Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-631/2021 16.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Xaçmaz Regional Ədliyyə İdarəsinin cavabdeh Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinə qarşı “Xaçmaz Regional Ədliyyə İdarəsinin 02.06.2020-ci il tarixli, 08/08-03 saylı təklif məktubunun təmin edilməməsi barədə bələdiyyənin 02.07.2020-ci tarixi 08 saylı iclasının 1-ci qərarının və Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin sədri və bələdiyyənin torpaq məsələləri üzrə mütəxəssisi tərəfindən qəsdən digər şəxs və ya şəxslərlə birlikdə bələdiyyənin adından qanunsuz tərtib edilmiş 24.08.2005-ci il tarixli 10 saylı iclasının “sahibkarlıq məqsədi ilə 40 kv. metr torpaq sahəsinin X5 mülkiyətinə satılmasına” dair qərarının etibarsız hesab edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsi cavabdeh Azərbaycan Respublikası Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinə qarşı iddia qaldıraraq “Xaçmaz Regional Ədliyyə İdarəsinin 02.06.2020-ci il tarixli, 08/08-03 saylı təklif məktubunun təmin edilməməsi barədə bələdiyyənin 02.07.2020-ci il tarixli, 08 saylı iclasının 1-ci qərarının və Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin sədri və bələdiyyənin torpaq məsələləri üzrə mütəxəssisi tərəfindən qəsdən digər şəxs və ya şəxslərlə birlikdə bələdiyyənin adından qanunsuz tərtib edilmiş 24.08.2005-ci il tarixli 10 saylı iclasının “sahibkarlıq məqsədi ilə 40 kv.metr torpaq sahəsinin X5 mülkiyyətinə satılması”na dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. X8 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, X2 Xaçmaz şəhəri ərazisindən sahibkarlıq məqsədi ilə 40 kv. metr torpaq sahəsinin ayrılması ilə bağlı Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 24.08.2005-ci il tarixli 10 saylı qərarının və torpaqların alqı-satqısına dair aktın qanunauyğun olub-olmaması barədə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin müraciəti regional ədliyyə idarəsində araşdırılmışdır. Müraciətdə qeyd olunan xüsusatların araşdırılması zərurəti ilə əlaqədar Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 24.08.2005-ci il tarixli 10 saylı qərarının və sözügedən torpaq sahəsi ilə bağlı arxivdə saxlanılan digər torpaqayırma sənədləri öyrənilməsi üçün istənilmiş, lakin X2 ayrılması barədə hər hansı qərarın qəbul edilmədiyi aşkar edilmişdir. Bundan başqa vətəndaş V.Babayevə satılmış həmin torpaq sahəsinə dair ləğv edilmiş DT və XK- nin Xaşmaz rayon şöbəsinin 18.08.2005-ci il tarixli, 835 nömrəli və Xaçmaz rayon İHB Aparatının memarlıq və tikinti şöbəsinin 18.08.2005-ci il tarixli, 793 nömrəli rəylərinin müvafiq qeydiyyatının mövcud olub-olmaması, mövcuddursa həmin rəylərin təsdiq edilmiş surətinin Xaçmaz regional ədliyyə idarəsinə təqdim edilməsi barədə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Xaçmaz rayon İHB Aparatının Memarlıq və Tikinti şöbəsinə sorğu məktubu göndərilmişdir. Qeyd olunan sorğu məktublarına cavab olaraq DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin və Xaçmaz rayon İHB Aparatının memarlıq və tikinti şöbəsinin məlumatlarında vətəndaş V. Babayevə bələdiyyənin 24.08.2005-ci il tarixli 10 saylı qərarı əsasında sahibkarlıq məqsədi ilə satılmış 40 kv. metr torpaq sahəsinə dair DT və XK-nin Xaşmaz rayon şöbəsi tərfındən 18.08.2005-ci il tarixli, 835 nömrəli rəyin verilməsi ilə bağlı qeydiyyat kitablarının ləğv edilmiş DT və XK-si tərəfindən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmədiyi, həmçinin Xaçmaz rayon İHB Aparatının memarlıq və tikinti şöbəsinin 18.08.2005-ci il tarixli, 793 nömrəli müvafiq rəyinin mövcud olmadığı qeyd olunur. Həmçinin Xaçmaz rayon Dövlət Arxividən verilən məlumatda Xaçmaz rayon İHB Aparatının memarlıq və tikinti şöbəsinin rəylərinin qeydiyyatı jurnalının və Xaçmaz bələdiyyəsinin maliyyə sənədlərinin arxivə təhvil verilmədiyi qeyd olunmuşdur. Bu səbəbdən vətəndaş tərəfindən bələdiyyənin hesabına 400 manat pul vəsaitinin ödənilməsi barədə 18.08.2005-ci il tarixli, 24 nömrəli kassa mədaxil orderinin qəbzinin də aşkar edilmədiyi müəyyən olunmuşdur. Qeyd olunanlara baxmayaraq Xaçmaz bələdiyyəsinin sədri T.İbrahimov və bələdiyyənin torpaq məslələri üzrə mütəxəssisi H.Vəliyev həmin qərarın qüvvədə olması barədə V.Babayevə arayış verərək, qəsdən və digər şəxs və ya şəxslərlə birgə saxta sənədlər əsasında vətəndaşa DƏDRX-nin 5 saylı Xaçmaz ərazi İdarəsində sözügedən torpaq sahəsinin mülkiyyət hüququqlarının qeydiyyata alınmasında köməklik etmişdirlər. Vətəndaş V.Babayevə sahibkarlıq məqsədi ilə 40 kv. metr torpaq sahəsinin ayrılması ilə bağlı Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 24.08.2005-ci il tarixli 10 saylı qərarının ləğv edilməsi barədə Xaçmaz bələdiyyəsinə regonal ədliyyə idarəsi tərəfindən təklif məktubu göndərilmişdir. Lakin, Xaçmaz bələdiyyəsinin 02.07.2020-ci il tarixli, 08 saylı iclasının 1-ci qərarı ilə vətəndaş V.Babayevə sahibkarlıq məqsədi ilə 40 kv.metr torpaq sahəsinin ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsinin və Xaçmaz rayon İHB Aparatının memarlıq və tikinti şöbəsinin müvafiq rəyləri əsasında satıldığı əsas gətirilərək regional ədliyyə idarəsinin təklifi təmin edilməmişdir. Qeyd olunanlarla bağlı bələdiyyə sədri Tural İbrahomovun izahatı alınmış və o, izahatında ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsinin və Xaçmaz rayon İHB Aparatının memarlıq və tikinti şöbəsinin müvafiq rəyləri əsasında V.Babayevə Xaçmaz bələdiyyəsinin 24.08.2005-ci il tarixli 10 saylı qərarı ilə sahibkarlıq məqsədi ilə 40 kv.metr torpaq sahəsinin satılması barədə arayışın verildiyini qeyd etmişdir. Beləliklə müəyyən olunmuşdur ki, Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin sədri və bələdiyyənin torpaq məsələləri üzrə mütəxəssisi tərəfindən qəsdən digər şəxs və ya şəxslərlə birlikdə bələdiyyənin adından qanunsuz tərtib edilmiş 24.08.2005-ci il tarixli 10 saylı qərarı və saxta torpaqayırma sənədləri (rəylər, torpaq sahəsinin alqı-satqısına dair akt) əsasında V.Babayevə sahibkarlıq məqsədi ilə 40 kv. metr torpaq sahəsinin vətəndaşın qanunsuz mülkiyyətinə keçirilməsinə şərait yaradılmışdır. Qeyd olunanları nəzərə alaraq, müraciətlə bağlı toplanmış sənədlər aidiyyəti üzrə hüquqi qiymət verilməsi üçün göndərilməsi məqsədi ilə Ədliyyə Nazirliyinə göndərilmişdir. Beləliklə araşdırma nəticəsində Xaçmaz bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən V.Babayevin mülkiyyətinə satılmış 40 kv. metr torpaq sahəsi ilə bağlı sənədlər və məlumatlar təhrif edildiyindən müraciətlə bağlı torplanmış sənədlər hüquqi qiymət verilməsi üçün Bələdiyyələrlə iş mərkəzi tərəfindən Xaçmaz rayon prokurorluğuna göndərilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.4- cü maddəsinə əsasən İnzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə və «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilməlidir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasındc yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərindt bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bı Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpa; sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinə gör inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarını pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləç olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzən tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi and; yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 6.0-cı və 6.0.8-ci maddələrinə müvafiq olaraq qanunçuluq prinsiplərinə ria; olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan təklif və tövsiyyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar qəbul edildiyi andan 15 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçı məhkəməyə məktub ünvünlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Xaçmaz şəhər sakini X1 məqsədilə Xaçmaz bələdiyyəsi tərəfindən 24.08.2005-ci il tarixli 10 saylı protokolunun qərarı ilə verilmiş 40 kv.m torpaq sahəsinin qanunsuz olduğunu iddia edərək ləğv edilməsi üçün Xaçmaz Regional Ədliyyə İdarəsinin tövsiyyə məktubuna 10 iyul 2020-ci il tarixdə Xaçmaz bələdiyyə iclasında baxılmış, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin 2-ci hissəsinə və Bələdiyyələrin Stausu haqqımla AR Qanununun 16-cı maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə həmin qərarın etibarsız hesab edilməsi mümkün sayılmaması barədə 02.07.2020-ci il tarixli 08 saylı qərar qəbul edilmişdir. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 20 iyun 2020-ci il tarixli AR.Qanununun 3.2-ci və 6.1-ci maddəsinə əsasən həmin qərarın qəbul edilməsi barədə protokolun bir surəti 5 gündən gec olmayaraq Xaçmaz Reginal Ədliyyə idarəsinə göndərilmişdir. "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" A.R. Müvafiq qanunlarına əsasən həmin qərarın göndərilməsindən xeyli vaxt ötməsinə baxmayaraq, bu qərarın qanuna zidd olması barədə Xaçmaz bələdiyyəsinə əsaslandırılmış şəkildə heç bir tövsiyyə məktubu göndərilməməsinə baxmayaraq, bələdiyyə məclisi üzvlərinin səs çoxluğu ilə qəbul edilmiş həmin qərara görə bələdiyyənin sədri T. İbrahimov səbəbsiz yerə sorğusuala tutulmuş, ondan bu barədə qanunsuz olaraq izahat alınmış və ləğv edilmiş DTXKnın Xaçmaz şöbəsinin və Xaçmaz rayon İHB aparatının memarlıq və tikinti şöbəsinin müvafiq rəylərinə (saxtalığı haqqında Məhkəmə qərarı mövcud olmayan) əsasən qəbul edilmiş V.Babayevə aid Xaçmaz bələdiyyəsinin 24.08.2005-ci il tarixdə 10 saylı qərarının qüvvədən düşməsi haqqında heç bir rəsmi sənəd qəbul olunmadığına əsaslanaraq həmin qərarın qüvvədə olması barədə arayış verdiyinə görə onu və bələdiyyənin torpaq mütəxəssisi H.Vəliyevi qanunsuz, əməllər etməkdə ittiham edərək, AR.Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzi tərəfindən 23.09.2020-ci il tarixdə Xaçmaz rayon Prokurorluğuna rəsmi məktub göndərilməsini təşkil etmişdir. Xaçmaz rayon Prokurorluğuna daxil olmuş həmin məktubla əlaqədar araşdırma aparılaraq 153C-20 saylı material üzrə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04.11.2020-ci il tarixli qərar qəbul edilmişdir. Bu barədə Sumqayıt İnzibati Məhkəməsinə 2-1(118)-241/2021 iş üzrə toplanmış qovluqda Xaçmaz rayon prokurorluğunun 10 noyabr 2020-ci il tarixli N153.C-20 saylı rəsmi məktubu mövcuddur. Odur ki, Xamaz prokurorluğunun bu məktubunu və iddiaçının yuxarıda göstərilən ləğv edilmiş DlXK-nın Xaçmaz rayon şöbəsinin və Xaçmaz rayon İHB aparatının memarlıq və tikinti şöbəsinin 18.08.2005-ci il tarixli 793 və 08.2005-ci il rəylərinin saxta olması haqda heç bir Məhkəmə qərarının mövcud olmadığı, həmçinin Xaçmaz bələdiyyəsinin 24.08.2005-ci il tarixli 10 saylı qərarı ilə vətəndaş Vüqar Altay oğluna satılmış 40 m torpaq sahəsinin onun həyatyanı sahəsinin hasarı daxilində əvvəllər zəbt edilmiş olması və bələdiyyə tərəfindən geri alınması mümkün olmadığına və həmin qərarın verilməsindən 15 illik uzun müddət keçəndən sonra mübahisələndirilməsi, hüquqi prinsip ilə də ziddiyyət təşkil etməsini nəzərə alaraq iddiaçı Xaçmaz Regional Ədliyyə İdarəsinin 02.06.2020-ci il tarixli 08.08-03 saylı tövsiyyə məktubunu təmin edilməməsi barədə bələdiyyənin 02.07.2020-ci il tarixli 08 saylı iclasının 1-ci qərarının və Xaçmaz bələdiyyəsinin sədri və bələdiyyənin torpaq məsələləri üzrə mütəxəsisi tərəfindən qəsdən digər şəxs və ya şəxslərlə birlikdə bələdiyyənin adından qanunsuz tərtib edilmiş 24.08.2005-ci il tarixli 10 saylı iclasının sahibkarlıq məqsədi ilə 40 kv.m torpaq sahəsinin X5 mülkiyyətinə satılmasına dair qərarın etibarsız hesab edilməsi iddiasının əsassız olduğuna görə, iddia tələbinin təmin edilməməsi barədə qərar verilməsini məhkəmədən xahiş etmişdirlər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X15 iştirak etmiş, iddiaya etiraza yuyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cinayət işi üzrə icraata xitam verildiyi üçün iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında üçüncü şəxs X8 iştirak etmiş, izahatında bildirmişdir ki, , 2005-ci ildə Xaçmaz şəhərində yaşadığı evin qarşısında sahibkarlıq maqsədilə 40 kv.metr torpaq sahəsi almaq üçün Xaçmaz şəhər bələdiyyəsinə müraciət etmişdir. Onun müraciəti əsasında Xaçmaz bələdiyyəsi tərəfindən ona qeyd etdiyi ərazidən 40 kv.metr torpaq sahəsi verilmişdir. 04.02.2020-ci il tarixda Xaçmaz şəhər bələdiyyəsinə müraciət edərək DƏDRX-nə təqdim olunması üçün ona arayış verilməsini xahiş etmişdir. Bələdiyyə sədri Tural İbrahimov sözügedən torpaq sahəsinə dair onda hansı sənədlərin olmasını soruşduqda, o, Tural İbrahimova torpaqların alqı-satqısına dair qərarını, aktı, kassa madaxil qəbzi və rəyləri təqdim etmişdir. Tural İbrahimov həmin sənədlərə baxaraq qeyd olunan torpaq sahəsinin satılmasına dair qərarın qüvvədə olması barədə ona arayış vermişdir. O, həmin arayışı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə qeyd olunan torpaq sahəsinə dair arxiv idarəsində onun adına hər hansı sənədin qeydiyyatdan keçmədiyi ona məlum olmuşdur. Sonda iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı “Xaçmaz Regional Ədliyyə İdarəsinin 02.06.2020-ci il tarixli, 08/08- 03 saylı təklif məktubunun təmin edilməməsi barədə bələdiyyənin 02.07.2020-ci tarixi 08 saylı iclasının 1-ci qərarının və Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin sədri və bələdiyyənin torpaq məsələləri üzrə mütəxəssisi tərəfindən qəsdən digər şəxs və ya şəxslərlə birlikdə bələdiyyənin adından qanunsuz tərtib edilmiş 24.08.2005-ci il tarixli 10 saylı iclasının “sahibkarlıq məqsədi ilə 40 kv. metr torpaq sahəsinin X5 mülkiyətinə satılmasına” dair qərarının etibarsız hesab edilməsini istəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz rayon Prokurorluğunda istintaq olunan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş 28 sentyabr 2021-ci il tarixli qərarla Xaçmaz şəhər Bələdiyyəsinin sabiq sədri X3 barəsində Azərbaycan Respublikasının CM-nin 308.1, 313 və 320.2-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə icraata xitam verilmişdir. Qərara əsasən şahid qismində dindirilmiş X9 göstərmişdir ki, 2005-ci ildə Xaçmaz şəhərində yaşadığı evin qarşısında sahibkarlıq maqsədilə 40 kv.metr torpaq sahəsi almaq üçün Xaçmaz şəhər bələdiyyəsinə müraciət etmişdir. Onun müraciəti əsasında Xaçmaz bələdiyyəsi tərəfindən ona qeyd etdiyi ərazidən 40 kv.metr torpaq sahəsi verilmişdir. 04.02.2020-ci il tarixda Xaçmaz şəhər bələdiyyəsinə müraciət edərək DƏDRX-nə təqdim olunması üçün ona arayış verilməsini xahiş etmişdir. Bələdiyyə sədri Tural ibrahimov sözügedən torpaq sahəsinə dair onda hansı sənədlərin olmasını soruşduqda, o, Tural İbrahimova torpaqların alqı-satqısına dair qərarını, aktı, kassa madaxil qəbzi və rəyləri təqdim etmişdir. Tural İbrahimov həmin sənədlərə baxaraq qeyd olunan torpaq sahəsinin satılmasına dair qərarın qüvvədə olması barədə ona arayış vermişdir. O, həmin arayışı DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etdikdə qeyd olunan torpaq sahəsinə dair arxiv idarəsində onun adına hər hansı sənədin qeydiyyatdan keçmədiyi ona məlum olmuşdur. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, mahkəmə-xətşünaslıq ekspertizasının 31 mart 2021-ci il tarix, 4/344 nömrəli rəyindən görünür ki, ekspertizaya taqdim edilmiş Xaçmaz baladiyyasinin 04.02.2020-ci il tarixli, 61 nomrəli arayışında "T.H.İbrahimov yazısı onündəki imza, Xaçmaz bələdiyyəsinin 02.07.2020-ci il tarixli, 08 saylı iclas protokolunda T.H.İbrahimov yazısı önündeki imza X6 tərəfindən icra olunmuşdur. Sənədlərin məhkəmə-texniki ekspertizasının 31 mart 2021-ci il tarixli, 5/303 nömrəli rəyindən görünür ki, tədqiqata taqdim edilmiş Xaçmaz bələdiyyəsinin 02 iyul 2020ci il tarixli, 08 saylı iclas protokolunun sonuncu vərəqəsində və Xaçmaz balədiyyəsinin X5 adına 04.02.2020-ci il tarixli, 61 nömrəli arayışda olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tadqiqata təqdim edilmiş Xaçmaz bələdiyyəsinin 02 iyul 2020-ci il tarixli, 08 saylı iclas protokolunun sonuncu vərəqəsində və Xaçmaz bələdiyyəsinin X5 adına 04.02.2020-ci il tarixli, 61 nömrəli arayışda olan möhür əksləri ekspertizaya təqdim edilmiş Xaçmaz şəhər bələdiyyəsinin möhürününü eksperimental əks nümunələri ilə eynilik təşkil edir. Tədqiqata taqdim edilmiş Xaçmaz bələdiyyəsinin 02 iyul 2020-ci il tarixli, 08 sayli iclas protokolunda və Xaçmaz belədiyyəsinin X5 adına 04.02.2020-ci il tarixli, 61 nömrəli arayışda hər hansı düzəlişlar (kimyəvi üsulla silmə, mexaniki üsulla pozma, əlavə etmə və s.) müəyyən edilməmişdir. Göründüyü kimi müvafiq cinayət təqibi orqanının araşdırması zamanı iddia ərizəsində qeyd edilən hallar öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iş üzrə üçüncü şəxsin faktiki istifadəsində torpaq sahəsinin olması işin mübahisə olunmayan halıdır. İddiaçıya həmin torpaq sahəsinin satılması ilə bağlı qeyd edilən müvafiq sənədlərin arxiv məlumatlarının olmaması onun məsuliyyəti deyil və məhkəmə hesab edir ki, sənədlərin saxtalaşdırılması müəyyən edilmədiyinə görə həmin şəxsin hüquqları qorunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bunlardan başqa məhkəmə hazırki iş üzrə qərar qəbul edərkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. «X11rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşür. «X10rşı» məhkəmə işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilkdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli maneələr üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. Göründüyü kimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində olan mülkiyyət hüququ anlayışını daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmayan, daha geniş qavram kimi başa düşülməli olduğunu vurğulamışdır. Məhkəmə bu mövqeyini digər işlərdədə inkişaf etdirmişdir. Hazırkı işdədə üçüncü şəxs torpaq sahəsindən qanunsuz istifadə etməmiş, müvafiq orqanların razılığı ilə torpaq sahəsindən istifadə edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, üçüncü şəxsə satılmış torpaq sahəsindən istifadə və dövlət qeydiyyatına alınma ilə bağlı yaradılmış maneələr «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Ona görədə məhkəmə hesab edir ki, inzibati orqan əsaslı olaraq iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir və qeyd olunanlar nəzərə alınaraq iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-631/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-631/2021
16.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver