Məhkəmə qərarları › İş №2-1(118)-6417/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6417/2025

05.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6417/2025 05.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “X3 ona məxsus ünvan 1i ünvanda 0.015 ha ölçüsü olan torpaq sahəsində tikilmiş ümumi sahəsi 70.5 m2 olan fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ərazsində yerləşən 0.015 ha ölçüsü olan torpaq sahəsində tikilmiş ümumi sahəsi 70.5 kv.m olan fərdi ev DƏDRX-in ********** qeydiyyat nömrəli, xx.xx.2019-eu il tarixli çıxarışına əsasən onun mülkiyyətindədir.Qeydiyyatdan çıxarmaq istədiyi şəxs X5r.Bildirir ki, Qurbanova Səkinə onun keçmiş gəlinidir.X2 ilə xx.xx.2018-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatdan keçməklə ailə həyatı qurmuşlar.Birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X9 adlı bir övladları olmuşdur. Lakin Abşeron Rayon Məhkəməsinin 2(012)-393/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Belə ki, keçmiş gəlininin mülkiyyətində olan evə pasport qeydiyyatına düşməsinə səbəb oğlunun həyat yoldaşı olması, ailə üzvlərindən biri kimi hesab olunması ilə bağlı olmuşdur. Lakin faktiki vəziyyət dəyişmiş, oğlu ilə onun arasında olan ailə münasibətləri kəsilmiş, nikahları pozulmuşdur. Onun mübahisəli evə istifadə hüququ da yaranmamış və evlə bağlı heç bir əlaqəsi qalmamışdır. Nikah pozulduqdan sonra o atasının evinə Şəmkir rayonuna köçüb getmişdir. Onun qeydiyyatı formal xarakter daşıyır və bu isə, öz növbəsində iddiaçının mülkiyyətçi olaraq mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir və onun evdə formal qeydiyyatda olmasına görə adambaşına hesaba alman kommunal xidmət haqları ödəməli olur.Eyni zamanda iddiaçı Sumqayıt “Asan Xidmət 2” mərkəzinə müraciət edərək evə dair forma 2 arayışını əldə edərkən, qeydiyyatda olan şəxslərin siyahısını verərkən dəqiq ünvan olmadığından arayışda X3 adını qeyd etmək mümkün olmamışdır.Həmçinin, bununla bağlı ilkin olaraq Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdehin 17 fevral 2025-ci il tarixli məktubu ilə ərizənin icrasından imtina etmişlər. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubu, DƏDRX tərəfindən verilmiş **********13-10301 reyestr nömrəli çıxarışın surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, Abşeron Rayon Məhkəməsinin e-2(012)- 393/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materiallarından görünür ki, İddiaçı ünvan 1i ünvanda 0.015 ha ölçüsü olan torpaq sahəsində tikilmiş ümumi sahəsi 70.5 m2 olan fərdi yaşayış evinin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxs – X7 onun keçmiş gəlinidir və Elektron məhkəmə portalından görünür ki, həmin şəxsin qeydiyyat ünvanı iddiaçıya məxsus mənzil göstərilmişdir. X7 qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır. Belə ki, Abşeron rayon Məhkəməsinin qətnamsəindən müəyyən olunur ki, iddiaçının oğlu, yəni üçüncü şəxsin əri olan Elvin Qurbanov ilə nikahlarına xitam verilmişdir. Göründüyü kimi mübahisəli mənzilə dair X3 istifadə hüququnun olması müəyyən olunmur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 228.1-ci maddənin tələbləri baxımından X3 mənzildə istifadə hüququnun yaranması üçün İddiaçı tərəfindən verilmiş qeydiyyata razılıq barədə ərizə daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmalıdır. İddiaçının keçmiş gəlini onun mülkiyyətinə pasport qeydiyyatına salınmasına baxmayaraq, xeyli müddətdir ki, həmin mənzildə yaşamamışdır. Belə olduğu tədqirdə X3 onun mənzildə pasport qeydiyyatında qalması üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, onların mübahisəli evdə pasport qeydiyyatda qalması iddiaçının mənzil hüquqlarının pozulmasına səbəb olur. Hazırkı iddia tələbi üzrə X1 mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz.Qeyd olunan mənzil 3-cü şəxs ilə yaxın qohum münasibətlərində olan şəxsin, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd olunan şəxslərin (Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarında həmin şəxslərin dairəsi müəyyən edilib) dairəsinə daxil olsaydı onun həmin mənzildə istifadə hüquqları yaranmış olardı. Lakin həmin şəxsin pasport qeydiyyatına düşdüyü mənzil yaxın qohumu olmayan iddiaçının mülkiyyətində olduğuna görə həmin mənzilə 3-cü şəxsin istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İddiaçının bildirdiyinə görə qeyd olunan ərizə DƏDRX-də qeydiyyata alınmayıb. Ona görə də məhkəmə hesab edir ki, X3 mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X3 İddiaçı məxsus ünvan 1i ünvanda 0.015 ha ölçüsü olan torpaq sahəsində tikilmiş ümumi sahəsi 70.5 m2 olan fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar