Məhkəmə qərarları › İş №2-1(118)-637/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-637/2022

12.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-637/2022 12.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 38a/44, mənzil 16-da yaşayan) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xx.xx.2021 -ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab veilməməsi faktının cavabdeh nazirliyin qanunpozuntusu kimi tanınması barədə iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli şikayət ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin qanunpozutusu kimi tanınması və həmin ərizəyə cavab veriulməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 1.57 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qəbul etdiyi əlillik təyinatından imtina qərarının ləğvi tələbi barədə xx.xx.2021 -ci il tarixli şikayət ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilməməsi faktının cavabdeh zazirliyin qanun pozuntusu kimi tanınması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qəbul etdilmiş Əlillik təyinatından imtina qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qərardan xx.xx.2021 -ci il tarixli şikayət ərizəsi göndərmişdir. Həmin xx.xx.2021 -ci il tarixli ərizəsində qərarın ləğv edilməsini və qəbul ediləcək qərarın surətinin ona təcili göndərilməsini xahiş etmişdir. Lakin, bu günə kimi müraciətinə cavab verilməmişdir. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının “əlilliyin təyin edilməsi ilə bağlı” 15 iyul 2021-ci il tarixli nömrəli müraciəti nazirlik tərəfindən 18 oktyabr 2021-ci il tarixli **********5 nömrəli məktubla cavablandırılmışdır. İş materiallarına əlavə edilmiş : - Poçt xəbərnaməsinin surətindən İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsini AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə alınmışıdır. -TSEK-nin alt sistemindən çıxarışdaN görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə elektron qaydada məktub göndərilmişdir ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı tələbində onun ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilməməsinin qanunpozuntusu kimi tanınmasını tələb edir. Məhkəmə araşdırması zaçamı cavabdeh inzibati orqanın iddiaçının müraciətinə qanunvericiliklə müəyyən edilmiş müddətvə və qaydada cavab verilməsi öz təsdiqini tapmadı. Cavabdeh bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilmədi. Belə ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Göstərilən Qanunun 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Qanunun 10.2-ci maddəsinə görə bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır (10.3). Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır (10.4). Həmin Qanunun 8.1-ci maddəsinə əsasən müraciət aşağıdakı hallarda baxılmamış saxlanılır...... 8.1.4. vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda. 8.2-ci maddəsinə görə bu Qanunun 8.1-ci maddəsində göstərilən hallarda müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciət edən şəxsə səbəblər göstərilməklə müraciətin (anonim müraciət istisna olmaqla) baxılmamış saxlanılması barədə beş iş günündən gec olmayaraq, şifahi müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda isə dərhal məlumat verir. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüququ şəxslərdə və büdcə təşkilatlarında kargüzarlıöın aparılmasına dair Təlimat” :

1. Bu Təlimat dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılması işini, o cümlədən sənədlərin hazırlanmasını, qeydiyyatını, hərəkətini, icrasını, uçotunu və arxivə verilməsini tənzimləyir.

97. İmzalanmış sənədlər qeydə alınmaq və göndərilmək üçün kargüzarlıq xidmətinə verilir.

98. Göndərilən korrespondensiyanın işlənməsinə onun növlərə ayrılması, zərflərin hazırlanması, göndəriş dəyərinin müəyyənləşdirilib yazılması, sifarişli poçt göndərişlərinin siyahısının tərtib edilməsi və elə həmin gün rabitə xidmətinə verilməsi daxildir. Sənədlər tamamilə tərtib olunmuş şəkildə poçt göndərişi kateqoriyası haqqında qeydlə (adi göndərişlərdən başqa) göndərilmək üçün verilir. Mühüm zərurət olmadan sənədlər sifarişli məktubla göndərilmir.

128. Sənəd ancaq orada qaldırılan məsələlər həll olunduqda və sənəd göndərənə mahiyyətcə cavab verildikdə icra edilmiş sayılır. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilən vətəndaşın müraciətinə cavabın qeydiyyat vərəqindən görünür ki, sənədin (cavabın) xx.xx.2021-ci il tarixdə tərtib olunmaqla hazır olsa da, sənədin göndərilmə üsulu və tarixi qeyd olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının müraciətinə cavab verilmədiyindən, yəni hazırlanmış cavab məktubunun ona təqdim edilməməsindən həmin müraciət icra edilmiş sayıla bilməzdi. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən arayış iddiaçının müraicətini tam əhatə etmədiyindən iddia tələbi təmin edilmiş kimi qəbul edilmir. Belə ki, iddiaçı şikayət ərizəsində əlilliyin tıyin olunmasından imtina qərarının ləğv olunmasını və əlilliyi təsdiq edən qərarın verilməsini tələb edir. Cavabdeh tərəfindən təqdim edilən cavab məktubunda isə artıq ona cavabların verildiyini və qərardan narazı olduğu halda qəbul şöbəsinə yaxınlaşa biləcəyi bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı əilliyin təyin edilməsindən imtina barədə qərarın ləövi ilə bağlı xx.xx.2021-ci il tarixli şikayət ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilməməsi qanunpozutusu kimi tanınsın. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar