Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-641/2024 05.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclası katibi Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin dərəcəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərini qanunsuz hesab edilməsi, təyin edilmiş 2-ci qrup əlillik dərəcəsinin ləğv edilməsinin qanunsuz sayılması, 2-ci qrup əlilliyinin bərpa edilməsinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əlilliyin dərəcəsinin 3-cü dərəcədən 2-ci dərəcəyə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü ildə Füzuli rayonunda anadan olmuşdur. O, Füzuli rayonu ərazisində gedən döyüş və hərbi əməliyyatlarda digər növ odlu silahdan atəşlər və qəlpə yaraları nəticəsində yaralanmışdır. Odlu silahdan açılan dəlib keçən qəlpə yaralanması nəticəsində “sağ said sümüklərinin aşağı 1/3-nin və əl daraq sümüklərinin qeyri-düzgün bitişmiş qəlpəli sınıqları, sağ mil-bilək oynağının qəlpə yaralanması nəticəsində mil-bilək oynağı ətrafında keçirilmiş travma və cərrahi əməliyyatdan sonrakı çapıqları, köçürülən dəri flebi izləri, autodermoptastikadan sonrakı vəziyyət, oynağın ankilozu, sağ mil-bilək oynağının və 1-V barmaqların postravmatik ankilozu, ətrafların dəqiqləşdirilməmiş qazanılma deformasiyası, sağ əlin açma, biləyin qaldırma, barmaqların açma funksiyasının pozulması, əlin tutma funksiyasının pozulması” xəstəliyindən əziyyət çəkir. Bu səbəbədən 1994-cü ildən 2005-ci ilə qədər əmək qabiliyyətsiz olmuş, həmin ildən iddiaçıya müddətsiz olaraq ömürlük İİ dərəcə əlillik təyin edilmişdir. Əlilliyin müddətsiz olmasına baxmayaraq, 2023-cü ilin aprel ayından başlayaraq cavabdeh idarə əsassız və qanunvericiliyə zidd olaraq iddiaçıya İİİ dərəcə əlilik təyin etmişdir. Nəticədə İİ qrup əlilliyini ləğv etmiş, pensiyanın məbləğini aşağı endirməklə iddiaçıya qarşı haqsız etmişdir. Hətta qeyd edilmişdir ki, guya o, yüngül işdə işləyə bilər. Halbuki, onun diaqnozu olduqca ağırdır. Əmək qabiliyyətinin bərpa olunması barədə qeyd əssasız və qanuna ziddir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdilər və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə 1 saylı Sumqayıt şəhər xəstəxanasının xx.xx.2005-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “X1: XİX Sinif * Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S50-S59 - Dirsək və saidin travmaları => S51 - Saidin açıq yarası => S51.8 - Saidin digər hissələrinin aç..,; Diaqnozun mətni: Sağ said nahiyyəsinin güllə yaralanması nəticəsində sümük defekti.; Meyar: 2 2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ said nahiyyəsinin güllə yaralanması nəticəsində sümük defekti.” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Bakı 18 nömrəli Birləşmiş şəhər Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ60-İ69 - Serebrovaskulyar xəstəliklər => İ69 - Serebrovaskulyar xəstəliklərin nəticələri => İ69.3 - Beyin infarktının nəticələri; Diaqnozun mətni: Beyin infarktı, sağ orta beyin arteriyası hövzəsində işemik insult, sol tərəfli hemiplegiya, Spastik paraplegiya, Hər iki yuxarı ətrafın və sol aşağı ətrafın triplegiyası, Üzvi mənşəli emosional labil [astenik] pozuntu, Kəskin ifadə olunan asteno-nevrotik sindrom, Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.9 qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və yə piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg... səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Sumqayıt Tibb Mərkəzinin xx.xx.2023-cü ii tarixli göndərişi əsasında baxılmış və Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, Diaqnozun mətni. H01 əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnməiər, Odlu silah dəlib keçən qəlpə yaralanması nəticəsində sağ said sümüklərinin aşağı 1/3-nin və əl daraq sümüklərinin qeyri-düzgün bitişmiş qəipəii sınıqları. Sağ mil-bilək oynağının qəlpə yaralanması nəticəsində mil-bilək oynağı ətrafında keçirilmiş travma və cərrahi əməliyyatdan sonrakı çapıqları, köçürülən dəri fiebi izləri. Autodermoplastikadən sonrakı vəziyyət, oynağın ankilozu, Sağ mıl-bılək oynağının və l-V barmaqların postravmatik ankiiozu. Ətrafların dəqiqləşdirilməmiş qazanılma deformasiyası. Sağ əlin açma, Biləyin qaldırma, barmaqların uçma funksiyasının pozulması. Əlin tutma funksiyasının pozulması.: Meyar; 13.4.10, M21.9 - Ağırlaşma - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri -> Ətrafların digər qazanılma deformasiyaları => Ətrafların digər qazanılma deformasiyaları => Güdülün və oynaqların yararlı vəziyyəti ilə ətrafın baldır səviyyəsində amputasiyası, OFP faizi — yekun — 50% səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Bundan əlavə, İddiaçı xx.xx.2023-cü il tarixdə əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 3-17-4/3-3-2232/2023 nömrəli, 13 aprel 2023 cü il tarixli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Sumqayıt şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir, (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 8916 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Odlu-şitah dəlib-keçən qəlpə yaralanması (xx.xx.1994) nəticəsində said və İİ əl sol sümüyünün bitişməmiş sınığı 5 sm sümük toxumannın defekti ilə, sağ mil bilək oynağın ankilozu, əməliyyatlar-sağ said arteriyanın autodermoplastikası (xx.xx.1994). metalloosteosintez (aprel 199411 diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ əl barmaqlarının hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ budun orta 1/3-də, sol baldırın orta 1/3-də çapıq toxumalar, sağ qəlcadan sümük götürülməsindən və qarında köndələn istiqamətdə yumşaq toxuma götürülməsindən sonrakı əməliyyat çapıqları izlənilmiş, sağ saidin aşağı 1/3-də və biləkdə geniş toxuma deffekti ilə, sümük, yumşaq toxuma və dəri köçürülməsindən sonrakı çapıq toxumalar qeydə alınmış, sağ biləkdə ankiloz əlamətləri və təm hərəkət məhdudluğu, biləyin məcburi vəziyyəti izlənilmiş, sağ əl barmaqlarının nisbi hərəkəti saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan : - xx.xx.1994-cü il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı diaqnozunun səbəbli əlaqəsi kimi “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. - ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının 990818 nömrəli arayışından görünür ki, İddiaçı müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. İş üzrə təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və X2-Təcrübi və Tədris Birliyi tərəfindən keçirilmiş T09/2024 saylı rəyindən görünür ki, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, son qiymətləndirmənin nəticələrində qeyd edilən “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silahla dəlib-keçən qəlpə yaralanması nəticəsində sağ said sümüklərinin aşağı 1/3-nin və əl daraq sümüklərinin qeyri-düzgün bitişmiş qəlpə sınıqları. Sağ mil-bilək oynağının qəlpə yaralanması nəticəsində mii-bilək oynağı ətrafında keçirilmiş travma və cərrahı əməliyyatdan sonrakı çapıqları, köçürülən dəri flebi izləri autodermoplastikadan sonrakı vəziyyət. Oynağın ankilozu, sağ mil-bilək oynağının və İ-V barmaqların postravmatik ankilozu. Ətrafların dəqiqləşdirilməmiş qazanılma deformasiyası. Sağ əlin açma, biləyin qaldırma, barmaqların açma funksiyasının pozulması. Əlin tutma funksiyasının pozulması” diaqnozda olan xəstəliklərdən əziyyət çəkir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2 İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. İşin halarından aydın olur ki, İddiaçı 2005-ci ildən müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. 2023-cü ilin aprel ayında əlillik dərəcəsi dəyişdirilərək İİİ qrup əlillik təyin edilmişdir. İddiaçının müraciətinə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixindən "Azərbaycan Respublikasının ərazi Dütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbindən müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarfna dair Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən orqanizmin funksiyalarının 50 faiz pozulmasına görə müddətsiz əlilliyin təyininə əsas vermişdir. Yuxarıda göstərilən Meyarların tələblərindən göründüyü kimi şəxsə ll dərəcəli əlilliyin təyin olunması üçün onun orqanizmin funksiyalarının 61-80-dək pozulması tələb olunur. “Əlilliyin müəyyən edilməsi Meyarları”na Əlavə edilmiş İnsan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəlindən görünür ki, “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri”nə aid olan (13) Said səviyyəsində qısa güdüllü (2 sm-ə qədər) amputasiya (13.3.6) halında orqanizm funksiyalarının 60 % pozulması kimi qiymətləndirilir. İddiaçıya təyin edilmiş digər diaqnozlar da müvafiq olaraq iddiaçıya 2-ci dərəcəli (61-80 %) əlilliyin təyin edilməsi üçün əsas vermir. İş üzrə təqdim edilmiş sənədlərdən və təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, iddiaçının orqanizminin funksiyalarının pozulması faizi 50-dən yuxarı deyildir ki, belə olan halda ona tələb etdiyi kimi ll dərəcəli əlilliyin təyin olunması əsassızdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-641/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-641/2024
05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver