Məhkəmə qərarları › İş №2-1(118)-6368/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6368/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6368/2024 31.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ X4 Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi X1 iştiraları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Paşa Sığorta ASC ilə xx.xx.2022-ci il tarixdə bağlanmış sığorta müqaviləsinə və Daşınmaz Əmlakın İcbari Sığortası haqqında RPA221023 7645 nömrəli, Seriya BB JNb 632970 saylı şəhadətnaməyə müvafiq olaraq Xaçmaz rayonu, Ləcət kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********49-10301 reyestr nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan qəzalı vəziyyətə düşmüş yaşayış evinə dəymiş ziyana görə sığorta məbləği olan 15000 manat olan pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Paşa Sığorta ASC ilə xx.xx.2022-ci il tarixdə bağlanmış sığorta müqaviləsinə və Daşınmaz Əmlakın İcbari Sığortası haqqında RPA221023 7645 nömrəli, Seriya BB JNb 632970 saylı şəhadətnaməyə müvafiq olaraq Xaçmaz rayonu, Ləcət kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********49-10301 reyestr nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan qəzalı vəziyyətə düşmüş yaşayış evinə dəymiş ziyana görə sığorta məbləği olan 15000 manat olan pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hüquqi yardım məqsədilə məhkəməyə çağrılmış iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, iddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hərəkətlərindən narazıdır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə, iddianın "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı yönəldilməsi ilə bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh qismində mütləq qaydada inzibati orqan çıxış edir. Bundan başqa İnzibati Prosessual Məcəllənin 27-ci maddəsi qısa olaraq inzibati prosesdə iştirakçıların dairəsinə dair qaydanı nəzərdə tutur. Normaya görə 2 qrup iştirakçılar fərqləndirilir. Birinci qrup prosesin “əsl iştirakçılar”ından, yəni iddiaçı və cavabdehdən, ikinci qrup isə prosesə “xüsusi qərar əsasında cəlb olunmuş iştirakçılardan təşkil olunur. Cəlb olunmanın xüsusi prosessual əhəmiyyətə malik olmasını nəzərə alaraq qanunverici bu institutu İPM-nin 28-ci maddədə aynca tənzimləmişdir. Prosesdə iştirakı zəruri olan iştirakçılar kimi iddiaçı və cavabdeh tanınır. İnzibati məhkəmə icraatında həm iddiaçı, həm də cavabdeh tərəfində şəxs və ya şəxslər birliyi çıxış edə bilər. Prosesdə iddiaçı və cavabdeh birlikdə tərəflər adlandırılırlar. Məhkəmə prosesində tərəflər qismində bir qayda olaraq öz adından dövlətdən mübahisəsinin həlli üçün hüquqi yardım istəyən və tələb edən şəxslər çıxış edirlər. Yəni məhkəmə prosesində tərəf kimi təmsil edən yox, təmsil edilən qəbul edilir. Prosesdə tərəf olan şəxs nə şahid, nə üçüncü şəxs, nə də başqa proses iştirakçısı qismində çıxış edə bilməz. Tərəflər ilə bağlı mülki prosessual qanunvericiliyin ümumi qaydaları tətbiq edilir. Əsl olmayan tərəfin əvəz edilməsi zamanı məhkəmə inzibati hüquqi qanunvericiliyin tələblərini nəzərə almaqla, MPM-in bu tərkiblə bağlı ümumi qaydalarını tətbiq edir. İnzibati prosessual qanunvericilik belə bir tezisdən çıxış edir ki, iddia ancaq o zaman yolveriləndir ki, iddiaçı həqiqətən də irəli sürdüyü tələbə malik olsun. Amma əgər prosesin gedişi zamanı hər hansı dəyişiklikdən irəli gələrsə ki, iddiaçı əsl olmayan tərəfdir, onda əsl olmayan iddiaçının razılığı əldə edildiyi halda, əsl iddiaçı ilə əvəz edilmə baş verir. Nəzərə alınmalıdır ki, inzibati orqanların iddiaçı qismində iddia tələbi ilə inzibati məhkəməyə müraciət etməsi İnzibati Prosessual Məcəllənin XVİ-XİX fəsillərində nəzərdə tutulur. Qeyd olunan Məcəllənin müvafiq fəsilləridə iddiaçı qismində inzibati orqanların cavabdeh qismində müəyyən hüquqi şəxslərə qarşı iddia tələbi nəzərdə tutulub. Hesab olunur ki, İnzibati Prosessual Məcəllənin XVİ-XİX fəsillərində nəzərdə tutulmayan hüquqi şəxslərə qarşı inzibati orqanların iddia tələblərinə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Başqa sözlə desək hər hansı bir inzibati orqanın nəzdində olmayan "xxxx" ASC-yə qarşı yaranmış mübahisənin əsası mülki hüquq münasibətlərindən qaynaqlanırsa həmin mübahisəyə inzibati icraat qaydasında baxılması mümkün deyil. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, hazırkı iddia ilə Mülki Prosessual Məcəlləsinə uyğun olaraq müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Paşa Sığorta ASC ilə xx.xx.2022-ci il tarixdə bağlanmış sığorta müqaviləsinə və Daşınmaz Əmlakın İcbari Sığortası haqqında RPA221023 7645 nömrəli, Seriya BB JNb 632970 saylı şəhadətnaməyə müvafiq olaraq Xaçmaz rayonu, Ləcət kəndində yerləşən ********** qeydiyyat nömrəli, **********49-10301 reyestr nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan qəzalı vəziyyətə düşmüş yaşayış evinə dəymiş ziyana görə sığorta məbləği olan 15000 manat olan pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar