Məhkəmə qərarları › İş №2-1(118)-63/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-63/2023

17.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-63/2023 17.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayon X1rşı “X3 15 fevral 2021-ci il tarixli 06 saylı protokolunun 04 saylı qərarının ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Abşeron rayon X1rşı iddia qaldıraraq “X3 15 fevral 2021-ci il tarixli 06 saylı protokolunun 04 saylı qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X3 15 fevral 2021-ci il tarixli 06 saylı protokolunun 04 saylı qərarına əsasən vergi ödəyicisi olan fiziki şəxs İddiaçı icarəsində olan torpaq sahəsinə görə vergi borcunun ödənilməməsi məsələsi müzakirə olunaraq müəyyən edilmişdir ki, vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün Abşeron Rayon İcra və Probasiya Şöbəsinə göndərilsin, hesablanmış borc məbləği yuxarıda göstərilən fiziki şəxsdən tutulub X3 yerli müdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlər görülsün, qəbul olunmuş qərar barədə borclu şəxsə müəlumat verilsin, "İcra Qərarı"nın surəti məlumat üçün X4 göndərilsin. Belə ki, vergi ödəyicisi kimi iddiaçının icarəsində olan torpağa görə, torpaq vergisinin ödənilməsi üçün ən son xx.xx.2021-ci il tarixli tədiyyə bildirişi ünvana göndərilmiş, guya iddiaçının qanunla müəyyən edilmiş müddət ərzində Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən torpaq sahəsi 3,8600 ha torpaq sahəsinə görə 2018-ci ildən başlayaraq 3628,40 manat torpaq, ötən dövrlər üzrə 10885,20 manat, ümumilikdə isə 14 513,60 manat borcu ödəmədiyim qeyd edilmişdir. Abşeron rayonu X6 ilə iddiaçı arasında bağlanmış 03 fevral 2011-ci il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən iddiaçı 2,24 (iki hektar, 24 sot) olan torpaq sahəsinə illik 1 837 (bir min əskkiz yüz otuz yeddi) manat məbbləğində vergi pul ödəyir. 03 fevral 2011-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən isə iddiaçı 1,31 (bir hektar, 31 sot) olan torpaq sahəsinə illik 1080 (bir min səksən) manat məbləğində pul ödəyir. Həmin müqavilələr əsasında 3 illik vergi hesab edəndə isə ümumilikdə 8 751 (səkkiz min yeddi yüz əlli bir) manat müəyyən edilir. İddiaçının icarəsində olan torpaq sahəsi kənd təsərrüfatlı təyinatlıdır. Bələdiyyə isə bu il üçün istifadə etmədiyi torpaq sahəsinin illik vergi pulunu əvvəlcədən iddiaçıdan tələb edir. Ona görə də Bələdiyyənin ona qarşı bu iddiası şişirdilmiş bir tələbdir. İddiaçıya göndərilmiş İnzibati İcraat Haqqında bildirişdə qeyd edilir ki, X6 bildirir ki, Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 206.3-cü maddəsinə əsasən 2018- 2021-ci illər üçün 14 513.60 manat (on dörd min beş yüz on üç manat 60 qəpik) manat məbləğində vergi hesablanmışdır. İddiaçı hesablanmış 14 513.60 manat (on dörd min beş yüz on üç manat 60 qəpik) manat məbləğində vergi pulu ilə qəti şəkildə razılaşmır. Çünki həmin pul şişirdilmiş puldur və həqiqəti əks etdirmir. İddiaçı qəti şəkildə həmin pul məbləği ilə razılaşmır. İddiaçı etiraz etmir ki, onun vergi üçün 14 513.60 manat yox, təxminən 9 000 (doqquz min) manat borcu vardır. Bələdiyyə tərəfindən verilmiş qərar cəfəngiyatdan başqa bir şey deyildir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəfizəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiçı İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisənin məhkəmədənkənar həlli mümkün olmamışdır, icarə haqları ilə bağlı Şirvan Kommersiya Məhkəməsində mübahisə olmuşdur, torpaqğın icarə haqqını odədiyi üçün ondan əlaqvə olaraq torpaq vergisi tələb edilməməlidir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Abşeron rayon X6 ilə iddiaçı arasında bağlanmış icarə müqavilələrinə əsasən Abşeron rayon X3 ərazisində yerləşən torpaq sahələri iddiaçının icarəsinə verilmişdir. İddiaçı icarəsində olan həmin torpaq sahəsi üzərində yaranmış hüquqlarını daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla dövlət qeydiyyatına alınmışdır. Məlum olduğu kimi həmin torpaq sahələri vergitutma və icarə haqqının hesablanması obyektidir. Həmin daşınmaz əmlak üçün hesablanmış icarə haqqı və torpaq vergisi Abşeron rayon X3 büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi 8-ci maddəsinə əsasən: Yerli vergilər (bələdiyyə vergiləri) (bu halda) aşağıdakılardır: bu Məcəllənin 206.1-1 -ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalan müvafiq qanunvericiliklə müəyyən edilir. Həmin Məcəllənin 85-ci Maddəsinə əsasən 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.2. Vergilərin (o cümlədən cari vergi ödəmələrinin) ödənilmə müddətlərinin pozulmasına görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 203-cü Maddəsinə əsasən: 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 203.2. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Həmin Məcəllənin 204-cü Maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 205-cü Maddəsinə əsasən: Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Həmin Məcəllənin 206-cü Maddəsinə əsasən: Bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur: Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarətməişət xidməti və digər xüsusi təyinatlı Yaşayış məntəqələri torpaqlar (manatla) 10000 m2- 10000 m2- dən yuxarı dək olduqda olan hissə üçün Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və 8 16 Abşeron rayonunun qəsəbə və kəndləri Həmin Məcəllənin 208-cü Maddəsinə əsasən. 1. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. 2. Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. Bu qaydada hesablanmış torpaq vergisinin məbləği bu Məcəllənin 119-cu maddəsi ilə məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.3. Müvafiq orqanlar tərəfindən hər il iyulun 1 -dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. 4. Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.5. Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir.Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.6. Müəssisələrin və bu Məcəllənin 206.1 -ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikası Qanunun 9.1.2-ci Maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş-yerli ödəniş hesab edilir.Həmin Qanunun 7.1-ci Maddəsinə əsasən Qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7.2-ci Maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanunun 7-ci Maddəsinə əsasən Yerli büdcənin gəlirlərinə aşağıdakılar aid edilir: 1.1 .Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 1.8.Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən gəlirlər, lotereyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər; Torpaq icarəsi haqqında Azərbaycan Respublikası Qanunun 14-cü Maddəsinə əsasən Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən: Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma -cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər: mütəşəkkil dəstə tərəfindən törədildikdə; külli miqdarda törədildikdə -cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu Məcəllənin 213.1 və 213.2.1-ci maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə -üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) dörd misli miqdarında cərimə və ya beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd: Bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İddiaçıya qanunla müəyyən edilmiş qaydada vergi və ödəniş hesablanmışdır. İddiaçıya hesablanmış vergi, ödəniş və faizləri bu günə kimi ödənilməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 6.1.8-ci Maddəsinə əsasən Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar-icra sənədi hesab edilir. Bu normanın tələblərinə uyğun olaraq X3 06/04 saylı xx.xx.2021-ci il tarixli qərarı icra olunmaq üçün Abşeron Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, mahiyyəti baxımındanda əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibət bildirməyi vacib sayır. Belə ki, iddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Mübahisələndirilən inzibati aktı rəsmi qaydada iddiaçıya çatdırılması, iddianı mümkünsüz edən hərhansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia aşağıdaki əsaslara görə təmin edilməlidir. Belə ki, Seriya MA ******* saylı, reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayon, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 1.3182 ha torpaq sahəsi (xx.xx.2011-ci il tarixli 2 nömrəli icarə müqaviləsi ilə 99 il müddətinə), Seriya MA ******* saylı, reyestr nömrəsi **********64, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayon, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 2.24 ha torpaq sahəsi (xx.xx.2011-ci il tarixli 1 nömrəli icarə müqaviləsi ilə 99 il müddətinə), Seriya MA ******* saylı, reyestr nömrəsi **********65, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2011-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayon, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 0.3120 ha torpaq sahəsi (xx.xx.2011-ci il tarixli 08 nömrəli icarə müqaviləsi ilə 99 il müddətinə) İddiaçı icarəsinə verilmişdir. X3 15 fevral 2021-ci il tarixli, 06/04 saylı Qərarı ilə vergi ödəyicisi olan İddiaçı Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 3.8600 ha torpaq sahəsinə görə 2018-ci ildən başlayaraq 3628.40 manat torpaq, ötən dövrlər üzrə 10885.20 manat, ümumilikdə 14513,60 manat borc müəyyən edilmiş, borc öhdəlikləri icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı X3 15 fevral 2021-ci il tarixli 06 saylı protokolunun 04 saylı qərarını mübahisələndirir. İddiaçı qeyd edir ki, Abşeron rayonu X5 ilə iddiaçı arasında bağlanmış 03 fevral 2011-ci il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında 3 ədəd müqavilə və digər sənədlər X6 tərəfindən itirildiyindən ondan 14513.60 manat (on dörd min beş yüz on üç manat 60 qəpik) reallığı əks etdirmir və şişirdirilmişdir. Göstərilən məbləğ aralarında bağlanmış müqavilənin 2.4. bəndinə uyğun olaraq icarə haqqı kimi qeyd olunmaq əvəzinə onun ödəyəcəyi vergi kimi qiymətləndirilmişdir. Ona icarəyə verilmiş 3 torpaq sahəsi 2,24 (iki hektar, 24 sot), 1,31 (bir hektar, 31 sot), 0,31 (31 sot) dəfələrlə müraciət etməyinə baxmayaraq aktla təhvil verilməmişdir. 0,31 (31 sot) torpaq sahəsi yaxınlıqda yerləşən Qaradağ rayonunun Müşviq qəsəbəsindən axan çirkab sularının əhatə etdiyi sahəyə düşdüyündən ora yaxınlaşmaq qeyri-mümkündür. Ötən illər ərzində bu torpaq sahəsinin başqa bir torpaqla əvəzlənməsinə çalışsa da heç bir nəticəsi olmamışdır. Cavabdeh isə qeyd edir ki, iddiaçı icarəsində olan həmin torpaq sahəsi üzərində yaranmış hüquqlarını daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarla dövlət qeydiyyatına alınmışdır. Məlum olduğu kimi həmin torpaq sahələri vergitutma və icarə haqqının hesablanması obyektidir. Həmin daşınmaz əmlak üçün hesablanmış icarə haqqı və torpaq vergisi Abşeron rayon X3 büdcəsinə ödənilməlidir...İddiaçıya qanunla müəyyən edilmiş qaydada vergi və ödəniş hesablanmışdır. İddiaçıya hesablanmış vergi, ödəniş və faizləri bu günə kimi ödənilməmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanunn 6.1.8-ci Maddəsinə əsasən Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar-icra sənədi hesab edilir. Bu normanın tələblərinə uyğun olaraq X3 06/04 saylı xx.xx.2021-ci il tarixli qərarı icra olunmaq üçün Abşeron Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. 10 mart 2022-ci il tarixdə Abşeron rayon X3 nümayəndəsi Vəkil1 tərəfindən icarədə olan torpaq sahələri üçün yaranmış borclar haqqında arayış məhkəməyə təqdim edilmiş, təqdim edilmiş arayışda İddiaçı 2, 24 ha, 1.31.82 ha, 0.3120 ha torpaq sahələrinə görə hər il üçün icarə haqqı (1792, 1048, 248 manat) cəmi 3088 manat olmaqla, 2015-2021-ci illər üzrə cəmi 21616 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, X3 15 fevral 2021-ci il tarixli, 06/04 saylı Qərarı əsaslı olmamışdır. Belə ki, Məhkəmənin 2-1(118)-203/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Abşeron rayon X3 15 fevral 2021-ci il tarixli 06 saylı protokolunun 04 saylı qərarı ilə İddiaçı barəsində hesablanmış borc məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdırmı? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 oktyabr 2022-ci il tarixli, 9/4572 saylı ekspert rəyi ilə tədqiqatın nəticəsi olaraq müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Abşeron rayon X3 15 fevral 2021-ci il tarixli 06 saylı protokolunun 04 saylı qərarı ilə İddiaçı barəsində hesablanmış borc məbləğinin qanunvericiliyin tələblərinə uyğun hesablanmadığı müəyyən edilmişdir. Rəydə qeyd edilmişdir: “....həmin qərarla hesablanmış borc məbləğinin fiziki şəxs İddiaçı tutulub X3 yerli büdcəsinə ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq tədbirlərin görülməsi və qəbul edilmiş qərar barədə borclu şəxsə məlumat verilməsi və sairə nəzərdə tutulmuşdur. Həmçinin qeyd edilir ki, təqdim edilmiş iş materiallarında (bax cild 1, iş vərəqə 131) bələdiyyə tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayış öz əksini tapmışdır ki, həmin arayışda İddiaçı illik torpaq vergisi ümumilikdə 3088,00 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixli bələdiyyənin qərarında ümümilikdə illik torpaq vergisi 3628,4 manat məbləğində, bələdiyyənin təqdim etdiyi xx.xx.2022-ci il tarixli arayışda isə eyni illər üzrə torpaq sahəsinə görə ümumilikdə illik torpaq vergisi fərqli məbləğdə yəni 3088,0 manat məbləğində müəyyən edilmişdir. Yəni hesablamalarda fərqlilik vardır. Bundan başqa bələdiyyənin xx.xx.2021-ci il tarixli 06 saylı protokolunun 04 saylı qərarından göründüyü kimi, torpaq vergisi 2018-ci ildən başlayaraq 2021-ci ildə daxil olmaqla 4 ilə görə hesablanmışdır. Bununla bağlı qeyd edilir ki, qərarın tərtib edildiyi tarixdə yəni xx.xx.2021-ci il tarixində Vergi Məcəlləsinin (203-208-ci maddələri) tələblərinə əsasən iddiaçıya 2021-ci il üzrə torpaq vergisi üzrə borc hesablana bilməzdi. Beləliklə bütün yuxarıda göstərilənlərə əsasən Abşeron rayon X3 15 fevral 2021-ci il tarixli 06 saylı protokolunun 04 saylı qərarı ilə İddiaçı barəsində hesablanmış borc məbləğinin qanunvericiliyin tələblərinə uyğun hesablanmaması müəyyən edildi.” Göründüyü kimi cavabdeh orqan tərəfindən iddiaçıya hesablanmış borc məbləği əsaslı olmamışdır. Məhkəmə iclasında iddiçı İddiaçı oğl bildirmişdir ki, icarə haqqı odədiyi üçün ondan əlaqvə olaraq vergi tələb edilməməlidir. Məhkəmə iclasında iddiçı İddiaçı bildirmişdir ki, torpaqğın icarə haqqını odədiyi üçün ondan əlaqvə olaraq torpaq vergisi tələb edilməməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, icarə haqqı üzrə öhdəliklər tərəflər arasında yaranmış mülki hüquq münasibətlərindən irəli gəlir və bu öhdəliklərdən asılı olmayaraq torpaq sahəsinə görə torpaq vergisinin ödənilməsi qanunvericilkdən irəli gələn öhdəlikdir və torpaq vergisinin ödənilməsi qanunvericliyin tələbidir. Bu baxımdan torpaq vergisinin hesablanması və tələb edilməsi bələdiyyənin hüququ və vəzifəsi olaraq müəyyən edilmişdir. Vergi Məcəlləsinin 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Göründüyü kimi icarədə olan torpalarında torpaq vergisiniun ödənilməli olması qanunvericiliyin tələbidir. Məhkəmə hesab edir ki, vergi və icarə borclarının müəyyən edilməsi və tələb edilməsi bələdiyyənin hüququ olsa da, bu borcların müəyyən edilməsi və tələb edilməsi qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, torpaq icarəsi ilə bağlı tələblər mülki xarakterli tələblər olduğundan vergi öhdəlikləri ilə eyni əsaslarla tələb edilə bilməz. Vergi öhdəliklərindən yaranan borcların müəyyən edilməsi və tələb edilməsi isə Vergi Məcəlləsi, Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında Azərbaycan Respublikasının Qanunu, Bələdiyyələrin maliyyəsinin əsasları haqqında Azərbaycan Respublikasının Qanunu, Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Bələdiyyələrin vergi xidməti orqanı haqqında əsasnamə ilə xüsusi olaraq müəyyən edilmişdir və vergi borclarının müəyyən edilməsi və tələb edilməsi qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan kimi müvafiq inzibati icraat aparmalı, vergi üzrə tələblər baxımından yuxarıda qeyd edilən qanunvericilik normaları nəzərə alınaraq ayrı qərar qəbul etməli, icarə haqları üzrə borclar isə qanunvericiliyə uyğun olaraq ayrıca tələb edilməlidir. Məhkəmə hesab edir ki, bələdiyyələr vergi öhdəliyini müəyyən edən qərarı yalnız müvafiq qaydada inzibati icraat aparıldıqdan sonra qəbul edə bilərlər. Lakin məhkəməyə təqdim edilən sənədlər və yuxarıda istinad ediən ekspert rəyindən görünür ki, cavabdeh inzibati orqan qanunvericiliyə uyğun inzibati icraat aparmamışdır. Beləliklə X3 15 fevral 2021-ci il tarixli 06 saylı protokolunun 04 saylı qərarı inzibati icraatın nəticəsi kimi qanuni və əsaslı hesab edilə bilməz. İnzibati İcraat haqqında Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Yuxarıda qeyd edilənlər mübahisələndirilən inzibati aktın qanusuz olduğunu göstərir və ona görə də məhkəmə hesab edir ki iddia təmin edilməlidir. Amma məhkəmə bir məqamı qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddianın təmin edilməsi iddiaçını qanunvericiliklə müəyyən edilmiş torpaq vergisini ödəməkdən azad etmir. Mübahisənin məhkəmədənkənar həll edilməsi tərəflərə tövsiyə edilsə də, bu mümkün olmamışdır. Cavabdehə izah edilsin ki, qanunvericiliyə uyğun inzibati icraat apararaq, qanunvericilikdə nəzərdə tutulmuş hədlərdə yenidən torpaq vergi hesablanmasının həyata keçirməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X3 15 fevral 2021-ci il tarixli 06 saylı protokolunun 4 saylı Qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X3 15 fevral 2021-ci il tarixli 06 saylı protokolunun 4 saylı Qərarı ləğv edilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar