Məhkəmə qərarları › İş №2-1(118)-64/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-64/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-64/2021 26.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X13 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X14, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs X3 nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 28.12.2007-ci il tarixli 488/1 saylı Sərəncamının ləğv olunması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdeh 28.12.2007-ci il tarixli 488/1 saylı Sərəncamının ləğv olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X11 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan Xaçmaz şəhəri, Xaçmaz Xudat yolunun sağ tərəfində yerləşən ümumi sahəsi 209.8 kv.m olan qeyriyaşayış sahəsini X12 iddiaçının oğlu X16 19 iyul 2017-ci il tarixdə bağışlamışdır. Bundan sonra oğlu həmin qeyri-yaşayış obyekti üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmaqla RX seriyalı, 1 135871 nömrəli çıxarış almışdır. Daha sonra iddiaçının oğlu öz mülkiyyətində olan qeyri-yaşayış sahəsini 05 dekabr 2018-ci il tarixdə ona bağışlamışdır. İddiaçı mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış almışdır. Qeyd olunan qeyri-yaşayış obyektinin qarşısında boş və istifadə olunmayan torpaq sahəsi olduğu üçün və sahibkarlıq fəaliyyətini daha da genişləndirmək üçün həmin torpaq sahəsini almaq qərarına gəlmişdir. Bunun üçün Cavabdehnə müraciət etmişdir. Cavabdeh 25 sentyabr 2019-cu il tarixli, 254 saylı sərəncamı ilə iddiaçıya mülkiyyətində olan qeyriyaşayış sahəsinin qarşısında olan 220 kv.m torpaq sahəsi icarəyə verilmişdir. Bu sərəncam verilən zaman Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi rəyi və torpaq sahəsinin yerquruluşu planı hazırlanmışdır. 27 sentyabr 2019-cu il tarixdə 35 saylı icarə müqaviləsi bağlanaraq 220 kv.m torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçıya Sərəncam verilərkən bütün qaydalara riayət olunmuş və yolun mühafizə zolağı nəzərə alınaraq torpaq sahəsi ayrılmışdır. Hətta Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 18 sentyabr 2019-cu il tarixli, **********01 saylı Cavabdehnə ünvanladığı məktubunda bildirmişdir ki, Xaçmaz rayonunun inzibati ərazisində Xaçmaz-Xudat magistral avtomobil yolunun sağ tərəfində İddiaçı mülkiyyətində olan mağazasına bitişik, dövlət mülkiyyətinə aid 220 kvadrat metr torpaq sahəsinin onun icarəsinə ayrılmasına etiraz emirik və eyni zamanda bağlanacaq icarə müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zəruridir. Bundan başqa Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən 16.07.2019-cu il tarixdə həmin torpaq sahəsinin verquruluşu planını hazırlamışdır. Cavabdeh memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Ş.Aslanov tərəfindən həmin torpaq sahəsinin sxemini hazırlayaraq ona təqdim etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi onun adınadan icarəsində olan 220 kv.metr torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi barədə ərizə ilə DƏDRX 5 savlı Xaçmaz ərazi idarəsinə müraciət etmişdir. DƏDRX 5 saylı Xaçmaz ərazi idarəsi 18 noyabr 2019-cu il tarixli, **********81 saylı imtina məktubu ilə müraciəti təmin etməmişdir. İmtinanı onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən DƏDRX 5 saylı Xaçmaz ərazi idarəsinə 03.10.2019-cu il tarixli məktubu daxil olmuşdur və məktubda bildirilmişdir ki, 220 kv.metr torpaq sahəsinin Y.H. Səfərovanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasın. Bu imtinadan sonra onlara məlum olmuşdur ki, Cavabdeh 28.12.2007-ci il tarxli 488/1 saylı Sərəncamı ilə 452 m2 torpaq sahəsini həmin qeyri- yaşayış obyektinin əvvəlki mülkiyyətçisi X4 istifadəsinə verilmişdir. X12 həmin torpaq sahəsinə çıxarış və texniki passport almaq istəsə də, DƏDRX 5 saylı Xaçmaz ərazi idarəsi iki dəfə imtina vermişdir. 2011-ci il tarixdə verdiyi imtinada bildirilmişdir ki, sərəncamla torpaq sahəsi ona istifadəyə verilsə də icarə müqaviləsi bağlanılmamışdır. Ona görə də X12 ilə Cavabdeh ilə icarə müqaviləsi Sərəncamdan xeyli müddət sonra, yəni 01 yanvar 2008-ci il tarixdə bağlanmışdır. İkinci imtina isə 2012-ci ildə olmuşdur. Həmin imtinada isə qeyd olunmuşdur ki, ona ayrılmış 452 m2 torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin və yolun mühafizə zolağına düşür. Bundan başqa torpaq sahəsinin plan və ölçüsündə torpaq sahəsinin icarəyə verilməsi qeyd olunmamışdır. Daha sonra iddiaçıya məlum olmuşdur ki, Cavabdeh başçısı Şəmsəddin Xanbabayev 03.10.2019-cu il tarixdə DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə məktub göndərərək bildirmişdir ki, Cavabdeh 25.09.2019-cu il tarixli 254 saylı sərəncamı ilə İddiaçı icarəsinə Xaçmaz şəhəri ərazisindən 220 kv.metr və Cavabdeh 28.12.2007-ci il tarixli, 488/1 saylı sərəncamı ilə X6 246 kv.metr torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. Həmin torpaq sahələri ilə bağlı hal-hazırda vətəndaşlar arasında yaranmış mübahisələr araşdırılıb dəqiqləşdirilənədək qeyd olunan torpaq sahələrinə çıxarış verilməsi dayandırılsın. İddiaçı əvvəla Şəmsəddin Xanbabayevin 03.10.2019-cu il tarixli məktubuna münasibətində bildirmişdir ki, həmin məktubun yalnışlıqlarla dolu bir mətni var. Belə ki, 28.12.2007-ci il tarixli, 488/1 saylı sərəncamı ilə X6 246 kv.metr torpaq sahəsi deyil 452 kv.metr torpaq sahəsi ayrılmışdır. Çünki həm sərəncamda, həm icarə müqaviləsində, həm də ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış torpaq sahəsinin planı və ölçüsündə X6 452 kv.metr torpaq sahəsinin ayrılması görünür. Qeyd edir ki, 28.12.2007-ci il tarixli, 488/1 saylı sərəncamı ilə X6 452 kv.metr torpaq sahəsinin dövlət fondu torpağı olmasına baxmayaraq onun istifadəsinə verilməsi, genişləndirilməsinə icazə verilməsi nəzərdə tutulduğu halda sonradan icarə müqaviləsi bağlamışdır. Yəni 28.12.2007-ci il tarixli, 488/1 saylı sərəncam ilə 01 yanvar 2008-ci il tarixli icarə müqaviləsi ziddiyət təşkil edir. Torpaq Komitəsi tərəfindən verilmiş plan ölçüdən sanki görünür ki. həmin torpaq sahəsi X4 icarəsində yox mülkiyyətindədir. Eyni zamanda bildirir ki, 28.12.2007-ci il tarixli, 488/1 saylı sərəncamda X6 məxsus 246 kv.m ticarət obyektinin qarşısında olan 452 kv.metr torpaq sahəsinin ayrılması qeyd olunmuşdur, hansı ki həmin ticarət obyektinin sahəsi bütün sənədlərdə 209.8 kv.m qeyd olunmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Əvvəla məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh tərəfindən verilmiş 28.12.2007ci il tarixli, 488/1 saylı sərəncam yuxarıda qeyd etdiyi kimi bir sıra nöqsanlara birlikdə verilmişdir və iddiaçının maraqlarına toxunur. İddiaçı hesab edir ki, həmin sərəncam ləğv olunmalıdır. İlk olaraq hesab edirlər ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Belə ki, baxılması inzibati-iqtisadi məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.1 -ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia mümkündür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 -ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar. Həmin Qanununun 58-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Qanunun 58-ci maddəsinin mətnindən göründüyü kimi. Cavabdeh 28.12.2007-ci il tarxli 488/1 saylı Sərəncamı bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməmişdir. Belə ki, Sərəncamda mübahisəli torpaq sahəsinin icarəyə verilməsi nəzərdə tutulmadığı halda sonradan icarə müqaviləsi bağlanmışdır. Həmçinin elektrik xəttinin və yolun mühafizə zolağı nəzərə alınmadan verilmişdir. Beləliklə 58-ci maddənin 3-cü hissəsinin tələblərin də pozulmuşdur. Yəni inzibati aktın nizama saldığı və ya həll etdiyi məsələ düz göstərilməmişdir. Yəni məqsəd torpaq sahəsini icarəyə vermək olmasına baxmayaraq, bu xüsusat sərəncamda öz əksini tapmamışdır. Həmin Qanunun 67.1 -ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X19 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı X7 Xaçmaz RİH-ə qarşı Cavabdeh Başçısının 28.12.2007-cı il tarixli 488/1 saylı sərəncamının ləğv edilməsinə dair iddiası ilə əlaqədar aşağıdakıları bildirirlər. İddia ərizəsində İddiaçı qeyd edir ki, Xaçmaz RİHB-nın 25.09.2019-cu il tarixli 254 saylı sərəncamı ilə icarəyə verilmiş torpaq sahəsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciətinə DƏDRX 5 saylı Ərazi İdarəsi tərəfindən imtina verilmiş və bunun səbəbi də idarəyə Xaçmaz RİH-dən daxil olmuş 03.10.2019-cu il tarixli məktub olmuşdur. Həmçinin iddia ərizəsində bildirilir ki, Xaçmaz RİHB-nın 28.12.2007-ci il tarixli 488/1 saylı sərəncam onun maraqlarına toxunur. Lakin iddia ərizəsində 28.12.2007-ci il tarixli 488/1 saylı sərəncamın onun hansı maraqlarına toxunması və icarə hüququnun qeydiyyatından imtina edilməsinə hansı təsirin olması dəqiq göstərilməmişdir. Qeyd olunanlarla əlaqədar İddiaçı iddia ərizəsinə qanunvericiliyin tələblərinə uyğun baxılmasını məqsədəuyğun hesab edirlər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, X6 ayrılmış ilkin torpaqayırma sənədləri icra həkimiyyətində saxlanılmır. X6 və İddiaçı ayrılmış torpaq sahələri eyni torpaq sahələri olmamışdır. Məhkəmə iclasında üçüncü şəxsin X4 nümayəndəsi X15 iştirak etmiş, izahatında bildirmişdir ki, İddiaçı iddia ərizəsində göstərir ki, Qaçmaz Rayon İcra Hakimiyyətinin 25.09.2019-cu il tarixli 254 saylı sərəncamı ilə ona mülkiyyətində olan qeyri-yaşayış sahəsinin qarşısında olan 220 kv.metr torpaq sahəsi icarəyə verilmişdir və 27.09.2019-cu il tarixdə 35 saylı icarə müqaviləsi bağlanaraq həmin 220 kv.metr torpaq sahəsi ona icarəyə verilmişdir. Bu zaman iddia ərizəsində, həmçinin göstərilir ki, 28.12.2007-ci il tarixli 488/1 saylı sərəncamı ilə X9 452 kv. metr torpaq sahəsinin dövlət fondu torpağı olmasına baxmayaraq onun istifadəsinə verilməsi, genişləndirilməsinə icazə veriləsi nəzərdə tutulması olduğu halda sonradan icarə müqaviləsi bağlanmışdır, yəni 28.12.2007-ci il tarixli 488 1 sərəncam ilə 01.01.2008-ci il tarixli icarə müqaviləsi ziddiyyət təşkil edir. Cavabdeh tərəfindən verilmiş 28.12.2007-ci il tarixli, 18/1 saylı sərəncam bir sıra nöqsanlarla birlikdə verilmişdir və onun maraqlarına toxunur. Beləliklə iş materiallarından göründüyü kimi 452 kv.metr torpaq sahəsinin istifadəsinə verilməsi barədə Cavabdeh aşçısının 488/1 saylı sərəncamı 28.12.2007-ci il tarixdə qəbul edilmişdir və həmin sərəncam əsasında göstərilən torpaq sahəsinə dair icarə müqaviləsi 11.01.2008-ci il tarixdə rəsmiləşdirilmişdir. İddiaçının istifadəsinə 220 kv.metr torpaq sahəsinin verilməsinə dair Cavabdeh Başçısının 254 saylı sərəncamı 25.09.2019cu il tarixdə qəbul edilmiş və həmin sərəncam əsasında göstərilən torpaq sahəsinə dair icarə müqaviləsi 27.09.2019-cu il taixdə rəsmiləşdirilmişdir. Əgər hər iki sərəncamda göstərilmiş torpaq sahələri üst-üstə düşürsə, sözsüz ki, iddiaçının adına verilmiş sərəncam qanunsuz və əsassızdır. İddia ərizəsində də göstərilir ki, iddiaçı həmin 220 kv.metr torpaq sahəsinə çıxarışın verilməsi üçün DƏDRX-nin Xaçmaz rayon 5 saylı Ərazi idarəsinə müraciət etdikdə, ona rədd cavabı verilmiş, buna səbəb kimi Cavabdeh həmin orqana 03.10.2019-cu il tarixdə göndərdiyi məktubun olması və bu məktubda 220 kv.metr torpaq sahəsinin İddiaçınm adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaması göstərilməsidir. Yəni, Cavabdeh də iddiaçının adına vermiş olduğu sərəncamın qanunsuz olduğunu etiraf etmişdir. İş materiallarında olan Cavabdeh Başçısının iddiaya qarşı etirazda da göstərilir ki, 28.12.2007-ci il tarixli 488/1 saylı sərəncamın iddiaçının hansı maraqlarına toxunması və icarə hüququnun qeydiyyatından imtina edilməsinə hansı təsirinin olmasını iddia ərizəsində dəqiq göstərilməmişdir. Beləliklə iddiaçı 220 kv.metr torpaq sahəsinin adına ayrılmasına dair Cavabdeh Başçısının 25.09.2019-cu il tarixli 254 saylı sərəncamının və həmin sərəncam əsasında rəsmiləşdirilmiş 27.09.2019-cu il rixli 35 saylı icarə müqaviləsini rəhbər tutaraq qanuni əsaslarla istifadəsində olan torpaq sahəsinə əsassız iddialar edir. Sonda üçüncü şəxs X4 nümayəndəsi X15 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, mübahisə əvvələr üçüncü şəxsin, hazırda isə iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın ətrafında yerləşən torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı olduğu üçün məhkəmə hesab edir ki, iddiaçının bu iddianı qaldırmaqda subyektiv hüququ vardır. İddianı mümkünsüz edən digər bir əsas isə müəyyən olunmamışdır. İddianın mahiyətinə qəlincə isə məhkəmə hesab edir ki, iddianın əsaslı olduğunu iddiaçı sübut edə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 23.09.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, MH ******* seriyalı çıxarışa əsasən X6 məxsus olmuş Xaçmaz-Xudat avtomobil yolunun sağ tərəfindən yerləşən qeyri yaşayış binası 8 saylı “SƏYYAR-ASAN xidmət” notariat kontorunun 19.07.2017-ci il tarixli, 4Ə-Q8 reyestrn nömrəli bağışlanma müqaviləsinə əsasən X14 adına özgəninkiləşdirilmiş və dövlət reyestrindən X14 adına 08.09.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, RX ******* seriyalı çıxarış işlənmişdir.Qeyd olunan qeyri yaşayış binasını X10 regional “ASAN xidmət” notariat kontorunun 05.12.2018-ci il tarixli, 4Ə-3117 reyestr nömrəli bağışlanma müqavilsinə əsasən İddiaçı adına özgəninkiləşdirmiş və dövlət reyestrində İddiaçı adına 28.12.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli **********81-06301 reyestr nömrəli çıxarış işlənmişdir. Cavabdeh Başçısının 28 dekabr 2007-ci il tarixli 488/1 saylı Sərəncamı ilə X23 nəqliyyat yolunun sağ tərəfindən X6 məxsus 246 kv.m ticarət obyektinin qarşısındakı 452 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədilə genişləndirilməsinə icazə verilmişdir. Xaçmaz rayon İcra Hakimiyyətinin 28 dekabr 2007-ci il tarixli 488/1 saylı Sərəncamı əsasında bağlanmış 01.01.2008-ci il tarixli 224 saylı icarə müqaviləsinə əsasən 452 kv.m torpaq sahəsi X6 icarəyə verilmişdir. Eyni zanmanda Cavabdeh Başçısının 25.09.2019-cu il tarixli 254 saylı Sərəncamı ilə Xaçmaz-Xudat Avtomobil yolunun sağ tərəfində yerləşən dövlət mülkiyyətinə məxsus ərazidəki torpaqlardan 220 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədilə Xaçmaz şəhər sakini İddiaçı uzunmüddətli icarəsinə verilmişdir. Xaçmaz rayon İcra Hakimiyyətinin 25.09.2019-cu il tarixli 254 saylı Sərəncamı əsasında bağlanmış 27.09.2019-cu il tarixli 35 saylı icarə müqaviləsinə əsasən 220 kv.m torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia ərizəsindən və tərəflərin izahatından görsənir ki, iddia inzibati orqanın qərarının mübahisələndirilməsi ilə bağlı olsada, yaranmış mübahisənin yaranma əsası iddiaçı ilə üçüncü şəxs və onların digər ailə üzvlərinin arasında mövcud olmuş ailə münasibətlərinin pozulması nəticəsində əmələ gəlmişdir. İddiaçı üçüncü şəxs X4 qaynanası olmuş, hazırda iddiaçının mülkiyyətində olan daşınmaz əmlak əvvəl üçüncü şəxsin mülkiyyətində olmuşdur. İddiaçı ərizəsində Cavabdeh 28.12.2007-ci il tarixli 488/1 saylı Sərəncamını mübahisələndirsədə, bu qərarın onun hansı maraqlarına toxunduğunu əsalandırmamışdır. Torpaqdan faktiki istifadə ilə bağlı mübahisələr isə inzibati məhkəmə icraatının araşdırma predmetinə daxil deyil. İddiaçı ilə üçüncü şəxsə ayrılmış torpaq sahələrinin eyni olması ilə bağlı sübutlarda məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2021-ci il tarixli 10/3364 saylı ekspert rəyində tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 28 dekabr 2020-ci il tarixli, **********43 nömrəli mütəxəssis rəyinə əsasən, yaşayış məntəqələrinin daxilində ilkin torpaqayırma sxemləri tərtib edilərkən qayda olaraq 1:2000, 1:1000 və ya 1:500 miqyasda olan sxemlərdən istifadə edilməlidir. Mülki iş materiallarına əlavə olunmuş Cavabdeh başçısının 488/1 saylı sərəncamı ilə X6 icarə məqsədi üçün ayrılmış 452 kv.metr torpaq sahəsinə aid sənədlərdə 1:2000, 1:1000 və ya 1:500 miqyasında sxem olmadığından həmin torpaq sahəsinin Cavabdeh başçısının 254 saylı sərəncamı ilə İddiaçı Hacıağa qızına icarəyə verilmiş 220 kv.metr torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün deyildir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsi qanunsuz inzibati aktın ləğv olunması əsalarını müəyyən edir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İddiaçı Cavabdeh tərəfindən verilmiş 28.12.2007-ci il tarixli, 488/1 saylı sərəncamın ləğv edilməsini xahiş etsədə, həmin sərəncamın ləğvi üçün əsasların mövcudluğunu sübut edə bilməmişdir. İddiaçı ərizəsində qeyd edir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 -ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borculudurlar.Həmin Qanununun 58-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Qanunun 58-ci maddəsinin mətnindən göründüyü kimi. Cavabdeh 28.12.2007-ci il tarxli 488/1 saylı Sərəncamı bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməmişdir. Belə ki, Sərəncamda mübahisəli torpaq sahəsinin icarəyə verilməsi nəzərdə tutulmadığı halda sonradan icarə müqaviləsi bağlanmışdır. Həmçinin elektrik xəttinin və yolun mühafizə zolağı nəzərə alınmadan verilmişdir. Beləliklə 58-ci maddənin 3-cü hissəsinin tələblərin də pozulmuşdur. Yəni inzibati aktın nizama saldığı və ya həll etdiyi məsələ düz göstərilməmişdir. Yəni məqsəd torpaq sahəsini icarəyə vermək olmasına baxmayaraq, bu xüsusat sərəncamda öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan diskression səlahiyyətlər əsasında torpaq sahələrinin icarəyə vermək hüququ vardır. Həmin orqan bu hüquqlada torpaq sahələrini icarəyə verilməsi ilə bağlı qərarlar qəbul etmişdir İddiaçı isə iddiasını əsaslandıra bilməmiş, “Cavabdeh 28.12.2007-ci il tarixli 488/1 saylı Sərəncamının ləğvi üçün əsaslar məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlar nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. İddiaçıdan 50 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar