Məhkəmə qərarları › İş №2-1(118)-635/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-635/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-635/2023 18.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X11 Ramiz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X15 və cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonu Balaqusar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin və həmin torpsaq sahəsinsə yerləşən sahəsi 60.2 kv m olan fərdi yaşayış evinin 1/6 hissəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Qusar rayonu Balaqusar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin və həmin torpsaq sahəsinsə yerləşən sahəsi 60.2 kv m olan fərdi yaşayış evinin 1/6 hissəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına akınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. X8 ilə X10 məhkəmə tərəfindən Azərbaycan Resoublikası İPMnin 28.1-ci maddəsi (adu cəlbetmə) qaydasında üşüncü şəxs qismində cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(029)-1013/2021 saylı qətnaməsi ilə X8 ilə X10 arasında Qusar rayonu Balaqusar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair 28 sentyabr 2021-ci il tarixdə bağlanmış, Qusar rayon Notariat Ofisində 4Ə-2497 reyestr nömrəsi ilə qeyd edilmiş bağışlama müqaviləsi, İddiaçı 1/6 hissə miras payına dair hissədə etibarsız hesab edilmiş; Qusar rayonu Balaqusar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən, sahəsi 60.2 kv m olan fərdi yaşayış evinin mərhum X9 məxsus 1/2 hissəsinə dair onun vərəsəlik hüququ tanınmış, həmin miraslara dair miras payının 1/3 hissə, həmin evlə torpaq sahəsinə dair miras payı isə 1/6 hissə müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və 07 fevral 2022-ci il tarixli icra vərəqəsi verilmişdir. İcra vərəqəsi 10 fevral 2022-ci il tarixdə Qusar rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin qətnamə əsasında Qusar rayonu Balaqusar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən, sahəsi 60.2 kv.metr olan fərdi yaşayış evinin 1/6 hissəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 23 iyun 2022-ci il tarixli **********20 saylı məktubu ilə bildirilmişdir ki, Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)-1013/2021 saylı qətnaməsi və icra vərəqəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ müəyyən edilməmiş, o cümlədən hər hansı vəzifə qoyulmamışdır. İddiaçı həmin imtina cavabını əsassız hesab edərək hazırki iddianı qaldırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X14 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının istinad etdiyi Qusar rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının mülkiyyət hüququları müəyyən edilmədiyindən hüququmüəyyənedici əsas hesab edilə bilməz. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Z.Muradxanova iddianı qəbul etmədiyini bildirid. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçnın mərhum anası X5 Qusar rayonu Balaqusar kəndində yerləşən 0.06 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin ev və həətyanı torpaq sahəsi anasının əri X8 təəfindən X3 bağışlanmışdır. Həmin bağışlama müqaviləsi iddiaçı tərəfinfdən mübahisələndirilmiş və Qusar rayon Məhkəməsinin bağışlama müqaviləsi iddiaçıya düşən 1/6 miras pay hissəsində etibarsız hesab edilərək onun miras payı müəyyən edilmişdir. İddiaçı həmin qətnaməni cavabdeh qeydiyyat orqanına təqdim edərək mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Lakin cavabdeh imtina cavabı verərək həmin qətnamə ilə mülkiyyət hüququnun müəyyən edilmədiyini bildirmişdir. İddiaçı Qusar rayon Məhkəməsinin qətnaməsinə izah verilməsinə dair ərizə ilə həmin məhkəməyə müraciət etmişdir. Lakin məhkəmənin xx.xx.2023-cü il tarixli 2(029)- 1013/2021 saylı qərardadı ilə ərizəsi təmin edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestrində haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Məhkəmə qeyd edir ki, Qusar rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə mübahisəli torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının vərəsəlik hüququ müəyyən edilsə də, həmin əmlak üzərində miras qoyan mərhum X6 mülkiyyət hüququnu təsdiq edən hər hansı sənədə istinad olunmamışdır. Qətnamənin məzmunundan görünür ki, həmin əmlak X2 adına qeydə alınmışdır. Daha sonra N.RÜstəmov X1 bağışlanmışdır. Məhkəmə həmin əmlakın N.Rüstəmov ilə X.Rüstəmovanən birgə nikahı dövründə əldə edildiyini nəzərə alaraq onların ümumi birgə mülkiyyətləri hesab etmiş və bu əsasla bağışlama müqaviləsini qismən etibarsız hesab etmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, mübahisəli əmlak üzərində bilavasitə mülkiyyət hüququnun əldə edilməsi üçün iddiaçının hüququ yaranmamışdır. Məhkəmə hüquqi yardım göstərməklə iddia tələbinin dəyişdirilməsini (hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsinə dair) iddiaçıya təklif edə bilərdi. Lakin iddiaçının bununla bağlı cavabdeh inzibati orqana müraciət etməməsi və imtina cavabı almaması səbəbindən məhkəmə həmin hüquqi yardımın göstərilməsini zəruri hesab etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonu Balaqusar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin və həmin torpsaq sahəsinsə yerləşən sahəsi 60.2 kv m olan fərdi yaşayış evinin 1/6 hissəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pubik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonu Balaqusar kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin və həmin torpsaq sahəsinsə yerləşən sahəsi 60.2 kv m olan fərdi yaşayış evinin 1/6 hissəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar