Məhkəmə qərarları › İş №2-1(118)-646/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-646/2020

26.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-646/2020 26.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə”dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxxx 1976-cı il tarixdə Cəlilabad rayonunun Həziabad kəndində anadan olmuş, xx xxxxxx 1993-cü ildə isə Cəlilabad rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Ali Hərbi Məkbtəbində təhsil almış, sonra isə müxtəlif hərbi birləşmələrində həqiqi hərbi xidmət keçmişdir. xx xxxxxx 2018-ci il tarixdə öz arzusu ilə polkovnik-leytenant hərbi rütbəsində ordu sıralarından ehtiyata tərxis olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin komandiri vəzifəsində, polkovnik-leytenant hərbi rütbəsində Tərtər rayonunun Şıxarx (Marquşevan) istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak edərkən, erməni işğalçılarının atdığı atəş zərbələri zamanı idarəetmə məntəqəsindən çıxarkən burun nahiyyəsindən: burun nahiyyəsinin şişkinliyi diaqnozu ilə bədən xəsarətləri, yəni döyüş əməliyyatı ilə əlaqədar travma almış-yaralanmışdır və bu zədələrin müalicəsi üçün ambulator müalicədə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etməsinə baxmayaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi ona müharibə vetaranı vəsiqəsini verməkdən imtina etmişdir. O müharibə veteranı vəsiqəsini almaq üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin komissiyasına müraciət etmişdir. Oradan da «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir xx xxxxxxx 2019-cu il tarixli imtina məktubunu xx xxxxxx 2019-cu il tarixdə almışdır. Bu səbəbdən də, o bu iddia ərizəsi ilə cavabdehin, yəni Azərbaycan Respublikasının Müdafiə Nazirliynin N saylı hərbi hissəsinin yerləşdiyi yurikdiksiya yerinin Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır ki, məhkəmə Azərbaycan Respublikasının Müdafiə Nazirliynin üzərinə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəyili qoysun. Belə ki, müharibə veteranı adını almaq üçün aşağıdakı sübutlarım var: 1. N saylı hərbi hissə komandirinin xx.xx.2017-ci il tarixli 340 saylı əmri ilə xx xxxxxx 2018-ci il tarixdə öz arzusu ilə polkovnik-leytenant hərbi rütbəsində ordu sıralarından ehtiyata tərxis olunmuş, 2. Barəsində cinayət işi istintaq olunmur və material araşdırılmır, 3. Məhkumluğu olmayan şəxsdir, 4. N saylı HH-dən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, 2016-cı ildə Tərtər döyüşlərində bədən xəsarəti almış və ambulator müalicədə olmuş, yəni döyüş əməliyyatı ilə əlaqədar travma almış-yaralanmışdır, 5. İddiaçının yaralanması halları haqqında olan həmxidmətlilərinin izahatları. Bütün bunlara əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçının nümayəndə və vəkili X3 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddia ərizəsi əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilə bilməz: İddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir.İddiaçı döyüş zonasında hərbi xidmət keçməsi, döyüş tapşırığının yerinə yetirilməsi, habelə döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar hərbi hissənin əmrlər kitabında heç bir qeydiyyat olmadığından iddia tələbi təmin edilə bilməz.“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı sayılırlar.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 12 may tarixindən sonra dövüs zonasında hərbi xidmət keçərkən, yaxud döyüs zonasında döyüş tapşırığının verinə yetirilməsi ilə bağlı e'zamivvətlərdə olarkən, bilavasitə dövüs əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara— müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019cu il tarixli, 1/Y-14908 nömrəli imtina məktubu, Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 11/1777 nömrəli etiraz ərizəsi, Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli, 1258 nömrəli məktubu, Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsinin xx.xx.2018-ci il tarixli, 1221 nömrəli arayışı, EZ ******* nömrəli Hərbi biletin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həm də əsaslıdır. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin «Azərbaycan Respublikasının Silahlı Qüvvələri Haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Həmin qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qərarın təsviri hissəsində qeyd olunmuş arayışlarla və hərbi bileti ilə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı öz təsdiqini tapır. Cavabdeh təşkilatın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçməsi, döyüş tapşırığının yerinə yetirilməsi, habelə döyüş əməliyyatlarında iştirak etməsi ilə əlaqədar hərbi hissənin əmrlər kitabında heç bir qeydiyyatın olmadığına görədir. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən (N saylı hərbi hissənin N saylı xx.xx.2018-ci il tarixli arayışı) iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissənin komandiri vəzifəsində, Tərtər rayonunun Şıxarx (Marquşevan) istiqamətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etmişdir. Həmin hərbi hissə döyüş əməliyyatlarında iştrak etdiyindən cavabdeh təşkilatın etirazının bir hissəsinə dair gətirdiyi arqumenti əsassızdır. Məhkəmə araşdırması zamanı oda müəyyən edilmişdir ki, İddiaçı döyüş əməliyyatlarında iştrak edərkən, erməni işğalçılarının atdığı atəş zərbələri zamanı idarəetmə məntəqəsindən çıxarkən burun nahiyyəsindən: burun nahiyyəsinin şişkinliyi diaqnozu ilə bədən xəsarətləri, yəni döyüş əməliyyatı ilə əlaqədar 2-x xxxxx 2016-cı il tarixlərində travma almış-yaralanmışdır və bu zədələrin müalicəsi üçün ambulator müalicədə olmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli, 1258 nömrəli məktubunda da görünür ki, travma-hər hansı xarici təsi (yaralanma, əzilmə,yanıq, zəhərlənmə və.s) nəticəsində bədən toxumaları və ya üzvlərin zədələnməsinə deyilir.Göründüyü kimi İddiaçı döyüş əməliyyatlarında iştrak edən zamanı yaralanma almışdır və bu fakt da Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsinin xx.xx.2018-ci il tarixli, 1221 nömrəli arayışında öz təsdiqini tapmışdır. Beləliklə iddiaçı xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçu olduğundan ona müharibə veteranı adının və vəsiqəsinin verilməməsi üçün heç bir əsas yoxdur. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd edir ki, iddiaçının döyüşlərdə iştirakını təsdiq edən hərbi biletin, habelə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin məktubunun həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində İddiaçı hərbi hissənin əmrlər kitabında heç bir qeydiyyatın olmaması barədə məlumatın olmaması səbəbindən onun müharibə veteranı statusunu almaq hüququ məhdudlaşdırıla bilməz. Halbuki Azərbaycan Respublikası X1 14-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə iddiaçının yuxarıda qeyd olunan sənədlərlə döyüş bölgəsində iştirakı və yaralanması öz təsdiqini tapmış və ona müharibə veteranı statusu verilməsini istisna edəcək hal müəyyən olunmamışdır . Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsindən imtinası əsassız olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçına müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçına müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar