Məhkəmə qərarları › İş №2-1(118)-649/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-649/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-649/2021 04.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsini və bu qərardan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.N2-ci il tarixdən xx.xx.N3-cü il tarixinədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə bütün xidmətlərini hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılmaların nəticəsi barədə qərar qəbul edilməsini və bu qərardan irəli gələn ehtiyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması”na dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1971-ci il təvəllüdlü Qurbanov X2 rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1989-cu il tarixdə keçmiş SSRİ Silahlı Qüvvələri tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. xx.xx.N1-ci il tarixdə həqiqi hərbi xidmətini başa vurmuşdur. xx.xx.N2-ci il tarixdən, xx.xx.N3-cü ilin oktyabr ayına qədər N saylı hərbi hissəsinin tərkibində Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda gedən döyüşlərdə fədakarcasına iştirak etmişdir. Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən verilmiş H3 №-6016555 saylı hərbi biletin qanuni qrafalarında (6-cı, 7-ci səhifələrin)-də iddiaçının hərbi xidməti könüllü olaraq keçməyi barədə qeydiyyat vardır. Dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə müraciət etməsinə baxmayaraq heç bir məlumat ala bilməmişdir. Döyüşlərdə yaralanan əsgərlər kimi tərəfindən döyüş bölgələrinə çağırılmış və göndərilmişdir. Hal-hazırda onların (keçmiş döyüşçülərin) Veteran Statusu və Veteran vəsiqəsi almaması onlar üçün təhqirdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya Müharibə Veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciət etmişdir. Komissiya iddiaçıya imtina cavabı vermişdir. Müdafiə Nazirliyinin Arxiv İdarəsi 40 min döyüşçüyə girişini qeyd etsə də, çıxışları haqqında məlumat vermir. Bu isə Azərbaycan Respublikasının Ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi və Konstitusiya quruluşu uğrunda o, dövrdə gəncliklərini itirərək döyüşən ordunun tərkibində xidmət etmiş Müharibə Veteranlarına, Şəhid ailələrinə və Qarabağ Əlillərinə soyuq və biganə münasibət bəstləmək və Konstitusion hüquqlarını pozmaq və hərbi xidmət keçmək Əsassnaməyə qarşı çıxmaq deməkdir. Ərizəyə əlavə olunan hərbi biletiin səhifəsində göstərilmişdir ki, iddiçı Azərbaycan Respublikası SHXÇDX-nin Zəngilan rayon şöbəsi xx.xx.N2-ci il tarixdən, xx.xx.N3-cü il tarixinədək elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan N saylı təkrar hərbi xidmətə çağırılmışdır. Ona görə də hərbi biletində həmin qeydlər aparılmışdır. Bu sahəni tənzimləyən aidiyyətli maddi hüquq normalarından olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N5-ci il tarixli 216 saylı qərarı əsasında Azərbaycan Respublikası Müdafiə Nazirinin x xxxxxx N8-ci il tarixli 4 saylı əmri ilə qüvvəyə minmiş «Müharibə Veteranı», «Silahlı Qüvvələr Veteranı» və «Əmək Veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair təlimatının 1.6 bəndinə əsasən N1-ci il oktyabrın 9-dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya Orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. İşin faktiki halları ilə təsdiq olunur ki, X3 Arxivindən iddiaçıya göndərilən Arxiv Arayışında onun hərbi xidməti barəsində Arxiv məlumatının olmaması iddiaçının təqsiri ucbatından olmamışdır. Əgər xidmətdə olduğu hərbi hissənin həmin vaxtı əhatə edən əmrlər Arxivə göndərməyibsə iddiaçının təqsiri nədir? Bəlkə də döyüşlərin qızğın vaxtlarında əmrlərin də olduğu qərargah yanıb? Arxiv Arayışında da göstərilmişdir ki, bu halları araşdıra bilməmişdirlər. Bəs bunları kim araşdırmalıdır? Halbu ki, bütün bunların araşdırması inzibati orqan kimi Müdafiə Nazirliyinin Arxiv İdarəsinin vəzifəsidir. Belə ki, qanunla Arxiv İdarəsi həm də Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə şəxsi heyyətlə bağlı verilən əmrlərin müəyən vaxtdan sonra Müdafiə Nazirliyinin Arxiv İdarəsinə təhvil verilməsini də təmin etməlidir. Ona görə də Arxiv İdarəsi tərəfindən hərbi hissədən əmrlərin Arxiv İdarəsinə təqdim olunmaması səbəbindən ona arayışın verilməsindən imtina qanunsuzdur. Çünki, Arxiv İdarəsi həmin hərbi hissədən əmrləri tələb etməklə müvafiq hərbi qulluqçuların xidmətini bərpa etmlidir. Belə olan halda Arxiv İdarəsi tərəfindən hərbi qulluqçuya belə arayışın verilməsi, iddiaçının timsalında hüququnun kobud surətdə pozulmasıdır. Bununla da Arxiv İdarəsi iddiaçının hüququnu pozur. Ona görə də Arxiv İdarəsini məhkəməyə vermək məcburiyyətindədir. Çünki, yuxarıda göstərdiyi kimi, qanunla iddiaçının hərbi xidmətini Müdafiə Nazirliyinin Arxivi təmin etməlidir. Zərurət yaransa onun xidmətləri barəsində hərbi hissədən əmrləri tələb etməlidir. Ona görə də Müdafiə Nazirliyinin Arxiv İdarəsi bu sahədə pozulmuş hüquqlarının bərpa olunması üçün məsuliyyət daşımalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iddia Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsində təsbit edilən məcburetmə haqqında iddiadır. Bu qəbildən olan iddialar üçün xüsusi mümkünlük şərti iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etməsi və bunun nəticəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina edilməsi və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və qanuni mənafelərinin pozulmasının əsaslandırılması təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair “Qərarının 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmüş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üçün tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə öhdəliyinin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bununla əlaqədar cavabdeh qeyd etmişdir ki, iddiaçının məktubuna cavab olaraq, Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş və hazırda iddia ərizəsinə əlavə olunan xx.xx.2020-ci il tarixli 9/2-9218 nömrəli məktubda İddiaçı xidmət keçməsi ilə bağlı məlumatlar öz əksini tapmışdır. Həmin məlumatlar iddiaçının qeyd etdiyi hallar üzrə araşdırma aparılaraq müvafiq əmrlərə istinad edilməklə yazılmışdır. Bundan başqa Mərkəzi Arxivin sözügedən məktubunda, N saylı hərbi hissə komandirinin mart N2-ci il, dekabr N3-cü il tarixli nizami-hissə üzrə əmirlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Beləliklə, Mərkəzi Arxiv tərəfindən hər hansı hərəkətsizlik edilməmiş, Mərkəzi Arxivdə olan əmrlər əsasında müvafiq araşdırılma aparılaraq, iddiaçının xidmətinə dair arayış təqdim edilmişdir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tələbini Müdafiyə Nazirliyinə yönəltsədə, tələbə cavab verməli orqan Müdafiyə Nazirliyinin müvafiq idarəsidir. Bundan əlavə iş materiallarından görsənir ki, iddiaşıya arxiv məlumatları ilə bağlı müvafiq cavab vermişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-9218 saylı arxiv arayışında qeyd olunur ki, N nörməli hərbi hissə komandirinin xx xxxx N3-cü il tarixli 67 №li əmrilə çağırışçı, İddiaçı alayın şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək təmir bölüyünə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx xxx N3-cü il tarixli 124 №li əmrində Hospitalda və Xəstəxanalarda müalicədə olan, şəxsi heyətin tərkibindən çıxarılaraq ştatdankənar saxlanılmış şəxsi heyətin tərkibində təmir bölüyünün hərbi qulluqçusu İddiaçı adı qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin mart N2-ci il, dekabr N3-cü il tarixli nizamı hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının prokurorluq orqanlarının, habelə dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, miqrasiya xidməti, penitensiar xidmət, xarici işlər, daxili işlər, fövqəladə hallar və müdafiə sahəsində fəaliyyət göstərən dövlət orqanlarının arxiv fondlarının mühafizəsi həmin orqanların özləri tərəfindən həyata keçirilir. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri dövlət arxiv fondu sənədlərindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Milli X1 xx xxxx 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair” Təlimatın 2.2-ci bəndinə əsasən İdarə arxivi dedikdə bir idarənin, yaxud onun tərkibində olan təşkilatlar qrupunun fəaliyyəti nəticəsində yaranan arxiv sənədlərinin məcmusu olmaqla, sənədlərin mühafizəsini, komplektləşdirilməsini, uçotunu və istifadəsini həyata keçirən struktur bölmə başa düşülür. Təlimatın 2.4-cü ci bəndinə əsasən Arxiv idarənin səlahiyyət və funksiyalarına, sənədlərin tərkibinə müvafiq olaraq aşağıdakı struktura uyğun təşkil edilə bilər: Təlimatın 2.4.1-ci bəndinə əsasən tabeliyində geniş təşkilatlar şəbəkəsi olan dövlət orqanlarının, idarələrin, səhmdar cəmiyyətlərin, şirkətlərin və onların tabeliyində olan təşkilatların sənədlərinin saxlanılması üçün - mərkəzi arxiv Təlimatın 3.1-ci bəndinə əsasən İdarənin fəaliyyəti nəticəsində yaranan sənədlərin məcmusu onun sənəd fondunu təşkil edir. 12.3. İdarə arxivi Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında müəyyən olunmuş tələblərə uyğun yazılı və elektron formada daxil olan müraciətləri icra etməyə borcludur. Arxiv məlumatı müraciətin mətnindən asılı olaraq arxiv arayışı, arxiv surəti, arxiv çıxarışı formasında verir. Elektron formada daxil olan sorğu informasiya kommunikasiya vasitələrindən istifadə etməklə cavablandırıla bilər. Təlimatın 12.4-cü bəndinə əsasən İdarə arxivinə daxil olan müraciətlərin qeydiyyatı və onlara verilən arxiv məlumatlarının rəsmiləşdirilməsi vətəndaşların müraciətlərinə baxılması, kargüzarlığın aparılması haqqında Azərbaycan Respublikasının qanunvericilik aktlarında və bu Təlimatda müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir. Təlimatın 12.5-ci bəndinə əsasən Arxivə daxil olan müraciətlər qeydiyyat-nəzarət vərəqində qeydə alınır, müəyyən olunmuş qaydada (17 №-li əlavə) tərtib və təsdiq edilən rəsmi arxiv sənədi olan arxiv arayışı, arxiv surəti və arxiv çıxarışı verilməklə cavablandırılır. Təlimatın 12.5.1-ci bəndinə əsasən Arxiv arayışı - sorğunun mətninə uyğun arxiv məlumatlarını özündə əks etdirən, üzərində onun tərtib olunmasında istifadə olunan sənədlərin arxiv şifri və vərəqlərinin nömrəsi göstərilmiş rəsmi sənəddir. Arxiv arayışının həcmi bir vərəqdən çox olduqda vərəqlər nömrələnir. Arayışda məlumatlar xronoloji ardıcıllıqla təsvir edilir, sənədin əslində olduğu kimi qeyd olunur, sənədin əslində hər hansı dəyişiklik, qaralama olduqda arayışda müvafiq qeydlər aparılır. Arayış onu hazırlayan şəxs və idarə rəhbəri tərəfindən imzalanır, möhürlə təsdiqlənir. Elektron arxiv arayışı müvafiq səlahiyyətə malik şəxs tərəfindən elektron imza ilə təsdiq edilir. Arayışın bir nüsxəsi idarə arxivində saxlanılır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2016–cı il tarixli, 17 ə/f nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasının dövlət orqanlarının, idarə, müəssisə və təşkilatlarının mərkəzi arxivləri haqqında Nümunəvi Əsasnamənin 3.2.7-ci bəndinə əsasən Mərkəzi Arxiv təşkilatların sorğularını və vətəndaşların sosial-hüquq xarakterli ərizələrini icra edir, müəyyən olunmuş qaydada sənədlərin surətini və arxiv arayışlarını verir, arxivdə mühafizə olunmayan sənədlərlə bağlı daxil olan sorğuları aidiyyəti üzrə yönəldir. Göründüyü kimi, Müdafiə Nazirliyininin Arxiv İdarəsi arxiv məlumatlarının verilməsi ilə bağlı diskressiyon səlahiyyətlər verilmiş, inzibati akt qəbul etmək hüququ olan inzibati orqan deyil və müvafiq təlimata uyğun arxiv məlumatları vermək səlahiyyətinə malikdir. Məhkəmə qeyd edir ki, vətəndaşın ona aid arxiv məlumatlarını tələb etməsi həmin şəxsin qanunvericilikdən irəli gələn hüququ, müvafiq arxiv idarəsinin mövcud məlumatları verməsi isə onun öhdəliyidir. Bu halda inzibati orqana istədiyi formada arxiv arayışı verməsi ilə bağlı hər hansı bir diskresion səlahiyyət verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının döyüşlərdə iştirakı və ordu sıralarından təxrisi barədə məlumatın arxiv idarəsində tam saxlanılmaması iddiaçının əldə etmək istədiyi nəticəyə uyğun olaraq digər hüquqi müdafiyə vasitələrindən istifadə imkanı versədə, iddiaçının istəyinə uyğun arxiv arayışının verilməsi barədə iddianı mümükünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar