Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-645/2021 05.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 və Qusar rayon Notariat Kontoruna qarşı “cavabdeh DƏDRX-nin 5 saylı X12 tərəfindən JN:00xx xxx 30108038 saylı Dövlət Aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 4,0 ha hissəsinə Cavabdeh1 adına verilmiş Dövlət Aktının(daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının); Cavabdeh2 adına verilmiş JN:03xx xxx 30108038 saylı Dövlət Aktının; Cavabdeh2 ilə Cavabdeh3 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış xx xxxx 2015-ci il tarixli, 4Ə-220 reyestr nömrəli alqı-satqı müqaviləsinin; Cavabdeh3 adına verilmiş xx xxxx 2015-ci il tarixli, **********55 reyestr nömrəli çıxarışın; Cavabdeh3 ilə Cavabdeh1 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli 4Ə-856 reyestr nömrəli alqı-satqı müqaviləsinin; Cavabdeh1 adına verilmiş xx xxxx 2016-cı il tarixli, **********81 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə və JN:00xx xxx 30108038 saylı Dövlət Aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 4,0 ha hissəsinə Cavabdeh1 adına verilmiş Dövlət Aktının və ya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətini; Cavabdeh1 adına verilmiş xx xxxx 2016-cı il tarixli, **********81 reyestr nömrəli çıxarışının surətini cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən tələb edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ. İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayon X5 xx xxxx 1998-ci il tarixli 10/2 saylı qərarına əsasən iddiaçıya və onun ailə üzvlərinə Qusar rayonunun Nəcəfkənd kəndi ərazisindən 10,02 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:00xx xxx 30108038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə təsdiq olunmuşdur. Həmin torpaq mülkiyyətçilərindən X4 xx xxxx 2013-cü il tarixdə vəfat etmişdir. xx xxxxxx 2006-cı il tarixdə onlar, JN:00xx xxx 30108038 saylı Dövlət Aktındakı 10,02 ha torpağın 1,0 ha hissəsini notarial qaydada X3 və JN:00xx xxx 30108038 saylı Dövlət Aktının əslini də həmin vaxt X9 vermişdirlər. Lakin həmin alqı-satqı müqaviləsindən sonra iddiaçıya və ailə üzvlərinə mülkiyyətlərində qalmalı olan 9,02 ha torpaq sahəsinə yeni Dövlət Aktı qaytarılmamışdır. Bu yaxınlarda onlara məlum olmuşdur ki, adlarına olan JN:00xx xxx 30108038 saylı Dövlət Aktındakı 10,02 ha torpaq sahəsinin böyük bir hissəsi xəbərləri olmadan özgəninkiləşdirilərək başqa şəxslərin mülkiyyətlərinə keçirilmişdir. Bu məsələni araşdırmaq üçün cavabdeh DƏDRX-nin 5 saylı X11 müraciət etmişdirlər. Cavabdeh DƏDRX-nin 5 saylı X6ra məlumat vermişdir ki, adlarına olan JN:00xx xxx 30108038 saylı Dövlət Aktından 4,0 ha torpaq sahəsi Qusar Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli, 2-291a/2006 saylı qətnaməsinə əsasən özgəninkiləşdirilərək başqa şəxsin adına keçirilmişdir. Cavabdeh DƏDRX-nin 5 saylı X6ra məlumat vermişdi ki, iddiaçı və ailə üzvlərinin adlarına olan JN:00xx xxx 30108038 saylı Dövlət Aktından 4,0 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə əsas olmuş Qusar Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli, 2-291a/2006 saylı qətnaməsi İdarəyə təhvil verilməmişdir. İddiaçı həmin torpaq sahəsinin mülkiyyətlərindən çıxmasının əsası olmuş Qusar Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli, 2-291a/2006 saylı qətnaməsinin surətini əldə etmək üçün Qusar Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Lakin Qusar Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli, G(029)-648/2020 saylı məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-ci il üzrə arxivinin, qeydiyyat kitablarının, həmçinin statistik kartoçkalarınm qeydiyyatında 2- 291a/2006 saylı mülki iş mövcud deyildir və buna görə də 2-291a/2006 saylı mülki iş üzrə hər hansı bir sənədin təqdim edilməsi qeyri-mümkündür. Cavabdeh DƏDRX-nin 5 saylı X10 verdiyi məlumatında Qusar Rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixli, 2- 291a/2006 saylı qətnaməsinə əsasən iddiaçı və ailə üzvlərinin mülkiyyətindən çıxarılmış 4,0 ha torpaq sahəsinin kimin adına özgəninkiləşdirildiyi, habelə təzə mülkiyyət sənədinin rekvizitləri göstərilməmişdir. Lakin onlar öyrənmişdir ki, həmin 4,0 ha torpaq sahəsi qanunsuz olaraq Cavabdeh1 adına keçirilmişdir və həmin 4,0 ha torpaq sahəsinə onun adına Dövlət Aktı və ya daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Cavabdeh1 adına olan həmin mülkiyyət sənədinin rekvizitləri iddiçıya məlum deyildir. Ona görə də Cavabdeh1 adına olan həmin mülkiyyət sənədi məhkəmə tərəfindən cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən tələb edilməlidir. Cavabdeh DƏDRX-nin 5 saylı X10 iddiaçıya məlumatından həm də məlum olmuşdur ki, iddiaçının ailə üzvlərinin adlarında qalmış 6,02 ha torpaq sahəsinə adlarına JN:02xx xxx 30108038 saylı Dövlət Aktı verilmişdir. Bundan sonra iddiaçının və ailə üzvlərinin adlarına verilmiş JN:02xx xxx 30108038 saylı Dövlət Aktında qalmış torpaq sahəsinin 23092,17 kv.metr hissəsinə guya notarial alqı-satqı müqavilələrinə əsasən X7 adına JN:02xx xxx 30108038 saylı və Cavabdeh2 adma JN:03xx xxx 30108038 saylı Dövlət Aktları verilmişdir. Lakin idiaçı və ailə üzvləri JN:00xx xxx 30108038 saylı Dövlət Aktındakı 10,02 ha torpağın 1,0 ha hissəsini X1, lakin Cavabdeh2 hər hansı torpaq sahəsini satmamışdırlar. Bununla əlaqədar onlar Ədliyyə Nazirliyini Notariat Arxivinə müraciət etmişdirlər. Notariat arxivindən onlara məlumat verilmişdir ki, Cavabdeh2 adma JN:03xx xxx 30108038 saylı Dövlət Aktının verilməsi üçün əsas olmuş Qusar rayon Notariat Kontorunun xx xxx 2006-cı il tarixli, 4Ə-565 və 4Ə-466 reyestr nömrələri ilə təsdiq edilmiş alqı-satqı müqavilələrinin Cavabdeh2 heç bir aidiyyəti yoxdur və həmin müqavilələr başqa şəxslər arasında bağlanmışdır. Göründüyü kimi Cavabdeh2 adına verilmiş JN:03xx xxx 30108038 saylı Dövlət Aktı hər hansı əqdə və ya məhkəmə qərarına əsaslanmır və saxtalaşdırılmış bir sənəddir. Deməli Cavabdeh2 iddiaçının və ailə üzvlərinin mülkiyyətlərində olan 13092,17 kv.metr torpaq sahəsinə öz adına saxta yollarla JN:03xx xxx 30108038 saylı Dövlət Aktı çıxartmışdır. Ona görə də həmin JN:03xx xxx 30108038 saylı Dövlət Aktı saxta bir sənəd kimi məhkəmə qaydasında etibarsız hesab edilməlidir. İddiaçı və ailə üzvlərinin JN:00xx xxx 30108038 saylı Dövlət Aktındakı 10,02 ha torpağın 1,0 ha hissəsini X2 barədə alqı-satqı müqaviləsi üzrə notariat işinin arxiv nüsxəsi Ədliyyə Nazirliyini Notariat Arxivində də mövcuddur və onlar həmin 1,0 ha torpaq sahəsi barəsində heç bir mübahisə etmirlər. Cavabdeh2 JN:03xx xxx 30108038 saylı saxta Dövlət Aktı üzrə onun adında olan həmin torpaq sahəsini Qusar rayon Notariat Kontoru tərəfindən təsdiqlənmiş xx xxxx 2015-ci il tarixli, 4Ə-220 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satmış və həmin torpaq sahəsinə Cavabdeh3 adına xx xxxx 2015-ci il tarixli, **********55 reyestr nömrəli çıxarış verilmişdir. Cavabdeh3 xx xxxx 2015-ci il tarixli, **********55 reyestr nömrəli çıxarış üzrə onun adında olan həmin torpaq sahəsini Qusar rayon Notariat Kontoru tərəfindən təsdiqlənmiş xx xxxxxxxx 2015-ci il tarixli 4Ə-856 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 satmış və həmin torpaq sahəsinə Cavabdeh1 adına xx xxxx 2016-cı il tarixli, **********81 reyestr nömrəli çıxarış verilmişdir. "İzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 nömrəli qərarına əsasən “reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır”. Qeyd edilənlərə əsasın iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi Nümayəndə iştirak etmişdir. İddiaçıya izah edilmişdir ki, notarial bağlanmış müqavilələrin inzibati məhkəmə icraatında mübahisələndirilməsinə yol verilmir, bu kateqoriya işlərdə maraqlarına toxunulan fiziki şəxslər cavabdeh ola bilməz. İnzibati orqanların inzibati aktları və qanunsuz hərəkətləri inzibati məhkəmə icraatında mübahisələndirilə bilər. Mülki hüquq münasibətlərindən yaranan torpaq mübahisələrinə mülki məhkəmə icraatı qaydasında baxıla bilər, həmin iddialarda torpaqların alqı-satqısı müqavilələri və həmin müqavilələr əsasında verilmiş qeydiyyat sənədləridə mübahisələndirilə bilər. İddiaçı iddiaya baxılaraq təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı məhkəmədən cavabdeh DƏDRX-nin 5 saylı X12 tərəfindən JN:00xx xxx 30108038 saylı Dövlət Aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 4,0 ha hissəsinə Cavabdeh1 adına verilmiş Dövlət Aktının(daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının); Cavabdeh2 adına verilmiş JN:03xx xxx 30108038 saylı Dövlət Aktının; Cavabdeh2 ilə Cavabdeh3 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış xx xxxx 2015-ci il tarixli, 4Ə-220 reyestr nömrəli alqı-satqı müqaviləsinin; Cavabdeh3 adına verilmiş xx xxxx 2015-ci il tarixli, **********55 reyestr nömrəli çıxarışın; Cavabdeh3 ilə Cavabdeh1 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli 4Ə-856 reyestr nömrəli alqı-satqı müqaviləsinin; Cavabdeh1 adına verilmiş xx xxxx 2016-cı il tarixli, **********81 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə və JN:00xx xxx 30108038 saylı Dövlət Aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 4,0 ha hissəsinə Cavabdeh1 adına verilmiş Dövlət Aktının və ya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətini; Cavabdeh1 adına verilmiş xx xxxx 2016-cı il tarixli, **********81 reyestr nömrəli çıxarışının surətini cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən tələb edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, Qusar rayon Notariat Kontoru tərəfindən alqı-satqı müqaviləsinin təsdiq edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarış inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi kimi yox, hüquqi aktın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Müqavilənin etibarsızlığı tələbi isə inzibati məhkəmə icraatının predmeti ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarında qeyd olunmuşdur ki, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin qərarda qeyd olunur ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:
13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Bundan əlavə İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il, tarixli 04 saylı qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. Ali Məhkəmə Plenumunun yuxarıda qeyd olunan qərarından göründüyü kimi notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə ümumi məhkəmələrdə baxılması nəzərdə tutulmuşdur. Bundan əlavə məhkəmə iddia ərizəsində tələbin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı irəli sürülməsi ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh kimi mütləq qaydada inzibati orqan çıxış edir.Lakin iddiaçı fiziki şəxsləri cavabdeh olaraq göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 və Qusar rayon Notariat Kontoruna qarşı “cavabdeh DƏDRX-nin 5 saylı X12 tərəfindən JN:00xx xxx 30108038 saylı Dövlət Aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 4,0 ha hissəsinə Cavabdeh1 adına verilmiş Dövlət Aktının(daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının); Cavabdeh2 adına verilmiş JN:03xx xxx 30108038 saylı Dövlət Aktının; Cavabdeh2 ilə Cavabdeh3 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış xx xxxx 2015-ci il tarixli, 4Ə-220 reyestr nömrəli alqı-satqı müqaviləsinin; Cavabdeh3 adına verilmiş xx xxxx 2015-ci il tarixli, **********55 reyestr nömrəli çıxarışın; Cavabdeh3 ilə Cavabdeh1 arasında Qusar rayon Notariat Kontorunda bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli 4Ə-856 reyestr nömrəli alqısatqı müqaviləsinin; Cavabdeh1 adına verilmiş xx xxxx 2016-cı il tarixli, **********81 reyestr nömrəli çıxarışın etibarsız hesab edilməsinə və JN:00xx xxx 30108038 saylı Dövlət Aktına əsasən onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 4,0 ha hissəsinə Cavabdeh1 adına verilmiş Dövlət Aktının və ya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətini; Cavabdeh1 adına verilmiş xx xxxx 2016-cı il tarixli, **********81 reyestr nömrəli çıxarışının surətini cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən tələb edilməsi”nə dair iddiası mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, torpaq sahəsi ilə bağlı alqı-satqı müqavilələrinin və onun əsasənda verilmiş qeydiyyat sənədlərini mülki məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. İnzibati məhkəmə icraatı qaydasında isə inzibati orqanların inzibati aktlarını və inzibati orqanların qanunsuz hərəkətlərini mübahisələndirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 2 şikayət verilə bilər.
Hakim: İsmayıl Quliyev