Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-63/2021 08.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, üçüncü şəxs X3 vəkili X13 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayonunun Qaleybuğurd bələdiyyəsinə qarşı “Şamaxı rayon Sis Bələdiyyəsi tərəfindən 09 oktyabr 2006-cı il tarixli 16 saylı qərarının etibarsız hesab edilməsi, fərdi yaşayış evinin və onun yerləşdiyi 0,30 ha həyatyanı torpaq sahəsinin üzərində mərhum X8 mülkiyyət hüquqnun bərpa olunması tələbinə” dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası X14 adına Şamaxı rayonunun Sis kəndi ərazisində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi mövcud olmuşdur. Həmin evdə onlar valideyinlərilə birlikdə yaşayıb boyabaşa çatmışlar. Atası vəfat etdikdən sonra ev Sis kəndi üzrə təsərüfatbaşına kitabda anaları X8 adına qeyd olunmuşdur. Lakin, anası yaşlandığına görə, iddiaçı məcbur olub onu Şamaxı rayonunun Sabir qəsəbəsində yerləşən fərdi evinə gətirib orda saxladı. Halhazırda anası da vəfat etmişdir. Anasının adına olan fərdi yaşayış evini və onun yerləşdiyi 0.30 ha torpaq sahəsini qeydiyyata aldırmaq və vərəsəlik qaydasında rəsmiləşdirilməsi məqsədilə o DƏDRX-in 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən onun ərizəsinin icrasına imtina verilmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, Şamaxı rayonunun Sis kəndi ərazisində yerləşən mərhumə Qızbəs Qaniyevaya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0, 24 ha hissəsi Şamaxı rayon Sis Bələdiyyəsi tərəfindən 09 oktyabr 2006-cı il tarixli 16 saylı qərarı ilə hər birinə 0.12 ha olmaqla həyətyanı məqsədilə X4 və X9 mülkiyyətinə satılmış və həmin torpaq sahələrinin alqı-satqışma dair müvafiq alqı-satqı aktı tərtib olunmuşdur. Qeyd olunan Bələdiyyə qərarı qüvvədə olduğu üçün və torpaq sahəsinin üzərində mübahisə olduğuna görə, fərdi yaşayış evini və onun yerləşdiyi 0.30 ha torpaq sahəsini vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkün olmuşdur. Şamaxı rayonunun Sis kəndində 0.30 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun mərhum valideyinlərinin mülkiyyətidir, lakin buna baxmayaraq, Şamaxı rayonunun Sis Bələdiyyəsi ( hal-hazırda Qaleybuğurd Bələdiyyəsi) qeyri-qanuni olaraq 09 oktyabr 2006-cı il tarixli 16 saylı qərarı ilə həyətyanı torpaq sahəsini alqı-satqı qaydasında onun və onun qardaşı X1. O, Bələdiyyənin qərarını qeyri-qanuni hesab edir, anasının qanuni istifadəsində olan torpaq sahəsi onun övladlarına alqı-satqı qaydasında yox, vərəsəlik qaydasında keçməlidir. Sənədləşmə düz aparılmadığına görə, o əmlakı qeydiyyata aldıra bilməmişdir. Hesab edir ki, qeyd olunan bələdiyyə qərarı ləğv olunmalı və onun anasının mülkiyyət hüququ bərpa olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən iddiaçı məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçının iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən cavabdehin nümayəndəsi məhkəmədə izahat verərək, bildirmişdir ki, Şamaxı rayonunun keçmiş Sis bələdiyyəsi tərəfindən Sis kəndi ərazisində yerləşən X2 məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.30 ha torpaq sahəsinin 0.24 ha hissəsinə qeyri-qanuni olaraq 09 oktyabr 2006-cı il tarixli 16 saylı qərarı ilə X10 və X16 torpaq sahəsi ayrılmış və alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Hesab edir ki, mərhum X6 miras qalmış torpaq sahəsinə yalnız vərəsəlik hüquq haqqında şəhadətnamə əsasında torpaq sahəsi onun vərəsələrinə keçə bilər. Bələdiyyənin özü tərəfindən qeyd olunan qərar müddətin keçməsinə görə ləğv edilə bilmədiyinə görə həmin qərarlar məhkəmənin qərarı əsasında ləğv oluna bilər. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməsinə etirazının olmamasını bildirdi. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan məhkəmə iclasında təmsil edilməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili X21 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Şamaxı rayonun Sis bələdiyyəsinin 09.10.2006-cı il tarixli 16 saylı qərarı əsasında X7 a 0.12 ha torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq ayrılmışdır. X2 adına təsərrütbaşı kitabında qeyd olunan torpaq sahəsinin Gürcuvan Qəniyevə ayrılmış torpaq sahəsi ilə heç bir əlaqəsi yoxdur.Qeyd olunanları nəzərə alaraq 3-cü şəxsin vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştrak edən 3-cü şəxs X17 vəkilinin izahatına uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclasında X17 iştrak etməmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin 13 noyabr 2019-cu il tarixli **********93 saylı məktubu, Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Qaleybuöurd kənd İnizbati Ərazi dairəsi üzrə nümayəndəliyinin 89 saylı 19.07.2018-ci il tarixli arayışı, DTXK-nin Şamxı rayon şöbəsinin İddiaçı 0,12 ha torpaq sahəsinin satılmasının məqsədəmüvafiq hesab edilməsi haqqında 03.01.2006-cı il tarixli rəyi, Şamaxı rayonu Sis bələdiyyəsinin İddiaçı 0,12 ha torpaq sahəsinin ayrılması haqqında 05 yanvar 2016-cı il tarixli 1 saylı qərarı, Sis Bələdiyyəsi ilə İddiaçı arasında 0,12 ha torpaq sahəsinin alqı-satqısı haqqında aktın surəti, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin 28 oktyabr 2020-ci il tarixli **********09 saylı məktubu, X32 FilialınınX8 adına Aqrar İshat Komissiyasının və Sis və Qəleybuğurd bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılması haqqında heç bir sənədin mövcud olmaması haqqında 22.02.2019-cu il tarixli 13/18 saylı məktubu və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarım isə bələdiyyələr müəyyən edir.Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri özəlləşdirilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.6-cı maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən bələdiyyənin ehtiyat fondu torpaqlarından 1) yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar və 2) kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar xüsusi mülkiyyətə verilə bilər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Həmin Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.Həmin Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şamaxı rayonunun keçmiş Sis bələdiyyəsinin 09 oktyabr 2006-cı il tarixli 16 saylı qərarı əsasında X10 və X16 hər birinə 0,12 ha olmaqla,ümimilikdə 0,24 ha torpaq sahəsi ayrılmışdır.Sis bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılarkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda nəzərdə tutulmuş qaydalara riayət olunmuşdur. Belə ki, Qanunun tələbinə görə torpaq sahəsi ayrılmazdan öncə zaman etibarı ilə səlahiyyətli orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin ayrılması haqqında müsbət rəyi alınmış və torpaq sahəsinin ayrılması haqqında 09 oktyabr 2006-cı il tarixli qərar qəbul edildikdən sonra tərəflər arasında alqı-satqı aktı imzalanmışdır. X18 iddiaçı və 3-cü şəxsin anası olmuş və 06.05.2019-cu ildə vəfat etmişdir. Anasından miras qalmış əmlakın vərəsəlik qaydasında rəsmiləşdirilməsi məqsədi ilə X19 notariat kontoruna müraciət etmiş və aparılan araşdırmalar nəticəsində iddiaçıya bildirilmişdir ki, 1962-1965-ci illər üzrə 04 nömrəli təsərrüfatbaşına kitabının 16-cı səhifəsində anasının adına qeyd olunmuş 0,30 ha torpaq sahəsinin üzərinə Sis bələdiyyəsinin 09 oktyabr 2006-cı il tarixli 16 saylı qərarı ilə onun və qardaşı Gücuvanın adına hər birinə 0.12 ha torpaq sahəsinin ayrılmışdır. Bu səbəbdən mərhum anasından miras qalmış 0.30 ha torpaq sahəsinin vərəsəlik qaydasında rəsmiləşdirilməsi hüququndan məhrum olunmuşdur. Qeyd olunanlara əsasən X19 özünün və qardaşı X3 adına 0.24 ha torpaq sahəsinin ayrılması haqqında Sis bələdiyyəsinin 09 oktyabr 16 saylı qərarının etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Sis Bələdiyyəsi tərəfindən iddiaçıya və onun qardaşına ayrılmış torpaq sahəsinin mərhum analarının adına təsərrüfatbaşı kitabında göstərilmiş 0,30 ha torpaq sahəsi ilə üst üstə düşüb düşməməsini araşdırmaq məqsədi ilə Daşınmaz Əmlakın Kadastrı və X20 rəyi alınmış və mərhum X11 adına iddia olunan 0.30 ha torpaq sahəsinin texniki və hüquqmüəyyənedici sənədlərinin olmaması səbəbindən X12 və X3 adına ayrılmış 0.24 torpaq sahələri ilə üst üstə düşüb düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd etməyi zəruri bilir ki, ümumiyətcə təsərrüfatbaşı kitabı hər hansı bir hüquqi əsasa söykənən sənəd hesab edilə bilməz və həmin kitabda torpaq sahəsinin kəndçinin istifadəsində olması barədə qeyd həmin torpaq sahəsinin mülkiyyətdə olmasına əsas vermir. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, torpaq islahatları aparılan zaman təsərrüfatbaşı kitabında qeyd olunan 0.30 ha torpaq sahəsinin Aqrar İslahat Komissiyasının qərarı əsasında mərhum Qızbəs Qanıyevanın adına ayrılması barədə hər hansı bir dəlil mövcud deyil. Belə ki, Aqrar İslahat nəticəsində şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələrindən başqa yerdə qalan torpaq sahələri yeni yaradılmış bələdiyyələrin mülkiyyətinə verilmiş, bələdiyyələr isə öz növbəsində həmin torpaq sahələrinin üzərində olan sərəncam hüquqlarını “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə əsasən həyata keçirməyə başlamışdırlar. Göründüyü kimi Sis bələdiyyəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə əsasən üzərinə düşən vəzifəni həyata keçirmişdir. İlk öncə nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən torpaq sahəsinin ayrılmasını tələb edən şəxsin müraciətini nəzərdən keçirərək həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Yuxarıda qeyd olunan npormaları təhlil edərkən müəyyən olunur ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”Qanunun 9.1-ci maddəsinə əsasən torpaq sahəsinin ayrılması prosedurun ikinci mərhələsinə aiddir. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılmasına zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şamaxı rayonunun Qaleybuğurd bələdiyyəsinə qarşı “Şamaxı rayon Sis Bələdiyyəsi tərəfindən 09 oktyabr 2006-cı il tarixli 16 saylı qərarının etibarsız hesab edilməsi, fərdi yaşayış evinin və onun yerləşdiyi 0,30 ha həyatyanı torpaq sahəsinin üzərində mərhum X8 mülkiyyət hüququnun bərpa olunması tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-63/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-63/2021
08.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver