Məhkəmə qərarları › İş №2-1(118)-641/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-641/2023

27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-641/2023 27.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası DƏDKR publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Sumqayıt şəhəri, Hacı Zeynalabdın qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsinin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhəri, Hacı Zeynalabdın qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 12 avqust 2022-ci il tarixli, **********49 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırılır ki, 14 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikasının DƏDKR publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi ərizəsilə bağlı xx.xx.2022-ci il tarixdə **********49 nömrəli məktubla imtina edilmişdir. ........... Halbuki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Belə olduğu tədqirdə cavabdeh təşkilatın imtinasında gətirdiyi birinci və üçüncü arqumenti əsassız olur. “Daşınmaz Əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən, Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan toıpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən,daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasmm (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarları; qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (qərar),“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1-cu maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasmm (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5. 2006-cı il iyulun ö-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (order) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasmm (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. AR İPM-nin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə nüdafıəyə dair iddialaraa (məcburetmə haqqında iddia ) baxılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 oğlu iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, order əsasında əldə etdiyi evi mübahisiz olaraq daimi istifadə etmişdir. Order və protokolda dexniki səhv olmuş, orderdə müvafiq düzəliş aparılmışdır. Cəfər Cabbarlı küçəsi, ev 1, mənzil 4 X2 xüsusi mülkiyyətindədir, həmin mənzilin ona heç bir aidiyyəti yoxdur. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, hüquqmüəyyənedici sənəd qismində təqdim edilən 1 nömrəli orderin verilməsinə əsas olan xx.xx.1995-ci il tarixli 21 nömrəli protokoldan çıxarışa dair arxiv çıxarışına əsasən müəyyən olunmuşdur ki, sözügedən protokoldan çıxarışda evin nömrəsi “1” kimi göstərilsə də, orderdə düzəliş edilərək evin nömrəsi “2” kimi qeyd olunmuşdur, həmçinin orderdə edilən düzəlişlər sənədi tərtib edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən möhür və imza ilə təsdiq olunmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmçinin müraciətilə əlaqədar əlavə araşdırma aparılması zərurəti yarandığından Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanmış və sorğuya cavab verilənədək hüquqların dövlət qeydiyyatı 1 ay müddətinə qədər dayandırılmışdır. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını təyin etmək üçün əmlaka müayinə baxışı keçirilərkən əldə olunan məlumatların yoxlanılması zamanı qeydiyyata alınması nəzərdə tutulan yaşayış sahəsində yenidənqurma işlərinin aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında aparılır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. İddiaçı Sumqayıt şəhəri, Hacı Zeynalabdın qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsini istəyir. Cavabdeh isə etirazında qeyd edir ki, hüquqmüəyyənedici sənəd qismində təqdim edilən 1 nömrəli orderin verilməsinə əsas olan xx.xx.1995-ci il tarixli 21 nömrəli protokoldan çıxarışa dair arxiv çıxarışına əsasən müəyyən olunmuşdur ki, sözügedən protokoldan çıxarışda evin nömrəsi “1” kimi göstərilsə də, orderdə düzəliş edilərək evin nömrəsi “2” kimi qeyd olunmuşdur, həmçinin orderdə edilən düzəlişlər sənədi tərtib edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən möhür və imza ilə təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri əsassızdır və iddianın təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 4 nəfər ailə üzvü ilə birlikdə qeydiyyatda olmaqla İddiaçı ünvan 3 ünvanında yaşayır. (Hacı Zeynalabdin rayon Mənzil İstismar hissəsinin 1 nömrəli Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli 953 saylı forma-2 arayışı) 24 may 1995-ci il tarixli 21 №li protokolun Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş 27 may 2022-ci il tarixli, 601 saylı arxiv çıxarışından görünür ki, 26.Z.Tağıyev r-nu MİHnin xx.xx.1995-ci il tarixli 01 №li məktubuna və 888 №li H/Hnin xx.xx.1993-cü il tarixli 4 №li protokols əsasən, yaşayış sahəsi 50 kvm olan 3 otaqlı Z.Tağıyev qəsəbəsi, Stepnoy küçəsi, ev 1, mənzil 4 həmin Hərbi Hissənin qulluqçusukapitan Əbdüləzizov Qiyami Bahəddin oğlunun 4 nəfərdən ibarət ailə tərkibinə təqdim edilmişdir. Notarial qaydada təsdiq edilmiş **********126 və **********127 saylı razılıq ərizələrinə müvafiq olaraq X3 oğlu və Abduləzizova Firəngiz Aslan qızı Sumqayıt şəhəri, Hacı Zeynalabdın qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzilin Əbdüləzizov Qiyami Bahəddin oğlunun adına özəlləşdirilməsinə etiraz etməmişdir. Məhkəməyə təqdim edilmiş Hacı Zeynalabdin rayon Mənzil İstismar hissəsinin 1 nömrəli Mənzil İstismar Sahəsinin 23 avqust 2022-ci il tarixli 2321 saylı arayışında ünvan 4 ünvanında X2, 2320 saylı arayışda ünvan 5 ünvanında isə Abdüləzizov Qiyami Bahəddin oğlunun yaşadığı qeyd edilir. Həmçinin 15 iyun 1995-ci il tarixli, 26/173 saylı orderin əsli də məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsi tərəfindən ünvan 5 ünvanına dair sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Lakin təqdim edilən sənədlərdə iddiaçıya mənzilin ayrılması qeyd edilsədə, ünvan olaraq Hacı Zeynalabdın qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 1 , mənzil 4 ünvanı göstərilmişdir. Bu isə həmin qeydin texniki səhv olmasını təsdiq edir .(Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin xx.xx.2023-cü il tarixli, 5-6/2-64/2023 saylı məktubu) Habelə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, reyestr nömrəsi **********10-05101-093007, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən çıxarışdan görünür ki, ünvan 4 , yeni qaydalarla ünvan 6 ünvanda yerləşən mənzil X2 xüsusi mülkiyyətindədir. Göründüyü kimi Hacı Zeynalabdın qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 2, mənzil 4ün iddiaçının qanuni istifadəsində olması işin mübahisə olunmayan halıdır. İnzibati İcraat Haqqında Qanunun 15.1-ci Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunun 15.2-ci Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Qanunun 15.3-cü İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərdə olan aşkar yazı səhvləri onun hüquqnun məhdudlaşdırılması üçün əsas ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.11-ci maddəsinə əsasən zərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında AR Qanunu: Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının Mülki məcəlləsi: Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, Hacı Zeynalabdın qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 2 ünvanında yerləşən 4 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar