Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-633/2021 16.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X15 oğlunun, Üçüncü şəxslərin özləri və qanuni nümayəndələri X4 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X1, X6 və Eynullazadə Əli Şahin oğlunun ona məxsus ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ünvan 1, ünvanında yerləşən 22 saylı mənzilin mülkiyyətçisidir, həmin mənzili xx.xx.2020-ci il taarixli alğı-satqı müqaviləsinə və xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışa əsasən almışdır. Ona məxsus olan mənzildə xx.xx.2003-cü il təvəllüdlü X7, xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2007-ci il təvəllüdlü Eynullazadə Əli Şahin oğlu qeydiyyatdadırlar. Həmin çəxslərin mənzildə qeydiyyatda olamaları onun mülkiyyət hüququnu pozur. Qeyd olunan tələb ilə Sumqayıt Polis İdarəsinə müraciət etməsinə baxmayaraq, cavabdeh təşkilat X3, X8 və Eynullazadə Əli Şahin oğlunu onun mənzilindən qeydiyatdan çıxartmır. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin təşəbbüsü ilə yetkinlik yaşına çatmayan cavabdehlər- X5, X11, Eynullazadə Əli Şahin oğlu və onların qanuni nümayəndələri olan valideynləri X10 və X9 məhkəmə prosesinə dəvət olunmuş və yetkinlik yaşına çatmayan cavabdehlərin qanuni nümayəndələri məhkəmə iclasında ərizə təqdim edərək bildirdilər ki, övladları pasport qeydiyyatında olduğu ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildə qeydiyyatda olsalar da faktiki olaraq başqa yerdə uşaqları ilə birlikdə yaşayırlar. Ona görə də övladlarının həmin mənzildən qeydiyyatdan çıxarılmasına etiraz etmirlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 123-367857- 3220 nömrəli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Reyesteri tərəfindən verilmiş **********65-05101-093029 reyestr nömrəli, xx.xx.2020-ci tarixli çıxarışın notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı Ağamı qızı ünvan 1 ünvanında yerləşən 22 saylı mənzili xx xxxxxx 2020-ci ildə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi əsasında İsayeva Nailə Əlövsət qızından almışdır. Alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra mənzilin keçmiş sakinləri həmin mənzili tərk etmələrinə baxmayaraq, X7, X11 və Eynullazadə Əli Şahin oğlu həmin mənzildə pasport qeydiyyatında qalmışdırlar. Nəzərə alınmalıdır ki, hazır ki, iş üzrə cavabdehlər yetkinlik yaşına çatmayıblar və onlar daimi əsaslarla valideyinləri ilə birlikdə valideyinlərinin sahibliyində olan və başqa ünvanda yerləşən evdə yaşayırlar. Məhkəmədə izahat verən yetkinlik yaşına çatmayan şəxslərin valideyinləri qeyd olunan faktları təstiq edərək, bildirmişdirlər ki, övladlarının qeyd olunan mənzildən pasport qeydiyyatından çıxarılmasına razıdırlar. Məhkəmə hesab edir ki, X7, X11 və Eynullazadə Əli Şahin oğlu ünvan 1 ünvanında yerləşən 22 saylı mənzil üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalması İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X1, X6 və Eynullazadə Əli Şahin oğlunun İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-633/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-633/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver