Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-643/2023 17.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması”na dair iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana 02 aprel 2021-ci il, 15 iyul 2022-ci il, xx.xx.2022-ci il tarixlərdə müraciətlər etmiş, lakin iddiaçının müraciətləri təmin edilməmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair 02 aprel 2021-ci il tarixində tələb olunan sənədlərlə birlikdə birbaşa cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan 31 avqust 2021-ci il tarixli məktubla ona pensiya təyinatının təxirə salınmasını bildirmişdir. Təxirə salınmasına səbəb kimi 2021-ci il üzrə sığorta ödənişlərinin edilməməsi və güzəştli iş stajının 12 il, 06 aydan az (11 il, 11 ay) olması göstərilmişdir. İddiaçı həmin nöqsanları aradan qaldırmaqla, tələb olunan sənədlərlə birlikdə 15 iyul 2022-ci il tarixində birbaşa cavabdehə (nümayəndəm X2 vasitəsilə) təkrar müraciət etmişdir. Cavabdeh 19 avqust 2022-ci il tarixli məktubla (həmin məktubu xx.xx.2022-ci il tarixində Azərpoçt vasitəsilə almışdır) iddiaçıya pensiya təyin etməkdən imtina etmişdir. İmtinaya səbəb kimi, onun güzəştli iş stajının 12 il 06 aydan az (5 il, 04 ay, 20) olması göstərilmişdir. Halbuki birinci cavabında təkcə BP şirkətinin arayışına əsasən, iddiaçının güzəştli stajının 11 il, 11 ay olmasını qəbul etmişdir. Sonradan digər güzəştli arayışları da alıb cavabdehə təqdim etmişdir. Bu da iddiaçının Azərbaycan Respublikası Konstitsuyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixinədək qüvvədə olan Əmək Pensiyaları haqqında Qanuna əsasən, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki iddiaçı tələb olunan ən azı 12 il, 06 ay xüsusi, 25 il ümumi stajı xx.xx.2017-ci il tarixinədək qazanmışdır. Düzdür, hazırda qüvvədə olan Əmək Pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 9.8-ci maddəsinə əsasən, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər jüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. X5 haqqında Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 453) ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1- dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmı şdır. Nəticədə 2 nömrəli siyahı üzrə nəzərdə tutulan kişilərin pensiya hüquqlarının 57 yaşında yaranması müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunda edilmiş dəyişikliyədək 25 ildən çox ümumi əmək stajına malik olmaqla bərabər 12 il 06 aydan çox əmək şəraiti zərərli işlərdə işlədiyinə görə ona 57 yaşında pensiya təyin edilməlidir, indi isə onun tələb olunan həmin sığorta stajına nəzər salaq. İddiaçı xx.xx.1959-cu ildə Şəki rayonun İbrahimkənd kəndində anadan olmuşdur. xx.xx.1976-cı il tarixində Ç.İldiırım adına Azərbaycan Plitexnik İnstitununa (indiki Azərbaycan Texniki Universiteti) daxil olaraq, xx.xx.1981-ci ildə "Avtomatika və hesablama texnikası" fakültəsinin "Elektron hesablayıcı maşınları" ixtisası üzrə tam əyani formada bitirmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə ona sistemotexnik ixtisası verilərək adıma ЖВ № seriyalı 3762 nömrəli Diplom verilmişdir (5 il ümumi staj). İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli, 20 noyabr 1981-ci il tarixli əmək kitabçasının məlumatlarına əsasən: xx.xx.1981-ci ildən xx.xx.1987-ci ilədək "Azərneftgeofizika" Trestində mühəndis işləmişdir. xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək "Giprodənizneftqaz" Dövlət ETLİ-də dənizdə mühəndis tədqiqatları şöbəsinə geofizik, geoloq və aparıcı elektnnçu peşələrində işləmişdir. xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək "Xəzərdənizneftqəz" İstehsalat birliyi, X13- Kəşfiyyat idarəsində mühəndis geodediziya aparıcı elektronçu peşəsində işləmişdir. xx.xx.1991-ci ildən xx.xx.2007-ci ilədək "28 May" Neft və Qaz Çıxarma idarəsində sazlayıcı və çilingər peşələrində işləmişdir. xx.xx.2007-ci ildən hal-hazıradək BP şirkətində təmirçi-çilingər peşəsində işləyir. Göründüyü kimi, xx.xx.2017-ci il tarixinədək onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il, 06 aydan çoxdur. Bu da ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçı Əmək Pensiyaları haqqında Qanuna edilmiş dəyişiliyədək 25 il ümumi, 12 il 05 ay xüsusi stajı qazandığına görə, mövcud iş üzrə Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Beləliklə, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin imperativ xarakter daşıyan hüquq norması və - Azərbaycan Respublikası Konstitusiyasının normaları və prinsipləri əsas götürülərək zərərli işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğumdan mənə 57 yaşdan pensiya təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsul yyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinə görə her kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyirə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Müraciətə aidiyyəti üzrə Mərkəzi filial tərəfindən baxılaraq, xx.xx.2022-ci il tarixli **********4 nömrəli məktubla ərizəçiyə imtina cavabı verilmişdir. Həmin məktuba əsasən ərizəçinin qanunvericiliklə tələb olunan 12 il 6 ay güzəştli iş stajının mövcud olmaması səbəbindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X5 haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüguqu vardır. Qeyd edilən qanunvercilik normalarının məzmunundan göründüyü kimi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün Qanunda göstərilmiş 3 şərt ödənilməlidir: qanunvericiliklə nəzərdə tutulmuş yaş həddi; ümumi iş stajının 25 il olması; 2 nömrəli siyahısı üzrə müəyyən edilmiş güzəştli iş stajının 12 il 6 ay olması. Lakin İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələblərinə cavab verilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı tərəfindən Mərkəzi filiala təqdim edilmiş güzəştli arayışlara əsasən onun xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az olduğu müəyyən edilmişdir. İddiaçıya Mərkəzi filial tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubunda da qeyd olunduğu kimi, onun xx.xx.2006-cı il tarixədək 5 il 4 ay 20 gün (xx.xx.1981- xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər)) güzəştli iş stajı mövcud olmuşdur. Belə olan halda İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən əmək pensiyasının hesablanaraq ona ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, İddiaçı tərəfindən Mərkəzi filiala təqdim edilmiş güzəştli arayışlara əsasən onun xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının 12 il 6 aydan az olduğu müəyyən edilmişdir. İddiaçıya Mərkəzi filial tərəfindən ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubunda da qeyd olunmuşdur ki, onun xx.xx.2006-cı il tarixədək 5 il 4 ay 20 gün (xx.xx.1981- xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1987-ci il tarixləri arasındakı dövrlər)) güzəştli iş stajı mövcud olmuşdur. Belə olan halda İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Socar geofizika və geologiya İdarəsinin 20 iyun 2022-ci il tarixli arxiv arayışında qeyd edilir ki, İddiaçı “Azneftgeofizika” Trestinin (indiki Kəşfiyyatgeofizika istehsalat Bölümü) arxiv sənədlərində, Onun X4 X1 metroloji sahəsində mühəndis, 7/82 saylı Seysmik Partiyada (Çöl mövsümü qurtarana qədər) mühəndis, 16/83 saylı Seysmik Partiyada geofizik operator, 12/84 və 7/84 saylı Seysmik Partiyada mühəndis- elektronçu vəzifəsində çalışması haqqında məlumat vardır. İşə qəbul: xx.xx.1981-ci il tarixli 186 saylı əsasən 17.11,1981-ci il tarixdən X4 X1 metroloji sahəsinə mühəndis vəzifəsinə işə qəbul olunub. 09.11,1982-ci il tarixli 146-k saylı əsasən 7/82 saylı Seysmik Partiyasına (Çöl mövsümü qurtarana qədər) mühəndis, xx.xx.1983-cü il tarixli Əmr 93-k saylı əmrə əsasən 16/83 saylı Seysmik Partiyaya operator, xx.xx.1983-cü il tarixli 120-k saylı əmrə əsasən xx.xx.1983-cü il tarixdən X4 X1 metroloji sahəsinə mühəndis, xx.xx.1984-cü il tarixli 62-k saylı əmrə əsasən xx.xx.1984-cü il tarixdən 12/84 saylı Seysmik Partiyaya mühəndis elektronçu vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.1987-ci il tarixli 146 saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmişdir. Cəmi iş stajı: 03.11,1981-ci il tarixindən xx.xx.1987-ci il tarixinə qədər 6 il 1ay 8 gündür. Cəmi güzəştli iş stajı: 03.11,1981-ci il tarixindən 09.11,1982-ci ci il tarixinə qədər 1 il 6gün, xx.xx.1983-cü il tariindən xx.xx.1987-ci il tarixinə qədər 3 il 4 ay 16 gün, Cəmi: 4 il 4 ay 22 gündür. İddiaçı çalışdığı mühəndis, mühəndis-elektronçu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı b) rəhbərlər və mütəxəssislər yarımbəndindəki 2130100b—17541 kodunda quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: İcraçı: SOCAR:01900000 - GGİ:20008105 - GGİ-ın idarəetmə aparatr.01926010 - ic-ya nə-t kar-q və təs-t işləri şöbəsi, rəis, Səlbinaz Mirbabalı, Tel(Daxili: 12019) mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustal bəndində göstərilən mühəndislərlə eyni əmək funksiyasını yerinə yetirir. Adlandırma: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli 15 saylı əmrinin bəndinə əsasən “Xəzərdənizneftgeofizkəşfiyyat” və “Azərneftgeofizika” trestləri birləşdirilə onların maddi-texniki bazasında “Kəşfiyyatgeofizika” İdarəsi yaradılmışdır. Azərbay» Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli ARDNŞ/13-1000-01 - SM- 000033 saylı əmrinə əsasən Geofizika və geologiya İdarəsinin tabeliyində o “Kəşfiyyatgeofizika” İdarəsi Kəşfiyyatgeofizika İstehsalat Bölümü adlandırılmışdır. Əsaslandırma: Arxiv sənədlərinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azneft İstehsalat Birliyinin 28 may Neft və Qazçıxarma İdarəsinin 01-01ink/107 saylı, xx.xx.2022-ci il tarixli arxiv arayışında qeyd edilir ki, 28 May” NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərdə, 1991-2007-ci illər üçün əmək haqlarının şəxsi hesablarında, 2007-ci il üçün T-2 formalı şəxsi kartoçkada, xx.xx.1959-ci il təvəllüdlü, İddiaçı bu müəssisədə işləməsi barədə aşağıdaki məlumatlar mövcuddur: Tarix Təşkilatın, sexin adı Vəzifə, peşə Əsas Qəbul Çıxdığı (Köçürmə) Sazlayıcı 6-cı dərəcəli əmr 27/k xx.xx.1991 xx.xx.2005 İA və NÖÇ-sexi xx.xx.1991 Nöç üzrə 6-cı dərəcəli əmr 83/k xx.xx.2005 xx.xx.2007 QYHN və KTS çilingər xx.xx.2005 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"-na əsasən “28 May” NQÇİ-nin sementləyici aqreqatın motorçusu güzəştli şərtlərlə iş stajı aşağıda göstəriləndir: 1)xx.xx.2005xx.xx.2007 nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər 10.2a 2№li siyahı üzrə 02 il (05 ay 23 gün); İddiaçı - Qazın yığılması,hazırlanması,nəqli və kompressor təsərrüfatı sexinin sıxıcı kompressor stansiyasının 6-cı dərəcəli nəzarət ölçü cihazları və avtomatika üzrə çilingəri xx.xx.2007-ci il tarixdən AR ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işə götürənlə Əmək müqaviləsi bağladığına görə) öz xahişi ilə işdən azad edilmişdir. (xx.xx.2007-ci ilin 189/k N-li əmrinə əsasən) Həmçinin iş materiallarına əlavə edilmiş digər arayışlardan görünür ki, iddiaçı Texniki xidmət üzrə texnik (neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər ) vəzifədə X11 05 noyabr 2007-ci il tarixdən bu günə qədər: xx.xx.2009 - xx.xx.2010 - Əməliyyatlar üzrə texnik (nəzərdə tutulmuş) - ( indiki Texniki xidmət üzrə texnik (Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər) vəzifə adına uyğundur)). xx.xx.2010 - xx.xx.2012 - Cihazlar üzrə texnik - (indiki Texniki xidmət üzrə texnik (Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər) vəzifə adına uyğundur)). xx.xx.2012 - xx.xx.2013 - Nəzarət-ölçü cihazları üzrə texnik - (indiki Texniki xidmət üzrə texnik (Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi- çilingər) vəzifə adına uyğundur)). xx.xx.2013 - xx.xx.2021 - Texniki xidmət üzrə texnik ( indiki Texniki xidmət üzrə texnik (Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçiçilingər) vəzifə adına uyğundur)). xx.xx.2021 - bu günə qədər- Texniki xidmət üzrə texnik (Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər). tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 13 il, 2 ay, 24 gün (10,02.2009-cu ildən xx.xx.2022-ci ilədək hesablanıb). il, ay, gün (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: A.İddiaçı şirkətdə 1Q fevral 2009-cu ildən BP şirkətinin həm quruda olan sahələrində ( Sənqəçal Terminal, ATA Yard ) həmdə "Qərbi Çıraq” platformasında . onun tutduğu vəzifə üzrə işləri çətin şəraitində, açıq havada, küləkli, qeyri-sabit, isti və soyuq hava şəraitində növbə metodu ilə (gecə və gündüz vaxtında 12 saat istirahət, 12 saatlıq əmək şəraiti), yerinə yetirir. Bundan başqa o, elektrik generatorlarının, kompressorların və nasosların işə salınması da daxil olmaqla, "Qərbi Çıraq” platformasında elektrik avadanlıqlarının profilaktik təmirini və sazlanmasını yerinə yetirir. Bu vəzifəsini yerinə yetirərkən, İddiaçı kükürd turşusu, silikogel, Chameleon® qranulalar, natrium hipoxlorit (14-16%-lik məhlul) qalıqları və s. kimi kimyəvi maddələr ilə təmasda olub. Texniki xidmət işlərini BP şirkətinin dəyərlərinə uyğun olaraq təhlükəsiz və etibarlı şəkildə yerinə yetirir və texniki təhlükəsizlik proqramlarında iştirak edir. Tətbiq olunan bütün texniki təhlükəsizlik, ekoloji və normativ qaydalara və İşə Nəzarət tələblərinə əməl və tam riayət edir. İşi icra etməmişdən öncə alətləri, materialları və prosedurları müəyyənləşdirir və bilir. Texniki xidmətin planlaşdırılmasına dəstək verir. Hər hansı iş başlanmamışdan öncə texniki xidmət işləri üzrə İcraçı Rəhbər kimi nəzərdə tutulmuş avadanlıqların izolyasiyalarını yoxlayır. İşin səmərəli icra olunmasını və icra göstəricilərinin davamlı şəkildə yaxşılaşdırılmasını təmin edir. İş icra edilməmişdən öncə hər hansı təyin olunmuş iş ilə bağlı bütün riskləri müəyyənləşdirir və işi təhlükəsiz və səmərəli icra edir. Etibarlılıq və davamlı təkmilləşdirmə mədəniyyətinə dəstək vermək məqsədilə müvafiq iş sifarişi haqqında məlumatı (nasazlıq haqqında məlumatın verilməsi, iş metodunun yaxşılaşdırılması, iş fəaliyyətinin müddəti, əsas göstəricilərin dəyişdirilməsi tələbi, əldə olunmuş təcrübələr və s. haqqında məlumatlar) qeyd edir. X12 uyğun olaraq işlərin başa çatdırılması / tamamlanması, o cümlədən iş sahələrinin təmizlənməsi və istifadə olunmamış materialların anbara qaytarılmasını təmin edir. Səmərəsiz planlaşdırma və ya qrafikdə fasilə olan zaman məhsuldarlığı təmin etmək və bərpa vaxtını maksimuma çatdırmaq üçün işlərin gedişi barəsində X6 məlumat verir. Texniki xidmət işlərini BP şirkətinin dəyərlərinə uyğun olaraq təhlükəsiz, keyfiyyətlə və etibarlı şəkildə yerinə yetirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.5.1(a) bəndində / - (yarımbəndində) və (və ya) vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Həmçinin qərarın təsviri hissəsində də qeyd edildiyi kimi iddiaçı xx.xx.1976-cı il tarixində Ç.İldiırım adına Azərbaycan Plitexnik İnstitununa (indiki Azərbaycan Texniki Universiteti) daxil olaraq, xx.xx.1981-ci ildə "Avtomatika və hesablama texnikası" fakültəsinin "Elektron hesablayıcı maşınları" ixtisası üzrə tam əyani formada bitirmişdir. Dövlət İmtahan Komissiyasının qərarı ilə ona sistemotexnik ixtisası verilərək adıma ЖВ № seriyalı 3762 nömrəli Diplom verilmişdir (5 il ümumi staj). İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli, 20 noyabr 1981-ci il tarixli əmək kitabçasının məlumatlarına əsasən: xx.xx.1981-ci ildən xx.xx.1987-ci ilədək "Azərneftgeofizika" Trestində mühəndis işləmişdir. xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək "Giprodənizneftqaz" Dövlət ETLİ-də dənizdə mühəndis tədqiqatları şöbəsinə geofizik, geoloq və aparıcı elektnnçu peşələrində işləmişdir. xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək "Xəzərdənizneftqəz" İstehsalat birliyi, X13- Kəşfiyyat idarəsində mühəndis geodediziya aparıcı elektronçu peşəsində işləmişdir. xx.xx.1991-ci ildən xx.xx.2007-ci ilədək "28 May" Neft və Qaz Çıxarma idarəsində sazlayıcı və çilingər peşələrində işləmişdir. xx.xx.2007-ci ildən hal-hazıradək BP şirkətində təmirçi-çilingər peşəsində işləyir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının 01 iyul 2017-ci il tarixədək 25 ildən çox umumi sığorta stajına malik olmuş və həmin dövrlərin 12 il 6 ayından çox hissəsini zərərli işlərdə işləmişdir. “Əmək pensiyaları haqqında” qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək Pensiyaları haqqında Qanunun 9-cu maddəsinə əsasən: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.16-cı maddəsinə əsasən 9.1-ci maddədə “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilmiş və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Qanunun 2-ci maddəsinə əsasən Bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəyə “Əmək Pensiyaları haqqında” Qanunun xx.xx.2017-cı il tarixədək qüvvədə olmuş müddəaları tətbiq olunmalıdır. Həmin normalara əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda istinad olunan normalara görə, şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: şəxs xx.xx.2017-cı il tarixədək müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin yuxarıda qeyd edilən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin şərtlər iddiaçıya münasibətdə mövcuddur. Bu baxımdan, yuxarıda istinad olunan normalara əsasən iddiaçı ona 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı tələbində haqlı sayılmalıdır. Beləliklə qeyd edilənlər iddia tələbinin əsaslı olduğunu göstərir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının hüququ 57 yaşında yarandığı üçün ona həmin tarixdən pensiya təyin edilməli, lakin pensiyanın hesablanması və ödənilməsi onun inzibati orqana müraciətindən üç il əvvələ hesblanmalıdır. İş materiallarından görsənir ki, iddiaçı ilkin olaraq xx.xx.2021-ci il tarixdə inzibati orqana müraciət etmişdir. Ona görədə məhkəmə hesab edir ki, onun pensiyası 57 yaşının tamamından təyin edilsədə, xx.xx.2018-ci il tarixdən hesablanmalı və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq ödənilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən hesablanaraq“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, lakin xx.xx.2018-ci il tarixdən hesablanaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-643/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-643/2023
17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver