Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-641/2021 06.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxx” ASC-yə qarşı “Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yerləşən və daimi istifadə hüququ ilə ona məxsus 7.50 ha ölçüdə olan torpaq sahəsinin yola paralel hissəsindən ağacların başqa yerə köçürülməsi öhdəliyinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxx” ASC-yə qarşı “Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yerləşən və daimi istifadə hüququ ilə ona məxsus 7.50 ha ölçüdə olan torpaq sahəsinin yola paralel hissəsindən ağacların başqa yerə köçürülməsi öhdəliyinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərinə qoyulması”na dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yerləşən və 7.50 ha ölçüdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində daimi istifadə hüququ Xızı rayon notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən əldə edilmişdir. Yuxarıda göstərilən 7.50 ha ölçüdə olan torpaq sahəsinin daimi istifadə hüququnun alqı-satqısına dair müqavilə keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsində dövlət qeydiyyatına alınaraq xx xxxxxxx 2005-ci il tarixli JN-1450 saylı “X5 X7 Aktı” verilmişdir. Sonradan Azərbaycan Respublikası X6 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi iddiaçının müraciətinə əsasən həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq bu barədə xx xxxxxx 2018-ci il tarixli**********75 reyestr nömrəli çıxarış vermişdir. Hal-hazırda qanuni istifadəsindəki Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 7.50 ha ölçüdə olan torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, yəni badam bağı salmaq niyyətindədir. Belə ki, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Respublikamızda həyata keçirilən iqtisadi strategiyanın prioritet istiqamətlərindən biri də ölkədə sahibkarlığın inkişafıdır. Bu gün dövlət başçısının "ölkəmizin gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, sistemli və kompleks tədbirlər həyata keçirilir. Ölkədə kiçik və orta sahibkarlığın inkişafına xidmət edən çoxsaylı fərman, sərəncam və dövlət proqramları və sahibkarlıq fəaliyyətinə mane olan əngəllərin aradan qaldırılmasına yönəldilmiş qərarlar qəbul edilmiş və digər tədbirlər həyata keçirilmişdir. “Bu gün ölkəmizdə yaradılmış ictimai-siyasi sabitlik iqtisadiyyatın bütün sahələrinin inkişaf etdirilməsinə hərtərəfli şərait yaradıb. Azad sahibkarlığın inkişaf etdirilməsi üçün Respublikada o cümlədən rayonda sahibkarlara lazımi kömək göstərilir, hüquqlarının qorunması istiqamətində işlər aparılır, onların üzləşdiyi çətinliklər və bunları yaradan səbəblər müəyyənləşdirilərək aradan qaldırılır. Bunlarla əlaqədar iddiaçı da sahibkarlara göstərilən böyük diqqət və qayğıya əməli işi ilə cavab verməyi, öhdəsinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirməyi, yaradılmış əlverişli şəraitdən geniş istifadə edərək bütün qüvvə və bacarığını Xızı rayonunun sosial - iqtisadi inkişafının gücləndirilməsinə həsr etməyi özünün vəzifəsi hesab edir. Lakin həmin torpaq sahəsinin yola paralel olan bir hissəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ağaclar əkildiyinə görə həmin hissədən istifadə hüququ qanunsuz olaraq məhdudlaşdırılmışdır. Ağacların başqa yerə köçürülməsi barədə müraciətinə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi müxtəlif bəhanələr gətirərək yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görməmişdir. Cavabdeh məsələnin həlli üçün yalnız məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiyə etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Xızı rayonu, Giləzi qəsəbəsində iddiaçının daimi istifadəsinə verilmiş 7,5 ha torpaq sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əkilmiş ağacların başqa yerə köçürülməsi barədə müraciətləri bir neçə dəfə cavabdeh tərəfindən yerində araşdırılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “xxxx” MMC-nin mütəxəssislərinə iddiaçı Əbdüləli İsmayılov tərəfindən təqdim edilmiş sənəddə göstərilən koordinatlar naturaya köçürülmüş, iddia edilən 7,5 hektar ərazinin Bakı-Quba maqistral avtomobil yolunun 71 -ci kmdə sol tərəfdə yerləşdiyi və həmin torpaq sahəsinin 5,8 hektarında ASC tərəfindən yaşıllıqlar salındığı məlum olmuşdur. Bildirirlər ki, magistral avtomobil yollarının ətrafının yaşıllaşdırılmasına dair ölkə başçısının tapşırıqlarına əsasən Xızı RİH-nin 56 saylı xx xxxx 2002-ci il tarixli sərəncamına uyğun olaraq 2010-cu ildə salınmışdır. Ərazidə hal-hazırda 1127 ədəd göyrüş, 184 ədəd iydə, 4 ədəd akasiya, 323 ədəd qarağac, 96 ədəd qlediçiya, 87 ədəd heyva, 475 ədəd yulğun olmaqla, cəmi 2296 ədəd ağac becərilir. Ərazi damcılı suvarma sistemi vasitəsilə suvarılır. Qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı JN- 1450 nömrəli xx.xx.2005-ci il tarixli X5 X7 aktı və xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli RX seriyalı Çıxarış əsasında, xx.xx.2005-ci il tarixdən daimi istifadə etmək üçün verilsə də, yaşıllıqlar salınana (2010-cu il) qədər torpaq sahəsi istifadəsiz qalmışdır. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (XV fəsil, Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və xitamı) “Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları” na dair 73-cü maddəsinin birinci bəndinə əsasən kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 (iki) il ərzində istifadə edilmədikdə, həmin torpaq üzərindəki istifadə hüququna xitam verilir. Ölkə ərazisində yaşıllıqların qorunması və artırılmasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin başlıca vəzifələrindən biri olduğunu, yaşıllıqların insan həyatında əhəmiyyətini, daşıdıqları funksiyaları, sözügedən ərazidə uzun illər ərzində artıq müəyyən ekosistemin formalaşdığını, həmçinin ərazidə yaşıllıqların Dövlət Proqramlarının icrasi ilə əlaqədar ölkə başçısının fərmanları əsasında salındığını nəzərə alaraq, iddia edilən torpaq sahəsində olan həmin yaşıllıqların toxunulmaz qalmasını məqsədəmüvafiq hesab edirlər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə etmiş, məhkəmənin suallarına cavab olaraq idarənin inzibati orqan olmadığını və onlara inzibati akt qəbul etmək səlahiyyətinin verilmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Beləki məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının cavabdeh qismində qoyduğu “xxxx” ASC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir, eyni zamanda cavabdehə izibati akt qəbul etmək səlahiyyəti verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş şəxs olmalı və mübahisə həmin şəxsin inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Bundan əlavə iddiaçı ərizəsində cavabdeh qismində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxx” ASC-ni qeyd etsə də, tələbini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı yönəltmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli məktubdan görsənir ki, iddiaçıya müvafiq cavab cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxx” ASC tərəfindən verilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxx” ASC-yə qarşı “Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində yerləşən və daimi istifadə hüququ ilə ona məxsus 7.50 ha ölçüdə olan torpaq sahəsinin yola paralel hissəsindən ağacların başqa yerə köçürülməsi öhdəliyinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzərinə qoyulması” barədə iddiası mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi “xxxx” ASC-yə qarşı iddia ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq mülki məhkəmə icraatı qaydasında müvafiq səlahiyyətli məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-641/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-641/2021
06.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver