Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-63/2022 26.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X19 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Qusar rayonu, Kuzun Qışlaq kəndində yaşayan) Üçüncü şəxs X6 (işləməyən, Qusar rayonu, Kuzun Qışlaq kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonu Kuzun Qışlaq kəndində yerləşən iddiaçıya məxsus 3.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.54 ha hissəsinə dair üçüncü şəxslər X6, X10, X13, X11, X14 və X2 adlarına verilmiş 20.08.2020-ci il tarixli **********52 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 30117018 olan JN:0331 saylı 23 may 2006-cı il tarixli dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayonu Kuzun Qışlaq kəndində yerləşən iddiaçıya məxsus 3.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.54 ha hissəsinə dair üçüncü şəxslər X6, X10, X13, X11, X14 və X2 adlarına verilmiş 20.08.2020-ci il tarixli **********52 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və 30117018 olan JN:0331 saylı 23 may 2006-cı il tarixli Dövlət Aktının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qusar rayonu Kuzun Qışlaq kəndində yerləşməklə kodu 30117018 olan JN:0034 satlı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X15 və ailə üzvlərinə məxsus olan 3,46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 2006-cı ilin sentyabr ayında satın almışdır. Qusar rayon Məhkəməsinin 19 iyul 2007-ci il tarixli 2-301/2007 saylı qətnaməsi ilə onunla həmin şəxslər arasında bağlanmış torpaq sahəsinin alqı-satqısı barədə razılaşmadan əmələ gələn mülkiyyət hüququnun dövlət qeydiyyatının həyata keçirilməsi və torpaq sahəsinin adına rəsmiləşdirilməsinin DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə tapşırılması qət edilmişdir. Bununla da, o, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqnu əldə etmişdir. Lakin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməmişdir. O, çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin ona bildirilmişdir ki, həmin torpaq sahəsinin 0,54 ha hissəsinə dair başqa bir şəxsin adına çıxarış verildiyi üçün onun mülkiyyət hüququnun qeydə alınması mümkün deyildir. Araşdırma nəticəsində məlum olmuşdur ki, həqiqətən də həmin torpaq sahəsinə dair üçüncü şəxslər X6, X10, X13, X11, X14 və X2 adlarına 20.08.2020-ci il tarixli **********52 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış isə həmin şəxslərin adlarına kodu 30117018 olan JN:0331 saylı 23 may 2006-cı il tarixli Dövlət Aktı əsasında verilmişdir. Halbuki, o, həmin torpaq sahəsini heç kimə satmamış, torpaq sahəsinə dair sərəncam hüququ üzrə heç bir əqd bağlamamışdır. Torpaq sahəsinin hansı əsaslara görə həmin şəxsin adına qeydiyyata alınması ona mənə məlum deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X16 iddianı qəbul etməyərək izah etdi ki, mübahisəli torpaq sahəsi torpaq islahatı zamanı ona və ailə üzvlərinə aqrar islahat komissiyasının 12.05.1998-ci il tarixli qərarı əsasında ayrılmışdır. Qusar rayon Məhkəməsinin 2-151/2006 saylı qətnaməsindən xəbəri yoxdur, onun həmin məhkəmədə mübahisəsi olmamışdır. O və digər ailə üzvləri qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsini əldə etmişlər və həmin torpaq üzərində onların mülkiyyət hüququ qeydə alınmışdır. Bununla bağlı o, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üşüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı təqdim etdiyi sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, təqdim edilmiş Qusar rayon Məhkəməsinin 19.07.2007-ci il tarixli 2-301/2007 nömrəli qətnaməsində göstərilən JN-0034 KOD 30117018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 34D planşetində əks olunan 3.2741 ha torpaq sahəsinin 0.54 ha hissəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddia ərizəsində üçüncü şəxslər qismində göstərilən X6, X10, X13, X11, X14 və X2 adlarına adlarına JN:331 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktf’na əsasən 5419.66 kv m torpaq sahəsinə ümumi birgə paylar əsasında 20.08.2021-ci il tarixdə **********52 reyestr, ********** qeydiyyat nömrəsi olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarış Qusar rayon Aqrar İslahat Komissiyasının 12.05.1998-ci il tarixli 7/4 saylı qərarı və Qusar rayon Məhkəməsinin 16.04.2006-cı il tarixli 2-151 saylı qətnaməsi əsasında ləğv edilmiş DT və X/K-nin Qusar rayon şöbəsi tərəfindən tərtib edilmiş JN:331 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında hazırlanmışdır. İş materiallarında olan : - JN-0331 KOD 30117018 seriyalı 04 may 2006-cı il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, 0.54 ha torpaq sahəsi X3 və onun ailə üzvlərinə Qusar rayon Aqrar İslahat Komissiyasının 12.05.1998-ci il tarixli 7/4 saylı qərarı və məhkəmənin 16.04.2006-cı il tarixli 2-151 saylı qətnaməsinə əsasən ayrılmışdır. - **********52 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayon Kuzunqışlaq kəndində 0.5419 ha torpaq sahəsi X6 və 6 nəfər ailə üzvünün ümumi birgə mülkiyyətindədir. - JN-0034 KOD 30117018 seriyalı mülkiyyət hüququna dair dövlət aktından görünür ki, həmin dövlət aktı Qusar rayon AİK 12.05.1998-ci il tarixli 7/4 nömrəli qərarı ilə X21 və onun ailə üzvlərinə verilmiş 3.46 torpaq sahəsinə dair tərtib edilmişdir. - İddiaçı tərəfindən təqdim edilmiş Qusar rayon Məhkəməsinin 19 iyul 2007-ci il tarixli 2-301/2007 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X15 və qeyriləinə qarşı torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair idiası təmin edilərək həmin şəxslər arasında torpaqların alqı-satqısı barədə razılaşmdan əmələ gələn mülkiyyət hüququnun dövlət qeydiyyatının həyata keçirilməsi və JN-0034 saylı kod 30117018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən X15 məxsus 3.46 ha, JN-0031 saylı kod 30117018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X7 məxsus 1.26 ha, JN-162 saylı kod 30117018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktına əsasən X1 məxsus 2.11 ha, JN-003 saylı kod 30117018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktına əsasın X24 məxsus 0.53 ha və 0.22 ha, cəmi 0.75 ha, JN-185 saylı kod 30117018 Torpağa Mülkiyyət hüququna dair Dövlət aktına əsasən X17 məxsus 3.13 ha və JN-166 saylı kod 30117018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən X4 məxsus 3.10 ha torpaq sahələrinin İddiaçı oğlunun adına rəsmiləşdirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. - Qusar rayon Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş arxiv çıxarışından görünür ki, Qusar rayonu F.Engels adına sovxozun bazasında yaradılmış “Kuzınqışlaq” birgə kəndli təsərrüfatında torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısında X5, X16, X10, X13, X11 və X25 adı vardır, həyətyanı və torpasq sahəsi qrafasında 0.25 və 0.29 ha torpaq sahəsi qeyd edilmişdir. - Qusar rayon Məhkəməsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 15.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, Qusar rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində mövcud olan 2-151 saylı mülki iş başqa şəxslər arasında olan tələb ilə əlaqədardır. Təqdim edilmiş qətnamədən görünür ki, 2-151 saylı 28.04.2006-cı il tarixli qərardad iddiaçı X9 cavabdeh Qusar rayon Mucuq kənd orta məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia üzrə olmuş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. - DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş 08.05.2021-ci il tarixli cavab məktubdan görünür ki, X16 və ailə üzvlərinin adına verilmiş 20.08.2020-ci il tarixli **********52 reyestr nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə əsasə olmuş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. Əlavə olaraq JN-331 KOD301170018 nömrəli “Torpağa mülkiyyət hüuquna dair” dövlət aktının verilməsinə əsas olmuş Qusar rayon Məhkəməsinin 16 aprel 2006-cı il tarixli 2- 151 saylı qətnaməsi ləğv edilmiş DTXK tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. - 10.03.2022-ci il tarixli **********84 saylı mütəxəssis rəyindən görünür ki, kod 30117018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının 3.27 ha hissəsi ilə) koordinatlarının X12 və qeyrilərinə verilmiş JN 0331 kod 30117018 saylı dövlət aktında göstərilən 0.54 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür, üst-üstə düşmə halı JN-0034 kod 30117018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının şimal hissəsində və 0.54 ha təşkil edir. Qeyd: JN 0331 kod 30117018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında X16 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.54 ha torpaq sahəsinin dövlət aktındakı cizgiləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və arxiv materiallarında aşkar olunmadı. Mütəxəssis rəyi hazırlanarkən məhkəmə iş materiallarına əlavə edilmiş dövlət aktlarındakı koordinatlara istinad olunmuşdur. İş üzrə "xxxx" MMC tərəfindən verilmiş 10.03.2022-ci il tarixli **********4 saylı mütəxəssis rəyindən görünür ki, Qusar rayonu Kuzun Qışlaq kəndində yerləşən 3.46 ha torpaq sahəsinin (JN 0034 kod 30117018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının 3,27 ha hissəsi ilə) koordinatlarının X12 və qeyrilərinə verilmiş JN 0331 kod 30117018 saylı dövlət aktında göstərilən 0.54 ha torpaq sahəsinin koordinatları ilə üstüstə düşür, üst-üstə düşmə halı JN 0034 kod 30117018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının şimal hissəsində və 0.54 ha təşkil edir. Rəyin “Qeyd” hissəsində göstərilmişdir ki, JN 0331 kod 30117018 saylı dövlət aktı əsasında X16 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.54 ha torpaq sahəsinin dövlət aktındakı cizgiləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və arxiv materiallarında aşkar olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə qeyd edir ki, İddiaçı alqı-satql müqaviləsi əsasında əldə etdiyi 3.46 ha torpaq sahəsinə mülkiyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etdikdə məlum olmuşdur ki, onun əldə etdiyi torpaq sahəsinin koordinatları üçüncü şəxs X18 və ailə üzvlərinin mülkiyyətində olan 0.54 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Bununla bağlı iddiaçı araşdırma apararkən ona məlum olmuşdur ki, üçüncü şəxslərə dövlət aktınin verilməsi üçün əsas kimi göstərilmiş Qusar rayon Məhkəməsinin qətnaməsi, ümumiyytətlə, mövcud deyildir və E.Yüzbəyov hansısa yolla iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinə qanunsuz sənəd almışdır. Bununla bağlı iddiaçı E.Yüzbəyova verilmiş dövlət aktı və onun əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı iddia tələbini Qusar rayon Məhkəməsinin 16.04.206-cı il tarixli 2-151 saylı qətnaməsinin mövcud olmaması və faktiki olaraq üçüncü şəxslərin onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt etdikləri ilə əsasıandırır. Bununla bağlı məhkəmə qeyd edir ki, üçüncü şəxs E.Yüzbəyov və qeyrilərinə verilmiş dövlət aktında aktın verilməsi üçün əsas kimi Qusar rayon Aqrar İslahat Komissiyasının 7/4 saylı 12.05.1998-ci il tarixli qərarı və Qusar rayon Məhkəməsinin 2- 151 saylı 16.04.2006-cı il tarixli qətnaməsi göstərilmişdir. Məhkəmə Qusar rayon Məhkəməsinin sorğuya cavabına uyğun olaraq həmin qətnamənin mövcd olmaması faktı ilə razılaşır, lakin Qusar rayon Məhkəməsinin 7/4 saylı 12.05.1998-ci il tarixli qərarı mövcuddur, hazıradək qüvvədədir və arxiv sənədlərinə görə X18 və ailə üzvləri pay almaq hüququ olan subyektlərin siyahısındadır. Arxiv arayışına görə onların adlarının qarşısında almalı olduqları payın ölçüsü qrafasında dövlət aktında olduğu kimi “0.54 ha torpaq sahəsi” qeyd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, üçüncü şəxslərə verilmiş dövlət aktının etibarsız hesab edilməsi üçün əsas müəyyən edilməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 3-cü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-63/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-63/2022
26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver