Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-638/2022 30.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Pensiya işinin hər bir vərəqinin möhürlə təsdiqlənmiş vəziyyətdə surətinin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, 19.11.2021-ci il tarixli məlumat almaq barədə ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilmədiyi, o cümlədən cavabın poçt şöbəsinə təhvil verilməsi tarixini qiymətləndirərək, cavabdehin hərəkətlərinin qanun pozuntusu kimi tanınmasına, məlumatı verməmək və ya gecikdirmək Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun 9.3.8-ci maddəsinə əsasən Vəzifəli şəxsin korrupsiyaya şərait yaradan hüquqpozması sayılması baxımından Məhkəmə tərəfindən qiymət verilməsi və poçt göndərişinə görə ödədiyi 1,17 manat pulun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından xeyrinə tutulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2rşı iddia qaldıraraq “19.11.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsi cavabdehin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması və poçt göndərişinə görə ödənilmiş 1.17 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək “Pensiya işinin hər bir vərəqinin möhürlə təsdiqlənmiş vəziyyətdə surətinin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, 19.11.2021-ci il tarixli məlumat almaq barədə ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilmədiyi, o cümlədən cavabın poçt şöbəsinə təhvil verilməsi tarixini qimətləndirərək, cavabdehin hərəkətlərinin qanun pozuntusu kimi tanınmasına, məlumatı verməmək və ya gecikdirmək Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası qanununun 9.3.8-ci maddəsinə əsasən Vəzifəli şəxsin korrupsiyaya şərait yaradan hüquqpozması sayılması baxımından Məhkəmə tərəfindən qiymət verilməsi və poçt göndərişinə görə ödədiyi 1,17 manat pulun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsindən xeyrinə tutulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardımın edilmiş, iddiaçı yenidən dəqiqləşdirmə verərək, cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaçının pensiya işinin hər bir vərəqinin möhürlə təsdiqlənmiş vəziyyətdə surətini təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi Leyla Məmmədova pensiya işinin tikilib-qaytanlanmış, səhifələri nömrələnmiş və əsas möhürlə təsdiq edilmiş vəziyyətdə 12 aprel 2022-ci il tarixinə qədər iddiaçıya verəcəyi barədə söz vermişdir. İddiaçı cavabdehin nümayəndəsinin alicənablığına inanıb və hakim İ.Quliyevin qarşısında verdiyi sözə inanıb iddia ərizəsinin geri götürülmüş hesab edilib, işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, Leyla Məmmədovaya öz təşəkkürünü bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, yenidən məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İnzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-638/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-638/2022
30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver