Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-649/2020 13.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkilləri X9, X1, Cavabdehin nümayəndəsi X5 iştrakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 3 saylı X6rşı “xxxxxxxxxxxxxxxxxxxxİddiaçı MMC barəsində çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsulliyətə cəlb edilməsi haqqında” xx.xx.2020ci il tarixli, **********196243 saylı qərarının ləğv edilməsi, həmin qərara əsasən MMC-yə hesablanmış 93307,23 manat verginin və 34093,39 manat maliyyə sanksiyasının silinməsi tələbinə” dair iddiasınaSumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı bildirmişdir ki, 3 saylı X11 Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********196243 saylı xx xxxxxx 2020-ci il tarixli qərarına əsasən İddiaçı MMC səyyar vergi yoxlamasının nəticələrinə əsasən 93307,83 manat vergi hesablanmış və 34093,39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdehin iddiaçı barəsində qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********196243 saylı xx xxxxxx 2020-ci il tarixli Qərarı əsassız və qanunsuz tərtib edildiyi üçün razılaşmır.Qanuni təmsilçisi olduğu İddiaçı MMC ilə icarəyə götürənlər arasında keçirilmiş yığıncağa əsasən 2010-cu ilin oktyabr ayının 1-dən "İddiaçı” MMC-də icarə haqqı hər kvadratmetr üçün 4 manat müəyyən olunmuşdur. Bundan sonra hər bir icarəçi ilə 2010-cu ildən hal-hazıra kimi hər il bağlanılan icarə müqaviləsinə əsasən hər kvadrat metr üçün icarə haqqı 4 manat müəyyən edilmişdir.Qərar aşağıda qeyd edilənlərə görə əsassızdır.Sözügedən qərar xx xxxxxx 2019-cu il tarixli **********157188 nömrəli Səyyar vergi yoxlamasının nəticələri haqqında Akta əsasən tərtib edilmişdir. 3 saylı X16 tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli **********157188 nömrəli Səyyar vergi yoxlaması Aktına əsasən bizə ümumilikdə səyyar vergi yoxlaması nəticəsində 93307,89 manat verginin hesablanması və 57601,80 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Hazırkı mübahisəli aktın tərtib edilməsinə əsas 3 saylı X11 xx xxxxxx 2019-cu il tarixli **********193108 nömrəli qərarına əsasən icarə haqqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün təyin edilmiş ekspertiza olmuşdur. Həmin qərarla ekspertizanın keçirilməsi üçün “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti X7 ekspert dəvət edilmişdir. 3 saylı X11 sənədlərin təqdim edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən “xxxxxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli "Ekspert Rəyi”nə əsasən “Bütün göstərilənlər nəzərə alınmaqla apardıqları təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, guya xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində "İddiaçı” MMC-nin mülkiyyətində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış (bazar) sahəsinin 1 kv.m sahəsi üçün orta aylıq icarə haqqı 6.0 manat müəyyən edilmişdir. xx xxxxxx 2019-cu il tarixli **********157188 nömrəli Səyyar vergi yoxlaması Aktı ona görə əsassızdır ki:3 saylı X11 xx.xx.2018-ci il tarixli **********168872 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən icarə haqqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilmiş, ekspetizanın keçirilməsi üçün "xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti X8 ekspert kimi dəvət edilmişdir. Həmin qərar əsasında keçirilmiş ekspertizanın nəticələri ilə “xxxxxxx” MMC-nin xx xxx 2019-cu il tarixli ekspert rəyi verilmiş, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində "İddiaçı” MMC-nin mülkiyyətində ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış (bazar) sahəsinin 1 kv.m sahəsi üçün orta aylıq icarə haqqı 5.27 manat müəyyən edilmişdir. Bunun nəticəsində xx xxx 2019-ci il tarixində **********157188 nömrəli səyyar vergi yoxlaması aktına əsasən ümumilikdə SVY nəticəsində vergi ödəyicisinə əsasən 58289,05 manat verginin hesablanması və 32898.6 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Həmin aktdan verilmiş şikayət nəzərə alınmış və nəticədə yenidən ekspertiza keçirilməsi qərara alınmışdır.3 saylı X11 xx.xx.2019-cu il tarixli **********187031 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən icarə haqqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün 2-ci dəfə ekspertiza təyin edilmiş, ekspetizanın keçirilməsi üçün Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza" Birliyinin eksperti X3 ekspert kimi dəvət edilmişdir. Həmin qərar əsasında keçirilmiş ekspertizanın nəticələri ilə Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyi xx xxxxxxx 2019-cu il tarixli ekspert rəyi verilmiş, icarə haqqının orta riyazi qiyməti İm2 üçün 4,33 manat müəyyən edilmişdir. Bunun nəticəsində xx xxxxxxx 2019-cu il tarixində **********157188 nömrəli səyyar vergi yoxlaması aktına əsasən ümumilikdə SVY nəticəsində vergi ödəyicisinə əsasən 24263,7 manat verginin hesablanması və 14522,37 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 3 saylı X11 xx.xx.2019-cu il tarixli **********191765 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən icarə haqqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün 3-cü dəfə ekspertiza təyin edilmiş, ekspetizanın keçirilməsi üçün “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti X13 ekspert kimi dəvət edilmişdir. Lakin iş üzrə bu günə kimi ekspert rəyi verilmiş, həmin qərardan səs-soraq çıxmamışdır. 3 saylı X11 xx.xx.2019-cu il tarixli **********187031 nömrəli ekspertizanın təyin edilməsi haqqında qərarına əsasən keçirilmiş ekspertizanın (xx xxxxxxx 2019-cu il tarixli) rəyi gəlməmiş xx xxxxxxx 2019-cu il tarixdə **********191765 nömrəli 4-cü dəfə ekspertizanın təyin edilməsi haqqında qərar verilmiş və ekspetizanın keçirilməsi üçün yenidən “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin eksperti X14 ekspert kimi dəvət edilmişdir. Halbuki bundan əvvəlki birinci dəfə iş üzrə ekspertizanın keçirilməsi “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırıldığı üçün biz ona etiraz etmişik və etirazımız təmin olunmuşdur. Yenə buna baxmayaraq 3 saylı X11 bizim həmin şirkətə etiraz etdiyimizi bilə-bilə yenidən xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ekspertiza keçirilməsini tapşırmışdır. İş üzrə əvvəlcə xx.xx.2019-cıı il tarixli 190003 ********** nömrəli qərarla təyin edilmiş Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti X2 rəyi gəlməmiş yenidən tez-tələsik ekspertizanın təyin edilməsi haqqında xx.xx.2019-cu il tarixdə qərar qəbul edilmiş, əvvəlki ekspertiza üzrə rəy isə xx xxxxxxx 2019-cu il tarixdə ekspert rəyi verilmişdir. Bu da 3 saylı X11 təkrar-təkrar tez tələsik “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılması 3 saylı X11 qərəzli və maraqlı olması anlamına gəlir.Göründüyü kimi 3 saylı X16 icarə haqqlarının bazar qiymətinə uyğunluğunun müəyyənləşdirilməsi üçün ekspertizanın təyin edilməsi haqqında qərarlara əsasən 3 dəfə üçün “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmış, 1 dəfə Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza'’ Birliyinə tapşırılmış, Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza" Birliyi “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəyindən fərqli az miqdarda icarə haqqı müəyyən etsə də, həmin rəyi tez ört-basdır etmiş, təkrar olaraq əsaslandırmadan tez-tələsik rəy gəlmədən yenidən ekspertiza təyin etmişdir. “X23” MMC-yə məxsus ərazidən mərkəzə daha yaxın ərazidə Heydər Əliyev prospektində yerləşən obyektin xx xxxx 2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən icarə qiyməti (obyektin harada yerləşməsi, icarə qiyməti və s. Kommersiya sirri olduğu üçün yaza bilmir, amma araşdırmaya təqdim etməyə hazırıq) 1 kv.m üçün 1,9 manat müəyyən edildiyi, reallıqda isə 1 kv.m üçün təxminən 1-3 manat arası icarə haqqı olduğu halda ‘‘xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindənkeçirilmiş ekspertiza rəyləri nəticəsində hər dəfə 1 kv.m üçün icarə haqqı artırılmış xx xxx 2019-cu il tarixdə 5,27 manat, sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə isa 6 manat müəyyən edilmiş, lakin Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinin rəyində isə icarə qiyməti reallığa bir az uyğun 4,33 manat müəyyən edilmişdir. Göründüyü kimi, “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti şöstərilən yüksək fərqlə rəy verməklə bu iş qərəzli olmasını sübut edir.Azərbaycan Respublikasında azı 13 qiymətləndirmə şirkəti olduğu halda 4 dəfə keçirilmiş ekspertizanın 3 dəfəsinin “xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılması 3 saylı X11 bu işdə qərəzli olmasını sübut edir. Ekspert rəyinin 4cü vərəqində 2-ci ehtimal və məhdudiyyət şərtləri bölməsinin 4-cü bəndində qeyd edilmişdir ki, “Qiymətləndiricinin qiymətləndirilən qeyri-yaşayış sahəsinin qiymətləndirildiyi tarixdə və qiymətləndirmə tarixinə etibarlıdır. Bu tarixdən kənra dövr ərzində qeyri-yaşayış sahəsinin bazar dəyərinə təsir göstərə bilən hər hansı bir iqtisadi, hüquqi və digər faktorlara görə qiymətləndirici məsuliyyət daşımır”. Lakin buna baxmayaraq qeyd edilən şərtləri sadalayan həmin ekspert nədənsə rəyində xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixdək dövr ərzində 1 kv.m-nin orta icarə qiymətinin 6 manat olmasını müəyyən etmişdir. Həmçinin Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunda - “Qiymətləndirmə tarixi”- anlayışına izah verilmiş və qiymətləndirmə məhz həmin kontrekt tarixə aid olması qeyd edmişdir. Nəzrə alsaq ki, bazar şəraitində qiymətlər bu və ya digər istiqamətə dəyişir, bu həqiqətə uyğun gəlməyə də bilər. Ona görə də müəyyən olunmuş dəyəri keçmiş və və ya gələcək tarixə deyil, məhz bu tarixdəki vəziyyəti əks etdirir. Lakin buna baxmayaraq qeyd edilən şərtləri sadalayan həmin ekspert nədənsə xx.xx.2019-cu il tarixli rəyində 3 il əvvəki dövrdən xx.xx.2018-ci il tarixdək dövr ərzində 1 kv.m-nin orta icarə qiymətinin 6 manat olmasını müəyyən etmişdir. Ekspert rəyinin 8-ci bəndini əhatə edən “Qiymətləndirilən obyektin (Bazar) foto görüntüləri” vərəqində olan foto görüntülər xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin” xx xxx 2019-cu il tarixli görüntüləri ilə eynidir. Halbuki may ayından sonra noyabr ayına kimi bazarda müəyyən edəyişiklik edilmişdir. Ekspert rəyinin 8-ci “Aparılmış hesablamalar” bəndində qeyd edilmişdir ki, “qiymətləndirilən obyektin tam oxşarının praktiki baxımından mövcud olmaması qiymətləndirici mütəxxəssisə analoji obyektlər üzrə məlumatlar əldə etməkdə və onlar üzərində müəyyən təshihlər aparmaqda problemlər yaratmışdır.” Lakin qeyd edilənlərin əksinə olaraq “Fərid Kiçik” Müəssisinin oxşarı “Əli Ticarət” Mərkəzi, “Quba Ticarət” Mərkəzi və digər obyektlərdir ki, həmin bazarlarda da icarə haqqının 1 kv.m görə qiyməti nəinki 6 manat heç 4 manat da deyildir. Bundan başqa ekspert rəyinin 8.1-ci bəndində “Torpaq üzərində fərdi qaydada tikilmiş obyektin qiymətləndirilməsi” bölməsində obyektlərin satışından bəhs edilmişdir ki, bunun da icarə qiymətləri ilə uzlaşdıraraq nəticə çıxarmaq mümkün deyildir. Həmin bölmədə analoq 1, 2, 3 şəkillərlə müqayisəli tədqiqat aparılmışdır ki, həmin analoq şəkillərdə satış tarixi noyabr ayından əvvəlki tarixlərə təsadüf etsə də, ekspert müayisəli tədqiqatda 3 obyektin tikilmə tarixini noyabr 2019-cu il kimi qeyd etmişdir. Müqayisəli tədqiqatda torpaq sahəsinin təyinatı qeyri-yaşayış obyekti kimi göstərilsə də, analoq şəkillərdə bu barədə heç bir məlumat yoxdur. Müqayisəli tədqiqatda torpaq sahəsinin elektrik, qaz, su, kanalzasiya kimi kommunikasiyalara bağlı olduğu göstəriləsə də, analoq şəkillərdə bu barədə heç bir məlumat yoxdur. Göründüyü kimi ekspert rəyinin 8.1-ci bəndində “Torpaq üzərində fərdi qaydada tikilmiş obyektin qiymətləndirilməsi” bölməsində həqiqətə uyğun olmayan, analoq şəkillərdə qeyd edilməyən xüsusatlar qeyd edilməklə müqayisəli tədqiqat aparılmasına cəhd edilmişdir. Həmçinin xx.xx.2019-cu il tarixli ekspert rəyinin ən maraqlı hissəsi 8.1-ci bəndində icarələr üzrə müqayisəli yanaşma ilə hesabat bölməsində yazılanlardır. Belə ki, həmin bölmədə analoq 1, 2 və 3-də şəkillər göstərilmiş, analoq 1 -də yalnız şəkil göstərilmiş başqa heç bir qeyd göstərilməmiş, analoq 2-də elanın müddəti bitib qeyd edilmiş və obyektin şəkili göstərilməmiş, yalnız analoq 3-də yeni elan göstərilmişdir. Buna baxmayaraq ekspert natamam analoq şəkillərlə müqayisəli tədiqat aparmış, daşınmaz əmlakın ümumi sahəsi analoq 1-də göstərilməsə də, ekspert onu haradansa taparaq 35 kv.m qeyd etmiş, daşınmaz əmlakın qiyməti analoq 1-də göstərilməsə də, ekspert onu 150 (hansısa qiymət) göstərmiş, satış tarixi bölməsində analoq 1 üçün noyabr 2019 qeyd etsə də, analoq 1-də bu göstərilməmiş, analoq 2 üçün noyabr 2019 qeyd etsə də, analoq 2-də göstərilmiş obyektin elanın icarə müddəti bitmiş, binanın layihəsi bölməsində ekspert onu ayrıca tikili kimi qeyd etmiş, baxmayaraq ki, bu barədə heç bir yerdə göstərilməmiş, binanın tikildiyi il kimi 1989, 1990, 1988 göstərilmiş, yenə bu barədə heç bir yerdə məlumat yoxdur, tavanın hündürülüyü və obyektin təmirliliyi bölməsində analoq 2 adlı şəkli göstərilməyən obyekt üçün ekspert münəccimlik edərək tavanın hündürlüyün 3 metr və təmirliliyi orta göstərmiş, bundan başqa heç bir analoq 1, 2 və 3 şəkillərində kommunikasiya barədə yazılmamasına baxmayaraq ekspert hər üç obyekt üçün elektrik, su, kanalzasiya-mərkəzləşdirilmiş qeyd etmişdir.Göründüyü kimi xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin” xx.xx.2019-ci il tarixli ekspert rəyində xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixdək dövr ərzində 1 kv.m-nin orta icarə qiymətinin 6 manat olmasım müəyyən edərkən bu gülünc və absurd müqayisədən istifadə edərək, yekun nəticəyə gəlmişdir. 3 saylı X19 İddiaçı MMC üzrə ekspertizanın keçirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli **********193108 nömrəli qərar qəbul etmiş, İddiaçı MMC həmin qərarla bağlı vəsatət verərək ekspertizanın keçirilməsini xxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti yox digər ekspert şirkətinə tapşırılmasını xahiş etsəm də. Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı vergi ödəyicisinin hüquqları ilə əlaqədar vəsatətin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixli Ekspert rəyi verilmiş və tanış olmaq üçün İddiaçı MMC-nə göndərilmişdir. xx.xx.2019-cu il tarixli Ekspert rəyinə etiraz verilmiş və ekspert rəyində olan səhvlər və uyğunsuzluqlar göstərilmiş və yenidən ekspertiza keçirilməsi xahiş edilmişdir. Lakin İddiaçı MMC-nin ərizəsinə cavab verilməmiş və 3 saylı X16 tərəfindən xx.xx.2019-cu il tarixli **********157188 nömrəli Səyyar vergi yoxlaması Aktı verilmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2019-cu il tarixli **********157188 nömrəli Səyyar vergi yoxlaması Aktına etiraz verilmişdir.3 saylı X16 tərəfindən verilmiş ekspertizanın keçirilməsi ilə bağlı xx.xx.2019- cu il tarixli **********193108 nömrəli qərar və xx.xx.2019-cu il tarixli ekspert rəyi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2012- ci il tarixli Qərarına uyğun deyildir. Həmin ekspertizanın keçirilməsi barədə qərar və ekspert rəyi qəbul edilərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2012-ci il tarixli Qərarında göstərilən hallar nəzərə alınmamışdır.Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2012ci il tarixli Qərarında "... Bununla əlaqədar, qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1 -ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasım nəzərdə tutan vicdanhlıq prezumpsiyası fundamental hüquqi prezumpsivalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin,xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. Avropa Məhkəməsi belə halın sübuta yetirilməsini vergidən yayınmanın baş verməsindən şübhələnmək üçün ciddi əsasların mövcudluğu ilə əlaqələndirərək, bunun qarşısını almaq məqsədilə dövlətin ixtiyarında olan uyğun metodlar kimi ödənilməmiş verginin ödənilməsini təmin etmək üçün hüquqi icraatlara başlamanı və zərurət olduqda, vergi cərimələrinin tətbiqini misal gətirmiş, bu imkanlardan sistematik istifadənin cinayət təqibi təhlükəsi ilə birlikdə adekvat tədbir olacağını ifadə etmişdir (Hentrich Fransaya qarşı yuxarıda qeyd olunan qərar, § 47). Avropa Məhkəməsinin hüquqi mövqeyindən görünür ki. icarə münasi-bətlərindən əldə olunan gəlirdən verginin tutulması üçün bazar qiymətinin tətbiq edilməsi vergidən yayınmanın baş verməsinə dair ciddi əsasların mövcudluğunu tələb edir. Belə ciddi əsasların mövcudluğunu təsdiq edə biləcək sübut etmə vasitələri ilə bağlı vergi orqanı, ilk növbədə, hər bir konkret işə onun fiziki, hüquqi və iqtisadi xüsusi hallarını nəzərə almaqla fərdi yanaşmalıdır. Bu məqsədlə vergi orqanı “İcarə haqqında” Qanunun 8-ci maddəsinin 1-ci bəndində göstərilən hallar, yəni icarə ödənişinin məbləğinin icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirildiyi, eləcə də analoji vəziyyətdə olan dövlət və bələdiyyə əmlakına təyin edilmiş normativ hədləri baxımından çıxış etməlidir. Nəticədə vergi orqanı tərəfindən qəbul olunan qərarların qanuniliyi Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İnzibati icraat haqqında” Qanun) aşağıdakı müddəalarına, xüsusən bazar qiymətinin müəyyənləşdirilməsi üçün ümumi qaydanı təsbit etmiş Vergi Məcəlləsinin 14.4-cü maddəsinin tələblərinə dəqiq riayət olunması ilə şərtləndirilir. Həmin normaya müvafiq olaraq bazar qiyməti mal (iş. xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu məqsədlə malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir (Vergi Məcəlləsinin 14.9-cu maddəsi). Bu müddəalarla bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuidan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. Belə ki, Vergi Məcəlləsinin 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4-cü maddəsinin, eləcə də qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyata aid 14.5-ci maddəsinin müddəalarının tətbiqi mümkün olmadıqda, vergi orqanı malın (işin, xidmətin) bazar qiymətini bu maddənin tələblərinə uyğun olaraq müəyyən edir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə almır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. Həmin maddənin tətbiqi nəticə vermədikdə, sonrakı mərhələ kimi Vergi Məcəlləsinin 14.6.3-cü maddəsi müəyyən edir ki, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda. aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: sonrakı (təkrar) satış qiymətinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiymətisonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir (14.6.3.1 -ci maddə);dəyərin toplanması üsuluna əsasən bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır (14.6.3.2-ci maddə);malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir (14.6.3.3cü maddə).Ekspertin cəlb edilməsinə gəldikdə, Vergi Məcəlləsinin 44-cü maddəsində və “İnzibati icraat haqqında” Qanunun 41 -ci maddəsində ekspertizanın keçirilməsi qaydası və bununla bağlı bir sıra təminatlar, o cümlədən ekspertin müqavilə əsasında cəlb edilməsi, müqavilədə səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyətinin nəzərdə tutulmasının mümkünlüyü, ekspertizanın maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı əsasında təyin edilməsi təsbit edilmiş, habelə ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanının həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini tanış etməyə və həmin şəxsin ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək və ekspertin rəyi ilə tanış olmaq daxil olmaqla Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqların ona izah etməyə borclu olduğu nəzərdə tutulmuşdur.Sözügedən Məcəllənin yuxarıda şərh olunan prosesin bütün mərhələlərinə şamil edilən və tutulmalı olan verginin müəyyən edilməsində vergi ödəyicisinin fəal iştirakının təzahürlərindən biri olan 14.8-ci maddəsinə əsasən isə vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndə və vəkilləri eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, 3 saylı X11 “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********157048 nömrəli qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətində növbəti səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində xx.xx.2018-ci il tarixdə KY181257533 nömrə ilə qeydiyyata alınmışdır.Yoxlamanın nəticəsi olaraq xx.xx.2019-cu il tarixli **********157188 nömrəli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmiş və akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********196243 nömrəli qərar qəbul edilmişdir.Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2015-2017-ci illər üzrə mənfəət vergisinin 50115,21 manat və əlavə dəyər vergisinin (mətndə-ƏDV) 43426,54 manat olmaqla, ümumilikdə 93541,75 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Yoxlama zamanı 2017-ci il üzrə əmlak vergisinin 233,92 manat artıq hesablandığı müəyən edilmişdir. Səyyar vergi yoxlaması ilə ümumilikdə vergi ödəyisinə 93307,83 manat məbləğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 31448,14 manat və Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən 2645,25 manat olmaqla, ümumilikdə 34093,39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018-ci il tarixli **********157189 nömrəli tələbnamə verilmiş, sənədlərin təqdim edilməsi xx.xx.2018-ci il tarixli aktla rəsmiləşdirilmişdir.xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində vergi ödəyicisinə məxsus ünvan 3 ünvanında yerləşən obyektdə icarə haqqlarının bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********168872 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar əsasında “xxxxxxx” MMC (VÖEN **********) qiymətləndirmə şirkəti ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən həmin şirkətin eksperti X10 tərəfindən xx.xx.2019-cu il tarixli ekspert rəyi tərtib edilmişdir. Lakin, vergi ödəyicisi həmin ekspert rəyi ilə razılaşmayaraq yenidən ekpertizanın keçirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli **********364700 nömrəli məktubla müraciət edilmişdir.3 saylı X16 tərərfindən vergi ödəyicisinin vəsatəti təmin edilərək xx.xx.2019-cu il tarixli **********187031 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar qəbul edilmiş və yenidən ekspertiza keçirilməsi məqsədi ilə müqavilə əsasında Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının “Azərekspertiza” Birliyinindən ekspert kimi X3 dəvət edilmiş və o, xx.xx.2019cu il tarixli ekspert rəyi tərtib edilmişdir. Tərtib olunmuş ekspert rəyi tam əsaslandırılmadığına görə Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin müddəaları nəzərə alınaraq, vergi orqanı tərəfindən vergilərin hesablanması zamanı həmin ekspert rəyi əsas götürülməmiş və xx.xx.2019-cu il tarixli **********192743 nömrəli “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” Qərar qəbul edilmişdir.3 saylı X11 xx.xx.2019-cu il tarixli **********193108 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" Qərarına əsasən “xxxxxxx” MMC qiymətləndirmə şirkəti ilə bağlanmış müqaviləyə əsasən həmin şirkətin eksperti X7 tərəfindən İddiaçı MMC-də xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üçün icarə haqqının bazar dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə araşdırmalar aparılmışdır. Ekspert tərəfindən vergi ödəyicisinə məxsus ünvan 3 ünvanında yerləşən obyektə (bazara) yerində baxış aparılmışdır. Ekspertiza zamanı aparılmış təhlil və hesablamalar nəticəsində müəssisinin balansında olan əsas vəsaitlərin orta ayılq icarə haqqının məbləği 1 m2 üçün 6,0 manat olduğu müəyyən olunmuş və bu barədə ekspert tərəfindən xx.xx.2019-cu il tarixli ekspert rəyi tərtib edilmişdir.Hesablamanın mahiyyəti ilə bağlı bildiririk ki, müəssisə tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci i! tarixədək olan dövr üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrində vergiyə cəlb olunan əməliyyatların dəyəri 637466,88 manat, əvəzləşdirilən ƏDV məbləği 7765,83 manat bəyan edilərək 106978,21 manat əlavə dəyər vergisi hesablanmışdır (637466,88x18%-7765,83). Lakin, səyyar vergi yoxlaması zamanı iddiaçının bəyan etdiyi ƏDV bəyannamələrindəki məlumatların açıq-aşkar həqiqətə uyğun olmadığına dair şübhələr yaranmışdır. Beləliklə, ödənilməli olan əlavə dəyər vergisi müəyyən edilməsi üçün cəmiyyətə məxsus ünvan 3 ünvanında yerləşən obyektdə icarə haqqlarının bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixli qərarla ekspertiza təyin edilmiş və “xxxxxxx” MMC qiymətləndirmə şirkəti tərəfindən xx.xx.2019-cu il tarixli rəy tərtib edilmişdir. Belə ki, “xxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli rəyə əsasən cəmiyyətə məxsus olan əsas vəsaitlərin orta ayılq icarə haqqının məbləği 1 m2 üçün 6,0 manat olduğu müəyyən olunmuşdur. Aparılmış səyyar vergi yoxlaması zamanı cəmiyyətin vergiyə cəlb olunan əməliyyatların dəyəri 878725,30 manat müəyyən edildiyinə görə, əvəzləşdirilən 7765,83 manat ƏDV məbləği nəzərə alınmaqla 150404,72 manat məbləğində dövlət büdcəsinə ödənilməli ƏDV müəyyən edilmiş və cəmiyyət tərəfindən bəyan edilən 106978,21 manatƏDV məbləği nəzərə alınmaqla, əlavə 43426,52 manat ƏDV hesablanmışdır. (878725,30 x 18%- 7765,83=150404,72-106978,21) (Hesablama cədvəli əlavə olunur).Mənfəət vergisinin yoxlanılması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən 2015-ci ilin mənfəət vergisi üzrə tədim edilmiş bəyannamədə vergiyə cəlb olunan mənfəəti 82856,50 manat bəyan edilərək, büdcəyə ödənilməsi üçün 16571,30 manat mənfəət vergisi hesablanmışdır. Lakin, aparılmış səyyar vergi yoxlaması zamanı həmin il üzrə vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 148924,66 manat və həmin mənfəətdən büdcəyə ödənilməsi üçün 29784,93 manat mənfəət vergisi müəyyən edilmişdir. Buna görə də, 2015-cı il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilən 16571,30 manat mənfəət vergisi nəzərə alınmaqla əlavə 13213,63 manat mənfəət vergisi hesablanmışdır (148924,66- 82856,50=66068,16x20%).Həmçinin, vergi ödəyicisi tərəfindən 2016-cı ilin mənfəət vergisi üzrə tədim edilmiş bəyannamədə vergiyə cəlb olunan mənfəəti 65169,49 manat bəyan edilərək, büdcəyə ödənilməsi üçün 13033,90 manat mənfəət vergisi hesablanmışdır. Lakin, aparılmış səyyar vergi yoxlaması zamanı həmin il üzrə vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 152206,45 manat və həmin mənfəətdən büdcəyə ödənilməsi üçün 30441,29 manat mənfəət vergisi müəyyən edilmişdir. Buna görə də, 2016-cı il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilən 13033,90 manat mənfəət vergisi nəzərə alınmaqla əlavə 17407,39 manat mənfəət vergisi hesablanmışdır (152206,45-65169,49 =87036,96x 20%).Həmçinin, vergi ödəyicisi tərəfindən 2017-ci ilin mənfəət vergisi üzrə tədim edilmiş bəyannamədə vergiyə cəlb olunan mənfəəti 52897,63 manat bəyan edilərək, büdcəyə ödənilməsi üçün 10579,53 manat mənfəət vergisi hesablanmışdır. Lakin, aparılmış səyyar vergi yoxlaması zamanı həmin il üzrə vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 149368,55 manat və həmin mənfəətdən büdcəyə ödənilməsi üçün 29873,71 manat mənfəət vergisi müəyyən edilmişdir. Buna görə də, 2017-ci il üzrə vergi ödəyicisi tərəfindən bəyan edilən 10579,53 manat mənfəət vergisi nəzərə alınmaqla əlavə 19294,18 manat mənfəət vergisi hesablanmışdır (149368,55-52897,63=96470,92x20%). (Hesablama cədvəlləri əlavə olunur).Qeyd olunmalıdır ki, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan 2017-ci ildə 5290,50 manat məbləğində pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada məxaric əməliyyatları aparıldığına görə Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən aparılmış məxaric əməliyyatlarının 50 faizi miqdarında 2645,25 manat maliyyə sanksiyası tətbiq edilmişdir.İddiaçı iddia ərizəsində səyyar vergi yoxlaması zamanı təkrar ekspertizanın aparılmasının eyni şirkətə tapşırıldığını göstərmişdir.İddiaçının yuxarıda qeyd olunan mövqeyi tamamilə əsassızdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.14-cü maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bu Məcəllə ilə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanlarının hüquqlarına aiddir.Vergi Məcəlləsinin 44.1 -ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir.Həmin Məcəllənin 44.7-ci maddəsinə əsasən ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin ekspertə etiraz etmək hüquqları vardır.Həmin Məcəllənin 44.10-cu maddəsinə əsasən əlavə ekspertiza ekspertin rəyi kifayət qədər aydın və dolğun olmadığı hallarda təyin edilir və bu ekspertiza həmin və ya başqa ekspertə həvalə edilir.Təkrar ekspertiza ekspertin rəyi əsaslı olmadığı və onun düzgün olmasında şübhələrin olduğu hallarda təyin edilir və başqa ekspertə həvalə edilir.Qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən ekspertizanın təyin edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə tam əməl edilmişdir.Bununla bağlı bildiririk ki, səyyar vergi yoxlaması zamanı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində vergi ödəyicisinə məxsus ünvan 3 ünvanında yerləşən obyektdə icarə haqqlarının bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə “Ekspertizanın təyin edilməsi haqqında" xx.xx.2018-ci il tarixli **********168872 nömrəli qərarına əsasən ekspert kimi X10 təyin edilmiş və onun tərəfindən xx.xx.2019-cu il tarixli rəy təqdim edilmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixli **********193108 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” qərara əsasən təkrar aparılmış ekspertiza X7 tərəfindən aparılmış və onun tərəfindən xx.xx.2019-cu il tarixli rəy təqdim edilmişdir. Göründüyü kimi, cəmiyyətdə aparılmış təkrar ekspertiza əvvəlki ekspertiza aparmış ekspert tərəfindən aparılmamış, digər ekspert tərəfindən aparılmışdır.Göründüyü kimi səyyar vergi yoxlamasının aparılması və yoxlama ilə vergilərin hesablanması zamanı qanunvericiliyin tələblərinə əməl edilmişdir və verilmiş iddia tələblərinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1 -ci maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin, 24.0.1-ci maddəsi ilə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir.Vergi Məcəlləsinin 23.1.1 -ci maddəsinə əsasən səyyar vergi yoxlamasını həyata keçirmək vergi orqanının hüququdur.Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin 3-cü bəndinə əsasən Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin 3-cü bəndinə əsasən Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə görə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir. İddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir.Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın imtina məktubu, xx.xx.2020-ci il tarixli **********245500 nömrəli etirazı və xx.xx.2020-ci il tarixli, **********196243 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın surəti, Səyyar vergi yoxlaması haqqında Aktların surəti, “xxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, UNİ/İ 09-218/20 nömrəli ekspert rəyi və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiatəmin edilməlidir.Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. İnzibati işdə olan dövlət qeydiyyatı haqqında xx xxxx 1995-ci il tarixli, 24/65 saylı şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı "'hüquqi şəxs kimi xx xxxx 1995-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********196243 saylı, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, İddiaçı MMC səyyar vergi yoxlamasının nəticələrinə əsasən 93307,23 manat əsas və 34093,39 manat məbləğində maliyyə sanksiyası olmaqla, cəmi 127400,62 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan müstəqil qiymətləndirmə şirkəti “xxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, UNİ/İ 09-218/20 nömrəli ekspert rəyindən görünür ki, obyektin mövcud vəziyyəti, işləkliyi, yerləşdiyi ərazinin aktivliyi, ümumi sahəsi, konstruksiyası, aşınması və s. Xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən xx.xx.2015-ci il tarixdən- xx.xx.2018-ci il tarixədək ünvan 3 ünvanında yerləşən obyektdə (, İddiaçı MMC-də) və ümumi Quba şəhəri üzrə digər obyektlərdə (ticarət mərkəzləri) icarə haqlarının bazar qiymətləri 1 kv.metr=4,0 (dörd) manat təşkil etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş fəaliyyət göstərə bilərlər.Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.Həmin Məcəllənin 24.0 və 24.1-ci maddələrinə əsasən vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir.Azərbaycan Respublikası Vergi Məcəlləsinin 54.0 və 54.0.2-ci maddələrinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması şəxsin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasını istisna edən haldır. Göründüyü kimi, qeyd edilən normativ-hüquqi aktların təhlilindən görünür ki, dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir, həmçinin şəxsin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmasının əsası kimi onun təqsirinin olması çıxış edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hisəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir.Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1952-ci ildə qəbul edilmiş 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, N° 191 saylı “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği” nin təsdiq edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar ilə dövlət əmlakının təyinatından, yerləşdiyi ərazisindən, mərtəbəsindən asılı olaraq minimum icarə haqqı məbləğləri müəyyən edilmişdir. Xüsusi mülkiyyətdə olan daşınmaz əmlakların icarəyə verilməsinin minimum həddinin dövlət tərəfindən müəyyən edilməsinin Azərbaycan Respublikası Konstitusiyasına zidd olduğundan qanunla müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1 maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar həmin Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.Həmin Məcəllənin 390.5 maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3 maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə vergi orqanının vəzifəli şəxsinin müvafiq qərarına əsasən ekspertizanın təyin edilməsi, ekspert rəyinə əsasən icarə haqqı məbləğinin müəyyənləşdirilməsi, İddiaçı MMC ilə “İcarəçilər” arasında bağlanmış icarə müqavilələrinin icarə haqqı məbləğləri ilə ekspert rəyi arasında yaranmış icarə haqqı məbləği arasındakı fərqə və icarə haqlarının arasındakı fərqə münasibətdə hesablanmış vergilərə (ƏDV və mənfət vergisi) münasibətdə qeyd edir ki, İddiaçı MMC tərəfindən qeyri-yaşayış sahələri icarəyə verilərəkən və tərəflər arasında icarə haqqı məbləği müəyyən edilərkən “İcarəyə verən” tərəfindən həmin əmlaklar üzərində dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququ olduğuna, həmçinin müqavilə tərəfləri mülki qanunvericiliyin müqavilələr azadlığı və mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsiplərinə əsaslanmışlar. Bundan başqa, İddiaçı MMC ilə “İcarəçilər” arasında bağlanmış icarə müqavilələrinin icarə haqqı məbləğləri dəyişdirilmədən, yəni həmin müqavilələr icarə haqqı məbləğləri hissədə etibarsız və ləğv edilmədiyindən, müqavilədə ola-ola vergi orqanı tərəfindən ekspert rəyinə əsaslanaraq, yəni faktiki olaraq qüvvədə olan icarə müqavilələrinin icarə haqqı qismində etibarsız və ləğv edilmədiyi halda ekspert rəyinə əsasən icarə haqqı məbləğlərinin dəyişdirilərək, ona uyğun verginin hesablanması qanuni hesab edilə bilməz. Belə ki, qanunvericilik əqdlərin etibarsızlığı, müqavilələrin dəyişdirilməsi və ləğv edilməsi əsaslarını dəqiq olaraq tənzimləyir, bu əsaslar dəqiqdir və onlar geniş təfsir edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2012-ci il tarixli Qərarında göstərilir ki, “...Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1 -ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununuformalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar.Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqiprezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir.Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür.” Məhkəmə cavabdehin “Fərid” kiçik müəssisəsi tərəfindən icarəyə verilmiş əmlakın hər kvadrat metri üçün müəyyən edilmiş qiymət ekspert rəyinə əsasən müəyyən edilmiş bazar qiymətlərindən 30 faizdən çox dəyişdiyi (2012-ci ildə 41,00 %, 2013-cü ilin yanvarında 33,33%) üçün vergilərin hesablanmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsasən bazar qiymətlərinə əsasən hesablanmasına münasibətdə qeyd edir ki, bazar qiymətlərindən 30 faizdən çox dəyişiklik ekspert rəyi ilə icarə müqavilələrinin arasında yaranmış fərqdir, yəni bu halın özü hələ Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinə əsaslanaraq verginin hesablanmasına əsas vermir və bu hal, yəni bazar qiymətinin dəqiqliklə müəyyənləşdirildiyi -digər sübutlarla da təsdiqlənməlidir və iş materiallarında bazar qiymətinin dəqiqliklə müəyyənləşdirildiyini təsdiq edəcək hər hansı bir sübut yoxdur və bu hal vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasnın 71-ci maddəsinin İ hissəsinəəsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqları, gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübütlarla əsaslandırılmalıdır.Həmin Məcəllənin 14.1 maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC barəsində çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsulliyətə cəlb edilməsi haqqında” xx.xx.2020ci il tarixli, **********196243 saylı qərarı ləğv edilməli və həmin qərar əsasında hesablanmış 93307,23 manat əsas borc və 34093,39 manat məbləğində maliyyə sanksiyası silinməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68,69,73,75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəməqərara aldı: İddia təmin edilsin. 3 saylı X16 tərəfindən İddiaçı MMC barəsində çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsulliyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********196243 saylı qərarı ləğv edilsin. xxxxxxxxxxxxxxxxxxxxtətbiq edilmiş xx.xx.2020-ci il tarixli, **********196243 saylı qərarına əsasən İddiaçı MMC-yə hesablanmış 93307,23 manat əsas borc və 34093,39 manat maliyyə sanksiyası silinsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-649/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-649/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver