Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6316/2025 08.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) GİRİŞ HİSSƏ X19-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X12 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 08 avqust 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə Abşeron rayonu Ceyranbatan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 saylı qərarına əsasən, bağ evi tikintisi məqsədi ilə mərhum atası X4 ayrılmış 0,02 ha torpaq sahəsinin 0,0197 ha hissəsi üzərində mərhum atası X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Ceyranbatan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 saylı qərarına əsasən, bağ evi tikintisi məqsədi ilə mərhum atası X4 ayrılmış 0,02 ha torpaq sahəsinin 188 kv.m hissəsi üzərində mərhum atası X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Ceyranbatan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 saylı qərarına əsasən, bağ evi tikintisi məqsədi ilə mərhum atası X4 bağ evi tikintisi məqsədi ilə 200 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsinin alqı-satqısına dair akt tərtib olunmuş, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin torpaq sahəsinə ləğv edilmiş DT və XK-si tərəfindən A seriyalı 306740 nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair kadastr planı da verilmişdir. Qeyd olunan sahədən iddiaçının mərhum atası 20 ilə yaxın bir müddətdə istifadə etmiş, xx.xx.2022-ci ildə dünyasını dəyişmişdir. İddiaçı notariat kontoruna müraciət etmiş və mərhum atasının vərəsəsi kimi tanınmış, notariat ofisi tərəfindən atasından miras qalan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin verilməsi ilə bağlı cavabdeh orqana müraciət edilmiş, lakin həmin sənəd təqdim olunmamışdır. İddiaçının müraciətinə isə cavabdeh orqan imtina vermiş və bunu faktiki ölçü ilə sənəddə olan ölçü arasında fərqin olması ilə izah etmişdir, halbuki iddiaçı faktiki ölçü üzrə (0,0197 ha) hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməmişdir. Onu da qeyd edir ki, mərhum atası ona ayrılan bu torpaq sahəsinin dəyərini ödəmiş, torpaq sahəsi bələdiyyənin yerquruluşu planına da daxil edilmiş və həmin sənədlərin həqiqiliyi barədə bələdiyyə rəsmi arayış da vermişdir. Cavabdehin bu imtinası tam əsassızdır, buna görə də, mərhum atasının mülkiyyət hüquqları qeydə alınmaqla arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
4. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə olunmuş sənədlərdə hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu, belə ki, təqdim edilmiş sənədlərdə “X8” kimi göstərildiyi halda, ölüm haqqında şəhadətnamədə “X6” kimi qeyd olunduğu, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında konfiqurasiya fərqi olduğu müəyyən edilmişdir.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 32/332/2-F-006-8/25 nömrəli məktubunda qeyd olunur ki, “Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən vərəsəsi olduğunuz mərhum X13fırna məxssus torpaq sahəsi üzerir.tiə hüquqların daşınmaz əmiakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 14 fevral 2025-ci il tarixli müraciətinizə Cavabdeh publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə olunmuş sənədlərdə hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş sənədlərdə “X9” kimi göstərildiyi halda, ölüm haqqında şəhadətnamədə “X10” kimi qeyd olunduğu aşkar edilmişdir. Bundan başqa hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsinin 0,02 ha olduğu halda, faktiki olaraq torpaq sahəsinin 0,0197 ha hissəsinin istifadənizdə olduğu aşkar edilmişdir. Həmçinin sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında konfiqurasiya fərqi olduğu aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.”.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 32/332/2-F-10033-8/24 nömrəli məktubunda qeyd olunur ki, “Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən, mərhum X4 ayrılmış 0.02 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 17 sentyabr 2024-cü il tarixli müraciətinizə Cavabdeh publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı, müraciət üzrə əlavə olunmuş hüquqmüəyyənedici sənədlərdə hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, hüquq sahibi “X11” kimi göstərildiyi halda, vərəsəlik haqqında məktubda “X6” kimi qeyd olunduğu müəyyən ediimişdir. Nəzərinizə çatdırırıq ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd üzrə 0.02 ha olduğu halda faktiki olaraq torpaq sahəsinin 0.0197 ha hissəsinin vətəndaşın istifadəsində olduğu və buna dair notarial qaydada təsdiq olunmuş azalma ərizəsinin hazırki müraciətinizə əlavə olunmadığı müəyyən edilmişdir. Bildiririk ki, sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluq olduğu, sənəd üzrə torpaq sahəsinin 20 kv.m hissəsinin faktiki torpaq sahəsindən kənarda yerləşdiyi aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.”.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 32/332/2-F-0020-8/24 nömrəli məktubunda qeyd olunur ki, “Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən, mərhum X4 ayrılmış 0.02 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 24 may 2024-cü il tarixli müraciətinizə Cavabdeh publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı sözügedən torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün müraciət etmək səlahiyyətinizin olmadığı müəyyən edilmişdir. Belə ki, sözügedən torpaq sahəsinə dair vərəsəlik hüququ olan şəxslərin dairəsini müəyyənləşdirən notariat vərəsəlik məktubunun hazırki müraciətinizə əlavə olunmadığı aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.”.
8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
13. İddia tələbi mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. İddia mümkündür.
İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
15. Abşeron rayonu Ceyranbatan bələdiyyəsinin 28 dekabr 2005-ci il tarixli, 13 saylı qərarından görünür ki, Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, 07 saylı binanın arxasında uzun müddət bağ-bostan kimi istifadə etdiyi 0,02 ha torpaq sahəsi bağ sahəsinin X5 ayrılması və bağ evi tikinitisi üçün icazə verilməsi qərara alınmışdır.
16. xx.xx.2006-cı il tarixli bələdiyyə torpağının mülkiyyətə verilməsi haqqında alqı-satqı müqaviləsindən görünür ki, Abşeron rayonu Ceyranbatan bələdiyyəsi ilə X11 arasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsində ərazisində yerləşən 200 kv.m torpaq sahəsinə dair bağlanmışdır.
17. 19.10.2010-cu il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Abşeron rayonu Ceyranbatan bələdiyyəsi ərazisində 0,02 ha torpaq sahəsi X1.
18. Azərbaycan Respublikası DT və XK tərəfindən verilmiş A 306740 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Abşeron rayonu Ceyranbatan bələdiyyəsinin 28 dekabr 2005-ci il tarixli, 13 saylı qərarı ilə X4 ayrılmış 200 kv.m torpaq sahəsinə dair tərtib edilmişdir.
19. AİŞ 528516 nömrəli qəbzdən görünür ki, X6 tərəfindən Abşeron rayonu Ceyranbatan bələdiyyəsinin hesabına 200000 manat torpağın dəyəri ödənilmişdir.
20. Abşeron rayonu Ceyranbatan bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, X4 ayrılmış 0,02 ha torpaq sahəsinə dair tərtib edilmişdir.
21. AZ-İİ 268219 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.
22. Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmiş xx.xx.2022-ci il tarixli, 2830 nömrəli məktubda qeyd olunmuşdur ki, “Sumqayıt regional “ASAN Xidmət” mərkəzində xüsusi notariat ofisi 18 aprel 2022-ci ildə vəfat etmiş mərhum X2 (FİN: 21E3P4K, doğum tarixi: xx.xx.1954-cü il) miras əmlakını qəbul etmək üçün oğlu - İddiaçı ərizə ilə müraciət etmişdi. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq, X2 miras qalmış Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən 0,02 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd verməyinizi Sizdən xahiş edirəm.”
23. Abşeron rayonu Ceyranbatan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 241 nömrəli məktubdan görünür ki, Ceyranbatan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 13 saylı qərarı ilə X3 adına 0,02 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən qərar həqiqidir və hazırda qüvvədədir, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasına heç bir etirazı yoxdur.
24. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi faktiki 0,0197 hektardır. Torpaq sahəsi yol ilə sərhəddir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi tikilisi var. Torpaq sahəsi ümumi daş hasarın daxilində yerləşir. Torpaq sahəsinin faktiki koordinatları əlavə olunmuşdur.
25. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli, 3-21- 3-32/2-11929/2025 nömrəli məktubdan görünür ki, elektron məlumat bazasına əsasən müayinə olunan 0,0197 ha torpaq sahəsinin 0,009 ha ( 9 kv.m ) hissəsi ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş **********0508 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşür. Müraciətdə qeyd olunan torpaq sahəsinə dair müayinə aktının surəti, baş plan və ortofoto görüntüsü təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, müayinə olunan torpaq sahəsi yaşayış məntəqələri kateqoriyalı torpaqlara aid olduğu səbəbindən, müayinə olunan torpaq sahəsinin qonşuluğunda yerləşən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim edilməmişdir.
IV. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
28. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1-ci maddə: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 8.0.5. 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
30. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyətiorqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.
31. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: 5-ci bəndinə əsasən, bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
33. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.
34. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir.
IV. Məhkəmənin mövqeyi
36. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
37. Məhkəmə tərəfindən müəyyən edildi ki, Abşeron rayonu Ceyranbatan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 saylı qərarına əsasən, bağ evi tikintisi məqsədi ilə mərhum atası X4 bağ evi tikintisi məqsədi ilə 200 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsinin alqı-satqısına dair akt tərtib olunmuş, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi bağlanmış və həmin torpaq sahəsinə ləğv edilmiş DT və XK tərəfindən A seriyalı 306740 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi verilmişdir. Qeyd olunan sahədən iddiaçının mərhum atası 20 ilə yaxın bir müddətdə istifadə etmiş, xx.xx.2022-ci ildə dünyasını dəyişmişdir. İddiaçı notariat kontoruna müraciət etmiş və mərhum atasının vərəsəsi kimi tanınmış, notariat ofisi tərəfindən atasından miras qalan torpaq sahəsinə dair hüquqmiiəyyənedici sənədin verilməsi ilə bağlı cavabdeh orqana müraciət edilmiş, lakin imtina cavabı verilmişdir.
38. Məhkəmə qeyd edir ki, Abşeron rayonu Ceyranbatan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 saylı nömrəli qərarı və əlavə edilmiş sənədlərin əsilləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədin mötəbərliliyini şübhə altına alacaq hər hansı bir hal müəyyən edilmir.
39. Məhkəmə cavabdehin müraciət üzrə sənədlərdə hüquq sahibinin adına münasibətdə uyğunsuzluq olması dəlilinə münasibətdə qeyd edir ki, texniki səhvə yol verilmişdir. Qeyd edilmiş texniki səhv iddiaçının məsuliyyətinə səbəb ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 15.3-cü maddəsinə əsasən, inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz.
40. Abşeron rayonu Ceyranbatan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 241 nömrəli məktubuna əsasən, Ceyranbatan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 13 saylı qərarı ilə X3 adına 0,02 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən qərar həqiqidir və hazırda qüvvədədir, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasına heç bir etirazı yoxdur.
41. Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktına əsasən, torpaq sahəsi faktiki 0,0197 hektardır. Torpaq sahəsi yol ilə sərhəddir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi tikilisi var. Torpaq sahəsi ümumi daş hasarın daxilində yerləşir. Torpaq sahəsinin faktiki koordinatları əlavə olunmuşdur.
42. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 21 iyul 2025-ci il tarixli, 3-21-3-32/2-11929/2025 nömrəli məktuba əsasən elektron məlumat bazasına əsasən isə müayinə olunan 0,0197 ha torpaq sahəsinin 0,009 ha (9 kv.m) hissəsi ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş **********0508 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşür.
43. Məhkəmə torpaq sahəsinin 0,009 ha (9 kv.m ) hissəsi ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş **********0508 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşdüyü dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Ceyranbatan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 saylı qərarına əsasən bağ evi tikintisi məqsədi ilə mərhum atası X4 ayrılmış 0,02 ha torpaq sahəsinin 188 kv.m hissəsi üzərində mərhum atası X3 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və bu barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
44. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
45. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006cı il 29 mart tarixli Qərarı, § 93).
46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak” “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Abşeron rayon Masazır bələdiyyəsinin 16 iyul 2007-ci il tarixli 26 nömrəli qərarı iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir.
48. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
49. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Abşeron rayonu Ceyranbatan bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 13 nömrəli qərarı ilə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0,0188 ha torpaq sahəsi üzərində yaranmış mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X19-Abbaszadə