Məhkəmə qərarları › İş №2-1(118)-6377/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6377/2025

09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6377/2025 09.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Əhmədova Nərgiz Zahid qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh X2nə qarşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı Cavabdehnə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlillik dərəcəsini düzgün müəyyən etməklə hüququn yarandığı xx.xx.2021-ci il tarixdən müddətsiz olaraq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X2nin 24 aprel 2025-ci il tarixli qərarın ləğv edilməsi və iddiaçıya 24 aprel 2025-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar orqanizm funksiyalarının 65-80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-сü il tаriхdə anadan olmuşdur. 2013-cü ildən xx.xx.2021-ci ildə təxris оlunanadək AR FHN-nin Sumqayıt Yanğından Mühafizə Xidmətində уаnğınsöndürən vəzifəsində xidmət еtmiş, xx.xx.2021-ci ildə iş saatında xidməti vəzifəsini уеrinə уеtirərkən komaya düşmüş və хəstəxanaya aparılmışdır. Нəmin gündən mütəmadi və fasiləsiz stasionar va ambulator müalicələr almışdır. Мüalicənin 6-cı ayı tamam olandan sоnrа саvabdehə iddiaçıya əlillik təуin edilməsi üçün bir neçə dəfə göndəriş verilmiş, əуаni komissiyadan keçmişdir, Lakin cavabdeh iddiaçıya əlillik təyin edilməsindən əsassız imtina etmişdir. İddiaçı bu imtinadan nаrаzı qaldığı üçün məhkəməуə mürасiət еtmişdir. Sumqaylt İnzibati Məhkəməsinin 08.09.202З-сü il tarixli, 2-1(118)-186212023 saylı qəгаrı ilə iddia tələbi təmiп edilmiş və iddiaçıya əllliуiп təmin edilməsi öhdəliуi саvаbdehə həvalə edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikауətləri təmin edilməmiş və qərar qüvvədə saxlanılmışdır. Мəhkəmə qərarlarından sопrа iddiaçıya xx.xx.2024-cü il tarixdən orqanizm funksiyaların 40% pozulması səbəbi ilə lll dərəcəli əlillik 1 il müddətinə təyin edilmişdir. З1.01.2025-ci il tarixdən ona əlilliуə görə pensiyanın vеrilməsi dayandırılmış və o xx.xx.2025-ci il tarixdə уеnidən müауinəуə dəvət edilmişdir. Cavabdeh оrqаn qüvvədə оlаn məhkəmə qərаrlаrını уеnidən heçə sауаrаq bürokratik özbaşınalıqları ilə dövlətin adından çıxarılmış məhkəmə qərаrlаrının nəticə hissəsini dəyişdirərək iddiaçıya уеnidən imtina vermişdir. Qüvvədə оlаn məhkəmə qərаrlаrındа əlilliуin təуin еdilməsi vəzifəsi саvabdehə həvalə edilsə də cavabdeh qısa zamanda oyunlar оуnауаrаq iddiaçı kimi minlərlə vətəndaşı bu dövlədaən narazı salırlar. Оnа görə də yenidən məhkəməуə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı S.Abdullayev adına Elmi-Tadqiqat Kardiologiya lnstitutu, Fövqaladə Наllаг Nazirliyi Tibb Хidmətinin Tibb Mərkəzi, Bakı Respublika Endokrinoloji Мərkəzi, Silahlı Qüvvələrin Ваş Klinik Hospitalı, X10 adına Milli Oftomalogiya Мərkəzi,Аkаdеmik M.Topgubaşov adına Elmi Сərrаhiууə Mərkəzi РНŞ və s. хəstəхаnаlаrdа müayinə və müаliсələr almışdır. Müalicələrdən sоnrа vəziyyətində dəyişikliklər olmamış, əksinə vəziууəti ağırlaşmışdır. İddiaçı hal-hazırda şəkərli diabed, 2 tip ağır formalı insulin tələbli. Dekorpensasiya mərhələsi, çoxsaylı аğırlaşmа, ürək prolapsı 1, Аğırlaşmаlаr: Periferik qan dövranının pozğunluğu ilə, aşağı ətrаflаrın diabetik angiopatiyası 3, hiреrtоniуа 3, diabetik polinevropatiya, diabetik ensifolapiya, diabetik retinopatiya va s. Yanaşı хəstəliklər: düyünlü zob, Asteno nevrotik Sindrom, Trifazik axrm, URX gərginlik Stenokardiyası 3, Durğunluq Orаk çatmamazlığı 2, Хrопiki urak çatmamazlığı, LVEF-48%, Astiqmatizm, ОU-Мürəkkəb Miopik Astiqmatizm və s. хəstəliklərdən əziyyət çəkir. Наbelə sağ əlin bаrmаqlаrı qıc olmuş, bükülmür, sağ baldırda gərginlik əmələ gələrək hərəkəti məhdudlaşmışdıг. İddiaçı bildirir ki, o yеriуən zaman ахsayır və danışıq qabiliyyəti tam оlаrаq pozulmuşdur. Cavabdehin bu qədər рrоblеmlərin qarşılığında iddiaçının əlilliyini, sağlamlıq imkanlarını 40 % məhdudlaşmasını göstərməsi qanuna ziddir.

4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Ekspertiza komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 1146 nömrəli X6 verilmişdir. Həmin şəhadətnamədə “İnsulin tələbli şəkərli diabet, İİ (ikinci) tip, orta ağır forma, subkompensasiya mərhələsində. Preproliferativ diabetik retinopatiya. Diabetik ensefalopatiya. Diabetik polineyropatiya. Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası, İİ (ikinci) funksional sinif. Aorta və tac arteriyaların aterosklerozu. Ürək çatışmazlığı, İİ (ikinci) funksional sinif. Hipertoniya xəstəliyi, İİ (ikinci) mərhələ. Xroniki eritematoz qastrit, remissiya mərhələsində. Hər iki gözün sadə miopik astiqmatizmi, Em/M-2.25 D” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilir ki, vətəndaş xx.xx.2024-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı nitqində kəkələmə müşahidə olunmuş, insulindən asılı şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini, xidmət vaxtı komaya düşdüyünü bildirmiş, sağ ətraflarında narahatlıqdan şikayətlənmişdir. Anamnezində qardaşının şəhid olduğunu qeyd etmişdir. Müayinə zamanı arterial təzyiqi 160/100 mm.cv.st olmuş, sağ bud nahiyəsini bintlə sıxdığı izlənmiş, diaqnozlarda polineyropatiya və insulin tələbli şəkərli diabet qeyd edilsə də, refleksləri canlı alınmış, nevroloji pozuntu əlamətləri müşahidə edilməmişdir. Baxış zamanı hər iki aşağı ətrafda tük örtüyü saxlanılmış, hər iki aşağı ətrafda ön və arxa qamış arteriyaları üzərində dolğun nəbz hiss edilmiş, sağ budunu sıxdığı üçün sağ baldırda şişkinlik qeyd edilmiş, lakin əlillik təyinatına əsas verə biləcək patologiya aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı nitqində kəkələmə nümayiş etdirmiş, ağızda quruluq hissindən, yüksək arterial təzyiqdən şikayətlənmişdir. Anamnestik məlumatlarında “İnsulin”dən asılı şəkərli diabet xəstəliyindən və ürək çatışmazlığından əziyyət çəkdiyini, işemik insult keçirdiyini bildirmişdir. 2021-ci ildən özünü xəstə hesab etdiyini, komaya düşdüyünü, kəkələməsinin həmin vaxtdan etibarən yarandığını qeyd etmişdir. Medikamentoz preparatlardan “Diabzid”, “Lantus”, “Amlessa”, “Valeriana” və s. qəbul etdiyini bildirmişdir. Baxış zamanı hər iki topuq nahiyəsi və ayaqarxasında nəbz qeyd edilmiş, soltərəfli flebektomiyanın çapığı izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Müayinə zamanı arterial təzyiqi 180/100 mm müəyyənləşdirilmişdir. Nevroloji stastus: Müayinə zamanı vətəndaşın həyəcanlı və gərgin olması müşahidə edilmişdir. Vətər refleksləri orta canlı alınmış, əzələ tonusu normal olmuş, patoloji reflekslər aşkarlanmamışdır. Ətraflarda atrofiya, hipotrofiya, parez qeyd edilməmiş, yeriş zamanı bir qədər axsama müşahidə edilmişdir. Əl barmaqlarında açma, bükmə, yaxınlaşdırma, uzaqlaşdırma hərəkətlərini icra etmiş, İİİ, İV barmaqların orta-distal falanqa səviyyəsində bir qədər deformasiya müşahidə edilmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji ağırlaşma müşahidə edilməmişdir. Psixi status: Simulyativ davranış sərgiləyərək kəkələməyə çalışmış, emosional labil şəxs kimi dəyərləndirilmişdir. Vətəndaş yalnız son illərə aid tibbi sənədlər təqdim etmişdir. Hal-hazırda əlilik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 224/1435 nömrəli Tibbi rəyində diaqnoz “Hal-hazırda psixi xəstəlik əlamətləri aşkar olunmadı” kimi qeyd edilmişdir. Sumqayıt Hospitalın xx.xx.2022-ci il tarixli EMG müayinəsinin nəticəsi “Əldə olunan elektrofizioloji göstəricilər qalın lif polineyropatiyanı düşündürməklə bərabər bu EMG incə lif polineyropatiyasını inkar etmir” kimi qeyd edilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 003491 nömrəli Çıxarışında diaqnoz “Şəkərli diabet, tip 2, ağır dekompensasiya mərhələsi. OU-Diabetik retinopatiya. Diabetik polineyropatiya. Diabetik poliensefalopatiya. Aşağı ətrafın diabetik neyropatiyası. Mürəkkəb miopik astiqmatizm. Stabil gərginlik stenokardiyası, İİİ fs. Arterial hipertenziya, İİİ dərəcə. Ürək çatışmazlığı, İİ fs.” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik C.Abdullayev adına X2 xx.xx.2025-ci il tarixli müayinəsinin nəticəsi “ÜİX. Stabil gərginlik stenokardiyası İİİ F.S. Arterial hipertoniya İİİ dərəcə. İnsulindən asılı olmayan Şəkərli Diabet tip 2. İnsulintələbli. Çoxsaylı ağırlaşmalarla. Dekompensasiya mərhələsi. Xroniki ürək çatmamazlığı İİ F.S. (LVEF-48%)” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Sumqayıt Tibb Mərkəzinin xx.xx.2025-ci il tarixli EMQ müayinəsinin nəticəsi “Sinir keçiricilik testindən əldə olunan elektrofizioloji göstəricilər normal sərhədlər daxilindədir. Qalın lif polineyropatiyası inkar olunsa da, incə lif polineyropatiyası inkar olunmur” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Müayinə sinus taxikardiyası fonunda aparıldı (HR=109). Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib, sistolik funksiyası (LVEF=61%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. İAs anevrizmatik formadadır (sağdan sola deviasiya). Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard səhifələrinin sol mədəciyin posterior divarının arxasında sistola 1.8 mm genişlənməsi izlənilir (Perikardial maye minimal). PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min TÇ qeyd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Aşağı ətraf arteriyalarının dopplerografiyası müayinəsinin nəticəsi “Magistral arteriyaların aterosklerozu, hemodinamik əhəmiyyətli daralmalar izlənilmir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. X10 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2025-ci il tarixli 1014 nömrəli Tibbi rəyində diaqnoz “VİS Ou=0,3 k/i 0,8 (onda səkkiz). OU- Astiqmatizm” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Oftalmoloq müayinəsinin nəticəsi “OU-mürəkkəb miopik astiqmatizm. VİS OD=0.1 k/i 0.6, VİS OS=0.2 k/i 0.8” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Beləliklə, aparılan anamnestik, obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək psixoproduktiv psixosimptomatika, nevroloji defisit və patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

b) Tərəflərin iştirakı və izahatları

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

8. xx.xx.2021-ci il tarixli, 1146 nömrəli X6dən görünür ki, diaqnoz və xəstəliyin səbəbli əlaqəsi “xəstəlikdir, xidmət dövründə alınmışdır” qeyd edilmişdir.

9. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçıya orqanizm funksiyalarının 40 faiz pozulmasına görə 1 il müddətinə əlillik təyin olunmuşdur.

10. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2025-ci il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 xx.xx.2025-ci il tarixli, T 918/2025 saylı ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, Vətəndaş İddiaçı "Sumqayıt Tibb Mərkəzi”ndə 25.09- xx.xx.2025-ci il tarixlərində XBT-10 kodu üzrə “186.1-xayalıq venalarının varikoz genəlməsi, E11.8insulindən asılı olmayan şəkərli diabet, dəqiqləşdirilməmiş ağırlaşmalarla" klinik diaqnozu ilə müayinə və müalicədə olmuşdur. -Vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə Akademik M.A.Topçubaşov adına "Elmi-Cərrahiyyə Mərkəzi"ndə müayinə olunarkən ona "179.2aşağı ətrafların diabetik angiopatiyası, xroniki işemiya İİ dərəcə, E11-şəkərli diabet İİ st. tip ağır forma" diaqnozu qoyulmuşdur. -Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə Akademik C.Abdullayev adına "X1 aparılmış müayinələrdən (EKQ, ExoKQ və əyani) sonra "İ20.8- ÜİX, stabil gərginlik stenokardiyası İİİ fs., İ11.0- arterial hipertoniya İİİ dərəcə, E11.7insulindən asılı olmayan şəkərli diabet İİ tip çoxsaylı ağırlaşmalarla (insulin tələbli) dekompensasiya mərhələsi, İ50.0-xroniki ürək çatışmazlığı İİ fs. (LVEF-48%). O, hazırda da yuxarıda qeyd edilmiş bütün xəstəliklərdən əziyyət çəkir. İş materiallarında onun toksiki ensefalopatiya xəstəliyindən əziyyət çəkməsi barədə tibbi sənəd olmadığından hazırda həmin xəstəlikdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Vətəndaş İddiaçı adına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Ekspertiza komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 1146 nömrəli "X6"dən görünür ki, onda müəyyən edilmiş “İnsulin tələbli şəkərli diabet, İİ (ikinci) tip, orta ağır forma, subkompensasiya mərhələsində, preproliferativ diabetik retinopatiya, diabetik ensefalopatiya, diabetik polinevropatiya, ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, İİ (ikinci) funksional sinif, aorta və tac arteriyaların aterosklerozu, ürək çatışmazlığı İİ (ikinci) funksional sinif, hipertoniya xəstəliyi İİ (ikinci) mərhələ, xroniki eritematoz qastrit remissiya mərhələsində, hər iki gözün sadə miopik astiqmatizmi, Em/M-2,25 D" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlik- dir, xidmət dövründə alınmışdır".

12. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1862/2023 qərarına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair iddiası təmin edilmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(105)-149/2024 nömrəli qərarına apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1862/2023 qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2391/2024 nömrəli qərardadına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-149/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

15. İddia tələbi İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

16. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati- Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilibverilməməsi yoxlanılmalıdır.

17. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İPM-in 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

18. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş, xx.xx.2025-ci il tarixdə sistemə daxil edilmişdir. İddiaçı isə xx.xx.2025-ci il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində məhkəməyə müraciət etmişdir.

19. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

b) Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 4.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarının: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində X2nin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 1.8-ci bəndinə əsasən əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

23. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının: 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 11.2-ci bəndinə əsasən şəkərli diabet səbəbindən orqanizmin funksiyalarının davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi şəkərli diabetin ən geniş yayılmış endokrin patologiyası olaraq xroniki əlillik vəziyyətinə çatdıran fəsadlaşmalara gətirən xəstəlik olduğunun nəzərə alınması ilə aparılır. Şəkərli diabetin ağırlaşmalarına kamorbidliyin yüksək göstəriciləri ilə səciyyələnən diabetik mikro və makro angiopatiyalar aid edilir. 11.2.5. şəkərli diabet periferik qan dövranının pozulması ilə (diabetik angiopatiya, qanqrena) – E10-E14. Qiymətləndirmə: 11.2.5.1. diabetik makroangiopatiya hər iki aşağı ətrafda, XAÇ İİ mərhələ - 40 faiz, 1 il.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması 1.3-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bəndinə əssən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

27. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir.

28. Belə ki, iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş və Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

29. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X11 xx.xx.2025-ci il tarixli, T 918/2025 saylı ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, Vətəndaş İddiaçı "Sumqayıt Tibb Mərkəzi”ndə 25.09- xx.xx.2025-ci il tarixlərində XBT-10 kodu üzrə “186.1-xayalıq venalarının varikoz genəlməsi, E11.8insulindən asılı olmayan şəkərli diabet, dəqiqləşdirilməmiş ağırlaşmalarla" klinik diaqnozu ilə müayinə və müalicədə olmuşdur. -Vətəndaş İddiaçı xx.xx.2023-cü il tarixdə Akademik M.A.Topçubaşov adına "Elmi-Cərrahiyyə Mərkəzi"ndə müayinə olunarkən ona "179.2aşağı ətrafların diabetik angiopatiyası, xroniki işemiya İİ dərəcə, E11-şəkərli diabet İİ st. tip ağır forma" diaqnozu qoyulmuşdur. -Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə Akademik C.Abdullayev adına "X1 aparılmış müayinələrdən (EKQ, ExoKQ və əyani) sonra "İ20.8- ÜİX, stabil gərginlik stenokardiyası İİİ fs., İ11.0- arterial hipertoniya İİİ dərəcə, E11.7insulindən asılı olmayan şəkərli diabet İİ tip çoxsaylı ağırlaşmalarla (insulin tələbli) dekompensasiya mərhələsi, İ50.0-xroniki ürək çatışmazlığı İİ fs. (LVEF-48%). O, hazırda da yuxarıda qeyd edilmiş bütün xəstəliklərdən əziyyət çəkir. İş materiallarında onun toksiki ensefalopatiya xəstəliyindən əziyyət çəkməsi barədə tibbi sənəd olmadığından hazırda həmin xəstəlikdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Vətəndaş İddiaçı adına Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Ekspertiza komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 1146 nömrəli "X6"dən görünür ki, onda müəyyən edilmiş “İnsulin tələbli şəkərli diabet, İİ (ikinci) tip, orta ağır forma, subkompensasiya mərhələsində, preproliferativ diabetik retinopatiya, diabetik ensefalopatiya, diabetik polinevropatiya, ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, İİ (ikinci) funksional sinif, aorta və tac arteriyaların aterosklerozu, ürək çatışmazlığı İİ (ikinci) funksional sinif, hipertoniya xəstəliyi İİ (ikinci) mərhələ, xroniki eritematoz qastrit remissiya mərhələsində, hər iki gözün sadə miopik astiqmatizmi, Em/M-2,25 D" diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlik- dir, xidmət dövründə alınmışdır".

30. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: 11.2.5. şəkərli diabet periferik qan dövranının pozulması ilə (diabetik angiopatiya, qanqrena) – E10-E14. Qiymətləndirmə11.2.5.1. diabetik makroangiopatiya hər iki aşağı ətrafda, XAÇ İİ mərhələ - 40 faiz, 1 il.

31. Göründüyü kimi iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.

32. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X2nin əlilliyin təyin olunmasından imtina edilməsi barədə 24 aprel 2025-ci il tarixli qərarı ləğv edilməli, İddiaçı 24 aprel 2025-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Cavabdehn üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ:

33. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. X2nin əlilliyin təyin olunmasından imtina edilməsi barədə 24 aprel 2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı 24 aprel 2025-ci il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Cavabdehn üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar