Məhkəmə qərarları › İş №2-1(118)-641/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-641/2022

16.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-641/2022 16.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşından, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 12 oktyabr 2021-ci il tarixli, **********3 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. “X5” LTD məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Qubadlı rayonunun Qubadlı şəhərində anadan olmuşdur. İkinci qrup Qarabağ müharibəsi əlilidir. xx.xx.2002-ci il tarixdən Azərbaycan Respublikası X7 LTD şirkətində Yarım Dalma üzən X3 dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən və fəhlə vəzifəsi təsnifatlarına uyğun olan Takelajçı vəzifəsində işləmiş və hal-hazırda işləməkdə davam edir. xx.xx.2018-ci ilə kimi onun ümumi 30 ildən çox əmək stajı vardır. Əmək pensiyası almaq ilə əlaqədar Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizəni, rədd-edərək bildirmişdir ki, tələb olunan ümumi iş stajı olmadığına görə əmək pensiyası hüququ yoxdur, əmək pensiyası təyin edilməsi qanuna ziddir, narazı qaldıqları halda məhkəməyə müraciət edə bilər. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə hesab edir ki, imtina əsassızdır. Çünki iddiaçının əmək kitabçası var, bundan əlavə işləməyini təsdiq edən sənədləri, qanuni qüvvədə olan sənədləri və sairə rəsmi sənədləri də cavabdehə təqdim etmişdir. İddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən, 1 saylı siyahı 10-cu bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 19 (on doqquz) il 00 (sıfır) ay 13 (on üç) gün təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası “Əmək Pensiyaları haqqında” Qanunun 31.1-ci, 32.1-ci, 37.7-ci, “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahıya, Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, ona işlədiyi müddətin ümumi iş stajı kimi sosial sığorta stajına daxil edərək ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edillməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirirlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “X5” LTD-nin 21 iyul 2021-ci il tarixli arayışında xx.xx.2003-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin Yarım Dalma üzən X3 takelajçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, Yarım Dalma üzən X3 işlədiyi takelajçı vəzifəsi yuxarıda qeyd olunan çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 ay 27 gün (xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı ona, 57 yaşından, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “X5” LTD-nin 21 iyul 2021-ci il tarixli arayışında xx.xx.2003xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin Yarım Dalma üzən X3 takelajçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, Yarım Dalma üzən X3 işlədiyi takelajçı vəzifəsi yuxarıda qeyd olunan çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 ay 27 gün (xx.xx.2002-xx.xx.2003-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2003-cü il tarixindən İstiqlal qurğusunda takelajçı vəzifəsinə qəbul edilmişdir. (0219983 saylı əmək kitabçası) “X5” LTD-nin 21 iyul 2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, X7 Ltd şirkətində Yarım Dalma, üzən X3 dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən Takelajçı vəzifəsində işləyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən, 1 saylı siyahı 10-cu bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş staji 19 (on doqquz) il 00 ( sıfır) ay 13 (on üç) gün təşkil edir. Aşağıda göstərilən Takelajçı vəzifəsi Fəhlə vəzifəsi təsnifatlarına uyğundur. S İşlədiyi Vəzifəsi, ixtisasın kodu Əmək İşlədiyi s tarix kitabçasında müddəti il ay qeydiyyat No gün 1 4 xx.xx.2002- 00.09.28 Rəngsaz. Təhlükəliliyi 3-cü 13.05. 2003 sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar - 23200000-13450 2 4 13.05. 2003- 18.02.15 Takelajçı-Fəhlə 10.2 Neft, İndiyədək qaz və qaz kondensatının hasilatı. Xammalın, yanmfabrikatların və hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın, neft tələlərinin və quruducu kameraların doldurubboşaldıılmasında, doğranmasında, yarılmasında, qablaşdırılmasında və nəql edilməsində məşğul olan fəhlələr. Məhkəmə prosesi gedişində cavabdehin nümayəndəsi arayışın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun tərtib edilmədiyini bildirmiş, iddiaçı isə onun işlədiyi müəssisənin fəaliyyətinin davam etdiyini, onun əmək ktabçasında takelajcı yazıldığı, takelajçınında fəhlə olduğu, onun işinin fəhləlik olduğu, dənizdəki qurğuda hansı işi tapşırırlasa, onunla məşgul olduğunu, bununla bağlı əlavə arayış təqdim edə biləcəyini bildirmişdir. Lakin mübahisə məhkəmədənkənar həllini tapmamışdır. Məhkəməyə təqdim edilmiş X5 LTD-nin 05 aprel 2022-ci il tarixli arayışında qeyd edimişdir ki, Əhmədov X4 Drilinq Kompani Ltd şirkətində Xəzər dənizində Yarım Dalma üzən X3 göyərtədə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən Takelajçı vəzifəsində işləyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən, 1 saylı siyahı 10-cu bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş staji 19 (on doqquz) il 09 ( doqquz) ay 02 (iki) gün təşkil edir. Aşağıda göstərilən Takelajçı vəzifəsi Fəhlə vəzifəsi təsnifatlarına uyğundur. Ss Əmək İşlədiyi tarix İşlədiyi Vəzifəsi, ixtisasın kodu kitabçasında müddəti il ay qeydiyyat No gün 1 4 xx.xx.2002- 00.09.28 Rəngsaz. Təhlükəliliyi 3-cü 13.05. 2003 sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar - 23200000-13450 2 4 13.05. 2003- 18.10.17 Takelajçı-Göyərtədə Fəhlə. İndiyədək 11.6. Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri. Çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər. Cavabdeh orqanın imtinasının əsası ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsinin (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “X5” LTD-nin 21 iyul 2021-ci il tarixli arayışında xx.xx.2003-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin Yarım Dalma üzən X3 takelajçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, Yarım Dalma üzən X3 işlədiyi takelajçı vəzifəsi yuxarıda qeyd olunan çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri sahəsinə aid deyil. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 10-cu bölmə Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı, 11-ci bölmə isə metal emalı adı ilə adlanır. Çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan gəmi takelajçıları və bütün adlarda çilingərlər 11ci “Metal emalı” bölməsinin 11.6-cı bəndinin “a” yarımbəndində göstərilmişdir. İş materillarından görünür ki, iddiaçı xx.xx.2003-cü il tarixindən İstiqlal qurğusunda takelajçı-göyərtədə fəhlə işləmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 10-cu bölməyə uyğundur. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında konkret olaraq fəhlə yazılmaması, onun gördüyü işin qeyd edilən siyahının 10-cu bölməsinə uyğun olmaması kimi qiymətləndirilə bilməz. İddiaçının işlədiyi, hazırda fəlayyət göstərən müəssisənin arayışları və özünün ifadələri ilə iddiaçının gördüyü işin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 10-cu bölməsinə uyğun olduğunu göstərir. Cavabdeh inzibati orqan bununla bağlı hər hansı araşdırma aparmadan, iddiaçının hansı işləri gördüyünü müəyyən etmədən əsasslandırılmamış imtina etmişdir. Beləliklə qeyd edilənlər inzibati orqanın imtinasının əsassız olduğunu göstərir. Lakin məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi qismən təmin edilməli, iddiaçıya pensiya 57 yaşdan yox, 60 yaşından təyin edilməlidir Belə ki, iddiaçı ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini istəyir və qeyd edir ki, Azərbaycan Respublikası “Əmək Pensiyaları haqqında” Qanunun 31.1-ci, 32.1-ci, 37.7-ci, “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahıya, Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, ona işlədiyi müddətin ümumi iş stajı kimi sosial sığorta stajına daxil edərək ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edillməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları əsasında pensiya təyin edilə bilməsi üçün zəruri şərtlərin biri “Əmək Pensiyaları haqqında” Qanun qüvvəyə minənə qədər onun umumi və xüsusi iş stajına malik olmasıdır. Lakin iddiaçı zərərli işlərdə 2003-cü ildən işləməyə başladığına görə “Əmək Pensiyaları haqqında” Qanun qüvvəyə minənə qədər bu hüququ qazanmamışdır. “Əmək Pensiyaları haqqında” Qanunun xx.xx.2017-cı il tarixədək qüvvədə olmuş müddəalarına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bu halda şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: şəxs xx.xx.2017-cı il tarixədək müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan “57” yaş şərti iddiaçıya münasibətdə mövcud deyil. Bu baxımdan, Əmək Pensiyaları haqqında Qanunun hazırda qüvvədə olmayan həmin müddəaları iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Hazırda qüvvədə olan Əmək Pensiyaları haqqında Qanunun (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanuna müvafiq olaraq) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Əvvəlki redaksiyada isə deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçıya 60 yaşından əmək pensiyası təyin edilməsi Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanuna müvafiq olaraq və eyni zamanda həmin dəyişikdən əvvəlki normalara uyğun aparıla bilər. Beləki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli dəyişiklikdən əvvəlki qanunvericiliyə əsasən tələb olunan 60 yaşına çatmaq, azı 25 il sığorta stajına malik olmaq və bu müddətin azı 12 il 6 ayını zərəli işlərdə çalışmaq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermək kimi qeyd edilən şərtlərdən, cavabdeh inzibati orqanın tək etiraz etdiyi yeganə əsas xx.xx.2003-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlərin zərəli iş kimi qəbul edlməməsi təşkil edir ki, həmin dövrlərin zərəli iş kimi nəzərə aslınmalı olmasını məhkəmə müəyyən etmişdir. Məhkəmə hesab edir ki, digər əsaslar olmasa belə, qanunvericiliyə yuxarıda qeyd edilən son dəyişiklik əsasında iddiaçının 60 yaşının tamamında ümumi 25 il iş stajına və 12 il 6 ay xüsusi iş stajına malik olduğu üçün onun pensiya hüququ yaranmış olur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı yaxırıda qeyd edilən üç illik müddəti ötürmədiyi üçün məhkəmə hesab edir ki, onun pensiyası 60 yaşından tamam olduğu tarixdən təyin edilməli və ödənilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı 60 yaşınin tama olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı, 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar