Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-642/2021 16.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X11, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Atası-Rzayev Əlirza Yasər oğluna məxsus torpaq sahəsi üzrə, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən, tam mülkiyyət üzrə 0,0991 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə X12 verilmiş **********82 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi və həmin çıxarış əsasında verilmiş bütün hüquqverici sənədlərin, o cümlədən, Sumqayıt şəhəri 4 saylı notariat ofisində X18 ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-318 reyestr nömrəli alqı-satqı müqaviləsinin; X18 ilə X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-442 reyestr nömrəli alqı-satqı müqaviləsinin; X18 ilə X24 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-643 reyestr nömrəli alqı-satqı müqaviləsinin və bunun əsasında da X5, X15, X9 adına verilmiş reyestrdən çıxarışların etibarsız hesab olunması, həmçinin, atası-Rzayev Əlirza Yasər oğlunun adına olmuş, Sumqayıt şəhəri, Novxanı bağları, 0,11 ha torpaq sahəsi olan 3706 saylı bağ üzərində hüquqların adına dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsinin cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Atası-Rzayev Əlirza Yasər oğluna məxsus torpaq sahəsi üzrə, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən, tam mülkiyyət üzrə 0,0991 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə X12 verilmiş **********82 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi və həmin çıxarış əsasında verilmiş bütün hüquqverici sənədlərin, o cümlədən, Sumqayıt şəhəri 4 saylı notariat ofisində X18 ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-318 reyestr nömrəli alqısatqı müqaviləsinin; X18 ilə X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-442 reyestr nömrəli alqı-satqı müqaviləsinin; X18 ilə X24 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-643 reyestr nömrəli alqı-satqı müqaviləsinin və bunun əsasında da X5, X15, X9 adına verilmiş reyestrdən çıxarışların etibarsız hesab olunması, həmçinin, atası-Rzayev Əlirza Yasər oğlunun adına olmuş, Sumqayıt şəhəri, Novxanı bağları, 0,11 ha torpaq sahəsi olan 3706 saylı bağ üzərində hüquqların adına dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsinin cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt icraiyyə Komitəsinin Bağlar Təsərrüfatı ilə iddiaçının atası- Rzayev Əlirza Yasəf oğlu arasında bağlanmış xx xxxxxx 1985-ci il tarixli 5000 saylı icarə Müqaviləsinə əsasən Novxanı bağlar massivindəki 0,22 ha torpaq sahəsi bağçılıq təsərrüfatı üçün iddiaçının ailəsinin istifadəsinə və sahibliyinə verilmiş və müqavilə 10 il müddətinə bağlanmışdır. Bundan sonra, atası tərəfindən verilmiş xx xxxxxx 1990-cı il tarixli razılıq ərizəsinə əsasən istifadə və sahibliklərində olan 0,22 ha torpaq sahəsinin 0,11 ha hissəsinə X22 adına xx xxxx 1990-cı il tarixli icarə müqaviləsi verilmiş və həmin vaxtdan da bağın həmin hissəsi onun ailəsinin sahibliyinə və istifadəsinə keçmiş, eyni zamanda onlara verilmiş bağ sahəsinin icarə müqaviləsi də qeyd olunan tarixdən yenilənərək müqavilənin üzərində də müvafiq qeyd aparılmışdır. Beləliklə, 1985-ci il tarixli Müqavilə üzrə, 0,22 ha bağ sahəsi xx xxxx 1990-cı il tarixədək onların sahibliyində və istifadələrində olmuş, qeyd olunan tarixdən 2020-ci ilin avqust ayınadək isə, həmin bağın 0,11 ha hissəsi iddiaçının ailəsinin sahibliyində və istifadəsində olmuşdur. Azərbaycan Respublikasının 1994-cü il tarixdə qəbul edilmiş Torpaq Məcəlləsinə və 1996-cı il tarixdə isə qəbul edilmiş "Torpaq islahatı haqqında " Qanununa əsasən vətəndaşların istifadəsində və sahibliyində olan torpaq sahələri və bağçılıq təsərrüfatları əvəzsiz olaqar onların mülkiyyətinə verildiyindən həmin tarixlərdən də hər hansı müqavilələrin başlanılması zərurətinin olmadığı iddiaçıya bildirilmişdir. 1996-cı və 1997-ci illərdən başlayaraq atası tez-tez xəstələndiyindən və 2006-cı ilin mart ayında vəfatı ilə əlaqədar olaraq, həmçinin maliyyə çətinliyi ilə əlaqədar olaraq, istifadədə və sahibliklərində olan bu torpaq sahəsinin adlarına dövlət qeydiyyatına alınması üzürlü səbəblərdən mümkün olmamışdır. Nəhayət, xx xxxxxxx 2019-cu il tarixdə, Sumqayıt şəhəri, Sumqayıt Bələdiyyəsinin Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsindən istifadə və sahibliklərində olan 3706 saylı bağ sahəsinin Texniki Pasportu əldə edilmiş və bu bağın vərəsəlik qaydasında iddiaçının adına keçirilməsi üçün müvafiq prosessual hərəkətlər həyata keçirilməyə başlanılmış və bu məqsədlə, atasından miras əmlakın qəbulu üçün Sumqayıt şəhəri 3 saylı Notariat ofisinə ərizə ilə müraciət edilmişdir. Bununla yanaşı, 2020-ci ilin iyul ayında bağda olarkən iddiaçıya məlum olmuşdur ki, bağın bir hissəsi X6 tərəfindən zəbt edilərək həmin sahədə tikinti işləri aparılmaqdadır. Bununla əlaqədar olaraq, tərəflərindən dərhal Sumqayıt şəhər Məhkəməsinə müraciət olunaraq, cavabdeh- X4 həyata keçirdiyi tikililəri öz hesabına sökməklə, zəbt etdiyi və iddiaçıya məxsus bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edilməklə yanaşı, eyni zamanda, iddianın təmini tədbiri kimi, ərizə ilə məhkəməyə müraciət olanaraq, iddiaçıya məxsus, Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3706 saylı ünvünda yerləşən bağ sahəsində, tikinti işlərinin aparılmasının cavabdeh- X5 və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmiş və Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, tərəflərindən təqdim edilmiş ərizə təmin edilərək, "Hazırki işə mahiyyəti üzrə baxılıb həll edilənədək Sumqayıt şəhəri, Novxanə bağlar massivi 3706 saylı ünvanda yerləşən bağ sahəsində tikinti işlərinin aparılması cavabdeh X5 və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin bu qərardadından apellyasiya şikayəti verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə, "Cavabdeh S.N.Qardaşxanovun verdiyi şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-4611/2020 saylı qərardadı cavabdeh S.N.Qardaşxanova münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Elə bu ərəfədə də, Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi və Sumqayıt şəhəri, 4 saylı notariat ofisində həyata keçirilən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən məlum olmuşdur ki, "Satıcı, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4308V ünvanda yerləşən ümumi sahəsi 0,0991 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,03 ha torpaq sahəsini 7000 manata X1 və bu torpaq sahəsi- ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi idarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X12 verilmiş **********82 reyest nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,0991 ha Satıcıya məxsusdur. Bundan başqa, həmin alqı-satqı müqaviləsindən o da məlum olur ki, X18, faktiki olaraq Moskva şəhəri, Biryulevskaya küçəsi ev 32, mənzil 4 ünvanda yaşayır və alqı-satqı zamanı onun adından verilmiş etibarnamə üzrə, Sumqayıt, H.Zeynalabdin qəs., SKZ yat-2 ünvanda pasport qeydiyyatında olan X25 çıxış etmiş və ona belə bir etibarnamə, Sumqayıt şəhəri, 4 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmişdir. Bununla yanaşı, Vəkil X23 tərəfindən Sumqayıt şəhəri 4 saylı notariat ofisinə ünvünlanmış müraciəti əsasında, ona göndərilmiş xx xxxxxx 2020- ci il tarixli, 3456 saylı cavab məktubundan məlum olmuşdur ki, eynilə X6 ilə aparılan alqı-satqı müqavilələri üzrə olduğu kimi, birinci alqı-satqıdan sonra, X2 qalan 0,0691 ha torpaq sahəsinin 0,04 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 10500 manata X15 və yerdə qalan 0,0291 ha hissəsi isə, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında, ünvan 4 ünvanda qeydiyyatda olan X3 və bu alqı satqı üzrə də X10 adından həmin X25 çıxış etmişdir. Göstərilənlərdən əlavə, Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən Vəkil X16 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 3456 saylı cavab məktubundan da məlum olmuşdur ki, X18 tərəfindən ilkin olaraq Etibarnamə, ünvan 6 ünvanda qeydiyyatda olan X13 adına, xx.xx.2019-cu il tarixdə 1 il müddətinə, RF, Moskva Vil., Zveniqorod notariusunda, NOT. P.N.Qriqoryevna tərəfindən verilmiş və bu etibarnamə əsasında da, 4 saylı notariat ofisi tərəfindən X20 xx.xx.2019-cu il tarixli etibarnamələr ilə yuxarıda qeyd olunan alqı-satqı müqavilələri həyata keçirilmişdir. Lakin, həmin Etibarnamənin təsdiq olunmuş surətinin iddiaçıya təqdim olunması barədə həm 4 saylı notariat ofisinə, həmçinin də Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə olunan sorğuları isə cavabsız qalmışdır. Bu cür əməliyyatın həyata keçirilməsini iddiaçı qanunsuz hesab edir və istisna etmir ki, X18 tərəfindən X17 verilmiş qeyd olunan etibarnamə saxtadır. Yəni, 35 ildən artıq müddətdir ki, həmin torpaq sahəsinin iddiaçının istifadəsində və sahibliyində olmasına baxmayaraq, qış aylarında, torpaq sahəsi sahibsiz qaldığı müddətlərdə həmin torpaq sahəsinə heç bir aidiyyəti olmayan sənədlərlə iddiaçının torpaq sahəsi faktiki olaraq zəbt edilərək tərtib edilmiş saxta sənədlərlə X10 adına dövlət reyestrindən çıxarış alınmış və törətdikləri bu cinayət əməlinin izinin itirilməsi məqsədi ilə də, həmin torpaq sahəsinin ayrı-ayrı şəxslərə olmaqla dərhal özgəninkiləşdirilməsi həyata keçirilmişdir. Ona görə də iddiaçı hesab edir ki, onlara məxsus torpaq sahəsi koordinatlarında, X10 tam mülkiyyət hüququnu təsdiq edən 0,0991 ha torpaq sahəsi üzrə adına verilmiş reyestrdən çıxarış ləğv edilməli və həmin çıxarış əsasında həyata keçirilmiş bütün əməliyyatlar etibarsız hesab edilməklə, Rzayev Əlirza Yasər oğlunun vərəsəsi kimi, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 0,11 ha ölçüdə olan 3706 saylı bağ sahəsinin dövlət qeydiyyatına alınması və həmin sahəyə onun adına reyestrdən çıxarışın verilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması barədə məhkəmə qərarı çıxarılmalıdır. İddiaçı onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisə üzrə iş Sumqayıt şəhər Məhkəməsinin icraatında olduğu müddətdə yuxarıda qeyd olunan məsələlər müəyyən edildikdən sonra məlum olmuşdur ki, mübahisəyə aidiyyəti üzrə İnzibati Məhkəmədə baxılmalı olduğundan, ərizə ilə məhkəməyə müraciət olunaraq iddia ərizəsinin geri qaytarılması və bu barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir. Bununla əlaqədar olaraq Məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli qərardad qəbul edilmiş, həmin qərardad sənədlərlə birgə iddiçıya xx.xx.2020-ci il tarixdə təqdim edilmiş və dərhal da tərəflərindən, qoşmalar da əlavə edilməklə, yeni iddia ərizəsi ilə Sumqayıt inzibati Məhkəməsinə müraciət olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X23 iştirak etmiş iddianı müdafiə etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3706 ünvanda yerləşən 0.11 ha torpaq sahəsi üzərində mərhum Rzayev Əlirza Yasər oğlunun mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, sözügedən torpaq sahəsinə naturada texniki baxış keçirildikdən sonra əldə olunan məlumatların xidməti istifadədə olan kadastr məlumat bazasında yoxlanılması zamanı qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair Sumqayıt şəhər İcra Hakimiyyətinin Bağ təsərrüfatı idarəsi tərəfindən verilmiş xx xxxxxx 2004-cü il tarixli 462 nömrəli bağ sahəsinin uzun müddətli icarəyə verilməsinə dair müqavilənin olması aşkarlanmış və Sumqayıt Bələdiyyəsi tərəfindən xx.xx.2019-cu il tarixində tərtib olunmuş vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportu əsasında X10 adına qeydiyyata alınması müəyyən olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3706 ünvanda yerləşən 0.11 ha torpaq sahəsi üzərində mərhum Rzayev Əlirza Yasər oğlunun hüquqlarının qeydiyyata alınmasından imtina edilmiş və bu barədə ona xx.xx.2020-ci il tarixli **********42 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına dair qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakların (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X14 iştirak etmiş, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı məhkəmədən atası Rzayev Əlirza Yasər oğluna məxsus torpaq sahəsi üzrə, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən, tam mülkiyyət üzrə 0,0991 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə X12 verilmiş **********82 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi və həmin çıxarış əsasında verilmiş bütün hüquqverici sənədlərin, o cümlədən, Sumqayıt şəhəri 4 saylı notariat ofisində X18 ilə X6 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-318 reyestr nömrəli alqı-satqı müqaviləsinin; X18 ilə X21 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-442 reyestr nömrəli alqı-satqı müqaviləsinin; X18 ilə X24 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-643 reyestr nömrəli alqı-satqı müqaviləsinin və bunun əsasında da X5, X15, X9 adına verilmiş reyestrdən çıxarışların etibarsız hesab olunması, həmçinin, atası-Rzayev Əlirza Yasər oğlunun adına olmuş, Sumqayıt şəhəri, Novxanı bağları, 0,11 ha torpaq sahəsi olan 3706 saylı bağ üzərində hüquqların adına dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin qərarda qeyd olunur ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:
13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Hazırda iş üzrə X12 verilmiş **********82 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi xahiş edilsədə bununla bağlı inzibati orqana müraciət edildiyi müəyyən olunmur. Eyni zamanda iddiaçı notariat hərəkətlərini də mübahisələndirir. Bununla bağlı məhkəmə qeyd edir ki, İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il, tarixli 04 saylı qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarından göründüyü kimi formalaşmış məhkəmə praktikasında notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə ümumi məhkəmələrdə baxılması nəzərdə tutulmuşdur. Bundan əlavə iddiaçı müxtəlif tələbləri eyni iddiada tələb etmişdir ki, inzibati məhkəmə icraatı qaydasında bu cür iddialara baxılması nəzərdə tutulmamışdır. İddiaçı həmçinin, atası Rzayev Əlirza Yasər oğlunun adına olmuş, Sumqayıt şəhəri, Novxanı bağları, 0,11 ha torpaq sahəsi olan 3706 saylı bağ üzərində hüquqların adına dövlət qeydiyyatına alınması və reyestrdən çıxarışın verilməsinin cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsədə, ilkin tələblər üzrə mübahisələr yekunlaşmamış həmin tələbə baxılması mümkün hesab edilməmlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamlıdır. İddiaçıya izah edilsin ki, subyektiv hüququnun olması şərti ilə digər şəxsə verilmiş mülkiyyət sənədinin ləğvi ilə bağlı cavabdeh inzibati orqana müraciət edə bilər. İnzibati orqan imtina vəya hərəkətsizlik edərsə inzibati məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. Notarial hərəkətləri və digər şəxslərlə bağlı mübahisələrlə əlaqədar mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi müdafiyə vasitələrindən istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 9 şikayət verilə bilər.
Hakim: İsmayıl Quliyev