Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-635/2024 30.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X13 Elşən oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon İHB Fatmayl-Görədil kəndləri üzrə nümayəndəsinin 08 dekabr 1999-cu il tarixli 17 saylı sərəncamı ilə ayrılmış Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.0494 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabbdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Fatmayl-Görədil kəndləri ərazisi üzərində yerləşən 17 saylı torpaq sahəs üzərinə onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinın cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İHB Fatmayl-Görədil kəndləri üzrə nümayəndəsinin 08 dekabr 1999-cu il tarixli 17 saylı sərəncamı ilə ayrılmış Abşeron ayonu Fatmayı kəndində yerləşən 0.0494 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabbdehin üzərinə qoyulması qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,. Qanun üzrə 1-ci vərəsəsi kimi tanınmışdır. İddiaçının mərhum həyat yoldaşı X6 adına Abşeron RİH başçısının Fatmayl-Görədil kəndləri üzrə nümayəndəsinin xx.xx.1999-cu il tarixli, 17 №-li sərəncamına əsasən Abşeron rayon Fatmayı kəndində 0,10 ha torpaq sahəsi ayrılmışdır. X14 xx.xx.2022-ci ildə vəfat etmişdir. O, dəfələrlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 sayli Abşeron Ərazi İdarəsinə Abşeron rayon Fatmayı kəndində olan 0,10 ha torpağa çıxarış almaq üçün müraciət etsə də, 17 saylı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsindən imtina olunmuşdur. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, aparılan araşdırma zamanı iddiaçının 02 mart 2023-cü il tarixli müraciətinin Abşeron rayon İcra hakimiyyəti başçısının Fatmavı-Görədil kəndləri üzrə nümayəndəsinin 08 dekabr 1999-cu il tarixli, 17 saylı sərəncamından çıxarışı ilə mərhum X11 ayrılmış 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhumun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair olduğu, lakin iddia ərizəsində sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölcü sənədinin verilməsi tələbi qoyulduğu; iddiaçı tərəfindən daşınmaz əmlak üzərində mərhum X7 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan birbaşa öz adına rəsmiləşdirilməsi barədə məhkəməyə müraciət edildiyi; torpaq sahəsinin ilkin bas planı və va təsdiq edilmiş avrıc aktının təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; daşınmaz əmlakın sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən ver arasında uyğunsuzluq olduğu; Abşeron Rayon İcra hakimiyyəti Başçısının Fatmavı-Görədil kəndləri üzrə nümayəndəsinin 08 dekabr 1999-cu il tarixli, 17 saylı sərəncamından çıxarışda torpaq sahəsi 0.10 ha göstərilsə də, torpaq sahəsinin plan-ölcü sənədi və faktiki vəziyyətdə 0.06 ha olduğu; torpaq sahəsinin bir hissəsinin **********20-10301 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Bununla bağlı iddiaçıya imtina cavabı verilmişdir. İş materiallarında olan : - Abşeron rayon İHB Fatmayl-Görədil kəndləri üzrə nümayəndəsinin 08 dekabr 1999-cu il tarixli 17 saylı sərəncamından görünür ki, X10 0.06 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. -DTXK-nin Abşeron rayon Şöəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli rəydə görünür ki,idarə Abşeron rayon İHB Fatmayl-Görədil kəndləri üzrə nümayəndəsinin 08 dekabr 1999-cu il tarixli 17 saylı sərəncamından görünür ki, X10 0.06 ha torpaq sahəsinə mülkiyyət hüququnadair sənədin verilməsinə etiraz etmir. - Abşeron rayon Fatmayı bələdiyyəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin çıxarış D.Qarayevaya ayrılmış torpaq sahəsinə dair tərtib edilmişdir. - İİ- ЖГ № 424994 seriyalı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X3 Əli Kazım oğlu ilə xx.xx.1981-ci ildə nikaha daxil olmuşdur. - Quba rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ№295118 seriyalı ğlüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. -Məhəmənin sorğusuna əsasən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Fatmayl-Görədil kəndləri ərazisndə yerləşən torpaq sahəsində aparılmış müayinə aktının təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir. -Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayon İHB xx.xx.1999cu il tarixli 017 saylı sərəncamın təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. - Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron rayon İHB Fatmayl- Görədil kəndləri üzrə nümayəndəsinin 08 dekabr 1999-cu il tarixli 17 saylı sərəncamından vətəndaş X6 adına olan arxiv çıxarışının təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, məhkəmə tərəfindən təqdim edilmiş Abşeron Rayonu Fatmayı X2 Çıxarışda torpaq sahəsinin koordinatları qeyd olunmadığından və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin koordinatları ilə ləğv edilmiş DT və XK tərəfindən X8 adına verilmiş torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlar ilə üst-üstə düşən hissəsi 0.0439 ha təşkil edir. iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları sxemdə göstərilmişdir. İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin koordinatları ilə **********20 reyestr nömrəli çıxarışla X4 adına sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0106 ha təşkil edir. Qeyd 1: Torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar mövcud olmuş, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqlar aradan qaldırılmışdır.Mülkiyyətçilər tərəfindən müraciət olunmadığı üçün plan ölçü sənədinə düzəliş olunmamışdır. Qeyd 2: İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin koordinatları ilə elektron məlumat bazasına əsasən (Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016- cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işlərindən sonra) **********20 reyestr nömrəli çıxarışla X1 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Avşeron rayon İcra Hakimiyyəti Başçısınnı xx.xx.1994-cü il tarixli 11 saylı sərəncamı ilə Fatmayı kəndi üzrə hər ailəyə 0.10 ha hesabı ilə 63 ailəyə 6.3 ha həyətyanı, 2.07 ha küçə və yollar altına; Goradil kəndi üzrə hər ailəyə 0.10 ha hesabı ilə 29 ailəyə 2.9 ha həyətyanı, 0.60 ha küçə və yollar altına torpaq sahəsi ayrılmışdır. Bundan sonra Abşeron rayon İHB-nın Fatmayi- Goradil kəndləri üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tareixli 17 saylı sərəncamı ilə bir sıra vətəndaşlara, o cümlədən X12 0.10 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə araşdırmasl zamanı müalınan mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin 0.0106 ha hissəsi sənəd üzrə X5 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bununla bağlı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək 0.0494 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnhun mərhum həyat yoldaşı D.Qarayevaya məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2, 2.7-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair .... yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1dək verilmiş qərar nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia olunmalı, Abşeron rayon İHB Fatmayl-Görədil kəndləri üzrə nümayəndəsinin 08 dekabr 1999-cu il tarixli 17 saylı sərəncamı ilə ayrılmış Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.0494 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Abşeron rayon İHB Fatmayl-Görədil kəndləri üzrə nümayəndəsinin 08 dekabr 1999-cu il tarixli 17 saylı sərəncamı ilə ayrılmış Abşeron rayonu Fatmayı kəndində yerləşən 0.0494 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum həyat yoldaşı X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-635/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-635/2024
30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver