomobil yolunun kənarından sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 100 m2 torpaq sahəsinin alınması ilə əlaqədar Məlhəm bələdiyyəsinə müraciət etmişdir. onun müraciəti əsasında xx xxxxxx 2016-cı il tarixli 56 saylı məktubla çıxarışın alınması ilə əlaqədar DƏDRX-nın 14 saylı idarəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X10 xx xxxxxx 2018-ci il tarixli **********29 saylı məktubundan məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və X4 Mərkəzi” MMSnın Ağsu Layihə-Tədqiqat idarəsi tərəfindən tərtib olunmuş müayinə (baxış) aktında qeyd olunan 0.01 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına düşdüyü üçün icrasına imtina verilmişdir. Qeyd olunan imtinanın əsassız olduğu üçün xx xxxx 2019-cu il tarixli 08 saylı məktubla yenidən DƏDRX-nın 14 saylı ərazi idarəsinə çıxarışın alınması ilə əlaqədar müraciət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X10 xx xxxxx 2019-cu il tarixli **********20 saylı məktubu ilə 0.01 ha torpaq sahəsinə dair çıxarışın verilməsinə imtina verilmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, satılması nəzərdə tutulan 0.01 ha torpaq sahəsi yolun qorunma zolağını gözləməklə yolun kənarında yerləşməklə gilli torpaqdan ibarətdir. Cavabdehin rəyləri əsassız olduğu üçün iddaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq, iddiaçı tərəfindən təqdim olunmuş sahibkarlıq məqsədilə satışa çıxarılması nəzərdə tutulan 0.01 ha torpaq sahəsinin sənədləri torpaq sahəsinin müayinəsi və müvafiq müayinə (baxış) aktının tərtib olunması üçün tərəflərindən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və X4 Mərkəzi” MMC-nin X13 idarəsi tərəfindən tərtib olunmuş müayinə (baxış) aktında qeyd olunan 0.01 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına düşdüyü qeyd olunmuşdur. Torpaq sahəsi alqı satqı predmeti olmadığına görə Şamaxı rayonunun Məlhəm Bələdiyyəsi tərəfindən rayonun Əngəxaran kəndi ərazisindən sahibkarlıq məqsədilə satışa çıxarılacaq 100 m2 torpaq sahəsinin üzərində bələdiyyənin hüquqlarının qeydiyyata alınması qeyri-mümkün olmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1027/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və X7 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağsu Layihə- Tədqiqat İdarəsi məhkəmə icratına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1027/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 27372 saylı ekspert rəyinə əsasən tədqiqatın nəticəsi üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli **********90 saylı mütəxəssis rəyinə əsasən, Şamaxı rayonu, Əngəxaran kəndində, Şamaxı-Pirqulu magistral avtomobil yolunun kənarında yerləşən, naturada ölçülmüş mübahisəli torpaq sahəsinin koordinatları ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və X7 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağsu Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş müayinə aktında qeyd olunan 0.01 ha torpaq sahəsinin koordinatlarının eynilik təşkil etdiyi və həmi torpaq sahəsinin Şamaxı rayonu, Məlhəm Bələdiyyəsinin mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olduğu müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə cavabdeh inzibati orqanın idiaya etirazında qeyd etdikləri əsaslarla razılaşır və hesab edir ki, imtina əsaslı olmuşdur. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-ci bəndinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Məcəllənin 12-ci maddəsinin 2-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli, 27372 saylı ekspert rəyinə əsasən tədqiqatın nəticəsi üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli **********90 saylı mütəxəssis rəyinə əsasən, Şamaxı rayonu, Əngəxaran kəndində, Şamaxı-Pirqulu magistral avtomobil yolunun kənarında yerləşən, naturada ölçülmüş mübahisəli torpaq sahəsinin koordinatları ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və X7 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağsu Layihə- Tədqiqat İdarəsi tərəfindən verilmiş müayinə aktında qeyd olunan 0.01 ha torpaq sahəsinin koordinatlarının eynilik təşkil etdiyi və həmi torpaq sahəsinin Şamaxı rayonu, Məlhəm Bələdiyyəsinin mülkiyyətində olmaqla, kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olduğu müəyyən edilmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə dair çıxarışın verilməsindən imtinası qanuni olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-63/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-63/2020
18.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver