Məhkəmə qərarları › İş №2-1(118)-63/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-63/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-63/2024 22.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə , Üçüncü şəxsin nümayəndəsi Aziyev Fərazi Rəhimxan oğlunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Həzrə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 59 №-li torpaq sahəsinin ayrılması barədə qərarına əsasən X1 adına 0,08 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestri nömrəli və Aziyev Dəyanət Fərazi oğlunun adına 0,12 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli çıxarışların ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Həzrə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 59 №-li torpaq sahəsinin ayrılması barədə qərarına əsasən X1 adına 0,08 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestri nömrəli və Aziyev Dəyanət Fərazi oğlunun adına 0,12 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli çıxarışların ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə tərəfindən dinlənilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının nümayəndəsi Nümayəndə həmin normaya uyğun olaraq müvafiq yardım edilmiş və iddia tələbinin dəqiqləşdirilməməsinin iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə məhkəməyə təqdim edilmiş qaydada baxılaraq, yekun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Həzrə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 59 №-li torpaq sahəsinin ayrılması barədə qərarına əsasən X1 adına 0,08 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestri nömrəli və Aziyev Dəyanət Fərazi oğlunun adına 0,12 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı tələbi inizbati icraata üçüncü şəxs qismində cəlb edilmiş Aziyev Dəyanət adına tərtib edilmiş 0,12 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və X1 adına 0,08 ha torpaq sahəsinə dair 04.11,2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestri nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın ləğv edilməsindən ibarətdir. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Qərarın 10.1-ci maddəsinə əsasən bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Qərarın 17-ci maddəsinin 1-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Həmin maddənin 2-ci bəndinə əsasən əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqısatqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. 17-ci maddənin 3-cü bəndinə əsasən reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. 5-ci bəndinə əsasən reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı şərtlərdə iddiaçının tələbi mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı sorğular və onlara alınmış cavablar əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən Aziyev Dəyanət adına tərtib edilmiş 0,12 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və X1 adına 0,08 ha torpaq sahəsinə dair 04.11,2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestri nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış müvafiq olaraq, Qusar rayonu Həzrə bələdiyyəsinin 07 mart 2006-cı il tarixli 59 saylı Qərarı əsasında verilmişdir. Belə olan halda yuxarıda sadalanan qanunvericiliyin tələbinə əsasən, ilkin olaraq Aziyev Dəyanət adına tərtib edilmiş 0,12 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın və X1 adına 0,08 ha torpaq sahəsinə dair 04.11,2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestri nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın verilməsinə əsas olmuş Qusar rayonu Həzrə bələdiyyəsinin 07 mart 2006-cı il tarixli 59 saylı Qərarı mübahisələndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Həzrə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 59 №-li torpaq sahəsinin ayrılması barədə qərarına əsasən X1 adına 0,08 ha torpaq sahəsinə dair 04.11,2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestri nömrəli və Aziyev Dəyanət Fərazi oğlunun adına 0,12 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Həzrə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 59 №-li torpaq sahəsinin ayrılması barədə qərarına əsasən X1 adına 0,08 ha torpaq sahəsinə dair 04.11,2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********65 reyestri nömrəli və Aziyev Dəyanət Fərazi oğlunun adına 0,12 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********01 reyestr nömrəli çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar