Məhkəmə qərarları › İş №2-1(118)-635/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-635/2022

18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-635/2022 18.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X9 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X11 (işləməyən, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X3 (Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Hüquq və kadrlar şöbəsində Hüquq sektorunun müdiri, Bakı şəhəri, H.Zərdabi prospekti, məhəllə 593, mənzil 91-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Qaçqınlar və X13 üzrə Dövlət Komitəsinə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə ünvan 2 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsi üçün lazım olan hərkətlərin icra edilməsi öhdəliyinin Azərbaycan Respublikası Qaçqınlar və X13 üzrə Dövlət Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məcburi köçkün statusunun vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Qaçqınlar və X13 üzrə Dövlət Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin 09.02.2022-ci il tarixli qərardadı ilə Qubadlı rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına qəbl edilmişdir. İddiaçının nümayəndəsi X17 iddia tələbini müdafiə edərək izah etdi ki, onun oğlu, iddiaçının isə atası X18 1982-ci ildə Qubadlı rayonunda ananadan olmuş və Qubadlı rayonu işğal olunan zaman məcburi köçkün düşmüşdür. 2003-cü ildə Talıblı (Vəliyeva) Təhminə İzafət qızı ilə nikaha daxil olmuş və nikahdan 3 övladı, o cümlədən xx.xx.2004-cü il təvəllüdlü İddiaçı vardır. Baharın atası X18 məcburi köçkün statusuna malikdir. İddiaçının 17 yaşı var və 2021-ci ildə Azərbaycan Dillər Universitetinə ödənişli əsasla daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin “Dövlət ali və orta ixtisas təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi öçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə" müvafiq sərəncamına əsasən məcburi köçkünlük statusu olan vətəndaşlar təhsil haqqını ödəməkdən azad edilmişlər. İddiaçı da ödənişli əsasla ali təhsilə qəbul olunduğu sözügedən sərəncamın hazırki məsələyə də aid olması məqsədilə müvafıq icra hakimiyyətinə müraciət etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi 01/5175 nömrəli imtina məktubu ilə İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtina olunmuşdur. Həmin məktubda imtinanın əsası kimi '‘Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6cı bəndinə istinad edilərək qeyd olunmuşdur ki, məcburi köçkün statusu və onu təsdiq dən sənəd valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara təqdim edilir. Həmçinin bildirilmişdir ki, sözügedən məsələ ilə bağlı müvafiq məhkəmə qərarı olduqda nəvəsinə məcburi köçkün statusunu təsdiq edən vəsiqə veriləcəkdir. İddiaçı anası X4 qeydiyyat yeri Qubadlı rayonu, nə də işğal olunmuş rayonlardan biri olaraq qeyd olunmadığına baxmayaraq X10 rayonuna qeydiyyata alınması üçün müvafiq olaraq qeydiyyat idarəsinə müraciət edilmişdir. Lakin cavab olaraq bildirilmişdir ki, işğaldan azad olunmuş rayonlara qeydiyyat dayandırıldığından hazırda həmin rayonlara qeydiyyata alınmasının mümkün olmayacağı bildirilmişdir. Bu səbəbdən X1 rayonuna qeydiyyata düşə bilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədi və izah etdi ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işdal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi haqqında Əsasnaməyə”yə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan Keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, onunb atası X18 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, Qubadlı rayonunda yaşayış yeri üzrə qeydiyyatda olsa da, İddiaçı anası X6 Bakı şəhəri, Sabunçu rayonunda yaşayış yeri üzrə qeydiyyatdadır. Sonuncu məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. Bu səbəbdən Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dan Qaydalar”a müvafiq olaraq, iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 3.1-ci maddəsinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X13 üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. İddiaçı yetkinlik yaşına çatanadək valideyni X12 himayəsində olmaqla dövlət tərəfindən verilən müəyyən yardımlardan faydalanması, onun məcburi köçkün statusunu təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsi tərəfindən təqdim ediımiş məcburi köçkün vəsiqəsi təsdiq edir. Bildiririk ki, şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması halı belə onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd-şərtsiz istifadə etməsinə əsas vermir. İş materiallarında olan : -İddiaçıya məxsus AZ-İ 504224 seriyalı doğum haqqında şəhadətnmədən görünür ki, İddiaçı xx.xx.2004-cü il də Bakı şəhərində anadan olmuşdur.Ata qrafasında X18,ana qrafasında X7 qeyd edilmşdir. -AZE 16718570 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, X18 30.01.1982-ci ildə Qubadlı rayon Hacılı kəndində anadan olmuş, Qubadlı rayonu Qubadlı şəhərində qeydiyyatdadır. -104959 seriyalı məcburi köçkün vsiqəsindən görünür ki X2 rayonundan məcburi köçkün kimi Bakı şəhəri Sabunçu rayonunda müvəqqəti məskunlaşmışdır. -Bakı şəhər Sabunçu rayon İHB Zabrat qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 06.08.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qubadlı rayonundan məcburi köçükn kimi qeydiyyatsız müvəqqəti məskunlaşmışdır. - Qubadlı rayon Polis Şöbəsinin 16.02.2022-ci il tarixli məktubundan görünür ki. Respublikanın digər ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin işğaldan yeni azad olunmuş ərazi vahidlərinə ,o cümlədən Qubadlı rayonuna qeydiyyata alınmaları müvəqqəti dayandırılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən: - Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; - Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi həyata keçirir. İstinad edilmiş normaların ümumiləşdirilmiş mənası onunla bağlıdır ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasınının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi isə onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təmanatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Bununla bağlı məhkəmə hesab edir ki, İddiaçı yemək xərci ilə bağlı müavinət verilsə də, bu hal ona məcburi köçkün vəsiqəsi verilməsini şərtləndirmir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının atasl Və\liyev X14 rayonunda qeydiyyatda olmaqla məcburi köçkün statusuna malikdir, lakin anası X7 həmin statusa malik deyidlir və Sumqayıt şəhərində qeydiyyatdadır. Bununla bağlı iddiaçıya məcburi köçkün statusu verilməsi üçün “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı maddəsinin dispozitiv şərti yerinə yetirilməmiş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar