Məhkəmə qərarları › İş №2-1(118)-639/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-639/2022

09.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-639/2022 09.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı cavabdeh Abşeron rayon Mərkəzi X1rşı “əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq elektron arayış hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə yerləşdirilməsi vəzifəsinin və həmin arayışın düzgün qaydada tərtib edilməməsinə görə geri qaytarılmaması üçün prosesin nəzarətdə saxlanılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı şəkərli diabet tip 1. ağır gedişli. Diabetik ensefalopatiya" və digər diaqnozlar üzrə xəstəliklərdən əziyyət çəkir. Xəstəliyinə görə Abşeron Rayon Mərkəzi Xəstəxanasının fərqi tarixlərdə müvafiq göndərişləri əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya xx.xx.2014-ci il tarixdə 1 illik müddətdə, xx.xx.2015-ci il tarixdə növbəti dəfə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə isə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlilliyi növbəti dəfə xx.xx.2021-ci il tarixdə müayinə olunmalı idi və ya həmin tarixdən sonrakı maksimum 6 ay müddətdə əlilliyi müayinə olunaraq qiymətləndirilməlidir ki, iddiaçının hüquqları pozulmasın və pozulmuş hüquqları bərpa olsun. Xəstəliyinə görə mütəmadi olaraq müalicələr qəbul etmiş, həmçinin, daimi olaraq gün ərzində 5 dəfə dərialtı sahəsinə "insulin" qəbul edir. Həmin "insulin" dərman və şpirisləri müəyyən olunmuş normadan az miqdarda da olsa dövlət tərəfindən verilir. İddiaçı Mirqasımov adına Respublika Klinik Xəstəxanasında sonuncu dəfə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək stasionar qaydada müayinə və müalicə alaraq xəstəxanadan çıxdıqdan sonra müvafiq çıxarışı Abşeron Rayon Mərkəzi Xəstəxanasına təqdim etmişdir. Həmin tibbi çıxarış eyni zamanda əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün istifadə olunmalı idi. Lakin əlilliyinin növbəti dəfə qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi olaraq cavabdeh orqan "Abşeron Rayon Mərkəzi Xəstəxanası" X9 əlillik vəziyyətinin müvafiq orqan tərəfindən qiymətləndirilməsi üçün forma- 88 nömrəli arayışı hazırlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə yerləşdirilməsini təmin etmir. Əlilliyi barədə forma-88 nömrəli arayışı tərtib edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin ''Əlillik" altsisteminə yerləşdirməkdən qeyri-rəsmi olaraq imtina edir və bu barədə müraciətlərinə rəsmi qaydada cavab vermir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq elektron arayış hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə göndərilməsinin təmin edilməsi və həmin arayışın düzgün qaydada tərtib edilməməsinə görə geri qaytarılmaması üçün prosesin nəzarətdə saxlanılması üçün xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə cavabdeh "Abşeron Rayon Mərkəzi Xəstəxanası" X8 müraciət etmişdir. Müraciəti xx.xx.2021-ci il tarixdə cavabdeh orqan tərəfindən qəbul edilmişdir, lakin hazırkı dövrədək qeyd olunan müraciəti üzrə cavabdeh orqan heç bir hərəkət etmədiyinə və müraciətinin icraatı barədə məlumat vermədiyinə görə cavabdeh orqanın hərəkətlərini qanununsuz hesab edərək müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Abşeron rayon X5 Hüquqi Şəxs iddia tələbinə etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasından çıxdıqdan sonra verilmiş və iddia ərizəsinə əlavə edilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan iddiaçıda “şəkərli diabet tip 1 ağır forma (E 10.7) və Preproliferativ diabetik retinopatiya (M36.0)” diaqnozlarının qoyulduğu görünür. Bundan sonra Abşeron rayon Mərkəzi Xəstəxanasında müayinə olunduqdan sonra (1. Okulist: Preproliferativ daibetik retinopatiya (M 36.0), 2. Nevropatoloq: Osteoxondroz (M42), Radikulopatiya (M 54.1), 3. Kardioloq: Şəkərli diabet tip 1 ağır forma (E 10.7) diaqnozu qoyularaq imtina verilmişdir. İmtinaya əsas yuxarıda göstərilən diaqnozların heç birisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə öz əksini tapmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmiş, sonuncu məhkəmə iclasında iştirak edə bilməyəcəyinə dair məhkəmənin elektron ünvanına ərizə ünvanlamış, işə onun iştirakı olmadan baxılması və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ünvanlanmış ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin T/218/2022 nömrəli rəyi ilə məhkəmənin sualından kənara çıxaraq cavabdehin əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq elektron arayışın hazırlanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya sisteminin “Əlillik” altsisteminə yerləşdirilməməsinə də öz münasibətini bildirmişdir. Halbuki əlillik vəziyyətinin qiymətləndirilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətində olan bir məsələdir. Həmçinin ekspertiza Respublika Kliniki Xəstəxanası tərəfindən iddiaçıya təyin olunmuş xəstəlik diaqnozlarını təsdiq etmişdir. Odur ki, iddiaçının xəstəliyi və həmin xəstəliyinə görə xx.xx.2021-ci il tarixədək əlillik dərəcəsinin olması və pensiya alması əsas verir ki, əlillik vəziyyətinin aidiyyatı orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirilməsi üçün cavabdeh Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən forma 88 arayışı tərtib olunaraq yerləşdirilsin. Çünki əlilliyin olub-olmaması Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin səlahiyyətindədir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə hazırkı işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə daxildir: • İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin elektron surətindən görünür ki, iddiaçı xx.xx.1986-cı ildə Gədəbəy rayonunun Novo kəndində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən iddiaçının əsas xəstəliyinin şəkərli diabet tip 1 ağır forma olduğu, 8 ildir ki, şəkərli diabet xəstəsi olduğu, insulin qəbul etməsi qeyd edilmişdir. • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 haqqında arayışa əsasən iddiaçıya xx.xx.2016-cı il tarixdə ümumi xəstəlik səbəbindən 5 il müddətinə üçüncü dərəcə əlilliyin verilməsi müəyyən edilmişdir. • xx.xx.2021-ci il tarixli ambulator kartadan çıxarışa əsasən iddiaçıda şəkərli diabet tip 1 ağır forma (insulindən asılı) xəstəliyi müəyyən edilmişdir. • İş materiallarına Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Epikrizləri əlavə edilmişdir. Epikrizlərdən göründüyü kimi iddiaçıya qoylmuş diaqnoz insulindən asılı şəkərli diabet olmuşdur. • Məhkəmənin İddiaçı Mirqasımov adına Respublika Kliniki Xəstəxanasından çıxdıqdan sonra verilmiş və iddia ərizəsinə əlavə edilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan “şəkərli diabet tip 1 ağır forma (E 10.7) və Preproliferativ diabetik retinopatiya (M36.0)” diaqnozlarun aşkar olunmasına dair tibbi ekspertizanın keçirilməsi barədə qərardada əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya elmi-təcrübi və tədris birliyinin ekspert rəyi məhkəməyə daxil olmuşdur. Həmin ekspert rəyində qeyd olunmuşdur ki, 07 iyun 22022-ci il tarixdə Səfərov X4 Təkrari ekspertizalar şöbəsində TSEK-in ekspertləri ilə birgə müayinədən keçirilmişdir. On ildir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Hazırda şikayətləri ağzında quruluq, aşağı ətraflarında şişkinlik və görmənin zəifləməsindəndir. İddiaçı adına Akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi publik hüquqi şəxsdə xx.xx.2022ci il tarixdə hər iki aşağı ətrafların doppler müayinəsində: hər iki tərəfdə ümumi və xarici qalça arteiyalarında, ümumi bud və səthi, dərin bud arteriyalarında, dizaltı arteriya intimamedia kompleksi qalınlaşmamışdır. Tibial arteriyalarda intima-media qatı qeyri-bərabər qalınlaşmışdır. Sağ aşağı ətrafda – ümumi, səthi və dərin bud arteriyalarında, dizaltı arteriyada axım surəti norma daxilindədir, trifazik axım izlənilir. Ön və arxa qamış arteriyalarında, peroneal arteriyada və arteriya dorsalis pedisdə trifazik axım izlənilir, axım surəti norma daxilindədir, anlamlı stenoza səbəb olmayan millimetrlik ölçüdə fibrotik plaklar izlənilir. Sol aşağı ətrafda ümumi, səthi və dərin bud arteriyalarında, dizaltı arteriyada axım surəti norma daxilindədir, trifazik axım izlənilir. Ön və arxa qamış arteriyalarda, peroneal arteriyada və arteriya dorsalis pedisdə trifazik axım izlənilir, axım surəti norma daxilindədir, anlamlı stenoza səbəb olmayan millimetrik ölçüdə fibrotik plaklar izlənilir. Nəticə olaraq qeyd olunmuşdur ki, iddiaçıya 17-xx.xx.2021-ci il tarixlərdə Respublika Klinik Xəstəxanasında aparılmış müayinələrdən sonra “E10.7-şəkərli diabet tip İ ağır forma; M6.0-preproliferativ diabetik retinopatiya; bel-oma osteoxondrozu, radikulopatiya ağrı sindromu ilə, vegetativ sinir sisteminin somatoform disfunksiyası” diaqnozları qoyulmuş, yəni o, hazırda həmin xəstəliklərdən əziyyət çəksə də onların ciddi fəsadları şəxsin əyani müayinəsi zamanı aşkar edilmədi. Bu sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdehin hərəkətləri qanuna zidddir. Cavabdehin bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdehin bu hərəkətinin İPMin 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana yazılı müraciət etmişdir. İş materiallarında olan göndəriş xəbərnaməsi və poçt qəbzindən görünür ki, cavabdeh orqan iddiaçının yazılı müraciətini qəbul etmişdir. İddia, həmçinin əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddaçıya xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə və xx.xx.2021-cı il tarixdə 5 il müddətinə əlillik təyin edilmişdir. İddiaçı 17-xx.xx.2021-ci il tarixlərdə Mirqasımov adına Respublika Klinik Xəstəxanasında stasionar qaydada müalicə almış və müvafiq çıxarışı cavabdeh orqana təqdim etmişdir, Lakin cavabdeh orqan iddiaçının əlilliyin növbəti dəfə qiymətləndirilməsi üçün forma-88 nömrəli arayışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin ''Əlillik" altsisteminə yerləşdirməməklə iddiaçının tələbindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.3-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Qaydaların 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Həmin Qaydaların 2.6cı bəndinə əsasən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Yuxarıda qeyd olunan Nazirlər Kabinetinin 11 və 12 saylı 16 yanvar 2020-ci il tarixli Əsasnamələrin tələbləri baxımından müəyyən olunur ki, şəxsə əllillik dərəcəsinin təyin edilməsi məqsədi ilə özü və ya müalicə həkimi Həkim Məsləhət Komissiyasına müraciət edir. X6 şəxsin tibbi müayinəsini həyata keçirir, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Sonra Komisiya tərəfindən həmin nəticələr siyahısı müəyyən edilmiş tibb müəssisələrinə göndərilir və həmin tibb müəssisələri müayinə olunmuş şəxin xəstəlikləri barəsində göndərilmiş məlumatlar əsasında Forma 88 adlı sənədi tərtib edərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edir. Qeyd olunan Forma 88 adlı arayışın əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komisiyası (TSEK) şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Tibbi müəssisələri tərəfindən verilmiş göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. İşdən göründüyü kimi iddiaçıya əvvəllər də əlillik dərəcəsi verilmiş, həmçinin Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında tərtib edilmiş çıxarışda iddiaçıya E10.7-şəkərli diabet tip İ ağır forma; M6.0-preproliferativ diabetik retinopatiya; beloma osteoxondrozu, radikulopatiya ağrı sindromu ilə, vegetativ sinir sisteminin somatoform disfunksiyası” diaqnozları qoyulmuşdur. Bundan əlavə Məhkəmə Tibbi Müayinəsi zamanı iddiaçının həmin xəstəliklərdən əziyyət çəkdiyi qeyd olunur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin imtinası vətəndaşın hüquqlarının pozulmasına səbəb ola bilər və qeyd olunan arayışın verilməsi ona gələcəkdə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq elektron arayış hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə yerləşdirilməsi vəzifəsi cavabdeh Abşeron rayon X5 Hüquqi Şəxsin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq elektron arayış hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə yerləşdirilməsi vəzifəsinin və həmin arayışın düzgün qaydada tərtib edilməməsinə görə geri qaytarılmaması üçün prosesin nəzarətdə saxlanılması vəzifəsinin cavabdeh Abşeron rayon X5 Hüquqi Şəxsin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar