Məhkəmə qərarları › İş №2-1(118)-633/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-633/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-633/2022 30.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin N5.07.202N-ci il tarixli, N/Q-N4730 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı N yanvar N994-cü ildə Siyəzən rayonu Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. İlk olaraq N saylı hərbi hissəyə, N994-cü ilin yanvar ayının ortaları N saylı hərbi hissəyə, N994-cü ilin mart ayında Ağdam rayonunda yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Hərbi əməliyyatların qızğın getdiyi Ağdamın Güllücə, Baş Qərvənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. N994-cü il mart ayının 28-i döyüş əməliyyatları zamanı yaralanmışdır. Əvvəlcə Mingəçevir şəhər birləşmiş xəstəxanasında, daha sonra MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunmuşdur. Ona əvvəlcə “sağ daban nahiyəsinin qəlpə yarası”, daha sonra “sağ ağ ciyərin payının kəskin ocaqlı pnevmoniyası, sağ aşıq-daban oynağı nahiyəsində odlu silahla qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” dioqnozları qoyulmuşdur. Müalicə aldıqdan sonra Siyəzən rayonu Hərbi komissarlığı tərəfindən N saylı hərbi hissəyə göndərilmişdir. N saylı hərbi hissənin tərkibində daha sonra Füzuli rayonunda, XN5 kəndində və s. yerlərdə hərbi xidmətini davam etdirmişdir. N997-ci ilin dekabr ayının N0-da N saylı hərbi hissədən tərxis edilmişdir. Lakin, qeyd etdiyi məlumatlar hərbi biletində və s. sənədlərdə tam şəkildə öz əksini tapmamışdır. Bəzi sənədlərdə məlumatlar natamam, bəzilərində səhv qeyd olunmuşdur. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, cavabdeh qurum tərəfindən ona N5 iyul 202N-ci il tarixli cavab məktubu göndərilərək göstərilmişdir ki, döyüş əməliyyatları aparılan zaman 28.04.N994-cü il tarixdən sonra N nömrəli hərbi hissədə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığına, habelə uzun müddət hospitalda olduğu üçün N nömrəli hərbi hissə komandirinin 04.04.N994-cü il tarixli 99 nömrəli əmri ilə ştatdan kənar edildiyinə görə iddiaçıya “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı qeyd edir ki, cavabdeh qurumun cavab məktubunda göstərdiyi qaydada müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsi əsassızdır, qanunvericiliyin tələblərinə ziddir. İddia ərizəsində qeyd etdiyi kimi o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. İş üzrə kifayət qədər sübutları vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim komissiyasının 02.NN.20N8- ci il tarixli, N597 nömrəli qərarında qeyd olunur ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı, müayinə və müalicə olunduğu yaralanma və xəstəlikdiaqnozlar: "sağ daban nahiyəsinin qəlpə yarası", daha sonra "sağ ağ ciyərin payının kəskin ocaqlı pnevmoniyası, sağ aşıq-daban oynağı nahiyəsində odlu silahla qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları" “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Ona görə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə əlaqədar iddia ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı XN iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğu səbəbindən, aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, Qarabağ döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Buna etiraz edib bildirirlər ki, Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-NNN QD №-li Qanunu ilə «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, «N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9- dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində- keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir». Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir». Hesab edirlər ki, iddia tələbi əsassızdır. Belə ki, XN döyüş əməliyyatları aparılan zaman 28.04.N994-cü il tarixdən sonra N nömrəli hərbi hissədə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığından, habelə uzun müddət hospitalda olduğu üçün N nömrəli hərbi hissə komandirinin 04.04.N994-cü il tarixli 99 nömrəli əmri ilə ştatdan kənar edildiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (təxris olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli, 422 №li qərarına əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmiş, yaralanmış və qanuni əsaslarla ordu sıralarından tərxis olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 29.06.202N-ci il tarixli, 9/2-47NN saylı məktubunda qeyd edilir ki, İddiaçı barədə N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 4 №-li, 05 fevral N994-cü il tarixli 3N Na¬lı və N №-li hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 33 №-li, N6 aprel N994cü il tarixli 93 №-li əmrlərindən arxiv çıxarışlarını Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın ünvanına göndərilmişdir. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi X4 N90 №-li hərbi hissə komandirinin N7 aprel N994-cü il tarixli N07 №-li əmrilə (əsas: § 4, sıra 36N, səh 6, əmrdə adı Əlizaman yazılmışdır) N9.04.N994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək müvəqqəti atıcı vəzifəsinin icrasına başlamışdır. N90 №-li hərbi hissə komandirinin N aprel N994-cü il tarixli NN0 №-li əmrilə sıravi X6 (əsas: § 3, sıra N8, əmrdə adı Elzaman yazılmışdır, vəzifəsi göstərilməyib) 223 №-li hərbi hospitala stasionar müalicəyə getmiş hesab edilərək 2N,04.N994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. 3(üç) aydan artıq hospitalda stasionar müalicədə olduğuna görə sıravi X6 N90 №-li hərbi hissə komandirinin N sentyabr N994-cü il tarixli 99 saylı əmrilə (əsas: sıra 258, səh 277, əmrdə adı Elzaman yazılmışdır, vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmişdir. Qeyd edirlər ki, N №-li hərbi hissə komandirinin dekabr N994-cü il, yanvar, dekabr N995-ci il, yanvar, dekabr N996-cı il, yanvar, oktyabr N997-ci il tarixli nizami hissə üzrə əmrlərində və N90 №-li hərbi hissə komandirinin oktyabr-dekabr N994-cü il, yanvar, dekabr N995-ci il, yanvar, dekabr N996-cı il, yanvar, oktyabr N997-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 30.06.20N5-ci il tarixli, 9/2-4N62 Arxiv Arayışında qeyd edilir ki, Siyəzən RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü X2 ondan ötrü ki, N №-li hərbi hissə komandirin N yanvar N994-cü il tarixli 4 №-li əmrilə (əsas: § 8, sıra 208, səh. 32) bütün növ təminatlardan istifadə etmək hüququ verilərək İV motoatıcı tabura təyin olunmuş və hərbi xidmətini davam etdirmək üçün komandirin 5 fevral N994-cü il tarixli 3N №-li əmrilə (əsas: § N, sıra 223, səh. 78, qeyd: adı Arzuman yazılmışdır) N №-li hərbi hissənin sərəncamına göndərildiyindən bütün növ təminatlardan azad olunmuşdur. N №-li hərbi hissədən göndərilmiş İddiaçı N №-İi hərbi hissə komandirin N fevral N994-cü il tarixli 33 №-li əmrilə (əsas: § 5, sıra NN7, səh. N9) 2 MAT-ın şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlara təmin olunmuş və hərbi xidmətini davam etdirmək üçün N90 №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş 2-ci bölüyün sıravi əsgəri İddiaçı komandirin N6 aprel N994-cü il tarixli 93 №-li əmrilə (əsas: § 4, sıra 79, səh. 5) N7.04.94-cü il tarixdən şəxsi heyətin umümi siyahısından çıxarılmaqla bütün təchizatlardan məhrum edilməklə lazımi sənədlərlə təmin edilmişdir. Hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən göndərilmiş sıravi İddiaçı N90№-li hərbi hissə komandirin N7 aprel N994-cü il tarixli N07 №-li əmrilə (əsas: § 4, sıra 36N, səh. 7) 2 bölüyün şəxsi heyətin siyahısına salınmaqla bütün növ təminatlarla təmin olunaraq atıcı vəzifəsinə təyin olunmuşdur. N90 №-li hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında (əsas: NN.N0.93-03.04.99-cu il tarixli əlifba kitabı sıra 930, səh. 44) Müdafiə Nazirinin 05.09.94-cü il tarixli əmrinə əsasən 09.09.94-cü il tarixli 99 №-li əmrlə hospitala göndərilməsi qeyd edilmişdir. (09.09.94-cü il tarixli 99 №-li nizami hissə üzrə əmr Mərkəzi Arxivə daxil olmadığı üçün İddiaçı xidmətin əmr üzrə təsdiq edə bilməmişdirlər). Qeyd edirlər ki, N №-li hərbi hissə komandirinin N994-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığı üçün İddiaçı xidməti barədə araşdırma apara bilməmişdirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 04 mart 2022-ci il tarixli, 4/2-N4N9 saylı məktubunda qeyd edilir ki, Siyəzən RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü X7 N Ne-li hərbi hissə komandirinin 06.0N.N994-cü il tarixli 4 №-li əmrilə (əsas: səh 32, § N8, sıra 208, əmrdə adı Alzaman yazılmışdır) 4 MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin 05.02.N994-cü il tarixli 3N №-lı əmrində (əsas: səh 77, § N, sıra 223, əmrdə adı Arzuman yazılmışdır) X3 xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərildiyinə görə bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş X4 N №-li hərbi hissə komandirinin 06.02.N994-cü il tarixli 33 №-li əmrilə (əsas: § 4, sıra NN7, əmrdə adı Əlizaman yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Xidmətini davam etdirmək üçün N90 №-li hərbi hissəyə göndərilmiş sıravi X5 N №-li hərbi hissə komandirinin N6.04.N994-cü il tarixli 93 №-li əmrilə (əsas: sıra 79. əmrdə adı Əlizaman. atasının adı Dilavar yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi X4 N90 №-li hərbi hissə komandirinin N7 aprel N994-cü il tarixli N07 №-li əmrilə (əsas: § 4, sıra 36N, səh 6. əmrdə adı Əlizaman yazılmışdır) N9.04 N994-cü ıl tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək müvəqqəti atıcı vəzifəsinin icrasına başlamışdır. N90 №li hərbi hissə komandirinin N aprel N994-cü il tarixli NN0 №-li əmrilə sıravi X6 (əsas: § 3, sıra N8, əmrdə adı Elzaman yazılmışdır, vəzifəsi göstərilməyib) 223 №-li hərbi hospitala stasionar müalicəyə getmiş hesab edilərək 2N.04.N994- cü il tarixdən qazan təminatından çıxarılmışdır. 3(üç) aydan artıq hospitalda stasionar müalicədə olduğuna görə sıravi X6 N90 №-li hərbi hissə komandirinin N sentyabr N994-cü il tarixli 99 Ne-li əmrilə (əsas: sıra 258. səh 277, əmrdə adı Elzaman yazılmışdır, vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmişdir. Qeyd edirlər ki, N №-li hərbi hissə komandirinin N994. N997-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 02.NN.20N8-ci il tarixli, N597 nömrəli Qərarında qeyd edilir ki, Siyəzən RHK tərəfindən N994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N2.04.N994-cü ildə aldığı və 23.04.N994-cü ildən 28.04.N994-cü ilə kimi Mingəçevir Şəhər Birləşmiş Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanmadiaqnoz: "Sağ daban nahiyəsinin qəlpə yarası” və 02.05.N994-cü ildən 20.05.N994--CÜ ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu xəstəlik, yaralanmanın nəticəsi-diaqnoz: “Sağ ağ ciyərin aşağı payının-kəskin ocaqlı pnevmoniyası. Sağ aşıqdaban oynağı nahiyəsində odlu silahla qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları (N2.04.N994)” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin N4.08.20N8-ci il tarixli N35 nömrəli göndərişi, N4.08.20N8-ci il tarixli NN7 nömrəli arayışı, Mingəçevir Şəhər Birləşmiş Xəstəxanasından verilmiş 06.09.20N8-ci il tarixli 546 nömrəli məktubu, MN Mərkəzi Hərbi Hospitalından verilmiş 20.05.N994-cü il tarixli çıxarış epikrizi, 0N,N2.N999-cu il tarixli 2036 nömrəli arayış, SQ Baş Klinik Hospitalından verilmiş N2.09.20N8-ci il tarixli 53N3 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2. bəndinin a) yarımbəndi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin 09 mart 2022-ci il tarixli, N7N saylı məktubunda qeyd edilir ki, N975-cı il təvəllüdlü İddiaçı qeydiyyat kartasına əsasən o, 06.0N.N994-cü il tarixdə Siyəzən rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə Nazirinin 26.09.N997-ci il tarixli N60 nömrəli əmrinə əsasən N2.N0.N997-ci il tarixdə tərxis olunmuş, 03.N2.N997-ci il tarixdə Siyəzən rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır.İddiaçı qeydiyyat kartasının təsdiq edilmiş surəti məhkəmənin ünvanına göndərilmişdir. Göründüyü kimi məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilir ki, iddiaçı birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və yaralanmışdır. Habelə məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, N975-cı il təvəllüdlü İddiaçı qeydiyyat kartasına əsasən o, 06.0N.N994-cü il tarixdə Siyəzən rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə Nazirinin 26.09.N997-ci il tarixli N60 nömrəli əmrinə əsasən N2.N0.N997-ci il tarixdə tərxis olunmuş, 03.N2.N997-ci il tarixdə Siyəzən rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. İddiaçı qeydiyyat kartasının təsdiq edilmiş surəti məhkəmənin ünvanına göndərilmişdir. (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin 09 mart 2022-ci il tarixli, N7N saylı məktubu) Cavabdeh inzibati orqan qeyd edir ki, XN döyüş əməliyyatları aparılan zaman 28.04.N994-cü il tarixdən sonra N nömrəli hərbi hissədə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığından, habelə uzun müddət hospitalda olduğu üçün N nömrəli hərbi hissə komandirinin 04.04.N994-cü il tarixli 99 nömrəli əmri ilə ştatdan kənar edildiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Arxiv sənədlərində məlumatların tam olmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. İddiaçı birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak etdiyi, yaralandığı və N2.N0.N997-ci il tarixdə ordu sıralarından tərxis olunduğu üçün ona müharibə veteranı adı verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.N və NN0-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar