Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6359/2025 22.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: üçüncü şəxsin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın hissəvi ləğv edilməsi) GİRİŞ HİSSƏ X7-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ("xxxx" MMC üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “üçüncü şəxsin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın hissəvi ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25 avqust 2003-cü il tarixli Torpağa mülkiyyət hüququna dair JN-0872 kod 30301004 nömrəli aktın, həmin Akt əsasında hazırlanan xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın 0,80 ha hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra, iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, DT və XK-nin Quba rayon şöbəsi tərəfindən "xxxx" MMC-nin adına verilmiş 25 avqust 2003-cü il tarixli Torpağa mülkiyyət hüququna dair JN-0872 kod 30301004 nömrəli dövlət aktının, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin akt əsasında işlənən 16.12 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın JN-0027 KOD ********* nömrəli Dövlət Aktına əsasən, iddiaçılara məxsus 0,80 ha hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN 0027 KOD ********* nömrəli Dövlət Aktına əsasən, iddiaçıların 0,80 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. 2004-cü il tarixidən həmin bağ sahəsindən istifadə etmiş, yeganə gəlir mənbəyi olmaqla hər il əldə etdikləri meyvə və yetişdirdikləri k/t məhsullarından istifadə etməklə dolanaraq, 9 000 (doqquz) manat gəlir əldə etmişlər. Cavabdeh keçmiş DT və XK-nin müdiri X3 iddiaçılara, o cümlədən həmin konturda torpaq sahəsi olan mülkiyyətçilərə müraciət edərək mülkiyyətlərində olan bağ sahəsinin dövlət ehtiyacları üçün alındığını, NK-nin qərarı qəbul edildikdən sonra həmin həcmdə başqa ərazidən torpaq sahəsi ayrılacağımı bildirməklə onlara torpaq sahəsini boşaltmağı təklif etmişdir. Digər mülkiyyətçilər kimi iddiaçılar da torpaq sahəsini cavabdeh X2 inanaraq təhvil vermişdir. Bundan sonra, keçən bu illər ərzində nə NK-nin qərarı qəbul olunmuş, nə də ki 0,80 ha bağ sahəsinin əvəzinə yeni bağ sahəsi ayrılmışdır. Cavabdeh X3 DT və XK-nin Quba rayon şöbəsinin müdiri olan Komitəsi ləğv olundu. 18 ailə öz mülkiyyət hüquqlarının bərpası üçün Respublikasının aidiyyatı orqanlarına müraciətlər ünvanladılar. Mülkiyyətçilərdən X4 və ailə üzvləri mülkiyyətlərində olan 0.60 ha bağ sahəsi ilə əlaqədar məhkəməyə iddia tələbi ila müraciət etmişlər. Quba Rayon Məhkəməsinin 13 iyul 2016-cı il tarixli qətnaməsi ilə Safıquliyevlər ilə "xxxx" MMC arasında bağlanılmış 05 avqust 2003-cü il tarixli, 4-Ə-238 reyastr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, "xxxx" MMC-nin adına 15 avqust 2003-cü il tarixli Dövlət Aktının və Azərbaycan Respublikası ƏMDK (indiki halda 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2014-cü il tarixində verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi qət edilmiş, qalan hissədə təmin edilməmişdir. İddiaçıların təmin olunmayan hissədən verdikləri apellyasiya şikayətinin isə qismən təmin edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin 06 fevral 2018-ci il tarixli, 2(105)725/2018 saylı qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 14 yanvar 2019-cu 11 tarixli 2(102)- 306/Z019 nomrəli qərarı ilə Notarius-Mehriban Quliyevanın kassasıya təmin edilməmiş apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC-nin adına cavabdeh X3 tərəfindən hazırlanan 15 avqust 2003-cü il tarixli Dövlət Aktından müəyyən olunur ki, guya iddiaçılar mülkiyyətlərində olan 0.80 ha torpaq sahəli reyestr, qeydiyyatı iddiaçılara məlum olmayan alqı-satqı müqaviləsi ilə "xxxx" MMC-yə satmışdır. Cavabdeh "xxxx" MMC arasında heç bir alqı-satqı müqaviləsi bağlamamışıq, cavabdeh Xudaverdiyevin tələbi ilə dövlət ehtiyacları üçün təhvil vermişdir. Sumqayıt İnzibati məhkəməsinin hakimi Vəfa Əzizovanın sorğusuna AR Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin cavabından "xxxx" MMC-nin adına JN-872 KOD 30301004 nömrəli torpğa mülkiyyət hüququna dair dövlət aktının verilməsi üçün əsas olmuş xx.xx.2003-cü il tarixli 43-238, 4Ə-139, 4*140.43-141, 43- 142, 43-143, 43-144, 43-US, 43-146, 43147 43-148,43-149, 4Ə-150, 43-151, 43-152, xx.xx.2003-cü il tarixli 43-173, 43-174 və 05.-8.2003- il tarixli 4ə 138 reyestr nömrəli alqısatqı müqavilələri istənilməsi barədə Dövlət Arxivinə daxil olmuş müraciətinəzə baxılmışdır. Həmin müqavilələrin "xxxx" MMC ilə deyil, digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir. Xidmətin 5 saylı Ərazi İdarəsinin məsul şəxsləri keçmiş DT və XK tərəfindən verilən Dövlət Aktında müəyyən edilən alqı-satqı müqavilələrin vəzifə səlahiyyətlərinə uyğun mövcud olmasını yoxlamadan dövlət reyesrti haqqında qanunu pozaraq, qanunsuz "xxxx" MMC-ə qanunsuz çıxarış hazırlaması müəyyən olunur. 20 iyul 2023-cü ildə mülkiyyətçilər Səfquliyevlərin məhkəmədə nümayəndəsi olmuş, digər mülkiyyətçilər Məmmədova Fakizə və ailəsinin etibarnamə ilə nümayəndəsi X6 məlumatlandırmışdır. İddiaçılar hesab edir ki, məhkəmə iddia tələbini preyudisial hal kimi qəbul etməklə tələbin təmin edilməsi barədə qərar qəbul etməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, iddia tələbi ilə bağlı Quba Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qərardadı ilə işə inzibati məhkəm qaydasında baxılmalı olması bildirilmişdir.
4. Məhkəmənin 01 oktyabr 2025-ci il tarixli, 2-1(118)-6359/2025 nömrəli qərardadı ilə iş üzrə "xxxx" MMC-nin üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
5. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı1 Quba şəhəri ünvanında yerləşən 14.1986 ha torpaq sahəsinə dair "xxxx" MMC-nin mülkiyyət hüququnu təstiq edən dövlət reyestrindən **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki: “Məlumat üçün bildiririk ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Quba şəhəri ünvanında yerləşən 14.1986 ha torpaq sahəsinə dair "xxxx" MMC-nin mülkiyyət hüququnu təstiq edən dövlət reyestrindən **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.”.
6. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında iştirakını təmin etməmişdir.
8. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
II. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
9. JN-0027 KOD 30301004 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 05 saylı qərarına əsasən, 0,80 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, Bağırova Gülnisə isə Tahir qızı, İddiaçı4 ayrılmışdır.
10. JN-0872 KOD 30301004 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Quba şəhər 1 saylı DNK-nun 16.4.2003-cü il tarixli, 4Ə-138, 139, 140, 141, 142, 143, 144, 145, 146, 147, 148, 149, 150, 151, 152, xx.xx.2003-cü il tarixli, 4Ə-173, 174 və xx.xx.2003-cü il tarixli, 4Ə-238 saylı alqı-satqı müqavilələsinə əsasən, 14,20 ha torpaq sahəsi "xxxx" MMC-yə ayrılmışdır.
11. 16.12.20214-cü il tarixli, **********79 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Quba şəhəri ərazisində yerləşən 14,198557 ha torpaq sahəsi "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir.
12. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, "xxxx" MMC-yə məxsus 14,197557 ha torpaq sahəsinə dair tərtib edilmişdir.
13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-15703/2023 saylı məktubdan görünür ki, RX № ******* seriyalı çıxarışın verilməsinə əsas "xxxx" MMC-nin adına verilmiş JN-872 saylı, Kod 30301004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" olmuşdur. Dövlət aktının verilməsinə əsas olmuş Quba şəhər 1 saylı DNK-nun müvafiq alqısatqı müqavilələri çıxarış üzrə sənəd məlumatları arasında aşkar edilməmişdir.
14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda görünür ki, İddiaçı1, İddiaçı2, Sultanova (Bağırova) Gülnizə Tahir qızının, İddiaçı4, X1, "xxxx" MMC barəsində Quba rayonu 1 saylı dövlət notariat ofisində xx.xx.2003-cü il tarixdə 4Ə-118, 139, 140, 141, 142, 143, 144, 145, 146, 147, 148, 149, 150, 151, 152, xx.xx.2003-cü il tarixdə 4Ə-173, 174, 05,08.2003-cü il tarixdə 4Ə-238 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrə dair notariat işinin surətinin istənilməsi barədə Dövlət notariat arxivinə daxil clmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, həmin dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2003-cü ildə təsdiq edilmiş daşınmaz əmlckın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən qeyd olunan şəxslər barəsind 3 rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda, bildiririk ki, arxivə təhvil verilmiş xx.xx.2003-cü il tarixdə 4Ə-138, 139, 140, 141, 142, 143, 144, 145, 146, 147, 148, 149, 150, 151, 152, xx.xx.2003-cü il tarixdə 4Ə-173, 174, xx.xx.2003-cü il tarixdə 4Ə- 238 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir.
15. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21- 3-34/2-12085/2025 nömrəli məktubdan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbələri tərəfindən verilmiş Dövlət aktlarının, şəhadətnamələrin, Torpaq sahəsinin planı ölçüsünün verilməsinə əsas olan sənədlər 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
III. İddianın növü və mümkünlüyü
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
17. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
18. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
19. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur.
20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
21. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur.
IV. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. İlk öncə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmasının məqsədi həmin əmlak üzərində olan hüquqların dövlət tərəfindən tanınmasıdır. Qeydiyyat orqanının vəzifəli şəxsləri Qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeydə alınacaq hüquqlarının dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmasının müəyyən edilməsi məqsədi ilə qeydiyyat orqanın vəzifəli şəxsləri tərəfindən daxili təlimatın tələblərinə əsasən müvafiq araşdırmalar aparmaq səlahiyətləri var. Təqdim edilmiş sənədlərin həqiqiliyində şübhələr olduğu tədqirdə hüquqların qeydə alınması proseduru dayandırılaraq həmin şübhəli halın aradan qaldırılması üşün tədbirlər görülür, şübhələr aradan qaldırılmadığı tədqirdə hüquqların dövlət reyesterində qeydiyyata alınmasından imtina olunur.
25. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 67-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2-ci maddəsinə əsasən, “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına təqdim olunmalıdır. 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. 14.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. 14.4-cü maddəsinə əsasən, qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir. 15.1.6-cı maddəsinə əsasən, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. 16.3-cü maddəsinə əsasən, əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
27. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalar”ın 1-ci bəndinə əsasən, dövlət reyestrinin aparılması dedikdə, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqları, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsi, onlara xitam verilməsi barədə məlumatların dövlət reyestrinə daxil edilməsi başa düşülür. 19-cu bəndinə əsasən, daşınmaz əmlak obyektinin ünvanı barədə məlumatlar İ fəslin “Ünvan (olduğu yer)” qrafasına daxil edilir. Bu məqsədlə daşınmaz əmlak obyektinin poçt ünvanı və həmin əmlakın harada olduğunu dəqiq müəyyən etmək üçün istifadə oluna biləcək digər məlumatlar qeyd edilir. 45-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq, qeydiyyat orqanına təqdim edilmiş əvvəl yaranmış hüquqlar barədə məlumatlar bu Qaydalarla nəzərdə tutulmuş qaydada dövlət reyestrinə daxil edilir.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
V. Məhkəmənin mövqeyi
29. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
30. Məhkəmə tərəfindən müəyyən edildi ki, Quba rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 05 saylı qərarına əsasən, 0,80 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, Bağırova Gülnisə isə Tahir qızı, İddiaçı4 ayrılmışdır. İddiaçılar Quba şəhəri ünvanında yerləşən 14.1986 ha torpaq sahəsinə dair "xxxx" MMC-nin mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş və bildirilmişdir ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Quba şəhəri ünvanında yerləşən 14.1986 ha torpaq sahəsinə dair "xxxx" MMC-nin mülkiyyət hüququnu təstiq edən dövlət reyestrindən **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür.
31. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-12085/2025 nömrəli məktuba əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbələri tərəfindən verilmiş Dövlət aktlarının, şəhadətnamələrin, Torpaq sahəsinin planı ölçüsünün verilməsinə əsas olan sənədlər 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir.
32. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-15703/2023 saylı məktuba əsasən, RX № ******* seriyalı çıxarışın verilməsinə əsas "Araz-A” MMC-nin adına verilmiş JN-872 saylı, Kod 30301004 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" olmuşdur. Dövlət aktının verilməsinə əsas olmuş Quba şəhər 1 saylı DNK-nun müvafiq alqısatqı müqavilələri çıxarış üzrə sənəd məlumatları arasında aşkar edilməmişdir.
33. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən, həmin dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 2003-cü ildə təsdiq edilmiş daşınmaz əmlckın özgəninkiləşdirilməsinə dair müqavilələrə baxış keçirilərkən qeyd olunan şəxslər barəsind 3 rəsmiləşdirilmiş müqavilə aşkar edilməmişdir. Eyni zamanda bildirilir ki, arxivə təhvil verilmiş xx.xx.2003-cü il tarixdə 4Ə-138, 139, 140, 141, 142, 143, 144, 145, 146, 147, 148, 149, 150, 151, 152, xx.xx.2003cü il tarixdə 4Ə-173, 174, xx.xx.2003-cü il tarixdə 4Ə-238 reyestr nömrələri ilə təsdiq edilmiş müqavilələrin digər şəxslər barəsində rəsmiləşdirildiyi müəyyən edilmişdir.
34. Beləliklə, məhkəmə araşdırması zamanı sözügedən dövlət aktının verilməsinə əsas olmuş alqı-satı müqavilələrinin mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən dövlət aktının verilməsinə əsas olmuş müqavilələrin mövcud olmaması, ümumiyyətlə həmin dövlət aktının hər hansı bir hüquqmüəyyənedici sənəd olmadan verilməsi qənaətinə gəlməyə əsas verir. Bu hal da qeyd olunan dövlət aktının ləğv edilməsi üçün əsasdır.
35. Məhkəmə hesab edir ki, hüquqların dövlət qeydiyyatını aparan orqan əsassız qeydiyyat apararaq, iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur.
36. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006cı il 29 mart tarixli Qərarı, § 93).
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
39. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 68, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. 25 avqust 2003-cü il tarixli Torpağa mülkiyyət hüququna dair” JN-0872 KOD 30301004 nömrəli "xxxx" MMC-nin adına verilmiş dövlət aktının JN-0027 KOD 30301004 nömrəli dövlət aktına əsasən iddiaçılara məxsus 0,80 ha hissəsində ləğv edilməsi və həmin dövlət aktı əsasında "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X7-Abbaszadə