Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-644/2020 10.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Şamaxı rayon Polis Şöbəsinə qarşı “X1, X8, X2 və X3 Şamaxı şəhəri Hüseyn Ciddi küçəsi 11 saylı evə qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdeh Şamaxı rayon Polis şöbəsinə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviril hissə: İddiaçı, X1, X8, X2 və X3 Şamaxı şəhəri Hüseyn Ciddi küçəsi 11 saylı evə qeydiyyatının ləğv edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin orqanın 188-19276N-3219 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. X5, X11, X6 və X9 iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 14 saylı X16 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********95-10301 nömrəli çıxarışa əsasən iddiaçının yaşayış evi onun tam hüquqlu mülkiyyətindədir. 2019-cu ilin dekabr ayında ərazi üzrə İcra Nümayəndəliyindən arayış alarkən ona məlum olmuşdur ki, X19un birinci nikahdan olan oğlunun oğlu-nəvəsi və gəlini ona heç bir məlumat vermədən mülkiyyətinə pasport qeydiyyatına götülmüşlər. X19 ağır xəstə olduğuna (beyin iflici-insult) və müstəqil hərəkət etməsi mümkün olmadığına görə bir neçə dəfə Xırdalan şəhərində yaşayan oğlu Elşənin mobil telefonla zəng edib oğlu X8 qeydiyyatdan çıxarmasını xahiş etmişdir. Əvvəlcə razı olsa da, sonda qeydiyyatdan çxarmaqdan imtina etmişlər. Cavabdeh Şamaxı rayon Polis İdarəsinin əməkdaşı isə həmin şəxslərin pasport alarkən iddiaçının mülkiyyətinə qeydiyyada düşməsini izah etmişdir, halbuki qanunun mənasına görə qeydiyyata düşmək üçün mülkiyyət sahibi rəsmi razılıq ərizəsi verməlidir.Bu günə qədər nə iddiaçı, nədə ki ağır xəstə olan əri onların evinə qeydiyyata düşmələrinə heç bir razılıq ərizəsi verməmişdirlər. Bundan başqa, onların hər birinin yaşadıqları ayrıca yaşayış sahələri vardır, lakin nədənsə iddiaçının mülkiyyətindən qeydiyyatdan çıxmaq istəmirlər. Onlar bir gündə olsun bu ünvanda yaşamayıblar. xx.xx.2019-cu il tarixdə iş üzrə cavabdeh Şamaxı RPŞ-nə rəsmi ərizə verib 3-cü şəxslərin qeydiyyatının ləğv edilməsini xahiş etsə də, xx.xx.2019-cu il tarixdə 188- 19276n-3219 nömrəli məktubla iddiaçıya bildirilmişdir ki, X5 xx.xx.2005-ci ildə gəlin gələrkən, digərləri isə valideyinləri əvvəllər həmin evdə qeydiyyatda olduqları üçün həmin ünvana qeydiyyata düşərək şəxsiyyət vəsiqəsi almışlar. Qeydiyyatla bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən X4 və X8 və digərlərinin razılıq ərizələri olmadan mülkiyyətində olan Şamaxı şəhəri,Hüseyn Ciddi küçəsi 11 saylı evə qeydiyyata alınmaları Azərbaycan Respublikası Konstitusiyasının, Mülki Məcəllənin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1- ci yarımbəndinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci yarımbəndinə əsasən”mülkiyyət hüququ,o cümlədən mülkiyyət hüququ qanunla qorunur”. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 2-ci bəndinə əsasən “Vətəndaşın yaşayış yeri üzrə qeydiyata alınması üçün yayış sahəsinə köçməyə əsas verən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxrış,order,icarə və ya kirayə müqaviləsi,yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd və vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.,152.2,152.3. və 152.4-cü maddələrinə əsasən “Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka(əşyaya)öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur”. Sahiblik hüququ mülkiyyətçinin əmlaka(əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ mülkiyyətçinin əmlakdan(əşyadan) onunn faydalı təbii xassələrini hasil etməyin,habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ mülkiyyətçiyə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1.-ci maddəsinə əsasən “Yaşayış binasının tərkib hissəsi mülkiyyətçinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki,həmin hüquq daşınmaz əmlakın dövlət reyesterində qeydə alınsın”. Qeydiyyatda olan şəxslər iddiaçının ailə üzvü deyildir. Azərbaycan Respublikası MM-nin 228.2.-Cİ maddəsinə əsasən “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi,həyata keçrilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan,notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir”. İddiaçı hesab edir ki, Şamaxı rayon polis şöbəsi tərəfindən X1 və X8, X2 və X3 mülkiyyətində olan evə qeydiyyata alınması qanunsuzdur, çünki nə onun nə də ki, ərinin heç bir razılq ərizəsi olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2,-ci maddəsinə əsasən “İnzibati məhkəmə icaraatı qaydasında-şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndiləməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia): Eləcədə həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzabati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara(məcburetmə haqqında iddia) və s. inzibati məhkəmədə baxılır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxx 2020-ci il tarixdə daxil olmuş teleqrama əsasən İddiaçı işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Şamaxı şəhər H.Ciddi küçəsi ev 11 də qeydiyyatda olan X5 xx.xx.2005-ci il tarixdə həmin vaxtı evin sahibi olmuş X10 ərizəsi əsasında həmin evə gəlin gələn zaman qeydiyyata düşmüşdür. Digər şəxslər isə X6 , X11 və X3 valideynləri həmin ünvanda qeydiyyatda olduqları üçün qeyd olunan ünvana qeydiyyata düşərək şəxsiyyət vəsiqəsi almışdırlar. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında qeyd olunur ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İş materiallarından görsənir ki, İddiaçı ilə üçüncü şəxslər X5, X11, X6 və X9 arasında mövcud olan ailə üzvü əlaqəsi əsasında üçüncü şəxslərin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapmamışdır. Qanunvericiliyin də tələbindən göründüyü kimi yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İddiaçıya izah edilsin ki, mübahisəli mənzilə dair üçüncü şəxslər X5, X11, X6 və X9 aralarındakı mülki mübahisələrin nəticəsinə uyğun olaraq, yenidən inzibati orqana müraciət etməsi istisna edilmir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-644/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-644/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver