Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-649/2022 08.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və keçmiş müddət ərzində alınmamış pensiya məbləğinin ödənilməsi” tələbi barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə onun əmək pensiyasının əlavələr toplanaraq yenidən hesablanması və ona vurulmuş 2200 manat maddi-mənəvi zərərin ödənilməsi öhdəliyinin qoyulması”na dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 2-1(112)-11120/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İş məhkəmə icraatında olarkən iddiaçı iddiasını dəqiqləşdirmiş “Azərbaycan Respublikasının Əmək Pensiyaları haqqında Qanunun 20.14.1-ci maddəsində xx.xx.2017ci il tarixdən edilmiş dəyişikliyin qüvvəyə mindiyi vaxtdan qulluq stajına görə əlavələrin yenidən hesablanması öhdəliyinin, xx.xx.2017-ci il tarixədək qüvvədə olan Əmək pensiyaları haqqında Qanunun 37.3.1-ci, 45-ci maddələrinin tələblərinə uyğun fərdi şəxsi hesabında toplanan sığorta kapitalı əsasında hazırda aldığı hərbi qulluqçu kimi yaşa görə güzəştli şərtlərlə pensiyanın sığorta hissəsinin yenidən hesablanması və keçmiş müddət ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” xahiş etmiş, son dəqiqləşmə ərizəsində “ona pensiya təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında ona ödənilən pensiyanın sığorta hissəsi hesablanmadığı üçün yalnız qulluq stajına görə əlavələr hesablandığı üçün, ona pensiya təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin hesablanıb ödənilməsi öhədliyinin cavabdehə həvalə edilməsi, 8 ay xidmət müddəti (natamam ildəki iş stajı aylarının sayına münasib olaraq hesablanmaqla) nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi, keçmiş müddət ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırır ki, 01 avqust 1990-cı il tarixdə hərbi xidmətə çağırılmışdır. 2016-cı ilin may ayına kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrin müvafiq hərbi hissələrində N il N ay N gün qüsursuz xidmət göstərmişdir. Əlavə olaraq 04 il 10 ay 26 gün güzəştli xidmət illəri olmuşdur. Cəmi xidməti 30 il 8 ay N gün təşkil edir. 28 may 2016-cı il tarixdə ehtiyata buraxılmışdır. “Silahlı Qüvvələr” veteranıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il 543-VQD № -li fərmanı ilə Azərbaycan Respublikasının “ Əmək pensiyaları haqqında qanun”un 20.14.1 maddəsinə aşağıda qeyd olunanlar əlavə edilmişdir ( 1.71. 20.14.1-ci maddədə “hər ili” sözlərindən sonra “(il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)” sözləri əlavə edilsin və “3 faizi” sözləri “2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi)” sözləri ilə əvəz edilsin;) Azərbaycan Respublikasının “ Əmək pensiyaları haqqında qanun”un 20.14.1- ci maddəsində hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla hesablanma aparılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmaninın 2.4 maddəsində qeyd edilmişdir. 2.4. həmin Qanunun 20.14.1-ci, 20.14.4-cü, 21.2.3-cü (birinci halda) və 24.0.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir; Bu hüquqlarımdan yararlanmaq üçün mən dəfələrlə cavabdehə onun tabe olduğu qurumlara müraciət edərək natamam ildəki iş stajı ( yuxarıda qey olunan 8ayı) aylarının sayına mütənasib olaraq yenidən hesablanmasını Xahiş etsəmdə mənə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 25 iyun 2018-ci il 142№ -li Fərmani 2.5 maddəsini əsas gətirərək pensiyamın yenidən hesablanmasından (cavab məktublarında qeyd olunub) imtina etmişlər. İddiaçı bildirir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında qanun”un 9.5.1- ci maddəsi hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara şamil edilir. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyini sistemində xidmət etdiyi üçün hesab edir ki, onun natamam olan 8 ay iş stajı hesaba alınmalıdır və aşağıda qaydada hesablanmalıdır. Hərbi qulluqçuların pensiyası Təminat xərcliyindən hesablandığı nəzərə alınsa: Onun 30 il 8 ay N gün iş stajı olmuşdur. Bunun: 20 ili = 50%, 10 ili*3%=30%. 50%+30%= 80% Pensiyam təminat xərcliyinin 80% -i miqdarında hesablanmışdır. 3%/12ay =0.25% bir aya 0.25%*8ay= 2%. 80%+2%= 82% Lakin müvafiq müddəalar ona şamil edilmədiyindən onun təminat xərcliyinin 80% hesablanmaqla hüququ pozulmuşdur. Qulluq stajına görə əlavələr səhv hesablanmışdır. Cavabdehin “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 25 iyun 2018-ci il 142№ -li Fərmani 2.5 maddəsində qeyd olunan (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) “istisna” sözünə əsaslanmasını qanuna zidd hesab edir. Bu maddədə iş stajının Azərbaycan Respublikası Müdafiə Nazirliyinini strukturlarında xidmət etmişlərin 2% -lə hesablanmasını istisna edir. İddiaçı iddia ərizəsi verdiyi vaxt Konstitusiya Məhkəməsinin xx.xx.2022 tarixli Qərarı yox idi, buna baxmayaraq həmin vaxt üç illik vahid məhkəmə təcrübəsi formalaşmışdı, lakin həmin vahid məhkəmə təcrübəsi yalnız xx.xx.2017-ci il tarixdən etibarən Əmək pensiyaları haqqında qanuna edilmiş dəyişiklik ilə yaranmış müddəaları əhatə edirdi, Konstitusiya Məhkəməsinin xx.xx.2022 tarixli Qərarı qəbul edilməklə artıq pozulmuş hüquqlarının tam həcmdə müdafiə olunmasına nail olmaq mümkün olmuşdur, belə ki, həmin qərarla ən yüksək səviyyədə təsdiqini tapmışdır ki, əmək pensiyaları haqqında qanunun 9.6, 37.3.1 və 45-ci maddələri ona da şamil edilir, iddiaçı pensiyaya çıxdıqdan sonra qazandığı kapital əsasında pensiyanın artırılmasından faydalana bilər. İddia ərizəsinə əlavə etdiyi Ali Məhkəmə qərarı əsasında həmin iş üzrə pensiyaçı xx.xx.2017-ci il tarixdən sonra Əmək pensiyaları haqqında qanuna edilmiş dəyişiklik ilə yaranmış müddəaları rəhbər tutaraq iddia tələbində yazır ki, pensiyaya çıxdıqdan sonra 6 il və daha çox işləyərək qazandığı kapital əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanmasını tələb edir, lakin Konstitusiya Məhkəməsinin xx.xx.2022 tarixli Qərarı qəbul edilməklə sübuta yetirilmişdir ki, inzibati orqan tərəfindən hüquqları pozulmuşdur və hazırda da pozulmaqda davam edir, qanunla təsbit edilmiş və Konstitusiya Məhkəməsi tərəfindən şərh edilmiş hüquq normaları inzibati orqan tərəfindən qərəzli olaraq pozulur. Konstitusiya Məhkəməsinin xx.xx.2022 tarixli Qərarı ona imkan verir ki, tam həcmdə qanunvericiliyin imkanlarından faydalansın. Belə ki, Əmək pensiyaları haqqında qanuna 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37.3.1-ci maddənin birinci cümləsindən “baza və” sözləri çıxarılmışdır, ikinci cümləsinə “keçdikdə” sözündən sonra “, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə” sözləri və həmin maddəyə yeni məzmunda üçüncü cümlə əlavə edilmişdir. Əmək pensiyaları haqqında qanuna 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 45-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir - xx.xx.2017-ci il tarixədək Əmək pensiyaları haqqında qanunun 45-ci maddəsi məhz bu məzmunda idi. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır - xx.xx.2017-ci il tarixdən etibarən isə 45-ci maddədə bu şərt müəyyən edilmişdir, nəticədə sığorta kapitalı güzəştli şərtlə pensiyaya çıxanlar üçün 72 aya yox, daha yuxarı əmsala bölünməyə başladı, 72 ay + bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər aylar.(məs, 55 yaşlı gşpç pensiyaçı 4000 kapital üçün müraciət edirsə, 65-55=10, 10*12=120, 120+72=192, kapital 192 aya bölünəcək ) iddiaçı isə xx.xx.2017-ci ildək qüvvədə olan qanuna və hüquq normasına görə, əldə etdiyi hüquq əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanmasını xahiş edir, buna görə də iddia tələbində 6 il sözlərini qeyd etməmişdir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır- xx.xx.2017-ci ilədək 37.3.1-ci maddə məhz bu məzmunda idi. Əmək pensiyaları haqqında qanunun 37.3.1-ci maddənin ikinci cümləsi yəni, “yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə” sözləri əlavə edilməklə pensiyaçılar üçün pensiyaya çıxdıqdan sonra minimum 6 il iş stajınin olması şərti yaradılmışdır. İddiaçı 2016-cı ildə pensiyaya çıxdıqdan sonra işləməkdə davam etməklə Əmək pensiyaları haqqında qanunun 37.3.1-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olan normasına görə sığorta kapitalından istifadə etmək hüququ əldə etmişdir, lakin hüququndan indi istifadə edir, çünki hazırda sığorta kapitalı daha əlverişli məbləğdə artım əldə etmək imkanı verir. Əmək pensiyaları haqqında qanunun 37.3.1-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olan normasına görə pensiyaya çıxdıqdan sonra minimum 6 il iş stajı tələbi yox idi, buna görə də onun həmin vaxt işlədiyi üçün və sonradan işləməyən kateqoriyaya keçdiyi üçün hüququ artıq yaranmışdır. O, hüququndan indi istifadə edir. xx.xx.2022 tarixli Konstitusiya Məhkəməsinin qərarı qəbul edilənədək cavabdeh orqan tərəfindən, şərh olunan (37.3.1,9.6) normaların yalnız mülki pensiyaçılara şamil olunduğunu bildirirdi, artıq belə olmadığı sübut edildi. Ona görə də Azərbaycan Respublikası Ali Məhkəmənin 2-1(102)- 2392/2019 nömrəli xx.xx.2019 tarixli “güzəştli şərtlərlə yaşa görə pensiyanın yenidən hesablanması, gözlənilən pensiya ödənişi müddəti” ilə bağlı Qərarının sonuncu səhifəsində yazır ki, “ Kollegiya xüsusilə qeyd edir ki, işləyən əmək pensiyaçılarının əmək pensiyalarının bu qaydada yenidən hesablanması imkanı 01 iyul 2017-ci il tarixdən sonra əldə edilmiş hüquq olduğundan, onun hansı qaydada hesablanmalı olduğu məsələsi də həmin tarixdən qüvvədə olan normaya görə aparılmalıdır. Qanunun 37.3.1 və 45-ci maddələrindəki hər iki yeni tənzimləmə iddiaçıya münasibətdə bərabər tətbiq edilməlidir. Bu hal, iddiaçının hüquqlarının pozulması və ya onun vəziyyətinin ağırlaşdırılması kimi də qiymətləndirilə bilməz. Belə ki, iddiaçı əmək pensiyası təyin edildikdən sonra işləməkdə davam etmiş və işləyən əmək pensiyaçısı kateqoriyasında olmuşdur. O, müvafiq olaraq 01 iyul 2017-ci il tarixədək işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməklə Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalını 72-yə bölməklə əmək pensiyasının yenidən hesablanmasını tələb edə bilərdi. Lakin iddiaçı özünün bu hüququndan istifadə etməmişdir. İddiaçı hazırda da işləməkdə davam edən əmək pensiyaçısı olduğundan və Qanunun 37.3.1-ci maddəsində təsbit edilmiş yeni hüquqdan istifadə etmək istədiyindən onun pensiyasının yenidən hesablanması müvafiq olaraq Qanunun 45-ci maddəsinin müddəaları nəzərə alınmaqla aparılmalıdır. İddiaçı xx.xx.2017-ci ilədək müəyyən dövr ərzində işləməmişdir, bununla da işləməyən əmək pensiyaçısı kateqoriyasında olmuşdur. Buna görə də pensiyaya çıxdıqdan sonrakı dövr ərzində fərdi şəxsi hesabında toplanan sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin yenidən hesablanmasını xahiş edir. Eyni zamanda cavabdeh tərəfindən pensiya səhv hesablandığı üçün keçmiş müddət ərzində alınmamış pensiya məbləği mövcuddur, bununla bağlı da həmçinin həmin məbləğin ödənilməsini tələb edir. Əmək pensiyaları haqqında qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Əmək pensiyaları haqqında qanunun 32.1-1-ci maddəsinə əsasən, 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı məhkəməyə təqdim etdiyi yazılı izahatında qeyd etmişdir ki, Qüvvədən düşmüş hərbi qulluqçularin pensiya təminati haqqinda qanunun 13-cü maddəsinin müddəalari xx.xx.2006-ci ildən etibarən hazirda qüvvədə olan əmək pensiyalari haqqinda qanunun 20-ci maddəsinə daxil edilmişdir, həmin 13-cü maddə "’’pensiya məbləği'” adlanirdi və "qulluq stajina görə əlavə" deyə heç bir müddəa həmin maddədə yox idi, eyni zamanda həmin qüvvədən düşmüş hərbi qulluqçuların pensiya təminati haqqinda qanunun 15-ci maddəsi xidmət illərinə görə pensiyaya əlavələr adlanırdı. Orada həmin maddədə təminat xərcliyi barədə heç bir söz fikir yoxdur. xx.xx.2006ci ildən etibarən bütün pensiyalar siğorta və yiğim hissələrindən ibarət oldu. Deməli, əgər iddiaçı xx.xx.2006-dan əvvəl pensiyaya çıxmışdırsa, onun xx.xx.2006-ya qədər aldığı pensiya xx.xx.2006-dan etibarən pensiyasının sığorta hissəsi olmuşdur, siğorta hissəsinə çevrilmişdir. Əks halda, belə bir nəticə yaranir ki, hazırda hərbi qulluqçulara xx.xx.2006dan sonra təyin olunan pensiyalar tamamilə qulluq stajina görə əlavədən ibarətdir, siğorta hissə yoxdur. Bu da absurddur, çünki pensiyaya qulluq stajina görə əlavənin hesablanmasi üçün ilk öncə pensiyanin özü mövcud olmalıdır!!!! Hazirda qüvvədə olan qanunun 20.14cü maddəsinə görə guya onun pensiyası tamamilə qulluq stajina görə əlavədən ibarətdir. Pensiya 20.14-cü maddəyə görə qulluq stajina görə əlavədirsə, deməli pensiyanın siğorta hissəsi sıfırdır. Bu isə absurddur. Çünki əks halda indeksasiya baş verə bilməz. Çünki siğorta hissə sıfırdır və indeksasiya pul məbləğinin faizi nisbətində hesablandiği üçün mövcud olmayan pul məbləğinin faizi hesablana bilməz. Eyni zamanda təminat xərcliyi sosial siğortaya cəlb edilmiş pul olduğu üçün, onun faizi də sosial siğortaya cəlb edilmiş pul deməkdir. Qulluq stajina görə əlavə isə sosial siğortaya cəlb edilməyən puldur. Nəticə etibarilə təminat xərcliyinə faiz nisbətində hesablanan qulluq stajına görə əlavə sosial siğortaya cəlb edilmiş puldur, hansi ki, faktiki aldığı pensiya deməkdir!!! istinad KM qərari xx.xx.2020, xx.xx.2022, ƏPH qanun m- 20.14. Buna görə də sual yaranir, pensiya fondu aldığı pul məbləğinin, pensiya məbləğinin müəyyən hissəsinin pensiyanın siğorta hissəsinə və müəyyən hissəsinin pensiyamin əlavələrinə aid olduğunu necə müəyyən etdi??? Əmək pensiyalari haqqinda qanunun 20.14-cü maddəsinə görə hərbi qulluqçunun aldiği pensiya bütünlüklə qulluq stajina görə əlavə deməkdir, belə olan halda pensiyanin siğorta hissəsi hanı????? Eyni zamanda onun təminat xərcliyi sosial siğortaya cəlb edilmiş puldur. Deməli onun ödənilən faizi də sosial siğortaya cəlb edilmiş puldur!!! Deməli pensiyası tamamilə sığorta hissəsindən ibarətdir!!! Deməli təminat xərcliyinin 100 faizi onun pensiyasının siğorta hissəsi deməkdir!!! İddiaçı 2006-ci ildən əvvəl pensiyaya çıxmışdır. Aldığı pensiya tərkibində qulluq stajına görə əlavə yoxdur. Pensiyanın bütün məbləği faktiki olaraq siğorta hissəsinin tərkibindədir. Əmək pensiyalari haqqinda qanunun 20.14-cü maddəsinə görə iddiaçının pensiyası qulluq stajina görə əlavədir???? yalnız qulluq stajina görə əlavə alır??? Pensiyanın siğorta hissəsi yoxdursa, indeksasiya necə baş verə bilər??? Sığorta hissə yoxdur, yalnız qulluq stajina görə əlavə var, məhz 20.14-cü maddə belə müəyyən edir. Aldığı pensiyaya bu adı verir. Tamamilə absurd vəziyyətdir. Əmək pensiyalari haqqinda qanunun 20.14-cü maddəsi aldığı, qazandığı pensiyaya belə ad verir. Buradan sual yaranır, 0 2016-cı ildən pensiyaya çıxmışdır və həmin il qüvvədə olan qanuna görə pensiyası yaşa görə güzəştli şərtlərlə pensiya olduğu üçün siğorta və yiğim hissələrindən ibarətdir. Həmin bu qanuna görə pensiyasının siğorta hissəsi 2016-cı ildə pensiyaya çıxanda olmamışdır. Yəni sifır olmuşdur, belə olan halda 2016-ci ildə və digər növbəti illərdə pensiyanın sığorta hissəsi 29-cu maddəyə görə necə indeksasiya olunub? Sıfırın indeksasiya edilməsi mümkün deyil, sifır məbləğin məsələn yeddi faizi neçə hesablana bilər, sıfır rəqəmi yeddi faiz arta bilməz axi, sıfırı yeddiyə vurmaq mümkün deyil, belə bir riyazi hesablama yoxdur. Belə ki, iddiaçının pensiyaya çıxdıqdan sonra siğorta staji böyümüş, onun əmək haqqından tutulmuş pulu, işəgötürəni tərəfindən onun xeyrinə pensiya fonduna ödənilən pulu geri tələb edir, işləyib qazandığı pulu almaq istəyir. Orduda işlədiyi üçün pensiya alır, pensiyaya çıxdıqdan sonra işlədiyi üçün qazandığı sığorta kapitalından istifadə edib pensiyanın artmasını tələb edir. Artan siğorta staji yekun pensiya məbləğində özünü göstərməlidir- istinad AR KM xx.xx.2022 tarixli qərar- sitat : Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməs zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin dövrlərin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və “Sosial sığorf haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “Sosial sığorta haqqındı Qanun) 8-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüqu mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusi Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı). Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində bir-birini inkar edən iki fikir yazılıb, belə ki, 35-ci abzasda yazılıb ki, Əmək pensiyaları haqqında qanunun 9.6, 37.3.1-ci maddəsinə əsasən əlavələr deyil, əmək pensiyaları yenidən hesablanır. həm yazılıb ki, əlavələr yenidən hesablanmır, sonra da 43-cü abzasda yazılıb ki, işləyən əmək pensiyaçılarının pensiyası sığorta kapitalı əsasında artsa əlavələr bir o qədər azalmalıdır. xx.xx.2022-ci il tarixli Qərarın 43-cü abzasinda aşağıdakı səhv var: O da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır. Burada 35- ci abzasda yazılan fikir ilə, ümumiyyətlə qərarda ifadə edilən mövqe ilə zidd olan fikir yazılmışdır. Qərarın nəticə hissəsində məhkəmənin qənaəti, təsviri əsaslandırıcı hissəsində isə mülahizələr yazılır. (Konstitusiya Məhkəməsi haqqında Qanunu 65 m.) Nəticə etibarilə, xx.xx.2022 tarixli qərarın "NƏTİCƏ" hissəsində qanunamüvafıq qaydada şərh verilib, aşkar görünür ki, 9.6, 37.3.1 maddələrə görə yenidən hesablanma 29.2-ci maddə nəzərə alınmaqla aparılmır, belə bir göstəriş yoxdur, ola da bilməz, çünki əmək pensiyasına əlavələr pensiyanın tərkib hissəsi deyil, üzərinə əlavə olunan pul mükafatıdır və bu pul mükafatı dövlət büdcəsi hesabına maliyyələşdirilir və bu pul mükafatı sosial sığortaya cəlb edilməyən ödənişdir. sosial sığortaya cəlb edilməyən ödəniş olan əmək pensiyasına əlavə, o pensiyaya çıxdıqdan sonra onun əmək haqqından tutulmuş sosial sığorta haqqlarının ödənişi nəticəsində formalaşan kapital ilə necə əvəzləşdirilə bilər, həmin kapital əsasında alacağı artımdan sosial sığortaya cəlb edilməyən əlavələr necə azaldıla bilər?! Bu hansı hüquq normasında yazılıb?! Əmək pensiyaları haqqında qanunun 5-ci fəsli əmək pensiyasına əlavələr adlanır, yəni əvvəlcə pensiya hesablanır, sonra pensiyaya əlavə hesablanır, pensiya müəyyən edilmədən, pensiyaya əlavə necə hesablana bilər?! Cavabdeh tərəfin qanunsuz olaraq Əmək pensiyaları haqqında qanunun 29.2-ci maddəsinin məzmununu təhrif etdiyini bildirir, belə ki, 29.2-ci maddənin məzmununda ümumi kontekstdən "...və ya yenidən hesablandıqda" sözlərini çıxararaq həmin sözləri müstəqil hüquq norması kimi məhkəməyə təqdim etmişdir. Halbuki bu saxtakarlıqdır, çünki 29.2-ci maddədə qanunverici orqan tərəfindən ifadə edilən hüquq norması məhz növbəti formadadır- "...29.1-ci maddəyə uyğun artırıldıqda və ya yenidən hesablandıqda, ..." göründüyü kimi "və ya yenidən hesablandıqda" sözləri SÖZ BİRLƏŞMƏSİ tərkibində yazılıb və 29.1-ci maddəyə uyğun yenidən hesablanma qaydasını müəyyən edir, ayrıca yazılmayıb, pensiyanın sığorta hissəsi artır, əlavələr yenidən hesablanır, maddə də məhz bu yazılıb. Eyni zamanda əgər, "yeniden hesablandıqda" sözləri 9.6, 37.3.1-ci maddələri nəzərdə tutmuş olsaydı, burada konkret olaraq hansı maddələrə uyğun yenidən hesablanma barədə yazılardı, cavabdehin 29.2-ci maddədən ümumi kontekstdən çıxarıb təqdim etdiyi "və ya yenidən hesablandıqda" sözləri ilə məhz hansı maddələrə uyğun yenidən hesablanma qaydasının təsbit olunduğunu, cavabdeh, necə müəyyən etdi ??? fərz edək, yuxarıda qeyd olunanlar mövcud deyil, belə olan halda cavabdeh hesab edir ki, Pensiyaya çıxdıqdan sonra işləməyən pensiyaçılar dövlət büdcəsi hesabına maliyyələşdirilən qulluq stajına görə görə əlavəni almağa davam edəcək, işləyənlər isə həmin əlavəni dövlət büdcəsi hesabına almaq hüququna malik olduqları halda, onların qulluq stajına görə görə əlavə əmək haqqlarından tutulan pul hesabına maliyyələşdiriləcək? Belə bir hal hansı hüquq normasi ilə tənzimlənir? Məgər işləyib qazandığı dövlət büdcəsi hesabına maliyyələşdirilən əlavəni almaq hüququnu itirmiş olmur bu halda? Bu Faktiki onun əmək haqqından tutulan pulunu ona "qulluq stajına görə əlavə" adı altında ödəmək deməkdir. Çünki indeksasiya nəticəsində " əlavə" adı altında ödənilən pul sığorta hissəsinin tərkibinə keçir, diqqət edin, dövlət büdcəsi hesabına maliyyələşdirilən pul onun pensiyasının sığorta hissəsinə çevrilir. İndeksasiya nəticəsində, cavabdeh isə əksinə dövlət büdcəsi hesabına maliyyələşdirilən pulu onun əmək haqqından tutulan pulun hesabına azaltmaq niyyətindədir. Cavabdeh hesab edir ki, pensiyaya çıxdıqdan sonra işləməyən pensiyaçıların aldıqları əmək pensiyasına əlavələr dövlət büdcəsi hesabına maliyyələşdirilməli, işləyən əmək pensiyaçılarının isə aldığı əlavələr onların əmək haqqlarından tutulan pul hesabına maliyyələşdirilməlidir, əvəzləşdirilməlidir. İddiaçı məhkəməyə təqdim etdiyi yazılı izahatında qeyd etmişdir ki, iddiaçıya pensiya təyin olunan gün yalnız pensiyasına əlavələr hesablanıb ödənilmişdir, ödənilməyə davam edir, pensiyası isə hesablanmamışdır, Əmək pensiyaları haqqında Qanunun 20.15ci maddəsinə əsasən " pensiyasının əlavəsi pensiyası ilə birlikdə" təminat xərcliyindən artıq ola bilməz. Ona pensiyasına əlavə təminat xərcliyinin 80% -i hesablanmış, pensiyası isə hesablanmamışdır, pensiyası sığorta kapitalı əsasında hesablanmalı idi, çünki əmək pensiyaları Qanunun 4-cü maddəsinə əsasən pensiyasıın sığorta hissəsi mövcuddur. Ona ödənilən pensiya sığorta hissəsindən (pensiyası) və qulluq stajına görə əlavədən (pensiyasına əlavə) ibarətdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddiaçı 22 iyul 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəfimizdən aparılmış inzibati icraat tədbirləri nəticəsində bildiririk ki, iddiaçıya ’’Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1- ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq 2 may 2016-cı il tarixində Mərkəzi Filial tərəfindən yaşa görə (öz arzusu ilə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.5-ci bəndinə əsasən ’’Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. Göründüyü kimi, sözügedən Fərmanda 2017-ci il 1 iyul tarixinədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən tərxis olunaraq əmək pensiyası təyin olunmuş hərbi qulluqçulara qulluq stajına görə əlavənin hesablanması zamanı il tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq müəyyən edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh etirazına əlavəsində qeyd etmişdir ki, iddiaçı ərizəsində göstərdiyi əmək pensiyasına qulluq stajına görə əlavələrin yenidən hesablanması zamanı natamam olan 8 ay iş stajının da hesablanmasını tələb etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq 2 may 2016-cı il tarixində Mərkəzi Filial tərəfindən yaşa görə (öz arzusu ilə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.5-ci bəndinə əsasən ’’Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. Göründüyü kimi, sözügedən Fərmanda 2017-ci il 1 iyul tarixinədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən tərxis olunaraq əmək pensiyası təyin olunmuş hərbi qulluqçulara qulluq stajına görə əlavənin hesablanması zamanı il tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq müəyyən edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək "əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əmək haqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi artırıldıqda yenidən hesablanır. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, iddiaçının tələb etdiyi əlavənin onun pensiyasına hesablanması məsələsi həmin əlavənin müəyyən edildiyi vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Əlavə olaraq iddiaçı məhkəmə prosesində dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək əmək pensiyasının sığorta kapitalına əsasən yenidən hesablanmasını da tələb etmişdir. Bununla bağlı bildirirlər ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38cı maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin qərarda qeyd olunur ki; “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır.” Göründüyü kimi, iddiaçının əmək pensiyası iddia tələbində qeyd olunduğu kimi sığorta kapitalına əsasən yenidən hesablanması üçün onun qulluq stajına görə əlavəsi sığorta hissəsindəki artım qədər azaldılır. Eyni zamanda bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 ıl və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bır həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 11 dekabr 2017- ci il tarixli 17 nömrəli Qərarının 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 47 və 48 nömrəli misalların tələblərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması hüququ olan şəxs müraciət etdikdə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına uyğun olaraq əmək pensiyası onun müraciət etdiyi tarixdən sonrakı ayın birindən hesablanaraq ödənilir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38- ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların “Əmək pensiyaları haqqında11 Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyınə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin sözügedən Plenum Qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müraciət edildiyi gündən həyata keçirildiyi, Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin Kollegiya Qərarında isə yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1-dən ödənildiyi qeyd olunub. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsa da, əsaslı deyil və təmin edilməməlidir. Belə ki, iddiaçı ona pensiya təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında ona ödənilən pensiyanın sığorta hissəsi hesablanmadığı üçün yalnız qulluq stajına görə əlavələr hesablandığı üçün, ona pensiya təyin olunan gün fərdi şəxsi hesabında qeydə alınmış sığorta kapitalı əsasında pensiyanın sığorta hissəsinin hesablanıb ödənilməsi öhədliyinin cavabdehə həvalə edilməsi, 8 ay xidmət müddəti (natamam ildəki iş stajı aylarının sayına münasib olaraq hesablanmaqla) nəzərə alınmaqla qulluq stajına görə əlavələrin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi, keçmiş müddət ərzində alınmamış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq 2 may 2016-cı il tarixində Mərkəzi Filial tərəfindən yaşa görə (öz arzusu ilə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.5-ci bəndinə əsasən ’’Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixinədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilir. Sözügedən Fərmanda 2017-ci il 1 iyul tarixinədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən tərxis olunaraq əmək pensiyası təyin olunmuş hərbi qulluqçulara qulluq stajına görə əlavənin hesablanması zamanı il tam olmadıqda natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq müəyyən edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək "əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əmək haqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi artırıldıqda yenidən hesablanır. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, iddiaçının tələb etdiyi əlavənin onun pensiyasına hesablanması məsələsi həmin əlavənin müəyyən edildiyi vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Əlavə olaraq iddiaçı məhkəmə prosesində dəqiqləşdirilmiş iddia ərizəsi təqdim edərək əmək pensiyasının sığorta kapitalına əsasən yenidən hesablanmasını da tələb etmişdir. Bununla bağlı bildirirlər ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38cı maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin qərarda qeyd olunur ki; “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır.” Göründüyü kimi, iddiaçının əmək pensiyası iddia tələbində qeyd olunduğu kimi sığorta kapitalına əsasən yenidən hesablanması üçün onun qulluq stajına görə əlavəsi sığorta hissəsindəki artım qədər azaldılır. Eyni zamanda bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 ıl və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bır həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 11 dekabr 2017- ci il tarixli 17 nömrəli Qərarının 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 47 və 48 nömrəli misalların tələblərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən əmək pensiyasının yenidən hesablanması hüququ olan şəxs müraciət etdikdə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına uyğun olaraq əmək pensiyası onun müraciət etdiyi tarixdən sonrakı ayın birindən hesablanaraq ödənilir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38- ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların “Əmək pensiyaları haqqında11 Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyınə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin sözügedən Plenum Qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müraciət edildiyi gündən həyata keçirildiyi, Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin Kollegiya Qərarında isə yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1-dən ödənildiyi qeyd olunub. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir. Qanunun həmin maddəsinə edilmiş dəyişiklik 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmişdir. Həmin maddənin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Qaydanın 1.1-ci bəndinə əsasən, bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi - bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. Qaydanın 2.5-ci bəndinə əsasən, Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilmişdir. Qeyd edilən normaların məzmunundan göründüyü kimi əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddi rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-649/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-649/2022
08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver