Məhkəmə qərarları › İş №2-1(118)-646/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-646/2024

15.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-646/2024 15.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədrliyi, Əhmədova Nərgiz Zahid qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1rşı “Sumqayıt şəhərinin 9-cu mikrorayonu (köhnə) ərazisində 59B ünvanında yerləşən mülkiyyətində olan sahəsi 899,6 kvadrat metr qeyri-yaşayış sahəsinin daxilində olan yaşıllıqların (4 ədəd sərv və 2 ədəd şam cinsli ağacının) götürülməsinə dair rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Sumqayıt şəhərinin 9-cu mikrorayonu (köhnə) ərazisində 59B ünvanında yerləşən mülkiyyətində olan sahəsi 899,6 kvadrat metr qeyri-yaşayış sahəsinin daxilində olan yaşıllıqların (6 ədəd şam ağacının) götürülməsinə dair rəyin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin 9-cu mikrorayonu (köhnə) ərazisində 59B ünvanında yerləşən sahəsi 0,0947 ha olan torpaq sahəsi və üzərindəki sahəsi 899,6 kvadrat metr qeyri-yaşayış obyekti onun xüsusi mülkiyyətindədir.Həmin qeyri-yaşayış sahəsi hələ 1975-ci idə tikilmiş və sonradan uzun müddət baxımsız vəziyyətdə qalmışdır.2021-ci ilin sonlarında həmin tikilini aldıqda onun daxilində 6 ədəd şam ağacının olduğunu müəyyən etmiş və sözügedən ağacların götürülməsi üçün müvafiq qərarın qəbul edilməsi ilə bağlı aidiyyəti üzrə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir.Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən də məsələnin araşdırılması və münasibət bildirilməsi üçün 4 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinə müvafiq məzmunlu məktub ünvanlanmışdır.Sonuncu da bu məsələ ilə bağlı müvafiq rəyin verilməsi məqsədi ilə həmin müraciəti cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Gaydası”nın 2.1 -ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Lakin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeyd edilən ağacların götürülməsi ilə əlaqədar rəyin verilməsindən imtina olunmuşdur. Cavabdeh sözügedən yaşıllıqlara dair münasibət bildirilməsi üçün ilk növbədə nəzərdə tutulan tikinti işləri ilə bağlı layihə sənədlərinin dövlət ekeloji ekspertizasına təqdim edilməsi zəruriliyini bəhanə gətirərək ağacların götürülməsi ilə bağlı rəyin verilməsindən imtina etmişdir.Hesab edir ki, cavabdehin qeyd edilən rəyin verilməsindən imtianasının hər hansı əsası yoxdur. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı məhkəməyə müraciət edərək “Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59B ünvanında yerləşən 0,0947 ha torpaq sahəsi üzərində 899.6 kvadrat metr ərazisi olan qeyri yaşayış obyektinin daxilində olan 6 ədəd ağacın götürülməsindən əsassız imtina edilməsi səbəbindən həmin ağacların götürülməsinə müvafiq rəyin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə qoyulmasını” xahiş etmişdir.Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3342/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Sərəncam ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işə cavabdeh qismində cəlb edilmişdir.Nazirliyin tabeli qurumu olan X5 Agentliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli, 476 nömrəli Fərmanına əsasən Dövlət Ekspertiza İdarəsinin əsasında yaradılmışdır. Öz Nizamnaməsinin 1.7,-ci bəndinə əsasən Agentlik məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər. Nizamnaməsinin 3.1.9.-cu bəndinə əsasən yaşıllığın götürülməsinə dair rəy vermək Agentliyin səlahiyyətlərinə aiddir.İddiaçının tələblərini aşağıda göstərilənlərlə əlaqdar əsassız hesab edir: Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş və açıq resurslarda dərc edilmiş Nizamnaməyə əsasən X5 Agentliyi “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, təsərrüfat fəaliyyətinin və digər fəaliyyətlərin X5sından keçirilməsi də daxil olmaqla, ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunu müəyyən edən, habelə bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik Bakı şəhərində yerləşir Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, öz Nizamnaməsini, Nazirliyin normativ hüquqi aktlarını və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin əmr və sərəncamlarını rəhbər tutur.Agentliyin fəaliyyətinin məqsədi X5sını həyata keçirmək, bu istiqamətdə tənzimləmə sistemini təkmilləşdirmək, institusional mexanizmləri formalaşdırmaq, müvafiq sahədə səmərəliliyi artırmaq və fəaliyyət göstərməkdir.Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası" ilə tənzimlənir. Qeyd olunan Qaydanın 2.2,-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X5sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X5sının obyekti olan və X5sının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyriyaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qaydanın 2.3.-cü bəndinin tələblərinə əsasən digər hallarda yaşıllıqların götürülməsi qadağandır.Qeyd olunan Qərarın tələblərinə uyğun olduğu hallarda yerli bələdiyyələr vasitəsi ilə X5 Agentliyinin rəyi alındıqdan sonra yaşıllığın götürülməsi bələdiyyə, yerli icra hakimiyyəti, torpaq sahəsinin mülkiyyətçisi sayılan qurum və ya fiziki şəxs tərəfindən təşkil olunur.İddiaçı müxtəlif tarixlərdə ərziə ilə birbaşa Nazirliyə müraciət edərək qeyd olunan ünvandakı özünə məxsus obyektdə təmir, bərpa, tikinti və quraşdırma işlərinə maneə yaradan ağacların götürülməsinə rəy verilməsini xahiş etsə də, fəaliyyətini təsdiq edən müvafiq qurumlar tərəfindən təsdiqlənmiş və ekoloji baxımdan rəy verilmiş layihə sənədlərini təqdim etməmiş, yaşıllıqların götürülməsi zərurətini hər hansı şəkildə əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 27 yanvar 2023-cü il tarixli imtina məktubun surəti, etiraz ərizəsi, DƏDRX tərəfindən iddiaçının adına rəsmiləşdirilmiş **********24 reyestr nömrəli çıxarışın surəti, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Sporring və Lonnort İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhərinin 9-cu mikrorayonu (köhnə) ərazisində 59B ünvanında yerləşən sahəsi 0,0947 ha olan torpaq sahəsi və üzərindəki sahəsi 899,6 kvadrat metr qeyri-yaşayış obyekti İddiaçı xüsusi mülkiyyətindədir.Həmin qeyri-yaşayış sahəsi hələ 1975-ci idə tikilmiş və sonradan uzun müddət baxımsız vəziyyətdə qalmışdır.2021-ci ilin sonlarında həmin tikilini iddiaçı aldıqda onun daxilində 6 ədəd şam ağacının olduğunu müəyyən etmiş və ağacların götürülməsi üçün müvafiq qərarın qəbul edilməsi ilə bağlı aidiyyəti üzrə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir.Sumqayıt Şəhər İcra Hakimiyyəti tətərindən də məsələnin araşdırılması və münasibət bildirilməsi üçün 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müvafiq məzmunlu məktub ünvanlanmış,sonuncu da bu məsələ ilə bağlı müvafiq rəyin verilməsi məqsədi ilə həmin müraciəti cavabdehə ünvanlamışdır. Lakin cavabdeh tərəfindən qeyd edilən ağacların götürülməsi ilə əlaqədar rəyin verilməsindən imtina olunmuşdur.Cavabdeh sözügedən yaşıllıqlara dair münasibət bildirilməsi üçün ilk növbədə nəzərdə tutulan tikinti işləri ilə bağlı layihə sənədlərinin X5sına təqdim edilməsi zəruriliyini əsas gətirərək ağacların götürülməsi ilə bağlı rəyin verilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən imtina qanunsuz olmuşdur.Belə ki, sözügedən yaşıllıqlara dair münasibət bildirilməsi üçün ilk növbədə nəzərdə tutulan tikinti işləri ilə bağlı layihə sənədlərinin X5sına təqdim edilməsi zəruriliyini bəhanə gətirərək ağacların götürülməsi ilə bağlı rəyin verilməsindən imtina etmişdir. İşdə olan sənədlərdən də görünür ki,iddiaçının cavabdehə götürülməsi üçün müraciət etdiyi yaşıllıqlar onun mülkiyyətində olan qeyri-yaşayış obyektinin daxilindədir. Başqa sözlə desək, sözügedən tikili vaxtı ilə layihələndirmə və müvafiq ekspertizaların aparılması mərhələsindən keçərək daşınmaz əmlakın dövlət reydetrində qeyri-yaşayış obyeki olaraq qeydiyyatdan keçirilmişdir. Bu halda üzərində artıq mülkiyyət hüququ qeydiyyatdan keçmiş qeyri-yaşayış obyektinin daxilində olan yaşıllıqların götürülməsi üçün rəyin verilməsini cavabdehin nəzərdə tutulan tikinti işləri ilə bağlı layihə sənədlərinin X5sına təqdim edilməsi zərurəti ilə əlaqələndirməsi tamamilə qanunsuz olmuşdur. Belə ki,cavabdeh özünün imtinası ilə faktiki olaraq iddiaçının mülkiyyətində olan qeyri-yaşayış obyektinin yerində məcburi şəkildə tikinti işlərinin aparılması və bu zaman həmin tikinti işləri ilə bağlı layihələndirmə işlərinin həyata keçirilməsi şərtini irəli sürmüşdür. Halbuki, sözügedən qeyri-yaşayış obyekti iddiçının mülkiyyətindədir və həmin obyektin yerində onun tərəfindən hər hansı tikinti işlərinin aparılması niyyəti cavabdehə bildirilməmişdir. Cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndində qeyd edilmişdir ki,“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X5sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X5sının obyekti olan və X5sının müsbət rəyi olan layihə həyata keçirildikdə yaşıllıqların götürülməsinə yol verilir. Məlumdur ki, adı çəkilən bənddə göstərilən və X5sının obyekti olan və X5sının müsbət rəyi olan layihələr həyata keçirildikdən sonra həmin layihələr əsasında inşa olunan qeyri-yaşayış obyektləri qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. Hal-hazırki mübahisədə daxilində yaşıllıqlar yerləşən tikili artıq X5sının obyekti olma mərhələsindən keçdiyi və qanunvericiliklə müəyyən edilmiş qaydada razılaşdırılmış lahiyə əsasında inşa edilərək mülkiyyət hüququnda qeydiyyata alındığı üçün bu tikiliyə dair analogiya üzrə sözügedən maddə tətbiq edilməklə yaşıllıqların götürülməsi barədə rəyin verilməsi də mümkündür. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nda mülkiyyətdə olan tikililərin daxilində olan yaşıllıqların götürülməsi ilə bağlı müddəanın nəzərdə tutulmaması hal-hazırki işdə qeyri-yaşayış obyektinin daxilində olan yaşıllıqların götürülməsi üçün rəyin verilməsindən imtina edilməsi üçün əsas sayıla bilməz. Hazırkı, iddia tələbi üzrə cavabdehin tutduğu mövqe onun tərəfindən “İnzibati icraat” haqqında Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinə, yəni inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamasına dəlalət edir. Belə ki, “İnzibati icraat” haqqında Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Hüquqi dövlət və mülki cəmiyyət prinsiplərinin təmin olunduğu demokratik dövlətdə, dövlət maraqları və fərdi maraqlar arasında ədalətli tarazlığın təmin olunması vacib şərtlərdəndir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 2001-ci il 19 iyun tarixli Qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71). Məhkəmənin digər iş üzrə qəbul edilmiş Qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə 2010-cu il 29 mart tarixli Qərar, § 83). Beləliklə, Sumqayıt şəhərinin 9-cu mikrorayonu (köhnə) ərazisində 59B ünvanında yerləşən iddiaçının mülkiyyətində olan sahəsi 899,6 kvadrat metr qeyri-yaşayış sahəsinin daxilində olan yaşıllıqların (4 ədəd sərv və 2 ədəd şam cinsli ağacların) götürülməsinə dair rəyin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Agentliyi üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1,85.1-ci və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sumqayıt şəhərinin 9-cu mikrorayonu (köhnə) ərazisində 59B ünvanında yerləşən iddiaçı X4 mülkiyyətində olan sahəsi 899,6 kvadrat metr qeyri-yaşayış sahəsinin daxilində olan yaşıllıqların (4 ədəd sərv və 2 ədəd şam cinsli ağacların) götürülməsinə dair rəyin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Agentliyinə havalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar