Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-639/2025 11.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş (xx.xx.1995-ci il təvəllüdlü X7 barəsində) xx.xx.1995-ci il tarixli 1494 nömrəli doğum haqqında akt qeydinin və xx.xx.1995-ci il tarixli 118 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış Qeydiyyat İnformasiya sistemində Ailə tərkibi haqqında arayışda qeyd olunan 22 may 1995-ci il təvəllüdlü X7 ailə tərkibi haqqında arayışdan və sistemdən çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1995-ci il tarixində müəyyən şəraitdən asılı olaraq 22 may 1995-ci il təvəllüdlü X12 adlı şəxsə atalıq qrafasında onun adı İddiaçı adı qeyd olunmuşdur. Bu məlumata aid 20 iyun 1995-ci il tarixində Binəqədi rayon Qeydiyyat şöbəsində tərəfindən tərtib edilmiş 1494 saylı Doğum haqqında şəhadətnamə və 118 saylı atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib edilmişdir. Lakin, həmin sözü gedən şəxsin yəni, X7 bioloji atası o olmamışdır. Bir müddət keçdikdən sonra Bioloj atası tərəfindən həmin şəxsə öz atası tərəfindən Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən atalığın müəyyən edilməsi haqqında şəhadətnamə və doğum haqqında şəhadətnamədə adına düzəliş edilmiş və əsl adı X2 qeyd olunmuşdur. Hazırkı vəziyyətdə belə elektron sistemə nəzər keçirdikdə 22 may 1995-ci il tarixdə anadan olmuş X3 qeyd olunmadığını görmək olar. Hazırda Həmin şəxsin adı və doğum tarixinə nəzər keçirdikdə görmək olar ki həmin maraqlı şəxs 22 may 1995-ci il təvəllüdlü olsa belə tam adı X2 qeyd olunmaqdadır. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində “X4” avtomatlaşdırılmış Qeydiyyat İnformasiya sistemində ona verilən Ailə tərkibi haqqında arayışda həmin şəxsin adı yəni, 22 may 1995-ci il təvəlüldlü X10 adı onun ailə tərkibi haqqında arayışda çıxmaqda davam edir. Vətəndaşlıq Vəziyyəti aktlarında ailə tərkibi haqqında arayışın ləğv olunması barədə Cavabdehnə müraciət etməyinə baxmayaraq həmin ərizə icra edilməmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmənin ötən proseslərində iştirak edən İddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan məhkəməyə yazılı etiraz təqdim etməmişdir. Lakin iddiaçıya verdiyi imtina məktubu ilə bildirmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001 -ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsindən imtina edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1 maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında qeydiyyat şöbələri tərəfindən icra edilir.Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə tərtib edilmiş 1494 saylı doğum və 118 saylı atalığın müəyyən edilməsi haqqında akt qeydlərinin ləğv olunması üçün məhkəməyə müraciət edə bilərsiniz”. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş X11 və X5 məhkəməyə ərizə təqdim edərək, məhkəmə proseslərinə onların iştirakı olmadan baxılmasını, iddia tələbi ilə razı olduğunu və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəməyə mübahisə predmetinə dair sənədlər məhkəməyə təqdim edilmişdir.Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8- 1027/2023 nömrəli imtina məktubu, Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-127/2024 nömrəli məktub, Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktub, DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 18/2-9965 nömrəli, xx.xx.2025-ci il tarixli məktub və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. İddiaçı hüquqi marağı Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.1995-ci ildə doğulmuş X7 doğum haqqında xx.xx.1995-ci ildə 1494 nömrəli akt qeydinin və atalığın müəyyən edilməsi haqqında 118 nömrəli xx.xx.1995-ci il tarixli akt qeydinin ləğv edilməsindədir. Bununla bağlı cavabdehə müraciət etsə də onun müraciəti müsbət həll edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ana X1 xx.xx.1995-ci ildə doğulmuş X8 adına xx.xx.1995-ci ildə valideynlərin birgə ərizəsinə əsasən atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib edilmişdir. X7 doğum haqqında akt qeydi xx.xx.1995-ci ildə 1494 nömrəli aktla, atalığın müəyyən edilməsi haqqında akt qeydi isə 118 nömrəli aktla xx.xx.1995-ci ildə Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Daha sonra ana X1 xx.xx.1995-ci ildə doğulmuş X6 doğumu haqqında bərpa akt qeydi xx.xx.1997-ci ildə, xx.xx.1997-ci ildə isə valideynlərin birgə ərizəsinə əsasən Sabunçu rayon qeydiyyat şöbəsində 354 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib edilmişdir. Yəni eyni şəxsə aid 1995 və 1997-ci illərdə akt qeydləri qeydiyyat şöbələri tərəfindən tərtib edilsə də, xx.xx.1995-ci ildə doğlumuş X7 adına tərtib edilmiş xx.xx.1995-ci il tarixli akt qeydləri əsassız olaraq qeydiyyat şöbəsi tərəfindən ləğv edilməmişdir. Məhkəməyə təqdim edilən DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 18/2-9965 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X7 Azərbaycan Respublikası ərazisində qeydiyyatı və sənədləşməsi barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi, Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alınmış X7 doğum haqqında xx.xx.1995-ci ildə 1494 nömrəli akt qeydinin və atalığın müəyyən edilməsi haqqında 118 nömrəli xx.xx.1995-ci il tarixli akt qeydi formal olaraq qüvvədədir. Həmin akt qeydlərinin mövcud olması İddiaçı konstitusion hüquqlarının pozulması ilə nəticələnmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş (xx.xx.1995-ci il təvəllüdlü X7 barəsində) xx.xx.1995-ci il tarixli 1494 nömrəli doğum haqqında akt qeydinin və xx.xx.1995-ci il tarixli 118 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğv olunmasında istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, müvafiq qeydlərin aparılması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş (xx.xx.1995-ci il təvəllüdlü X7 barəsində) xx.xx.1995-ci il tarixli 1494 nömrəli doğum haqqında akt qeydinin və xx.xx.1995-ci il tarixli 118 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğv olunması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Abşeron rayoni, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X18
Məhkəmə qərarları › İş №2-1(118)-639/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-639/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver