Məhkəmə qərarları › İş №2-1(118)-642/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-642/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-642/2020 09.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı “DSMFnun Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********0 saylı imtinasının əsassız hesab olunması və onun 1970-1975-ci illərdə Şamaxı rayon “Engels” adına kolxozda, 1977-1991-ci illərdə Şamaxı rayonu Göylər kənd Engels adına sovxozda, 1992-1995-ci illərdə Şamaxı rayonu “Göylər” kolxozunda, 1996-1997-ci illərdə Göylər Üzüm emalı və istehsalı müəssissəsində işlədiyi müddətin sığorta stajına hesablanmaqla yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı pensiya təyini üçün cavabdeh DSMF-nin Şamaxı rayon şöbəsinə müraciət etmiş, lakin cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixli, **********10 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı razılaşmayaraq, məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə Əmək pensiyası hesablanması üçün sənədlərini Dövlət sosial müdafiə fondunun Şamaxı rayon şöbəsinə təqdim etmişdir. Bildirilmişdir ki, iddiaçının əmək kitabçası olmadığından iddiaçının 1970- 1975-ci illərdə Şamaxı rayon “Engels”adına kolxozda ,1977-1991-ci illərdə Şamaxı rayonu Göylər kənd Engels adına sovxozda, 1992-1995-ci illərdə Şamaxı rayonu “Göylər “ kolxozunda, 1996-1997-ci illərdə Göylər Üzüm emalı və istehsalı müəssisəsində işlədiyi müddətə dair təqdim etdiyi arxiv arayışlarına əsasən iddiaçıya pensiya təyin olunması mümkün olmamışdır və bu əsasdan da xx.xx.2020-ci il tarixdə **********0 saylı məktubla iddiaçıya pensiya təyin olunmasından imtina olunmuşdur. İddiaçı DSMF-nun Şamaxı rayon şöbəsinin bu imtinasını əsassız hesab edir. Belə ki o, 01.07. 1955-ci ildə Göylər kəndində doğulmuşdur. Səkkizinci sinfi bitirdikdən sonra 1970-ci ildə kənddə “Engels”admına kolxozda işə qəbul olunmuşdur. 1975-ci ilə kimi orada işləmişdir. Sonra hərbi xidmətə getmişdir, 1977-ci ildə hərbi xidmətdən qayıdıb Engels adına sovxozda işə girmiş və 1991-ci ilə kimi orada işləmişdir . Sonra sovxoz kolxoza çevrilib və iddiaçı 1992-1995-ci illərdə “Göylər “ kolxozunda işləmişdir. 1996-cı ildə islahatla bağlı kolxoz ləğv olunmuşdur, əvəzində Göylər Üzüm emalı və istehsalı müəssisəsi yaradılmış və iddiaçı 1996-1997-ci illərdə orada işləmişdir. Buna dair müvafiq arxiv arayışları var. Amma əmək kitabçası yoxdur. Eyni yerdə işlədiyindən bu ona lazım olmayıb, tələb etməmişdir. Əslində müdriyyət bunu etməli idi, amma etməmişdir. Lakin bu o demək deyildir ki, iddiaçıya buna görə pensiya təyin olunmamalıdır. iddiaçı işləmişdir ,əmək haqqından pensiya fonduna sosial sığorta haqları ödənilmişdir. Buna görə də iddiaçıya pensiya hesablanmasından imtina olunması əsassızdır. İddiaçı belə hesab etmişdir ki, DSMF-nun Şamaxı rayon şöbəsinin ona pensiya təyin etməkdən imtinası əsassız hesab olunmalı, arxiv arayışlarında göstərilən müddətin sığorta stajına hesablanması və pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmalıdır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsi iddiaya münasibətində bildirmişdir ki, rayonun M.Maqomayev küçəsi 4 saylı evde yaşayan X1 yaşa görə əmək pensiyası təyin edilməsi üçün şöbəyə təqdim etdiyi arxiv arayışına tərəflərindən imtina edilmişdir. İmtinanın səbəbi Əmək pensiyaları haqqında Qanunun 3.1.1 maddəsinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Arxiv arayışlarına məhkəmə qərarı tələb olunur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, arxiv arayışları sosial sığorta stajı kimi nəzərə alınarasa, iddiaçının pensiya hüququ yaranır, lakin onların bunu nəzərə almaq hüququ yoxdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X6 xx xxxxxx 2019-cu il tarixli, 928 saylı arayışlarında iddiaçının 1970-1975-ci illərdə Şamaxı rayon “Engels” adına kolxozda, 1977-1991-ci illərdə Şamaxı rayonu Göylər kənd Engels adına sovxozda, 1992- 1995-ci illərdə Şamaxı rayonu “Göylər” kolxozunda, 1996-1997-ci illərdə Göylər Üzüm emalı və istehsalı müəssissəsində işləməsi öz təsdiqini tapmışdır. Məhkəməyə yuxarıda adı qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İş materiallarından və tərəflərin izahatından görsənir ki, hazırkı mübahisənin yaranmasının əsasını iddiaçınin işlədiyi və arxiv arayışları ilə müəyyən olunan dövrlərin cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iş stajının əmək kitabçasına əsasən hesablanmalı olmasını səbəb gətirərək Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X6 xx xxxxxx 2019-cu il tarixli, 928 saylı arayışlarında qeyd olunan dövrləri nəzərə almaması qanuna uyğun deyildir. Belə ki, həmin arayışlarda iddiaçının 1970-1975-ci illərdə Şamaxı rayon “Engels” adına kolxozda, 1977-1991-ci illərdə Şamaxı rayonu Göylər kənd Engels adına sovxozda, 1992-1995-ci illərdə Şamaxı rayonu “Göylər” kolxozunda, 1996-1997-ci illərdə Göylər Üzüm emalı və istehsalı müəssissəsində işləməsi öz təsdiqini tapmışdır. Vətəndaşın iş stajının müəyyən olunmasında müvafiq arayışın nəzərə alınmamasını məhkəmə yuxarıda qeyd olunan konstitusion hüququn pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, həmin arayışda qeyd olunan dövrlər iddiaçıya yaşa görə əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. İş materiallarından görünürki iddiaçının 27 ildən artıq sosial sığorta stajı mövcuddur və o pensiya yaşına çatdığına görə ona pensya təyin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X6 xx xxxxxx 2019-cu il tarixli, 928 saylı arayışlarında qeyd olunan dövrlər İddiaçı sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: DSMF-nun Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********0 saylı imtinası əsassız hesab olunsun, İddiaçı 1970-1975-ci illərdə Şamaxı rayon “Engels” adına kolxozda, 1977-1991-ci illərdə Şamaxı rayonu Göylər kənd Engels adına sovxozda, 1992- 1995-ci illərdə Şamaxı rayonu “Göylər” kolxozunda, 1996-1997-ci illərdə Göylər Üzüm emalı və istehsalı müəssissəsində işlədiyi müddətlər sığorta stajına hesablanmaqla ona yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar